DIA-dan sözü azərbaycan dilində

DIA-dan

Yazılış

  • DIA-dan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dan
Dan — ad. Dan (kral) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Dan Vilson (musiqiçi) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. Dan-Aksel Zaqadu — Fransa futbolçusu. Dan Anderson — İsveç yazıçısı və şairi. Dan Stav — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku — Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiriSoyadSun Dan — Çini təmsil edən bədii gimnast.DigərDan dili — Danimarkanın dövlət dili.
Dan (kral)
Dan və ya Halfdan (dan. Halvdan) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Onun adı orta əsrlərdə yazılmış Skandinaviya ədəbiyyat nümunələrində verilir. == Adı == Dan adının mənası naməlum olsa da, Halfdan adının mənası Azərbaycan dilində "yarı dan" deməkdir və qədim skandinav dilindən törəyib. Buna baxmayaraq, filoloqlar Dan adının Danimarkanın coğrafi adından daha qədim olduğunu düşünürlər. Kral Danın adı barədə VI əsrdə məşhurlaşmış bir xalq mahnısı mövcuddur. VII əsrdə Danimarka əhalisinə danlar olaraq müraciət edilməyə başlanmışdır.
Dan Anderson
Daniel (Dan) Anderson (Dan Andersson, 6 aprel 1888[…] – 16 sentyabr 1920[…], Stokholm) — İsveç yazıçısı və şairi. == Həyatı == Dan Anderson Dalarnada, Skattlösberqdə müəllim ailəsində doğulub.Valideynləri: Adolf Anderson və Auqust Şerp. Skattlösberq fin torpaqları (finnmarker) adlanan cənubi Dalarnada yerləşirdi.Erkən gənclikdə o,meşədə və xalq məktəbində müəllim işləmişdir.Ailə çətin yaşayırdı, ona görə də onu 1902-ci ildə ailəsi onu Amerikaya göndərmək qərarına gəldi.Lakin ailəsinə yazdığı məktubda Amerikada şəraitin İsveçdən yaxşı olmadığını xəbər verdikdən sonra atası onu geri çağırır.Ailə 1905-ci ildə Skattlösberqdən gedir, lakin 1911-15 ci illərdə yenə hal-hazırda şairin muzeyi yerləşən Skattlösberqdə,Luossada yaşayır.Burada Dan Andersson hekayə və şeirlər yazırdı, hansı ki, böyük hissəsi «Kolarhistirier» və «Kolvaktarens visor»dan ibarətdir.1914-15-ci illərdə Andersson Brunsvik adlı xalq məktəbində oxuyur.Həmin vaxtlarda o, tanınmış şair olur , şeir və mahnılar yazır.Bunların bəzisi müasir dövrdə də daha məşhurdurlar: «Till min syster» (Mənim bacıma),«Jungman Jansson» (Yunqman Yanson).Anderson özü akordeonda və skripkada çalırdı. 1917-18-ci illərdə Anderson "Nü tid" (Göteborq) qəzetində çalışmağa başlayır, Redyard Kiplinq və Bodlerin şeirlərini isveç dilinə tərcümə edir.1918-ci ildə aktyor və trubadur Qunnar Turessonun bacısı Olqa Turessonla evlənir. == Yaradıcılığı == Dan Andersonun şeirlərində Frödinq, Karlferd, Kiplinq, Suinberq, Şarl Bodlerin təsiri hiss olunur.Anderssonun yaradıcılıq mirasına çoxlu şeir və mahnılar, «Kolvaktarens visor», «Svarta ballader» (Qara balladalar) daxildir,hansı ki,aralarında «En spelmans jordfärd» (Musiqiçinin dəfni), «Jungman Jansson», «Till min syster» (Mənim bacıma),«Omkring tiggarn från Luossa» (Luossadan yoxsul səyahətçi), «Spelmanen» (Musiqiçi), «En tröstesam visa till idealisten och läraren Angelman» (İdealist və müəllim Anqelmana təsəlliedici mahnı) xüsusi ilə məşhurdur.O, prozalar da yazırdı. «Kolarhistirier» (Kömür hekayələri) və «Det kallas vidskepelse», 1916 (Bu,mövhumat adlanır) hekayələri tarixçi Öran Heqqin fikrinə görə yalnız Dan Anderson tərəfindən yazıldığına görə maraqlıdır. «De tre hemlösa»,1918 (Üç evsiz) və «David Rammas arv»,1919 (Devid Rammın mirası) romanları da uğursuz hesab olundu. == Ölümü == Dan Anderson 1920-ci il 16 sentyabr tarixində Stokholmda "Helman" otelinin 11-ci nömrəsində zəhərlənmədən vəfat edir.O, paytaxta sosial-demokrat qəzetin jurnalisti kimi gəlmişdi.Dan Anderson Lüdvikdə (Dalarna) Lüviken kilsəsinin həyətində dəfn edilmişdir. == Dan Anderson müasir dövrdə == 1979-ci illərin əvvəlində «Omkring tiggarn från Luossa» mahnısı milli top-siyahıda (Svensktoppen) çox uzun müddət qalmışdır.Dan Andersonun mahnılarının ifaçları kimi ilk növbədə özünəməxsus ifası olan Sofiya Karlssonu, həmçinin Qunde Yuhansson, Torsteyn Berqman, Staffan Hellstrand, Rolf Vikström, Per Sörman, Dan Viktoru göstərmək olar.İoakim Toström "Blek Cim" adlı melodiyanı Dan Andersona həsr etmişdir (Blek Cim-Dan Anderssonun jurnalist ləqəbidir).
Dan Feuerriegel
Deniel Qreqori Fyurriqal (ing. Daniel Gregory Feuerriegel; 29 oktyabr 1981, Sidney) — avstraliyalı film və serial oyunçusu. == Həyatı == Daniel Feurriegel 1981-ci il, 29 oktyabrda Sidneydə doğulmuş avstraliyalıdır. Brisbanedə aktyorluğa başlayan və kiçik rollarda çəkilən aktyor, Avstraliya istehsalı olan filimlərdə də rol almışdır. Geniş kütlələr tərəfindən tanınmasına isə Spartacus: Blood and Sand,Spartacus: Vengeance,Spartacus: War of the Damned seriallarında canlandırdığı alman qladiator Aqron rolu olmuşdur.
Dan Meridor
Dan Meridor (ivr. ‏דן מרידור‏‎; 23 aprel 1947, Qüds) — İsrail siyasətçisi və hüquqşünası, knessetin üzvü (11, 12, 13, 14, 15, 16, 17, 18 çağırışlar), İsrailin ədliyyə naziri (1988–1992), İsrailin maliyyə naziri (1997–1998), keçmiş kəşfiyyat naziri və atom enerjisi komissiyasının rəhbəri. == Həyatı == Dan Meridor 23 aprel 1947-ci ildə Mandat Fələstini ərazisində Menaxem Beginin ortağı Eliyahu Meridor və doktor Raanana Meridorun ailəsində anadan olub. İsrail Müdafiə Qüvvələrinə çağırılmış, zirehli qüvvələrdə xidmət etmiş və zabit rütbəsinə qədər yüksəlmişdir. Altı günlük müharibədə iştirak etmişdir.Meridor Yerusəlim Yəhudi Universitetinin bakalavr məzunu olmuşdur. 1982–1984-cü illərdə Meridor hökumət katibi vəzifəsini icra etdi. 1984-cü ildə Likud partiyasının üzvü kimi 11-ci knessetin tərkibinə daxil oldu, bu çağırışda parlamentin iki alt komitəsinin sədri vəzifəsini icra edirdi. 1988-ci ildə, 12-ci knessetə yenidən seçildi, bu dövrdə ölkədə Yitzhak Şamirin başçılıq etdiyi iki hökumət mövcud idi ki, hər ikisində Meridor İsrailin ədliyyə naziri vəzifəsini icra edirdi. Mərkəzin Partiyasının təmsilçisi kimi 15-ci Knessetə seçildi. 2003-cü ildə Likuda qayıtdı.
Dan Stav
Dan Stav (d. 8 may 1956, Hayfa, İsrail) — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən) == Ailəsi == Gili Stavdır.
Dan dili
Dan dili (dan. dansk) — Danimarkanın dövlət dili, skandinav dillərindən biri. Danimarkada və Almaniyanın şimalında istifadə olunur. Dilin daşıyıcılarının ümumi sayı 5,7 milyon nəfərdir. XV-XIX əsrlərdə Norveçin, XIX əsrin ortalarınadək Şlezviq-Qolşteynin rəsmi dili olmuşdur. === Ərazi və say === Dan dili aşağıdakı ölkələrdə yayılmışdır; Danimarkada - Əhalinin sayı 5 425 420 nəfər, onlardan 461 614 nəfəri mühacirdir və bir hissəsi dan dilini bilmir (2005) Qrenlandiyada - adada yaşayan və etnik mənşəyi dan olan 6,8 min nəfər (2005) arasında yayılmışdır və bir çox qrenlandiyalılar üçün ikinci dildir. Farer adalarında - Rəsmi dairələrdə farer dili ilə yanaşı istifadə olunur (Farer adaları sakinlərinin, demək olar ki, hamısı dan dilini xarici dil kimi yaxşı mənimsəmişlər), lakin burada etnik mənşəyinə görə dan olanların sayı azdır. Almaniyada - Şlezviq-Qolşteyn torpaqlarında yaşayan 50 min nəfər danın ana dilidir, bundan əlavə, yaxın keçmişdə təxminən 50 min dan da Almaniyada məskunlaşmışdır.
Dan ulduzu
Dan ulduzu (yaxud Çoban ulduzu) - Venera planetinin başqa bir adı. Dan ulduzu (instrumental ansambl) - Gülarə Əliyevanın bədii rəhbərliyində fəaliyyət göstərmiş instrumental ansambl.
Sun Dan
Sun Dan (d. 4 sentyabr 1986) — Çini təmsil edən bədii gimnast. Sun Dan, 2008-ci ildə Çini XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və gümüş medal qazanıb. == Karyerası == Sun Dan, 2008-ci ildə Çin bayrağı altında elə Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Çai Tonqtonq, Çou Tao, Lü Yuanyanq, Sui Jianşuanq və Janq Şuo ilə birgə finalda 35.225 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Dan Balan
Dan Mihai Bălan (6 fevral 1979, Kişinyov) — Moldovalı sənətçi, bəstəkar və prodüserdir. O, Moldovanın O-Zone qrupunun və qrupun 32 ölkədə hit-paradlarda birinci olub və bütün dünyada 12 milyon nüsxə satılan beynəlxalq hit sinqlı " Dragostea Din Tei "-nin yaradıcısıdır.Sənətçi Disney Channel Rumıniya tərəfindən Brandy & Mr. Whiskers seriyalının saundtrekini oxumaq üçün seçilib.
Dan yeli
Dan yeli – Kamal Yaşarın rejissorluğu ilə 2019-cu ildə çəkilmiş qısametrajlı Azərbaycan filmi. Müharibədən əziyyət çəkən insanlardan bəhs edir. Film "Azərbaycanfilm" kinostudiyası tərəfindən çəkilmişdir. == Məzmun == Film Ermənistanla cəbhəyanı ərazidə yaşayan bir ailənin və onun timsalında müharibədən əziyyət çəkən insanlardan bəhs edir. Hekayənin əsas qəhrəmanı 6 yaşlı "Qaqaş" adlı oğlandır. Onun əsas məşğuliyyəti və sevgisi futboldur. Digər uşaqlardan balaca olduğu üçün o, elə də yaxşı oynaya bilmir və bir dəfə kəndin uşaqları onu futbol meydançasından qovurlar. İndi onun futbol oynaya biləcəyi yeganə adam atasıdır. Atası İbrahim isə keçmiş zabitdir və müharibədə bir ayağını itirib. Filmin hekayəsi ata və oğulun bir-birlərinə sevgi və fədakarlıq xətti üzərində davam edir.
Dan-Aksel Zaqadu
Dan-Aksel Zaqadu (3 iyun 1999, Kretey) — Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Erkən karyerası === Zaqadu öz futbolçu karyerasına yerli klublardan olan Kreteil klubunun akademiyasında başlamışdır. 2011-ci ildə 12 yaşı olarkən Pari Sen-Jermen klubu ilə müqavilə imzalamışdır. O, növbəti beş mövsümü PSJ akademiyasında keçirtdikdən sonra 2016-cı ildə əvəzedici komandaya dəvət almışdır. Zaqadu CFA liqasında 9 oyunda iştirak etmişdir. === Borussiya Dortmund === 5 iyun 2017-ci ildə Zaqadu Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund klubuna pulsuz transfer olmuş və beş illik müqavilə imzalamışdır. O, Dortmund klubunda ilk qolunu 28 oktyabr 2017-ci ildə Hannover 96 klubuna qarşı oyunda vurmuş və 59-cu dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk etmişdir. Həmin görüşdə Dortmund rəqibinə 2-4 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Zaqadu Fransanın U-16, U-17 və U-18 yığmalarında çıxış etmişdir. Hal-hazırda U-19 millisinin kapitanıdır.
Dan (antik şəhər)
Dan (ivr. ‏דן‏‎) — İbranicə İncildə adı çəkilən, İsrail Krallığının ən şimal şəhəri kimi təsvir edilən və Dan qəbiləsinə mənsub qədim şəhər. Şəhər müasir Qolan təpələrində yerləşən və ibrani dilində Tel Dan kimi tanınan şəhərlə eyniləşdirilir. == İdentifikasiya və adları == İbranicə İncildə qeyd edilir ki, Dan qəbiləsi tərəfindən fəth edilməzdən əvvəl bu yer Yeşua, Hakimlər və Yeşaya kitablarında fərqli yazılarla Laiş kimi tanınırdı. Yeşua 19:47-də bura Leşem adlanır, bu da "cəvahirat" deməkdir. Yeşaya 10:30-da bir sıra tərcümələrdə Laişa alternativ adı da var.Ravvin əsərləri və Filostorgiy, Feodorit, tudelalı Binyamin və Samuel bin Samson kimi yazıçıların hamısı Dan və ya Laişi yanlış olaraq Paneada ilə eyniləşdirdi. Qeysəriyyəli Yevsevi Dan/Laişi daha dəqiq şəkildə Paneada yaxınlığında, Sura gedən yolun dördüncü milində yerləşdirir.19-cu əsrdə yaşamış isveçrəli səyyah İohan Lüdviq Burkxardt 1822-ci ildə ölümündən sonra nəşr olunmuş səyahətnaməsində İordan çayının mənbəyini "Dan" adlandırdı. Amerikalı dəniz zabiti Uilyam F. Linç Təll Əl-Qadinin 1849-cu ildə qədim Dan şəhərinin yeri olduğunu ilk dəfə müəyyənləşdirdi. Üç il sonra Edvard Robinson eyni eyniləşdirməni etdi və bu eyniləşdirmə indi etibarlı şəkildə qəbul edilir. Tel Dan orijinal Bibliya adına əsaslanan yerin müasir İsrail adıdır.
Dan (qədim şəhər)
Dan (ivr. ‏דן‏‎) — İbranicə İncildə adı çəkilən, İsrail Krallığının ən şimal şəhəri kimi təsvir edilən və Dan qəbiləsinə mənsub qədim şəhər. Şəhər müasir Qolan təpələrində yerləşən və ibrani dilində Tel Dan kimi tanınan şəhərlə eyniləşdirilir. == İdentifikasiya və adları == İbranicə İncildə qeyd edilir ki, Dan qəbiləsi tərəfindən fəth edilməzdən əvvəl bu yer Yeşua, Hakimlər və Yeşaya kitablarında fərqli yazılarla Laiş kimi tanınırdı. Yeşua 19:47-də bura Leşem adlanır, bu da "cəvahirat" deməkdir. Yeşaya 10:30-da bir sıra tərcümələrdə Laişa alternativ adı da var.Ravvin əsərləri və Filostorgiy, Feodorit, tudelalı Binyamin və Samuel bin Samson kimi yazıçıların hamısı Dan və ya Laişi yanlış olaraq Paneada ilə eyniləşdirdi. Qeysəriyyəli Yevsevi Dan/Laişi daha dəqiq şəkildə Paneada yaxınlığında, Sura gedən yolun dördüncü milində yerləşdirir.19-cu əsrdə yaşamış isveçrəli səyyah İohan Lüdviq Burkxardt 1822-ci ildə ölümündən sonra nəşr olunmuş səyahətnaməsində İordan çayının mənbəyini "Dan" adlandırdı. Amerikalı dəniz zabiti Uilyam F. Linç Təll Əl-Qadinin 1849-cu ildə qədim Dan şəhərinin yeri olduğunu ilk dəfə müəyyənləşdirdi. Üç il sonra Edvard Robinson eyni eyniləşdirməni etdi və bu eyniləşdirmə indi etibarlı şəkildə qəbul edilir. Tel Dan orijinal Bibliya adına əsaslanan yerin müasir İsrail adıdır.
Dan Vilson (musiqiçi)
Dan Vilson (ing. Dan Wilson; 20 may 1961, Minneapolis, Minnesota) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. 2007-ci ildə "Not Ready to Make Nice" mahnısıyla ilin mahnısı, 2012-ci ildə "Someone Like You" albomuyla ilin albomu nominasiyası üzrə "Qremmi" mükafatının qalibi olmuşdur.
Dan dilində Vikipediya
Dan dilində Vikipediya və ya Danca Vikipediya — Vikipediyanın Dan dilində olan bölməsidir. Bu günə gədər 294.828 məqalə yaradılıb.
Dan ulduzu (dəqiqləşdirmə)
Dan ulduzu (yaxud Çoban ulduzu) - Venera planetinin başqa bir adı. Dan ulduzu (instrumental ansambl) - Gülarə Əliyevanın bədii rəhbərliyində fəaliyyət göstərmiş instrumental ansambl.
Dan ulduzu (instrumental ansambl)
"Dan ulduzu" instrumental ansamblı — Azərbaycanın musiqi tarixində populyar ansambllardan biri. == Tarixi == "Dan Ulduzu" kamera-İnstrumental ansamblı 1966-ci ildə Azərbaycan musiqiçisi, pianoçu, əməkdar incəsənət xadimi Gülarə Əliyeva tərəfindən yaradılmışdır. Gülarə хanım həm "Dan ulduzu"nun bədii rəhbəri, yaradıcısı, həm də fortepiano partiyalarının ifaçısı idi.Ansamblın repertuarına ancaq peşəkar bəstəkarların mahnıları daхil ola bilərdi. Bu bədii rəhbərin ifaçılar qarşısına qoyduğu şərt idi. == Uğurları == "Dan ulduzu"nun adını хalq şairi Nəbi Xəzri təklif edib.İlk çıхışından "Dan ulduzu" insanlar tərəfindən sevilir. Gülarə хanım müntəzəm məşqlərin və ansambl üzvlərinin əzmkarlığı və sənətə sevgisi sayəsində arzuladığı ansamblı yaradıb çoх musiqi kollektivlərini, qrup və ansamblları arхada qoydu. "Dan ulduzu" tezliklə dövlət tədbirləri, konsertləri, хarici qastrol səfərlərinin bəzəyinə və aparıcı musiqi ansamblına çevrildi. Suriya, Livan, Əlcəzair, İsveçrə, Almaniya, Qvineya, Bissuada "Dan ulduzu"nun qastrol səfərinə çıхdığı dövlətlər, şəhərlər oldu. Хaricilər Azərbaycan musiqisinin Qərb musiqi alətlərində səslənməsini görüb təəccüblərini gizlədə bilmirdilər. Flora Kərimova, Akif İslamzadə, Yalçın Rzazadə, Hüseynağa Hadiyev və s.
Dan ulduzu (neft-qaz yatağı)
Dan ulduzu — neft-qaz yatağı 1970-ci illərdə kəşf olunmuşdur. 1982—1985-ci illərdə bu yataqdan istifadə etmək üçün müəyyən addımlar atılmış, ancaq bu məsələ o vaxt başa çatdırıla bilməmişdir. Yatağın istifadə olunması üçün 1992-ci ildə Amerika Birləşmiş Ştatlarının "AMOKO" və "Yunokal" şirkətləri ilə danışıqlar başlanmışdır. Xəzərin Azərbaycan sektorunda olan "Dan ulduzu" və "Əşrəfi" neft yataqlarının birgə ehtiyatı 150 milyon tondur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

Oxşar sözlər

#dıa-dan nədir? #dıa-dan sözünün mənası #dıa-dan nə deməkdir? #dıa-dan sözünün izahı #dıa-dan sözünün yazılışı #dıa-dan necə yazılır? #dıa-dan sözünün düzgün yazılışı #dıa-dan leksik mənası #dıa-dan sözünün sinonimi #dıa-dan sözünün yaxın mənalı sözlər #dıa-dan sözünün əks mənası #dıa-dan sözünün etimologiyası #dıa-dan sözünün orfoqrafiyası #dıa-dan rusca #dıa-dan inglisça #dıa-dan fransızca #dıa-dan sözünün istifadəsi #sözlük