dəftərdar sözü azərbaycan dilində

dəftərdar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dəftərdar • 80.0000%
  • Dəftərdar • 15.0000%
  • DƏFTƏRDAR • 5.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəftərdar Sinan Paşa
Dəftərdar Sinan Paşa (ö. 1596) — III Murad və III Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Saray dəftərxanasında yetişdikdən sonra Anadolu dəftərdarı olaraq saraydan ayrıldı. 1582-ci ildə Misir dəftərdarı, 2 il sonra isə Misir bəylərbəyi təyin edildi. Ancaq illik Misir xəzinəsinin həmişəkindən az gəlməsi nəticəsində haqqındakı şayələr çoxaldı və 1587-ci ilin aprelində vəzifədən alındı. 1590-cı ildə Diyarbəkir, Mərəş, Konya və 1595-ci ildə Sivas bəylərbəyi oldu. Bu vəzifədə ikən 1596-cı ildə vəfat etdi. == Mənbə == Sicill-i Osmani V, səh.
Dəftərdar Üveys Paşa
Dəftərdar Üveys Paşa (ö. sentyabr 1591) — II Səlim və III Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Atası Aydının köklü ailələrindən olan Qazı Mehmed Əfəndidir. Bu səbəblə atasından aldığı dini təhsilin ardından Tirə qazısı olaraq dövlət xidmətinə başladı. Bu vəzifəsi əsnasında Şahzadə Muradla tanış oldu və onun xidmətinə alınaraq şahzadənin dəftərdarı oldu. Şahzadənin 1574-cü ildə taxta çıxmasıyla o da İstanbula gəldi və Sokollu Mehmed Paşa ilə rəqabət aparmasına baxmayaraq Sultan Murad tərəfindən baş dəftərdar təyin edildi. 1578-ci ildə edam edilən Budin bəylərbəyi Sokollu Mustafa Paşanın yerinə Budinə yollandı. 1579-cu ildə bölgəyə gələn Üveys Paşa o əsnada Avstriya ilə davam edən sülh müzakirələrində iştirak etdi. Bundan başqa əyalət gəlirlərini də artıran Üveys Paşa, düşmən basqını nəticəsində yaranan itkilərdən məsul tutuldu və 3 iyun 1580-ci ildə vəzifədən alındı.
Dəftərdar Əhməd Paşa
Dəftərdar Əhməd Paşa (ö. 1623) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təhsilinin ardından öncə yeniçəri katibi, ardından Misir dəftərdarı, miraxur və yeniçəri ağası oldu. 1615-ci ilin fevralında vəzir rütbəsi alaraq Misir bəylərbəyi oldu. 1617-ci ilin dekabrında vəzifədən alındı və bir müddət sonra nişançı vəzir olaraq divana daxil oldu. 1621-ci ilin noyabrında İstanbulun mühafizəsi ilə vəzifələndirildi ancaq 5 ay sonra çarəsiz qalıb qaçıb gizləndi. Sonrakı həyatı ilə bağlı məlumat yoxdur. 1623-cü ildə vəfat etmişdir. == Mənbə == Sicill-i Osmani I, səh.

dəftərdar sözünün leksik mənası və izahı

  • 1 is. [əsli yun. və fars.] 1. rəs. Dəftərxana işçisi, idarəyə gələn və oradan çıxan kağızları dəftərə qeyd etməklə məşğul olan işçi. Dəftərdar kağızı Ağarzaya tərəf uzadıb içəri qayıtdı. Mir Cəlal. 2. köhn. Mühasib, hesabdar.

    Azərbaycan dilinin izahlı lüğəti / dəftərdar

dəftərdar sözünün sinonimləri (yaxın mənalı sözlər)

dəftərdar sözünün rus dilinə tərcüməsi

dəftərdar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [əsli yun. və fars.] 1. дафтардар (дафтарханадин кӀвалахдар, идарадиз атай ва анай акъатай кагъазар дафтардиз къейд ийидай кас); 2. куьгьн. бухгалтер.

    Azərbaycanca-ləzgicə lüğəti / dəftərdar

dəftərdar sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. hesabdar, mühasib.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"dəftərdar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəftərdar nədir? #dəftərdar sözünün mənası #dəftərdar nə deməkdir? #dəftərdar sözünün izahı #dəftərdar sözünün yazılışı #dəftərdar necə yazılır? #dəftərdar sözünün düzgün yazılışı #dəftərdar leksik mənası #dəftərdar sözünün sinonimi #dəftərdar sözünün yaxın mənalı sözlər #dəftərdar sözünün əks mənası #dəftərdar sözünün etimologiyası #dəftərdar sözünün orfoqrafiyası #dəftərdar rusca #dəftərdar inglisça #dəftərdar fransızca #dəftərdar sözünün istifadəsi #sözlük