Dəlidağ sözü azərbaycan dilində

Dəlidağ

Yazılış

  • Dəlidağ • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəlidağ
Dəlidağ (Samsar silsiləsi) — Samsar silsiləsində dağ. Dəlidağ — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində dağ. Dəlidağ — Tiflis quberniyasının Loru-Pəmbək qəzasnda, indi Kalinino rayonunda dağ. Dəlidağ (dağ, Kəlbəcər) — Kəlbəcər rayonunda dağ. Dəlidağ (dağ, Laçın) — Laçın rayonunda, Mıxtökən silsiləsinin şərq hissəsində zirvə. Dəlidağ (dağ, Zəngilan) — Zəngilan rayonu ilə Cəbrayıl rayonu sərhədində dağ.
Dəlidağ (zirvə)
Dəlidağ (Samsar silsiləsi) — Samsar silsiləsində dağ. Dəlidağ — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində dağ. Dəlidağ — Tiflis quberniyasının Loru-Pəmbək qəzasnda, indi Kalinino rayonunda dağ. Dəlidağ (dağ, Kəlbəcər) — Kəlbəcər rayonunda dağ. Dəlidağ (dağ, Laçın) — Laçın rayonunda, Mıxtökən silsiləsinin şərq hissəsində zirvə. Dəlidağ (dağ, Zəngilan) — Zəngilan rayonu ilə Cəbrayıl rayonu sərhədində dağ.
Şamil Dəlidağ
Əsgərov Şamil Səlim oğlu və ya təxəllüsü ilə Şamil Dəlidağ (sentyabr 1929, Ağcakənd, Kəlbəcər rayonu – 20 aprel 2005, Bakı) — SSRİ və Azərbaycan riyaziyyatçı, şairi, dilçisi, tərcüməçisi, publisisti, folklorşünası, muzeyşünası. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmlər namizədi (1969), Əməkdar mədəniyyət işçisi (1991) olmuşdur. == Həyatı == Şamil Əsgərov 1929-cü ilin sentyabr ayında Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olmuşdur. O, kürd mənşəlidir. Atası Səlim Ələsgər oğlu Məmmədov (1900–1976) kolxozda çoban, ferma müdiri, kənd məktəbində təsərrufat işləri üzrə direktor müavini işləmişdir. Kəlbəcər rayonunda ilk dəfə "Əməkdə fərqlənməyə görə" medalı ona verilmişdir. Şamil Əsgərov orta məktəbin 7-ci sinfini Ağcakənddə bitirmiş, İkinci Dünya müharibəsi illərində məktəbdə xadim və kolxozda çoban işləmişdir. O, 1945-ci ildə Kəlbəcər qəsəbə orta məktəbinə daxil olmuş və 1948-ci ildə orta məktəbi qurtarmışdır. Əsgərov məktəbdə oxuduğu zaman məktəb komsomol təşkilatı katibi və rayon komsomol komitəsinin büro üzvü seçilmiş, həmçinin bir müddət çobanlıq etmiş və məktəbdə fəhlə işləmişdir. O, 1948–1950-ci illərdə Ağdamda ikiillik Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil almışdır.Şamil Əsgərov 1950-ci ildən Ağcakənddə müəllim kimi çalışmış, 1953-cü ildən Kəlbəcər rayon komsomol komitəsinin birinci katibi işləmişdir.
Dəlidağ-Ağçay təzahürü
Dəlidağ-Ağçay təzahürü — Dəlidağ zirvəsinin cənub-qərb suayrıcında, Ağçayın mənbəyində yerləşir. == Haqqında == Filiz təzahürünün sahəsi 0,5–0,6 km2.–dir. Bu sahə eosen yaşlı vulkanogen, vulkanogen çökmə süxurlardan ibarət olub, burada Dəlidağ massivinin intruziv fasiyaları yayılıb. Burada 25-ə yaxın kvars-sulfid damarları və hidrotermal dəyişilmiş zonalar aşkar olunub. Zonaların qalınlığı 0,5 m.-dən 2– 3 m.-ə qədərdir. Zonalar kvars damarı və intensiv serisitləşmə, kaolinləşmə və piritləşmə ilə müşayiət olunur.
Dəlidağ (Samsar silsiləsi)
Dəlidağ (gürc. შავნაბადა) — Samsar silsiləsində dağ.
Dəlidağ (dağ, Kəlbəcər)
Dəlidağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Mıxtökən silsiləsinin zirvəsidir. Hündürlüyü 3616.9 m(3618 m). Zirvənin Şimal yamaclarında qədim buzlaşmanın izləri vardır. Qarabağ vulkanik yaylasına daxil olan ən hündür zirvə. Qarabağ ərazisindəki Dəlidağ Kiçik Qafqazın maqmatik mənşəli dağdır. Ermənistan sərhəddindən ucalır. Lava örtüyündən şərqə Mezozoyun turş intruziv süxurlarından ibarət Dəlidağ yerləşir. Mıxtökən silsiləsinin ən yüksək zirvəsi olan bu dağda alp və subalp çəmənlikləri vardır. Yamaclarında qədim buzlaq izləri qalmışdır.
Dəlidağ (dağ, Laçın)
Dəlidağ — Laçın rayonu ərazisində dağ. Laçın rayonunda, Mıxtökən silsiləsinin şərq hissəsində zirvə. Hündürlüyü 2246 m. Bu dağ və yüksəklik dağın ərazisində tez-tez havanın dəyişməsi, gözlənilmədən yağış və qar yağması, tufan və dağ uçqunlarının olması ilə əlaqədar belə adlandırılmışlar.
Dəlidağ (dağ, Zəngilan)
Dəlidağ — Zəngilan rayonu ilə Cəbrayıl rayonu sərhədində dağ. Hündürlüyü 428 m. Bu dağ və bu adla adlandırılmış digər yüksəkliklər dağın ərazisində tez-tez havanın dəyişməsi, gözlənilmədən yağış və qar yağması, tufan və dağ uçqunlarının olması ilə əlaqədar belə adlandırılmışlar.
Dəlidağ volfram təzahürü
== Aşkar edilməsi == Dəlidağda volframın varlığını 1960-cı ildə Q. Q. Əliquliyev Teymuruçandağ mis-molibden filiz yataqlarının kəşfiyyatı zamanı aşkar etmişdir. O, 1961-ci ildə müəyyən edib ki, Dəlidağ qranitoid intruzivinin şimal-şərq təmas zolaqlarının demək olar ki, bütün damarları volfram daşıyıcısıdır. == Yerləşməsi == Filiz damarlarının bir hissəsi intruziv massiv kütləsində qranosienit, sienit-diorit və kvarslı sienitlərlə qarışıq yerləşir.
Aşıq Ədalət Dəlidağlı
Ədalət Dəlidağlı (Ədalət Hacıbaba oğlu Qaraşov; 1 fevral 1967, Yellicə, Kəlbəcər rayonu) — Azərbaycan aşığı. Azərbaycanın Əməkar mədəniyyət işçisi (2007). == Həyatı == Ədalət Dəlidağlı 1967-ci il fevralın 1-də Kəlbəcər rayonunun Yellicə kəndində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Kəlbəcərdəki yeddiillik musiqi məktəbində təhsil alıb. Hələ uşaq yaşlarından saz çalmağa başlayan Ədalətin ilk ustadı o zamanlar Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblının rəhbəri Əliş Quliyev olub. Saza olan sevgisi, yanğısı onu saz sənətinin sirlərinə daha dərindən yiyələnməsinə vadar edib. Məhz bu sirlərə yiyələnmək üçün sonralar “Bala Ədalət” Qəmkeş Allahverdidən, 1993-1998-ci illərdə isə Azərbaycanın əməkdar incəsənət xadimi, ustad aşıq, “Şöhrət” ordenli, prezident təqaüdçüsü Ədalət Nəsibovdan mükkəməl dərs almışdır. Ədalət Dəlidağlı gənc yaşlarından uğur qazanmağa, sevilməyə başlamışdır. Ona ilk uğuru gətirən 1989-cu ildə Gəncədə keçirilən “Gənc ozan” müsabiqəsində iştirakı olur. Daha sonra ustadı aşıq Ədalət Nəsibovla birlikdə İraqda keçirilən “Ozan-folklor” müsabiqəsində iştirak edərək, bu müsabiqənin qalibi olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.18
2011 ••••••••••••••••••• 0.17

"dəlidağ" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəlidağ nədir? #dəlidağ sözünün mənası #dəlidağ nə deməkdir? #dəlidağ sözünün izahı #dəlidağ sözünün yazılışı #dəlidağ necə yazılır? #dəlidağ sözünün düzgün yazılışı #dəlidağ leksik mənası #dəlidağ sözünün sinonimi #dəlidağ sözünün yaxın mənalı sözlər #dəlidağ sözünün əks mənası #dəlidağ sözünün etimologiyası #dəlidağ sözünün orfoqrafiyası #dəlidağ rusca #dəlidağ inglisça #dəlidağ fransızca #dəlidağ sözünün istifadəsi #sözlük