dəlil sözü azərbaycan dilində

dəlil

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dəlil • 97.1897%
  • Dəlil • 2.6932%
  • DƏLİL • 0.1171%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Doktor Strenc: Dəliliklərin multikainatında (film, 2022)
Doktor Strenc: Dəliliklərin multikainatında – Marvel Comics personajı Doktor Strencin ikinci filmi. Film 2016-cı il istehsalı Doktor Strenc filminin davamıdır. Filmin 2022-ci ilin 6 mayında yayımlanmışdır. Doktor Strenc filminin rejissoru və köməkçi yazar Scott Derrickson , 2016-cı ilin oktyabr ayında qədər davam filmi planlayırdı. Filmin adı ilk dəfə 2019-cu ilin iyul ayında elan edildi və Bartlett oktyabr ayında filmin ssenarisini yazmaq üçün işə alındı. Derrickson 2020-ci ilin yanvarında rejissorluqdan istifa etdi. Sonrakı ayda Valdron layihəyə qatıldı ve aprel 2020-yə qədər filmin resijjoru kimi fəaliyyət göstərdi. Filmin çəkilişləri 2020-ci ilin noyabr ayında Londonda başladı, amma COVID-19 pandemiyası səbəbiylə 2021-ci ilin yanvar ayına kimi dayandırlıldı. == Mövzusu == Amerika Çaves və Dr. Strencin alternativ versiyası Vişanti Kitabını axtararkən kainatlar arasında kosmosda bir cin tərəfindən təqib edilir.
Dəlili (Ərdəbil)
Dəlili (fars. دليلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 335 nəfər yaşayır (63 ailə).
Dəlilik
Dəlilik və ya çılğınlıq yarı qalıcı, ağır bir zehni pozğunluqdur. Ümumiyyətlə bir zehni xəstəlik tipindən törəyir. Dəlilik termini tibbi bir termin olmaqdan çox hüquqi və mədəni bir termindir. Dəlilik Modernizmlə birlikdə inkişaf edən bir anlayışdır. Əvvəllər ruhi çətinliklər Amerikada intellektual bir rəftar kimi qəbul edilib. Dickensin Lord Artur Günahı adlı kitabında buna bənzər təsvir də vardır. Postmodern mədəniyyət isə yaratdığı bütün dəyişənləri yazıdığı kimi dəliliyə də istisna edir. Bu cür xəstəliklər şəxsiyyət pozğunluğundan meydana gələ bilər.
Dəlilər
Dəlilər (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Dəlilər (Saatlı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Dəlilər (Qəmərli) — Qərbi Azərbaycannın Qəmərli rayonunun inzibati ərazi vahidində kənd. Dəlilər (Osmanlı imperiyası) — Osmanlı imperiyası qoşunları yüngül nizami süvari birləşmələr.
Dəlilər (Ağsu)
Dəlilər — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəlilər Ağsu rayonunun Qaraqoyunlu inzibati ərazi vahidində kənd. Şirvan düzündədir.
Dəlilər (Osmanlı)
Dəlilər (türk. deli, osm. دلی, Delü, cəsarətli, dəli, qorxmaz, cəsur …", cəm halında dəlilər, türk. deliler) — XV əsrin sonlarında XVI əsrin əvvəllərində Osmanlı İmperiyası qoşunlarının tərkibində yaradılmış xüsusi yüngül nizami süvari birləşmələrin ümumi adı. Qarşı tərəflə döyüşlərdə qorxmaz şücaət və cəsarətləri ilə yanaşı qeyri-adi geyimləri ilə də tanınırdılar. Daha sonra nəzarətdən çıxdılar və əhalini soyub talan edən dəstələrə çevrildilər. Bu səbəbdən də XIX əsrdə ləğv edildilər. Ənənəvi olaraq hesab edilir ki, Polşa "Qanadlı qussarlar"ının görünüşü dəlilərdən götürülüb. == Tarixi == === İlk vaxtlar === XVI əsr Osmanlı tarixçisi, alimi və şeyxülislamı Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi dəlilər haqda belə yazırdı: İlk dəlilər XV əsrin sonu və ya XVI əsrin əvvəllərində Bosniya və Səməndər bəylərbəyləri, sancaqbəyləri və ucbəylərinin şəxsi mühafizəsində və ətrafında meydana çıxmışdılar. Dəlilər qismən türklərdən, ancaq əsasən bosniyalılar, xorvatlar və serblər kimi Balkan xalqları sırasından seçilirdi.
Dəlilər (Osmanlı imperiyası)
Dəlilər (türk. deli, osm. دلی, Delü, cəsarətli, dəli, qorxmaz, cəsur …", cəm halında dəlilər, türk. deliler) — XV əsrin sonlarında XVI əsrin əvvəllərində Osmanlı İmperiyası qoşunlarının tərkibində yaradılmış xüsusi yüngül nizami süvari birləşmələrin ümumi adı. Qarşı tərəflə döyüşlərdə qorxmaz şücaət və cəsarətləri ilə yanaşı qeyri-adi geyimləri ilə də tanınırdılar. Daha sonra nəzarətdən çıxdılar və əhalini soyub talan edən dəstələrə çevrildilər. Bu səbəbdən də XIX əsrdə ləğv edildilər. Ənənəvi olaraq hesab edilir ki, Polşa "Qanadlı qussarlar"ının görünüşü dəlilərdən götürülüb. == Tarixi == === İlk vaxtlar === XVI əsr Osmanlı tarixçisi, alimi və şeyxülislamı Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi dəlilər haqda belə yazırdı: İlk dəlilər XV əsrin sonu və ya XVI əsrin əvvəllərində Bosniya və Səməndər bəylərbəyləri, sancaqbəyləri və ucbəylərinin şəxsi mühafizəsində və ətrafında meydana çıxmışdılar. Dəlilər qismən türklərdən, ancaq əsasən bosniyalılar, xorvatlar və serblər kimi Balkan xalqları sırasından seçilirdi.
Dəlilər (Qəmərli)
Dəlilər, Böyük Dəlilər — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Böyük Dəlilər kəndi Erməni mənbələrində Dəlilər kəndi kimi qeyd edilir. Rayon mərkəzindən 2 km şimal şərqdə, Gərni çayından axan arxın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəlilər formasında, Qafqazın 5 verstlik xəritəsində Böyük Dəlilər kimi qeyd edilmişdir. Toponim qədim türk tayfası tele etnoniminə cəmlik bildirən -lər şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimdəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dalar (dəlilər etnoniminin ermənicə tələffüz formasıdır) qoyulmuşdur.
Dəlilər (Saatlı)
Dəlilər — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 952-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Dəlilər kəndi Nərimanov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dəlilər kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Talış Əlimirzəbəyli olmuşdur. == Əhalisi == Əhalisinin sayı 1935 nəfərdir.
Dəlilər (teleserial, 2007)
Dəlilər bələdiyyəsi
Dəlilər bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Dəlilər bələdiyyəsi (Saatlı) — Saatlı rayonunda bələdiyyə.
Dəlilər bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əsli dəlillər
Əsli dəlillər (Ərəbcə: أصول الفقه Üsul ül-Fiqh), bir İslam hüququ yəni fiqh termini. == Ümumi məlumat == Əsli dəlillər termini və içində saxladığı alt başlıqlar, Şər'i dəlillərin bir qismini əhatə edir. Şər'i dəlillərin digər qismi isə fər'i dəlillərdir. Əsli dəlillər dörd yerə ayrılır, bunlar: Kitab (Quran) Sünnə İcma Qiyas (Şiələrdə Ağıl)Bu dörd əsli dəlildən, ilk ikisi yəni Qur'an və Sünnət, vəhy dayanan yəni İslam dinindəki naslara dayanan dəlillərkən digər ikisi yəni icma və qiyas isə vəhy təməlli olmayıb ağli olmaqla bərabər İslami naslar ilə ilişkilidir. == Kitab == Kitab Allah-Təalanın Elçisi Məhəmmədə ərəbcə endirdiyi, müshəflərdə yazılaraq bizə qədər təvatür yolu ilə çatmış, Fatihə surəsi ilə başlayıb Nəs surəsi ilə qurtaran Qurani-Kərimdir. Üstün tutulan rəyə əsasən “qa-ra-ə” feilindən məsdərdir və kök mənası oxumaq, toplamaq və bir araya gətirməkdir. Quran yalnız bir etiqad, ibadət və əxlaqi kitab deyil, həm etiqad və ibadət, həm də insanlararası sosial-iqtisadi məsələləri ümumi prinsiplərlə tənzimləyən bir kitabdır. Ayələrdə belə buyurulur: “…Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!”[1] “…Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik).”[2] Qurani-Kərim Məhəmmədə (s.ə.s) ilk dəfə 610-cu ildə təfəkkür və ibadət üçün getdiyi Hira mağarasında, Ramazan ayının qədr gecəsində nazil olmağa başlamış, Cəbrayıl (ə.s) vasitəsilə 22 il 2 ay 22 gündə tamamlanmışdır. İlk nazil olan ayələr bunlardır: “(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
Doktor Strenc: Dəliliklərin multikainatında
Doktor Strenc: Dəliliklərin multikainatında – Marvel Comics personajı Doktor Strencin ikinci filmi. Film 2016-cı il istehsalı Doktor Strenc filminin davamıdır. Filmin 2022-ci ilin 6 mayında yayımlanmışdır. Doktor Strenc filminin rejissoru və köməkçi yazar Scott Derrickson , 2016-cı ilin oktyabr ayında qədər davam filmi planlayırdı. Filmin adı ilk dəfə 2019-cu ilin iyul ayında elan edildi və Bartlett oktyabr ayında filmin ssenarisini yazmaq üçün işə alındı. Derrickson 2020-ci ilin yanvarında rejissorluqdan istifa etdi. Sonrakı ayda Valdron layihəyə qatıldı ve aprel 2020-yə qədər filmin resijjoru kimi fəaliyyət göstərdi. Filmin çəkilişləri 2020-ci ilin noyabr ayında Londonda başladı, amma COVID-19 pandemiyası səbəbiylə 2021-ci ilin yanvar ayına kimi dayandırlıldı. == Mövzusu == Amerika Çaves və Dr. Strencin alternativ versiyası Vişanti Kitabını axtararkən kainatlar arasında kosmosda bir cin tərəfindən təqib edilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.26 dəfə / 1 mln.
2003 •••••••••• 3.94
2004 •••••••••••••••••••• 8.09
2005 •••••••••••••••• 6.07
2006 •••••••••••••• 5.63
2007 •••••••••••••• 5.29
2008 •••••••••• 3.65
2009 •••••••••• 4.00
2010 •••••••• 3.09
2011 •••••••••• 3.69
2012 ••••••••• 3.27
2013 •••••••••••••• 5.54
2014 ••••••••••• 4.29
2015 ••• 1.02
2016 ••• 0.87
2017 •••• 1.46
2018 •• 0.45
2019 •••• 1.25
2020 ••••••••• 3.32

dəlil sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Hər hansı bir şeyi sübut etmək üçün əsas; sübut. Tutarlı dəlil. Dəlil gətirmək. Bunu sübut etmək üçün dəlil lazımdır. – [Hacı Kərim:] İksirin aləmdə vücudu olmağına dəlil çoxdur! M.F.Axundzadə. Müəllim hiss etdi ki, belə mühüm bir məsələni Telli kimi avam bir qadına qandırmaq üçün əsaslı dəlillər və sübutlar lazım gələcəkdir. S.Hüseyn. Məmməd bəyin dəlilləri Rəşid bəyi xeyli düşündürdü. M.Hüseyn. ◊ Dəlil etmək – yol göstərmək, nəsihət etmək (bəzən “nəsihət”, “dəlalət” sözləri ilə birlikdə işlənir). Xəyalımda qoymuşdum; dəlil-nəsihət etməklə Məşədini yola gətirəm. C.Məmmədquluzadə. Sadıq şirin dilini işə saldı. Kərimə göz vurdu. Xanpəriyə dəlil-dəlalət elədi. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / dəlil

dəlil sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 DƏLİL (gerçəkliyi izah edən) Materialdakı dəlilləri yoxlayıb saf-çürük etməklə namuslu fəallarının, xüsusilə kolxozun aqronomu Çiçəyin və bir də Həsən kişinin Elsevərə çox köməyi dəydi (Ə.Qasımov); BÜRHAN (kl.əd.) [Şeyx Hadi:] Başqa dinlərdə bir çox insanlar; Həp sorar, hop arardı bürhanlar (H.Cavid); DƏSTAVÜZ Heç birisini tutmaq üçün əldə dəstavüz yoxdur (M.İbrahimov); ƏSAS Musa: Tutulması üçün heç bir əsas yoxdur (Ə.Vəliyev); İSBAT Dəlili, isbatı öz ürəyindədir; İstər heç inanma, istərsə inan (O.Sarıvəlli); SÜBUT Fəxrəddin: Şahbaz, hirslənmək lazım deyil, mənə məntiqli sübutlar gətir (S.S.Axundov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / dəlil

dəlil sözünün rus dilinə tərcüməsi

  • 1 довод, мотив, аргумент, улика, доказательство

    Azərbaycanca-rusca lüğət / dəlil
  • 2 сущ. 1. довод, доказательство, аргумент. Dəlillər axtarmaq искать доводы, dəlillər göstərmək (gətirmək) выставить, привести доказательства (аргументировать), dəlilləri təkzib etmək опровергнуть доводы; dəlillərini puça çıxarmaq, dəlillərini alt-üst etmək разбить доводы чьи-л., əsaslı dəlil обоснованный довод, inandırıcı dəlil убедительный довод, tutarlı dəlil веский (убедительный) довод, dəlillər əsasında на основании доказательств 2. улика (предмет или обстоятельство, являющееся доказательством чьей-л. виновности). Maddi dəlillər материальные улики

    Azərbaycanca-rusca lüğət / dəlil

dəlil sözünün inglis dilinə tərcüməsi

  • 1 i. argument, reason, evidence, proof; maddi ~ material evidence; ~ gətirmək to adduce / to furnish / to produce evidence; ~ göstərmək to give* / to show* proofs; təkzibedilməz ~ irrefutable argument; ağıllı ~ sensible argument; zəif ~ weak argument

    Azərbaycanca-ingiliscə lüğət / dəlil

dəlil sözünün fransız dilinə tərcüməsi

dəlil sözünün ləzgi dilinə tərcüməsi

dəlil sözünün türk dilinə tərcüməsi

dəlil sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\– Hər hansı bir hökmün və yaxud hökmlər sisteminin həqiqiliyini sübut etmək üçün gətirilən hökm və yaxud hökmlər sistemi; sübut, tutarlı dəlil gətirmək. Dəlil ərəb mənşəlidir. Son iki samiti təkrar olunan d+l+l şəddəli fellər qrupuna aiddir. İctihadi dəlil gerçək hökmə dəlalət edən dəlilə deyilir. Bu dəlil gerçək hökm barəsində zənnə səbəb olduğundan, ona ―ictihadi dəlil‖ deyilir.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) əsas; özək; 2) dəstavüz, arqument, sübut; 3) nişan, əlamət.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"dəlil" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəlil nədir? #dəlil sözünün mənası #dəlil nə deməkdir? #dəlil sözünün izahı #dəlil sözünün yazılışı #dəlil necə yazılır? #dəlil sözünün düzgün yazılışı #dəlil leksik mənası #dəlil sözünün sinonimi #dəlil sözünün yaxın mənalı sözlər #dəlil sözünün əks mənası #dəlil sözünün etimologiyası #dəlil sözünün orfoqrafiyası #dəlil rusca #dəlil inglisça #dəlil fransızca #dəlil sözünün istifadəsi #sözlük