* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. is. Həddi-büluğa çatmış gənc, cavan oğlan. …Səfərin Sibirdən qaçıb, başına özü kimi dəliqanlıları cəm edərək quldurluq etməyi hər yerə yayılmışdır. S.S.Axundov. Bu adamın hərəkətindən və simasından gəncliyində çox igid və kefcil bir dəliqanlı olduğu anlaşılırdı. A.Şaiq. Gəlinlər, qızlar, kəndin dəliqanlıları əl-ələ tutuşub yallı getdilər… M.Hüseyn. 2. sif. İgid, cəsur, qoçaq. İrəliyə doğru şığıyan dəliqanlı Girdman hökmdarı Varazın oğlu Cavanşir idi. M.Hüseyn. // Coşqun, tezqızışan, qızğın, qudurğan, dəlibaş. Ruqiyyədən çəkinməsə idilər, dəliqanlı oğlanlar məni tikə-tikə edərdilər. A.Divanbəyoğlu.
Azərbaycan dilinin izahlı lüğəti / dəliqanlı1 Dəli sözünün bir mənası “igid, cavan” deməkdir. Dəliqanlı da bu məna ilə bağlıdır: cavan, cəsur adamlara belə deyilir. Dəliqanlı sözündəki qanlı hissəsinin qədim mənalarından biri “od”deməkdir. “Gözümüzdən qanlı yaş axır” cümləsindəki qanlı sözü ilə dəliqanlı kəlməsindəki qanlı elementi eyni sözdür və yanmaq sözü ilə vahid kökə malikdir. Dəliqanlı adam yanıqlı, odlu, alovlu adamdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dəliqanlı1 DƏLİQANLI – QORXAQ İrəliyə doğru şığıyan dəliqanlı Girdman hökmdarı Varazin oğlu Cavanşir idi (M.Hüseyn); Çox qorxaqdır, qaranlıq düşən kimi evdən bayıra çıxa bilmir. DƏLİQANLI – SAKİT Semyonov hüzurunda dayanan bu dəliqanlı uşaqlara ürəyindən keçənlərin heç birini demədi (İ.Şıxlı); Lakin gecə qaranlıq, sakit və dəhşətli idi (C.Məmmədov).
Azərbaycan dilinin antonimlər lüğəti / dəliqanlı2 разг. I сущ. ухарь, хват, удалец (человек, исполненный удали, молодечества) II прил. ухарский, залихватский, молодецкий
Azərbaycanca-rusca lüğət / dəliqanlı1 I. i. daring / bold fellow, dare-devil; d.d. dashing fellow II. s. dashing, valiant, mettlesome, violent, perky; full of life / mirth; ~ gənc zabit a dashing young officer
Azərbaycanca-ingiliscə lüğət / dəliqanlı1 1. сущ. акьул-балугъ хьанвай, агакьнавай жегьил гада; 2. прил. кьегьал, викӀегь, игит, иви ргазвай; // гзаф туьнт, фад хъел къведай, дилитегьер, къизмиш.
Azərbaycanca-ləzgicə lüğəti / dəliqanlı