dələduz sözü azərbaycan dilində

dələduz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dələduz • 83.3866%
  • Dələduz • 15.6550%
  • DƏLƏDUZ • 0.9585%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dələduzlar (film, 2014)
Dələduzluq
Dələduzluq ən ümumi mənada aldatma məqsədi ilə qəsdən həyata keçirilən hərəkətdir. Dələduzluq növlərinə görə fərqlənə bilər. Arxeologiya, ədəbiyyat, daşınmaz əmlak, sənəd saxtakarlığı və s. dələduzluq növləri vardır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.12 dəfə / 1 mln.
2003 •••• 0.79
2004 •••• 0.67
2007 ••••• 0.85
2008 •••• 0.73
2009 •••••• 1.12
2010 •••••••••• 1.82
2011 ••••••• 1.20
2012 ••••••• 1.29
2013 •••••••••••••••••••• 3.94
2014 •••••• 1.03
2015 ••••• 0.85
2016 ••••••• 1.21
2017 ••• 0.49
2019 •••• 0.70
2020 ••••• 0.93

dələduz sözünün leksik mənası və izahı

  • 1 is. Fırıldaqçı, adamaldadan, hiyləgər, bic. Mənim qızım Səfərdən yaxşı oğlana getməyəcək ki, oğru deyil, dələduz deyil, bir kəsin toyuğuna daş atmaz. Ə.Haqverdiyev. Bəlkə, deyirdim, kağızı bir dələduza oxutmuşdur, arvadı dolayıb qızışdırmışdır. Mir Cəlal. // Sif. mənasında. [Şamama Cadu:] Amma dələduz nökərlə arası yoxdur. Ə.Haqverdiyev. Biz o cür dələduz adamların gərək tamam nəslini də yer üzündən kəsək. M.S.Ordubadi. // Söyüş mənasında. [İsmayıl bəy:] O elə bir dələduzdur ki, yer üzündə bərabəri yox. N.Vəzirov. Yaxşı, ay dələduz! Bir danış görək; Neçəyə satmısan yox vicdanını? S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / dələduz

dələduz sözünün etimologiyası

  • 1 Fırıldaqçı deməkdir, ola bilsin ki, tələ və tuzak sinonimlərinin birləş­mə­sindən əmələ gəlib (yığcam, uzundraz, qıyğacı... kimi) “tələyə (tuzağa) salan adam” mənasında işlədilir. İkinci və daha inandırıcı mülahizəyə görə, farsca dozidən (oğurlamaq) məsdəri ilə duz (əsli: dozd) sözü qohumdur. Güman ki, dələ hissəsi dil (ürək) sözünün təhrifi ilə bağlıdır. Mənası: “ürək oğrusu” deməkdir (indi məna dəyişib). Əsli dele-dozd kimidir., “julik”, “oğru”, “fırıldaqçı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dələduz

dələduz sözünün sinonimləri (yaxın mənalı sözlər)

dələduz sözünün antonimləri (əks mənalı sözlər)

dələduz sözünün rus dilinə tərcüməsi

dələduz sözünün inglis dilinə tərcüməsi

dələduz sözünün fransız dilinə tərcüməsi

dələduz sözünün ləzgi dilinə tərcüməsi

dələduz sözünün türk dilinə tərcüməsi

"dələduz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dələduz nədir? #dələduz sözünün mənası #dələduz nə deməkdir? #dələduz sözünün izahı #dələduz sözünün yazılışı #dələduz necə yazılır? #dələduz sözünün düzgün yazılışı #dələduz leksik mənası #dələduz sözünün sinonimi #dələduz sözünün yaxın mənalı sözlər #dələduz sözünün əks mənası #dələduz sözünün etimologiyası #dələduz sözünün orfoqrafiyası #dələduz rusca #dələduz inglisça #dələduz fransızca #dələduz sözünün istifadəsi #sözlük