Dəmirağac
Dəmirağac — (lat. Parrotia persica (DC.) C. A. Mey.). Dəmirağackimilər — (Hamamelidaceae R. Br.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür.
== Qısa morfoloji təsviri ==
12–22 (25) m boyunda, artıq dərəcədə qollu –budaqlı ağacdır. Çətiri yumurtavari və ya enli-yumurtavaridir. Tumurcuqları iyvaridir, 6–11 mm uzunluğundadır. Yarpaqları 4–10 (13) sm uzunluğunda, 3–6 (8) sm enindədir, dərivari –Kağızvaridir. Növbə ilə düzülmüşdür, yumurtavari, tərs-yumurtavari və ya ellipsişəklindədir. Çiçəkləri ikicinsli, qısa saplaqlıdır.