dəmiryolu sözü azərbaycan dilində

dəmiryolu

Yazılış

  • dəmiryolu • 87.0000%
  • Dəmiryolu • 13.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kosovoda dəmiryolu
Kosovoda dəmiryolu — Kosovo Respublikasında nəqliyyat sisteminin əsas tərkib hissələrindən birini təşkil edir. Ölkədə dəmir yollarının ümumi uzunluğu 333 km-dir. Reylslər arasında məsafə 1435 mm genişlikdədir. Qismən tanınmış Kosovo Respublikası dəmir yollarına ölkənin mülkiyyəti kimi baxır. Trainkos şirkəti Kosovo dəmir yollarının operatorudur. == Tarixi == Kosovo ərazisindən ilk dəmir yolu xətti 1874-cü ildə General-Yankoviç şəhərindən Kosovo-Pole və Kosovska Mitrovisa istiqamətində olmuşdur. Bu Kosovo regionunda dəmir yolunun inkişafı üçün başlanğıc olmuş və region iqtisadiyyatında mühüm rol oynamışdır. 1934-cü ildə bu xəttin müxtəlif qolları inkişaf etdirilmişdir. 1934-cü ildə Kosovo Mitrovisa - Leşak, 1936-cı ildə Kosovo-Pole - Reç, 1949-cü ildə Priştina - Poduevo - Livadisa, 1963-cü ildə isə Klin - Prizren xətləri çəkilmişdir. 1990-cı illərə qədər dəmir yolları Yuqoslaviyanın idarəsində olmuşdur.
Monteneqroda dəmiryolu
Monteneqroda dəmiryolu — Monteneqroda mövcud olan nəqliyyat sahələrindən biri. Ölkədə olan dəmiryollarının ümumi uzunluğu 250 km-dir (bunun 162 km elektrikləşdirilmişdir). Relslər arasında məsafə 1435 mm-dir. Dəmiryolu xətlərində ümumilikdə 121 tunel vardır ki, bunlarında ümümi uzunluğu 58 km-dir. Dəmir yolu Monteneqro nəqliyyat sistemində böyük rol oynamır və sərnişin daşımada isə zəif şəkildə iştirak edir.. Ölkədəki dəmir yolu infrastrukturunu, sərnişin daşımalarını, yük daşınmasını və dəmir yolunun saxlanmasını müstəqil idarə olunan dörd ayrı şirkət vardır. Sərnişin daşımaları "Monteneqro dəmiryolları" dövlət şirkəti tərəfindən idarə edilir (mont. Жељезница Црне Горе / Željeznica Crne Gore). Montecargo isə Monteneqronun daxilində yük daşımalarını idarə edən bir şirkətdir. Üstəlik ölkədəki yük vaqonları və yük lokomotivlərinin istismarını da təşkil edirlər.
Qırğızıstanda dəmiryolu
Qırğızıstanda dəmir yolu nəqliyyatı — respublika daxilində bir-biri ilə əlaqəsi olmayan və SSRİ-nin dağılmasından əvvəl onun vahid dəmir yolu şəbəkəsinin bir hissəsi olan, bir-birindən fərqli olan bir neçə hissədən ibarətdir. Müasir Qırğızıstan ərazisində ilk dəfə dəmir yolu 1924-cü ildə meydana çıxmışdır. == Tarix == Qırğızıstanın müstəqilliyi dövründə gənc respublikanın dəmir yolu şəbəkəsi SSRİ-dən miras qalan daxili birgə xətləri olmayan bir neçə hissədən ibarət idi. Bunlar marşrutların son dərəcə qısa hissələridir: Fərqanə — Qızılkiya, Qarasu — Oş, Xanabad — Cəlalabad — Kok-Yanqak, Üçqurqan — Taş-Kumır. Bu hissəslər Qırğızıstanın cənubunu Fərqanə Vadisinin şəhərləri ilə birləşdirir. Bundan əlavə Çaldovar — Bişkek — Rıbaçye (İssık-Kul) xətləri isə Qırğızıstanın şimal şəhərlərini Cənubi Qazaxıstanla birləşdirir. 1994-cü ildə şəbəkənin pozulmasını aradan qaldırmaq üçün Trans-Qırğızıstan dəmir yolu Balıkçi — Koçkor — Cəlal-Abad dəmir yolu layihəsinin həyata keçirilməsinə qərar verilir. 1998-ci ildə başlayan inşaat qısa müddətdə kəsilir. Layihə 2000-ci ildə nəhayət bağlanılır və stansiyaların və yolların yalnız yarımçıq qalmış hissələri qalır. 1996-cı ildən bəri Çin-Qırğızıstan-Özbəkistan ("CKU") dəmir yolunun (Qırğızıstan dəmir yollarının cənub hissəsindən) mümkün tikinti planı müzakirə edilir.
Türkiyədə dəmiryolu
Türkiyədə dəmir yolu — 1927-ci ildə Osmanlı İmparatorluğunun dağılmasından sonra qurulan Dövlət Korporasiyası tərəfindən idarə olunan Türkiyədəki bir dəmir yolu şəbəkəsidir. Dəmir yollarının ümumi uzunluğu 10.991 km-dir (2008). == Tarix == Türkiyədəki dəmir yollarının tarixi 1856-cı ildə, bir ingilis şirkəti tərəfindən inşa edilən İzmir - Aydın 130 km-lik Osmanlı İmperiyasındakı ilk dəmir yolu xəttinin açılması ilə başlayır. 1856 - 1889 illər arasında Osmanlı İmperiyasındakı yollar əsasən İngilis şirkətləri tərəfindən inşa edilir. Lakin 1889-1918-ci illər arasında Osmanlı İmperiyasındakı bir çox dəmir yolu bu dövlətlər arasındakı siyasi ittifaq sayəsində Alman şirkətləri tərəfindən inşa edilməyə başlanılır. 1856-1922-ci illərdə ümumi uzunluğu 9,919 km olan aşağıdakı xətlər çəkilir: Rumeli - 2,383 km, 1,435 mm Ruse - Varna, 223 km, 1866-cı ildə bir ingilis şirkəti tərəfindən tamamlanır; Dunay ilə Qara dənizi birləşdirir. Konya - Bağdad 2.424 km, 1.435 mm. İzmir - Kasaba 695 km, 1,435 mm. İzmir - Aydın 610 km, 1,435 mm. Şam - Həma 498 km, 1.067 mm və 1.435 mm.
Türkmənistanda dəmiryolu
Türkmənistanda dəmir yolu — nəqliyyatı 1880-ci ildən bəri istifadə olunur. Başlanğıcda Transxəzər Dəmir Yolunun, sonra Orta Asiya Dəmir Yolunun bir hissəsi olur. Sovet İttifaqının dağılmasından sonra Türkmənistandakı dəmir yolu şəbəkəsi dövlətə məxsusdur və Dəmiryolları ASC tərəfindən idarə olunur. Dəmir yollarının ümumi uzunluğu 3550.9 km-dir (2012). Elektrikli yollar yoxdur. Türkmənabad - Aşqabad - Türkmənbaşı (Krasnovodsk) xətti qismən cüt zolaqlıdır. Aşqabad, Qazandciq, Türkmənbaşı, Məryəm, Türkmənabad, Amudarya və Daşoğuzda lokomotiv depoları vardır. Türkmənistan dəmir yollarının sərnişin trafiki, qatarların Tacikistandan Özbəkistana keçid və daha sonra keçəcəyi hissələr istisna olmaqla, ölkənin dövlət sərhədləri ilə məhdudlaşır. Lokomotiv parkı 2TE10L, 2TE10U, 2M62U seriyalı dizel lokomotivlərdən ibarətdir, həmçinin Çin istehsalı olan bir neçə CKD9A və Qazaxıstan istehsalı TE33A lokomotivləri mövcuddur. Manevr işləri TEM2, TEM2U, ChME3 lokomotivləri tərəfindən həyata keçirilir.
Təkrelsli dəmiryolu
Monorels yolu və ya təkrelsli dəmiryolu — nəqliyyat qurğusu. == Tarixi və texnikası == Sərnişin vaqonları və ya yük vaqonetləri lazımi yüksəklikdə quraşdırılmış estakadaya, yaxud ayrı-ayrı dayaqlara bərkidilmiş relsin (monorelsin) üzəri ilə hərəkət edən arabacığa bərkidilir. Vaqonlar ya arabacıqlara üstdən söykənir (talvar tipli monorels yolu), yaxud arabacaıqların altından sallanır (asma monorels yolu). Yük daşıyan monorels yolundan (uzunluğu 1,5 kilometrədək) sənaye müəssisələrində sexdaxili, sexlərarası və zavodlararası nəqliyyat vasitəsi kimi istifadə olunur. Yük vaqonetləri xüsusi platforma, özüboşalan kuzov, qaldırıcı və tutucu mexanizmlərlə təchiz olunur. 0,5–2 metr (bəzən 5 m) yük götürür, sürəti 2–4 km/saatdır. Bir sıra ölkələrdə sərnişin daşıyan monorels yolu (əsasən, təcrübə məqsədi ilə və ya sərgilərdə xidmət göstərmək üçün) titkilmişdir. Tokionun mərkəzi ilə Xaneda Hava Limanı arasında monorels yolu çəkilmişdir Vaqonlar 60–120 sərnişin tutur;qatarların sürəti 120 km/saat, ayrı-ayrı sınaq sahələrinmdə 240 km/saat və daha çox olur. Nisbətən baha başa gəldiyi üçün tətbiqi məhduddur. == İstinadlar == == Əlavə ədəbiyyat == Адасинский С. А. Городской транспорт будущего.
Vladiqafqaz dəmiryolu
Zaqafqaziya dəmiryolu — Rusiya imperiyasında özəl dəmir yolu. 1875-1885-ci illərdə Rostov-Vladiqafqaz Dəmir Yolu Cəmiyyəti, 1885-1918-ci illərdə Vladiqafqaz Dəmir Yolu Cəmiyyəti adlandırılıb. Yol Kuban, Terek, Dağıstan, Don qoşunları, Qara dəniz, Stavropol, Həştərxan, Saratov vilayətlərinin ərazisindən keçirdi. == Tarixi == Rostov-Vladiqafqaz dəmir yolu səhmdar cəmiyyətinin nizamnaməsi 1872-ci ildə təsdiq edilmişdir. Səhmdarlara iri kapitalın nümayəndələri: A.İ.Putilov, A.İ.Vışneqradski, A.A.Davıdov, çar ailəsinin üzvləri, saray aristokratiyası daxil idi. Vladiqafqaz dəmir yolunun Yekaterinodar və Tixoretski hissələrinə rəhbərlik etmiş Teraşkeviç qardaşları haqqında məlumat var. Texnoligiya mühəndisi İosif İosifoviç Teraşkeviç Yekaterinodar deposunun (Yekaterinodar), texnoloji mühəndis Ludoslav-Severin İosifoviç Teraşkeviç isə Tixoretsk emalatxanalarının rəisi idi. Yolun baş idarəsi Sankt-Peterburqda, yolun idarəsi isə Rostov-na-Donuda olub. Yol Rusiyada ən gəlirli yollardan biri idi. Tikinti Voljsko-Kamski Bankının kreditləri hesabına maliyyələşdirilib.
Zaqafqaziya dəmiryolu
Zaqafqaziya dəmiryolu — Rusiya imperiyası və SSRİ dövründə Cənubi Qafqazda fəaliyyət göstərmiş dəmiryolu xətti. Dəmiryolu xətti Gürcüstan, Azərbaycan və Ermənistan ərazisindən keçirdi. 1967-ci ildə yolun Azərbaycan SSR ərazisində yerləşən hissəsi Zaqafqaziya yolundan ayrılaraq, müstəqil Azərbaycan Dəmir Yolları idarəsinin tabeliyinə verildi. SSRİ dağıldıqdan sonra 1990-cı illərdə Ermənistan dəmir yollarına və Gürcüstan dəmir yollarına bölünmüş, bir hissəsi Azərbaycan Dəmir Yollarının tabeliyinə keçmişdir. == Tarixi == === İnşası === Yolun inşasına 1865-ci ildə Poti-Tiflis dəmiryolunun tikintisi ilə başlanılmışdır. Dəmiryolunun Poti-Zestafoni hissəsi 14 avqust 1871-ci ildə açılmışdır. Bütün xəttin istismara verilməsi isə 1872-ci ildə baş tutmuşdur. Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar limanlara neft ixracına ehtiyac yaranırdı. Bakı-Tiflis-Poti istiqamətində dəmir yolu magistralının inşası üçün gərəkli olan mühəndis-texniki və iqtisadi araşdırmalar aparıldı. Lakin Rusiya hökuməti maliyyə çətinlikləri ilə əlaqədar bu dəmir yolunun hissə-hissə çəkilməsinə qərar verdi.
Dəmiryolu stansiyası
Dəmiryol stansiyası — qatarların qəbulu, yola salınması və ötməsi üçün yol ayrıcına malik olan dəmiryol nəqliyyatı obyekti. Burada həmçinin sərnişinlər və yüklər qatarla qəbul edilir və yola salınır. Yol şəbəkəsi geniş olduqda qatarlar tərtib edilir və onlara texniki xidmət də göstərilir. Sadə dildə qatrarla əməliyyat edilən istənilən obyekt dəmiryol stansiyası adlanır.
Poti-Bakı Dəmiryolu
Poti-Bakı Dəmiryolu — Bakını Qara dəniz sahilindəki Poti liman şəhəri ilə birləşdirən dəmir yolu. == Dəmiryolunun çəkilməsi == Xəzər dənizi sahilindən Cənubi Qafqazın ortasından keçməklə, Qara dəniz sahilinə doğru dəmir yolu çəkilməsi ideyası ilk dəfə XIX əsrin 30-cu illərində irəli sürülsə də, bu yöndə əməli işə yalnız 50-ci illərin ortalarında başlandı. Bakı-Tiflis-Poti istiqamətində dəmir yolu magistralının inşası üçün gərəkli olan mühəndis-texniki və iqtisadi araşdırmalar aparıldı, lakin Rusiya imperiyası hökuməti maliyyə çətinlikləri ilə əlaqədar bu dəmir yolunun hissə-hissə çəkilməsinə qərar verdi. O zamankı Qafqaz canişininin irəli sürdüyü hərbi-strateji mülahizələr əsas götürüldü və 1865-ci ildə, bütün əvvəlki layihələrin əksinə olaraq, Cənubi Qafqazda dəmir yolu çəkilməsinə Bakıdan deyil, əks istiqamətdən — Potidən başlandı. 1867-ci ildə Poti — Tiflis dəmir yolunun inşası ingilis kapitalistləri T. Parkins və F. Pauerin yaratdıqları şirkətə konsessiyaya verildi. İngilis şirkəti 294 km uzunluğu olan bu dəmir yolu xəttini 1872-ci ildə istifadəyə verdi. 19-cu əsrin 70-ci illərində Abşeron yarımadasında neft sənayesinin sürətli inkişafı və Poti — Tiflis dəmir yolunun zərərlə işləməsi çar hökumətini tezliklə Bakı ilə Tiflis arasında dəmir yolu inşasına başlamağa vadar etdi. 1879-cu ildə çar II Aleksandr Bakı-Tiflis dəmir yolunun tikintisinə icazə verdi. 1883-cü il mayın 8-də bu dəmir yolunun rəsmi istismarına başlandı. Bakı-Tiflis dəmir yolunun ümumi uzunluğu 548,3 km idi, üzərində 26 stansiya, 53 körpü inşa edilmişdi.
Poylu dəmiryolu körpüsü
Poylu dəmiryolu körpüsü — Kür çayı üzərində dəmiryolu körpüsü. == Tarixi == Poylu dəmiryolu körpüsü 1898-ci ildə inşa edilmişdir. Körpü Bakı-Tbilisi dəmiryolunun çəkilişi zamanı tikilmişdir. 1921-ci ilin fevralında gürcü menşevikləri "Qızıl Ordu"ya mane olmaq üçün körpünü dağıtmışdılar. Azərbaycan, Gürcüstan və Ermənistanın 1200 nəfər fəhlə, kəndli və qulluqçusu dörd gün ərzində A.Serebrovskinin rəhbərliyi ilə Poylu dəmiryolu körpüsünü bərpa etmişdir. İnşaatçılar 1921-ci il fevralın 23-də mitinq keçirərək körpüyə Leninin adını vermək haqqında qərar qəbul etmiş və V.İ.Leninə teleqram göndərmişdilər. == Tikinti göstəriciləri == Körpü 12,3+34,7+88,3+56,6+11,9 m sxeminə malik idi və onun tam uzunluğu 208,7 m idi. Metal ferma şəkilli aşırım qurğularının tirilərinin uzunluğu 34,7 m, 88,3 m və 56,6 m təşkil edirdi. 12,3+11,9 m olan aşırım qurğusu isə dəmir-beton tirdən hazırlanmışdır. == Restavrasiya == 1995-ci ildə "EVRASCON" korporasiyası Poylu yaşayış məntəqəsinin yaxınlığındakı dəmir yolu körpüsünün aşırım qurğusunun tirlərini dəyişdirmişdir.
Qazaxıstanda dəmiryolu nəqliyyatı
Qazaxıstanda dəmiryolu nəqliyyatı — Qazaxıstanda ümumi uzunluğu təqribən 16 614.3 kilometr (2017) olan geniş dəmir yolu şəbəkəsi vardır. Bunlardan 6 mini ikitərəflidir. Təxminən 5 mini isə elektrikləşdirilib. Əsas yolların bükülmüş uzunluğu 18,8 min km, stansiya və xüsusi yolların uzunluğu 6.7 min km-dir. Qazaxıstanda dəmir yolu nəqliyyatının əhəmiyyəti çox böyükdür. Ümumi yük dövriyyəsinin 68% -dən çoxu və ölkə sərnişin dövriyyəsinin 57% -dən çoxu dəmir yollarının payına düşür. Dəmir yolu sənayesində 2013-cü ildə 160 mindən çox insan işlə təmin olunmuşdur ki, bu da Qazaxıstan əhalisinin demək olar ki, 1% -ni təşkil edir. . Şəbəkənin çox hissəsi Qazaxıstan Dəmir Yolları tərəfindən idarə olunur, kiçik bir hissəsi mədən və neft sənayesi şöbələrinə aiddir. == Tarixi == === Qazaxıstan dəmir yollarının inşası tarixi === === İnqilabdan əvvəlki dövr === Dəmir yolu ilk dəfə 1893-1894-cü illərdə müasir Qazaxıstan ərazisindən keçir. Bu uzunluğu 369 km olan olan, ensiz dəmiryolu xətti (1000 mm) Pokrovskaya Sloboda - Uralsk xətti idi.
Səudiyyə Dəmiryolu Şirkəti
Səudiyyə Dəmiryolu Şirkəti — Səudiyyə Ərəbistanı dəmir yolu şəbəkəsini idarə edən iki dəmir yolu şirkətindən biri. İkinci dəmir yolu şirkəti Səudiyyə Dəmir Yolları Təşkilatıdır. Səudiyyə Dəmiryolu Şirkəti 2006-cı ildə yaradılmışdır, 2,750 km uzunluğunda 1435 mm-lik xətləri idarə edir. Şirkətin baş ofisi Ər-Riyadda yerləşir. Səudiyyə Dəmir Yolları Təşkilatı və Səudiyyə Dəmiryolu Şirkətinin birləşməsinə razılıq 2021-ci ilin fevralında elan edilmişdir.
Vilnüs Dəmiryolu Stansiyası
Vilnüs Dəmiryolu Stansiyası (lit. Vilnius) — Litva Dəmir Yollarına aid olan dəmiryolu stansiyası. Vilnüsda yerləşən aritektur bina. Litvanın ən iri stansiya binası. Dəmiryolu stansiyası Qyalyajinkyalyu, 16 ünvanında yerləşir. == Tarixi == Stansiya Pereburq-Varşava dəmiryolu xəttinin çəkilişi zamanı inşa edilmişdir (1853—1862). Stansiyaya ilk qatar Dinaburqdan 4 sentyabr 1860-cı ildə gəlmişdir. Vağzal binası 1862-ci ildə, depo isə 1884-cü ildə inşa edilmişdir. 15 mart 1862-ci ildə Dinaburqdan Landvorovo, 10 may Landvorovo — Kovno, 1874-cü ildə isə Lida - Baravovisi -Lida xətləri istismara verilmişdir. Birinci Dünya müharibəsindən sonra 1918-ci ildə Litva Dəmir Yolları təsis edilir.
İrəvan uşaq dəmiryolu
İrəvan uşaq dəmiryolu (erm. Երեւանի մանկական երկաթուղի), həmçinin Kiçik Cənubi Qafqaz dəmiryolu — Ermənistanın paytaxtı İrəvan şəhərində mövcud olan dəmir yolu. Ensiz dəmiryolu Razdan dərəsində yerləşir. Dəmir yolu Sovet İttifaqında bir çox qabaqcıl dəmir yollarından biri olaraq 9 iyun 1937-ci ildə açılır. Dəmiryolu hələ də fəaliyyət göstərdə də, yarı tərk edilmiş vəziyyətdədir. Sovet İttifaqının bütün qabaqcıl dəmir yolları kimi İrəvan da uşaqların iştirakı ilə, ancaq böyüklərin nəzarəti altında işləyirdi. Məqsəd uşaqları dəmir yolunda işləməyə həvəsləndirmək olur. Bu dəmir yolu xəttində olan üç stansiyadan yalnız biri istifadə olunurdu. Əvvəllər yalnız lokomotiv sürücüsü yetkin şəxs idi. İndi bütün funksiyaları yalnız böyüklər yerinə yetirir.
Ələt-Culfa dəmiryolu
Ələt-Culfa dəmiryolu — Bakı ilə Azərbaycanın cənub-qərb bölgələrini birləşdirən dəmir yolu xətti. == Yaranması ideyası == Culfa istiqamətində dəmir yolu çəkilməsi təklifini ilk dəfə 1898-ci ildə rus sahibkarları F. Y. Yenakiyev və A. M. Qoryainov irəli sürmüşdü. Onların tapşırığı ilə 1900-cü ildə Hacıqabuldan Araz çayı boyunca Culfaya qədər ərazidə texniki-kəşfıyyat işlərinə başlandı. Rus sənayeçiləri həmin dəmir yolu xəttini gələcəkdə İrana və Türkiyəyə doğru uzatmaq niyyətində idilər. Tərtib olunmuş layihə sonradan "Təbriz dəmir yolu cəmiyyəti"nin rəhbərlərindən olan S. Podqurskiyə verildi. Culfa-Hacıqabul dəmir yolu xəttinin çəkilməsinin zəruriliyi "Birinci Dünya müharibəsi" (1914–1918) başlandıqdan dərhal sonra özünü göstərdi. Rusiya Qafqaz cəbhəsindəki qoşunlarını ərzaq və döyüş sursatı ilə təchiz etməkdə ciddi çətinliklərlə üzləşdi. 1914–1916-cı illərdə Qafqazın cənubuna doğru daşınan yüklərin həcmi 2 dəfədən çox artmışdı və Aleksandropol-Culfa xətti bu qədər yükü daşımağa qadir deyildi. Bu vəziyyət Qafqazdakı rus ordusunun komandanı və Qafqaz canişini Nikolay Nikolayeviçi Culfanın "Cənubi Qafqaz" dəmir yolunun şərq hissəsindəki stansiyalardan biri ilə birləşdirilməsini təklif edən layihələrə ciddi diqqət yetirməyə məcbur etdi. == İnşası tarixindən == Canişin bu layihələr içərisində Culfanın Ələtlə birləşdirilməsi təklif edilən varianta üstünlük verdi və 1916-cı il fevralın 4-də Nazirlər Şurasına müraciət edərək, Ələt-Culfa dəmir yolu xəttinin çəkilməsi məsələsini irəli sürdü.
Dəmiryolu
Dəmiryol nəqliyyatı — müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır. == Tarixi == Dəmir yollarının tikintisi XIX və XX əsrin birinci yarısında bir çox ölkələrdə aparılırdı. Məhz bu səbəbdən əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilmişdi. Artıq 1840-cı ildə dünyada dəmiryol xətlərinin uzunluğu 2,5 min km-ə çatmışdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km təşkil edir. İlk dəmir yolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olmuşdur. Elə həmin ildə ABŞ-də ilk dəmir yolu çəkilmişdir.
Albaniyada dəmiryolu
Albaniyada dəmiryolu nəqliyyatı Hekurudha Shqiptarë milli dəmir yolu şirkəti tərəfindən idarə edilir. Albaniyada dəmir yolu xətti standart reylslərdən ibarətdir - 1435 mm. == Tarix == Ölkədə 1947-ci ildə ilk dəfə standart reyslərdən istifadə etməklə Durres — Pekini xətti çəkilmişdir. Bundan əvvvəl isə enisiz dəmir yolu xəttindən istifadə edilirdi. Ölkənin yalnız Monteneqro istiqamətində beynəlxalq dəmir yollarına çıxışı vardır. Dəmir ypollarının son duracağı Bajzedir. Dəmir yolu sistemi Ənvər Xocanın diktaturası dönəmində dövlət tərəfindən dəstəklənirdi. 1947-ci ildən sonra Albaniyanın Avropa standartı tətbiq edilməsi ilə ölkənin dəmir yolu şəbəkəsinin tikintisi əhəmiyyətli bir infrastruktur layihəsinə çevrildi. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra 1987-ci ilə qədər əsas şəhər və sənaye mərkəzlərini birləşdirən 677 km uzunluğunda dəmir yolu xətti inşa edilmişdir. Bu nəqliyyat növü 1990-cı ilə qədər əsas nəqliyyat vastəsi idi.
Azərbaycanda dəmiryolu
== Tarixi == === Çar Rusiyası === Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olmuşdur. Həmin tarixi dövrdən başlayaraq Azərbaycan dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə olaraq inkişaf etmiş və təkmilləşmişdir. Hazırda baş yolların ümumi uzunluğu 2910,1 km, istismar uzunluğu 2079,3 km-dir ki, onlardan da 802,3 km-i ikiyolludur. Yolun ümumi istismar uzunluğunun 1241,4 km-i və ya 59,7%-i elektrikləşdirilmiş, 837,9 km-i, yəni 40,3%-i tepolovoz dartısı ilə işləyir. 1527,7 km-i avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilmişdir. Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması ilə əlaqədar olmuşdur. Abşeronda neftin olması qədim zamanlardan bəlli idi. Bakı nefti uzun müddət sistemsiz üsulla çıxarılmış və əsasən Azərbaycanda, onun daşındığı Yaxın və Orta Asiya ölkələrində, Rusiya və Hindistanda işıqlandırma və müalicə üçün istifadə edilmişdir. 1847-ci ildə ilk qazma quyusunun meydana gəlməsi,neftin qazma üsulu ilə çıxarılmasının daha da inkişaf etdirilməsi,xüsusən XIX əsrin 70-ci illərinin əvvəllərində alış-veriş sisteminin ləğvi ilə əlaqədar neftçıxarma kəskin surətdə artdı.
Dəmiryolu nəqliyyatı
Dəmiryol nəqliyyatı — müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır. == Tarixi == Dəmir yollarının tikintisi XIX və XX əsrin birinci yarısında bir çox ölkələrdə aparılırdı. Məhz bu səbəbdən əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilmişdi. Artıq 1840-cı ildə dünyada dəmiryol xətlərinin uzunluğu 2,5 min km-ə çatmışdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km təşkil edir. İlk dəmir yolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olmuşdur. Elə həmin ildə ABŞ-də ilk dəmir yolu çəkilmişdir.
Ankara Dəmiryolu Stansiyası
Ankara Dəmiryolu Stansiyası - Türkiyə Dövlət Dəmir Yollarının Ankara şəhərində yerləşən mərkəzi dəmir yolu stansiyası. Stansiya Ankara şəhəri, Altındağ ilçəsi, Ulus mikrorayonu ərazisində yerləşir. Stansiyanın ilk binası 1892-ci ildə Anadolu dəmiryollarının bir stansiyası olaraq inşa edilmişdir. Fələstin və Mezopotamiya cəbhələrinə döyüş materialları bu stansiyadan hərəkət edən vaqonlarla təmin edilirdi. Buna görə 1914-1918-ci illər arasında Ankara stansiyasında heç bir sərnişin xidməti göstərilməmişdir. Çox az yük xidməti mövcud idi. Müharibədən sonra stansiya Britaniya hərbi nəzarəti altına girmişdir. Amma Türkiyədə başlanan qurtuluş savaşı nəticəsində ərazi ingilislərdən təmizlənmiş və Ankara yeni qurulan dövlətin paytaxtına çevrilmişdir. Türkiyə Qurtuluş savaşı sona çatmasından sonra İstanbuldan Ankaraya gedən sərnişin qatarı xidmətləri bərpa edildi. Stansiya 1 iyun 1927-ci ildə Türkiyə Respublikası Dövlət Dəmiryolları tərəfindən satın alınmışdır.
Bakı-Batum Dəmiryolu
Poti-Bakı Dəmiryolu — Bakını Qara dəniz sahilindəki Poti liman şəhəri ilə birləşdirən dəmir yolu. == Dəmiryolunun çəkilməsi == Xəzər dənizi sahilindən Cənubi Qafqazın ortasından keçməklə, Qara dəniz sahilinə doğru dəmir yolu çəkilməsi ideyası ilk dəfə XIX əsrin 30-cu illərində irəli sürülsə də, bu yöndə əməli işə yalnız 50-ci illərin ortalarında başlandı. Bakı-Tiflis-Poti istiqamətində dəmir yolu magistralının inşası üçün gərəkli olan mühəndis-texniki və iqtisadi araşdırmalar aparıldı, lakin Rusiya imperiyası hökuməti maliyyə çətinlikləri ilə əlaqədar bu dəmir yolunun hissə-hissə çəkilməsinə qərar verdi. O zamankı Qafqaz canişininin irəli sürdüyü hərbi-strateji mülahizələr əsas götürüldü və 1865-ci ildə, bütün əvvəlki layihələrin əksinə olaraq, Cənubi Qafqazda dəmir yolu çəkilməsinə Bakıdan deyil, əks istiqamətdən — Potidən başlandı. 1867-ci ildə Poti — Tiflis dəmir yolunun inşası ingilis kapitalistləri T. Parkins və F. Pauerin yaratdıqları şirkətə konsessiyaya verildi. İngilis şirkəti 294 km uzunluğu olan bu dəmir yolu xəttini 1872-ci ildə istifadəyə verdi. 19-cu əsrin 70-ci illərində Abşeron yarımadasında neft sənayesinin sürətli inkişafı və Poti — Tiflis dəmir yolunun zərərlə işləməsi çar hökumətini tezliklə Bakı ilə Tiflis arasında dəmir yolu inşasına başlamağa vadar etdi. 1879-cu ildə çar II Aleksandr Bakı-Tiflis dəmir yolunun tikintisinə icazə verdi. 1883-cü il mayın 8-də bu dəmir yolunun rəsmi istismarına başlandı. Bakı-Tiflis dəmir yolunun ümumi uzunluğu 548,3 km idi, üzərində 26 stansiya, 53 körpü inşa edilmişdi.
Bakı-Dərbənd dəmiryolu
Bakı-Dərbənd dəmiryolu — Bakını Dərbəndlə birləşdirən dəmiryol xətti. == Məlumat == Mərkəzi Rusiyanı Qafqazla birləşdirən dəmiryolu magistralının inşasına dair təklif və layihələr XIX əsrin 50-ci illərində irəli sürülməyə başlasa da, bu sahədə ilk addım Moskvadan Krıma doğru inşa edilən dəmiryolu üzərindəki Taqanroq stansiyasından Rostova xətt çəkilməsi oldu. 1872-75-ci illərdə isə Rostov-Vladiqafqaz dəmiryolu çəkildi. Bu yolu inşa etmiş Vladiqafqaz Dəmiryolu Cəmiyyəti Vladiqafqaz-Petrovsk dəmiryolunu çəkməyə başladı və 1894-cü ildə onu rəsmən istifadəyə verdi. XIX əsrin 90-cı illərində Bakının və bötüvlükdə Cənubi Qafqazın dəmiryolu vasitəsilə birbaşa Mərkəzi Rusiya ilə birləşdirilməsi dövlət əhəmiyyətli tədbir kimi qarşıya qoyuldu. Bunu nəzərə alan Çar Hökuməti 1896-cı ildə Port-Petrovsk-Dərbənd xəttinin, 1897-ci ildə isə Dərbənd-Bakı xəttinin inşasına icazə verdi. Vladiqafqaz Dəmiryolu Cəmiyyəti hər iki dəmiryolu xəttinin tikintisinə başladı. 1905-ci il aprelin 5-də Port-Petrovsk-Dərbənd (uzunluğu 130 km), iyulun 15-də isə Dərbənd-Bakı (uzunluğu 231,5 km) dəmiryolu xətləri istifadəyə verildi. Bakı-Port-Petrovsk dəmiryolu magistralının Biləcəri-Dərbənd sahəsində 11, Dərbənd-Petrovsk sahəsində 5 stansiya inşa edildi, həmçinin qatarlara texniki xidmət, parovoz və vaqonların cari təmiri və sazlanması üçün Biləcəri, Dərbənd və Port-Petrovskda dövriyyə depoları yaradıldı. Bakı-Dərbənd-Port-Petrovsk dəmiryolunun işə salınması ilə Cənubi Qafqaz dəmiryolu Ümumrusiya dəmiryolu şəbəkəsinə qoşuldu, Azərbaycanın və bütövlükdə, Cənubi Qafqazın sərvətlərinin ucdantutma Mərkəzi Rusiyaya daşınması başlandı.
Bakı-Tbilisi dəmiryolu
Bakı-Tbilisi dəmiryolu — Bakı ilə Tbilisi arasında 1881-ci ildə salınmışdır. Bu dəmiryolunu həm yük, həm də sərnişin qatarları üçün istifadə edirlər. == Tarixi == İki dənizi – Xəzəri və Qara dənizi birləşdirən Bakı-Tiflis dəmir yolu açılandan sonra Bakı neft sənayesinin məhsullarını Mərkəzi Rusiya və dünya bazarlarına kütləvi surətdə çıxarmaq mümkün oldu. Azərbaycanın iqtisadi həyatının yeni meyillərini diqqətlə izləyən görkəmli marifçi-demokrat Həsən bər Zərdabi Bakı-Tiflis dəmir yolunun çəkilməsini Azərbaycanın iqtisadiyyatına neft sənayesindən sonra güclü təsir göstərən ikinci ən mühüm amil hesab edirdi. XIX əsrin axırlarına yaxın Zaqafqaziya dəmir yolunun ümumi axınında Bakı-tbilisi xəttinin payı 98% təşkil edirdi. Xətdə ən intesiv iş Bakı stansiyasında görülürdü. Təkcə 1890-cı ildə buradan qərb istiqamətində 55,2 milyon pud yük daşınmışdı, Bakı-Tiflis xəttinin yerdə qalan stansiyalarından isə cəmi 20,86 milyon pud yük yola salınmışdı. Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb.
Yevlax-Xankəndi dəmiryolu
Yevlax-Xankəndi dəmiryolu — Yevlax ilə Xankəndi arasında 1978-ci ildə salınmışdır. Bu dəmiryolunu həm yük, həm də sərnişin qatarları üçün istifadə edirlər. == Tarixi == Xankəndinə gedən relslər 1942-ci ildə döşənib başa çatmışdır, amma bu yol, yəqin ki, müharibə səbəbindən rentabelli olmamış, 1960-cı illərdə bu xətt yenidən qurulmağa başlamışdır. 1962-ci ildə Bakıdan Yevlaxa gələn marşrut xətti Bərdəyə qədər uzadıldı. 1967-ci ildə isə bu bölgənin qatarla Bakıya getmək istəyən sakinləri artıq Ağdamdan yola düşə bilirdilər. 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndi oldu.
Gədəbəy ensiz dəmiryolu xətti
Gədəbəy ensiz dəmiryolu xətti - Cənubi Qafqazda ilk dəmir yol xətti (1868-ci il). == Tarixi == Gədəbəyin ən baxımlı yerlərindən biri Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Simens qardaşları burada xeyli iş görüblər. 1865-ci ildə ilk zavod işə salınıb. 1883-cü ildə ikinci müəssisə - Qalakənd misəritmə zavodu tikildi. Bununla əlaqədar Gədəbəy - Qalakənd arasında yol çəkildi, körpülər inşa olundu. Daha da vacibi Gədəbəy zavodu ilə meşə zolağı olan, gələcəkdə zavod tikiləcək Qalakənd arasında 31 kilometrlik ensiz dəmir yol xətti çəkildi. Simens Gədəbəy rayonuna etdiyi ikinci səfərinə (1868-ci il) aid xatirələrində bu barədə belə yazırdı: Dağlıq relyefı olan ərazidə bu xəttin çəkilməsi üçün 50-yə yaxın müxtəlif layihəli körpü və keçidlər inşa edildi. Həmin xətt Cənubi Qafqazda ilk dəmir yol xətti oldu.
Kiçik Qafqaz dəmiryolu (Tiflis)
Kiçik Qafqaz dəmiryolu — dünyada ilk rəsmi uşaq dəmir yolu. 24 iyun 1935-cü ildə Gürcüstan SSR-in paytaxtı Tiflis şəhərində açılmışdır. == Tarix == Uşaq dəmir yolunu tikmək fikri 1933-cü ildə Tiflis Uşaq Texniki Stansiyasında bir dəmir yolunun istismar modelinin inşasının müzakirəsi zamanı ortaya çıxır. Nəticədə tam hüquqlu bir təhsil layihəsinə çevrilə bilən bir dar dəmir yolu tikintisi təklif edilir. Yolun tikintisinə 13 sentyabr 1934-cü ildə başlanmış və 24 iyun tarixində yolun açılışı baş tutmuşdur. Kiçik Qafqaz dəmiryolunun ilkin uzunluğu cəmi 400 metr olmuşdur. Yolun açılışından sonra uzunluğunun 1600 metrə qədər uzadılması üçün bir layihə ortaya atılır, lakin yalnız 800 metr yeni bir yol inşa edilir. Yolun ümumi uzunluğu 1200 metr olur. 1990-cı illərin əvvəllərindən etibarən dəmir yolu uşaq dəmir yolu kimi fəaliyyətini dayandırır və böyüklərə xidmət göstərir. 2010-cu ildə hərəkət dayandırılır.
Nabran ensiz dəmiryolu xətti
Nabran ensiz dəmiryolu xətti — Azərbaycanın Xaçmaz rayonu ərazisində mövcud olmuş ensiz dəmiryolu xətti (750 mm). Xətt 1951-ci ildə inşa edilmişdir. Xudat stansiyasından, Muxtadir qəsəbəsinə oradan isə Nabrana yönəlirdi. Üstəlik digər qollarıda var idi. Dəmir yolu Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinə tabe idi. Əsasən Kolxoz və Solxozlara xidmət üçün nəzərdə tutulsa da Azərbaycanın bu hissəsinin turistik bölgə olması səbəbindən dəmir yolu turistlər tərəfindən də istifadə edilirdi. Dəmir yolu Xəzər dənizinin sahili boyunca uzanırdı. Xətt tələbatın olmaması səbəbindən 1990—1992-ci illərdə fəaliyyətini dayandırmışdır. == Depo == Yollarda əsasən iki paravozdan istifadə edilirdi. Sonradan isə Tu4 teplovozları da istifadəyə verilmişdir.
Qazaxıstan–Türkmənistan–İran dəmiryolu xətti
Qazaxıstan—Türkmənistan—İran dəmiryolu xətti — Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi. 2009-2014-cü illərdə Orta Asiyada Qazaxıstan, Türkmənistan və İranı birləşdirən bir dəmir yoludur. Xəttin digər bir ad Şərqi Şimal - Cənub dəhlizidir. Bu yolun köhnə bir variantı Qaraqalpaqıstan qəsəbəsindən keçərək iran sərhəddinə qədər uzanırdı. Vaqonların reylslərinin uyğunlaşdırılması Seraxs stansiyasında aparılır. Yeni xətt Bolaşak stansiyasından birbaşa Qərbi Qazaxıstandan Türkmənistana keçir. Bu xətt 2014-cü ildə istifadəyə verilir. Bu xətt Ətrek-Gürgan sərhəd keçidi ilə İran Respublikasına daxil olur. Bununla yanaşı Qazaxıstan vastəsi ilə Çindən İrana qədər olan məsafəni 500 km azalır. Dəmir yolu Qazaxıstanı, Rusiyanın mərkəzi bölgələrini Türkmənistan, İran, Fars Körfəzi ölkələri, Cənubi və Cənub-Şərqi Asiya ilə birləşdirən əlavə marşrutlar çoxalda, tranzit yük və sərnişin daşımalarını artıra bilər.
Qazaxıstan—Türkmənistan—İran dəmiryolu xətti
Qazaxıstan—Türkmənistan—İran dəmiryolu xətti — Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi. 2009-2014-cü illərdə Orta Asiyada Qazaxıstan, Türkmənistan və İranı birləşdirən bir dəmir yoludur. Xəttin digər bir ad Şərqi Şimal - Cənub dəhlizidir. Bu yolun köhnə bir variantı Qaraqalpaqıstan qəsəbəsindən keçərək iran sərhəddinə qədər uzanırdı. Vaqonların reylslərinin uyğunlaşdırılması Seraxs stansiyasında aparılır. Yeni xətt Bolaşak stansiyasından birbaşa Qərbi Qazaxıstandan Türkmənistana keçir. Bu xətt 2014-cü ildə istifadəyə verilir. Bu xətt Ətrek-Gürgan sərhəd keçidi ilə İran Respublikasına daxil olur. Bununla yanaşı Qazaxıstan vastəsi ilə Çindən İrana qədər olan məsafəni 500 km azalır. Dəmir yolu Qazaxıstanı, Rusiyanın mərkəzi bölgələrini Türkmənistan, İran, Fars Körfəzi ölkələri, Cənubi və Cənub-Şərqi Asiya ilə birləşdirən əlavə marşrutlar çoxalda, tranzit yük və sərnişin daşımalarını artıra bilər.
Sarayevo–Ploçe dəmiryolu xətti
Sarayevo—Ploçe dəmiryolu xətti — Bosniya və Herseqovina və Xorvatiya ərazisindən keçən dəmiryolu xətti. Elektrikləşdirilmiş bir yol xətti Ploçe-Sarayevo və Osijek vasitəsilə Budapeştə qədər uzanır. Yolun ümumi uzunluğu 194,6 km, stansiyaların sayı isə 27-dir. Yol üzərində ümumilikdə 71 körpü vardır ki, onlarında ümumi uzunluğu 3,7 km-dir. 106 tunel 36,6 km uzunluğa sahibdir. 46 tunel və 21 körpü Bradin və Konis arasında yerləşir. Ən uzun tunelin uzunluğu 3,23 km-dir. Ən enişli sahə 25 dərəcə bucaq altındadır və Brabina-Konis xətti üzərində yerləşir. Xəttin böyük hissəsi Neretva çayı sahili boyunca keçir. Bosniya və Herseqovina ərazisində maksimal sürət sərnişinlər üçün 70 km/s, yük qatarları üçün isə 50 km/s təşkil edir..
Sarayevo—Ploçe dəmiryolu xətti
Sarayevo—Ploçe dəmiryolu xətti — Bosniya və Herseqovina və Xorvatiya ərazisindən keçən dəmiryolu xətti. Elektrikləşdirilmiş bir yol xətti Ploçe-Sarayevo və Osijek vasitəsilə Budapeştə qədər uzanır. Yolun ümumi uzunluğu 194,6 km, stansiyaların sayı isə 27-dir. Yol üzərində ümumilikdə 71 körpü vardır ki, onlarında ümumi uzunluğu 3,7 km-dir. 106 tunel 36,6 km uzunluğa sahibdir. 46 tunel və 21 körpü Bradin və Konis arasında yerləşir. Ən uzun tunelin uzunluğu 3,23 km-dir. Ən enişli sahə 25 dərəcə bucaq altındadır və Brabina-Konis xətti üzərində yerləşir. Xəttin böyük hissəsi Neretva çayı sahili boyunca keçir. Bosniya və Herseqovina ərazisində maksimal sürət sərnişinlər üçün 70 km/s, yük qatarları üçün isə 50 km/s təşkil edir..
Septemvri — Dobrinişte ensiz dəmiryolu xətti
Septemvri — Dobrinişte ensiz dəmiryolu xətti və ya 16 nömrəli xətt — Bolqarıstan dövlət dəmir yollarının son aktiv ensiz dəmiryolu xətti (760 mm). Septemvri şəhərindən Velingrad və Bansko yolu ilə Dobrinişteye aparır. Marşrut Rila və Rodope dağları arasından keçir və Pirin dağlarının şərqində bitir. Xəttin ümumi uzunluğu 125 km, orta səyahət müddəti təxminən 5 saatdır. == Tarix == 1915-ci ildən bəri olan Rodop dağlarına gedişi təmin edən bir dəmir yolu fikri ortaya atılırdı. Bu zaman üç mümkün marşrut təklif edilir. Birinci Dünya müharibəsi zamanı, 1916-cı ildə hərbi səbəblərə görə ordu Nevrokop şəhərini (indiki Qotse Delçev) dəmir yolu şəbəkəsi ilə birləşdirilməsini istəyir və Sarambeydən (indiki Septemvri) Laceneyə (indiki Velingradın bir hissəsi) xəttin çəkilməsi araşdırılır. Ancaq müharibə bitəndə iş dayandırılır. Dəmir yolu xətti 1922 və 1945-ci illərdə bir neçə mərhələdə inşa edilmişdir. İlk mərhələ Septemvri - Velingrad 1926-cı il avqustun 1-də açılmışdır.
Şimali-Qafqaz Dəmiryolu İdarəsinin binası
Şimali-Qafqaz Dəmiryolu İdarəsinin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Teatralnaya meydanı ev 4 ünvanında yerləşən bina. Bina 1911-1913-cu illərdə modern stilində inşa edilmişdir. Şimali-Qafqaz Dəmiryolu İdarəsinin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Rostov-na-Donu şəhərində yerləşən Vladiqafqaz (hazırda Şimali-Qafqaz) dəmir yolları idarəsinin uzun zaman öz binası olmamışdır. Onlar əsasən digər icarəyə götürülmüş binalarda fəaliyyət göstərirdilər. XX əsrin əvvələrində idarə üçün yeni binanın tikintisi planlaşdırılmışdır. 1910-cu ildə müsabiqədə N. Valterin layihəsi qalib gəlmişdir. Sxemlərin hazırlanması və işlərin aparılması mülki mühəndis A. P. Butkov məşğul olmuşdur. Binanın tikintisi məqsədi ilə Rostov-na-Donu və Naxçıvan-na-Donu şəhərləri arasında ərazi götürülür (hazır ki Proletar rayonu). Binanın tikintisinə 1911-ci ilin yayında başlanmışdır.

"dəmiryolu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəmiryolu nədir? #dəmiryolu sözünün mənası #dəmiryolu nə deməkdir? #dəmiryolu sözünün izahı #dəmiryolu sözünün yazılışı #dəmiryolu necə yazılır? #dəmiryolu sözünün düzgün yazılışı #dəmiryolu leksik mənası #dəmiryolu sözünün sinonimi #dəmiryolu sözünün yaxın mənalı sözlər #dəmiryolu sözünün əks mənası #dəmiryolu sözünün etimologiyası #dəmiryolu sözünün orfoqrafiyası #dəmiryolu rusca #dəmiryolu inglisça #dəmiryolu fransızca #dəmiryolu sözünün istifadəsi #sözlük