Dəmirçioğlu sözü azərbaycan dilində

Dəmirçioğlu

Yazılış

  • Dəmirçioğlu • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məmməd Dəmirçioğlu
Məmməd Bəşirov (Dəmirçioğlu) — Görkəmli rəssam, şair, heykəltaraş, memar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Dəmirçioğlu 1951-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Qaymaqlı kənd məktəbini bitirmişdir. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsinə daxil olmuşdur. Oranı fərqlənmə diplomu ilə bitirmişdir. Dəmirçioğlu adını ona Ağamalı Sadiq Əfəndi vermişdir. Vaxtilə babaları dəmirçi olmuşlar və yaxşı sənətkar kimi İncə dərəsində, bütün mahalda məşhur idilər. İncə dərəsi elində "Məmməd əmi" və ya "Mamed" təxəllüsləri ilə də tanınmışdır. 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir. 1983-cü ildən 1990-cı ilə qədər Özbəkistanın Nəməngan, Əndican, Səmərqənd və digər şəhərlərində monumentalçı rəssam kimi fəaliyyət göstərmişdir. 1990-cı ildə vətənə qayıtdıqdan sonra Bakı şəhərində fəaliyyət göstərmişdir.
Natəvan Dəmirçioğlu
Natəvan Dəmirçioğlu (tam adı: Natəvan Dəmirçi qızı Mansurova — Atamoğlanova; 1 noyabr 1963, Qazax rayonu) — Azərbaycan yazıçısı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun direktor müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media üzrə ekspert, "İlin qadın yazıçısı" (2010), Prezident təqaüdçüsü (1999 və 2000). Natəvan Dəmirçioğlu 1 noyabr, 1963-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1984–1989-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almış, tələbəlik illərindən dövrü mətbuatla və Respublika Radiosu ilə əməkdaşlıq edərək, yeni ruhlu və orijinal formatlı yazılarla çıxış etmişdir. Universiteti əla qiymətlərlə oxuyan D. Natəvan Tələbə Elmi Cəmiyyətinin üzvü kimi 1985-ci ildə Bakıda keçirilən Ümmumittifaq miqyaslı "Tələbə elmi işlərinin respublika müsabiqəsi"nin qalibi olmuşdur. Sonralar Zaqafqaziya Universitetləri Tələbələrinin Elmi Konfransında rus, gürcü, erməni tələbələrdən üstün olaraq konfransın I diplomuna və xüsusi mükafatına layiq görülmüşdür. Axırıncı kursda oxuyarkən 1989-cu il aprel ayında çıxan "Müxbir" jurnalının tələbələrə həsr olunan xüsusi buraxılışında D. Natəvan haqqında ayrıca məqalə verilmişdir. 1989-cu ildə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində müxbir, 1989–1991-ci illərdə kiçik redaktor, 1991–1994-cü illərdə redaktor, 1994–1995-ci illərdə isə böyük redaktor kimi fəaliyyət göstərmişdir. 1995–2022-ci illər ərzində Azərbaycan Beynəlxalq Radiosunda Cənubi Azərbaycan şöbəsinin müdiri, 2022-ci ildən etibarən isə həmin müəssisənin direktor müavini vəzifəsində çalışır. 2002–2007-ci illərdə Bakı Dövlət Universitetinin doktorantı olmuşdur. 2012-ci ildə "Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu" adlı dissertasiya işini uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

"dəmirçioğlu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəmirçioğlu nədir? #dəmirçioğlu sözünün mənası #dəmirçioğlu nə deməkdir? #dəmirçioğlu sözünün izahı #dəmirçioğlu sözünün yazılışı #dəmirçioğlu necə yazılır? #dəmirçioğlu sözünün düzgün yazılışı #dəmirçioğlu leksik mənası #dəmirçioğlu sözünün sinonimi #dəmirçioğlu sözünün yaxın mənalı sözlər #dəmirçioğlu sözünün əks mənası #dəmirçioğlu sözünün etimologiyası #dəmirçioğlu sözünün orfoqrafiyası #dəmirçioğlu rusca #dəmirçioğlu inglisça #dəmirçioğlu fransızca #dəmirçioğlu sözünün istifadəsi #sözlük