dəmrovotu sözü azərbaycan dilində

dəmrovotu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dəmrovotu • 82.6087%
  • Dəmrovotu • 13.0435%
  • DƏMROVOTU • 4.3478%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəmrovotu
Dəmrovotu (lat. Chelidonium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Dəmrovotu bitkisi laləkimilər Papaveraceae fəsiləsinə aid çoxillik ot bitkisidir. Təbii şəkildə Avropa və Aralıq dənizi, Amerikada rast gəlinir. Müasir fikirlərə görə bu bitkinin yeganə növü böyük dəmrovotudur (Chelidonium majus). Bitkinin latınca adının tərcüməsi qaranquş otu deməkdir. Bu adı ona yunanlar vermişlər: onlar fikir vermişlər ki, dəmrovotu bitkisi qaranquşların gəlməsi ilə çiçəkləyir, uçub getmələrilə isə solur. Bitki əsasən Avropa və Aralıq dənizi ərazisində bitir. Dəmrovotu 1672-ci ildə Amerikaya kolonizatorlar vasitəsilə dəri xəstəliklərinin müalicəsində istifadə edilən dərman bitkisi kimi gətirilmişdir. Rusiyada bitkini bir çox sahələrdə ağır xəstəliklərin (hətta onkoloji) müalicəsində istifadə edildiyinə görə "rus jenşeni" də adlandırırlar.
Böyük dəmrovotu
Böyük dəmrovotu (lat. Chelidonium majus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin dəmrovotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Kökləri mil və qol-budaqlı olub, xaricdən qırmızı-qonur, daxili hissəsi isə sarı rənglidir. Gövdəsi 1m-ə qədər, düzqalxan, yuxarıdan budaqlanan, çılpaq, düyünlü və ya tükcüklüdür. Yarpaqları növbəli, yuxarı hissədən göyümtül, oturaq və lələkvari bölünmüş, aşağı hissəsi isə saplaqlıdır. Yarpaq seqmentləri dairəvi yumurtaşəkilli və ya dairəvi-dişciklidir. Çiçək ləçəkləri dörd açıq-sarı, düzgün, uzunluğu 5-10 sm, sadə çətirdən ibarət olmaqla, saplaqlıdır. Kasacığı 2 kasayarpağından ibarət, qınlı, təkyuvalı qutucuqdan ibarət olub, açılan qapayıcı qapağı vardır. Bitkinin bütün hissələrı tünd-sarı rəngli olub, içərisi təbii şirədən ibarətdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.16
2020 ••••••••••••••••• 0.13

dəmrovotu sözünün leksik mənası və izahı

  • 1 is. bot. Təbabətdə işlənən çoxillik şirəli ot bitkisi. Dəmrovotu çoxillik bitki olub 70 sm hündürlükdə budaqlı gövdəyə malikdir. Bütün hissələrində çəhrayı rəngli süd şirəsi vardır. R.Əliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / dəmrovotu

dəmrovotu sözünün sinonimləri (yaxın mənalı sözlər)

dəmrovotu sözünün rus dilinə tərcüməsi

dəmrovotu sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#dəmrovotu nədir? #dəmrovotu sözünün mənası #dəmrovotu nə deməkdir? #dəmrovotu sözünün izahı #dəmrovotu sözünün yazılışı #dəmrovotu necə yazılır? #dəmrovotu sözünün düzgün yazılışı #dəmrovotu leksik mənası #dəmrovotu sözünün sinonimi #dəmrovotu sözünün yaxın mənalı sözlər #dəmrovotu sözünün əks mənası #dəmrovotu sözünün etimologiyası #dəmrovotu sözünün orfoqrafiyası #dəmrovotu rusca #dəmrovotu inglisça #dəmrovotu fransızca #dəmrovotu sözünün istifadəsi #sözlük