dənizçilər sözü azərbaycan dilində

dənizçilər

Yazılış

  • dənizçilər • 74.7191%
  • Dənizçilər • 25.2809%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Quba" gəmisinin dənizçilərinə qoyulmuş abidə
"Quba" gəmisinin dənizçilərinə qoyulmuş abidə — 1857-ci il sentyabrın 14-də Xəzər dənizində tədqiqat aparan "Quba" gəmisinin Şüvəlan burnu yaxınlığında batması nəticəsində dünyasını dəyişmiş dənizçilərə qoyulmuş abidə. Hadisə nəticəsində ekipajın 22 üzvü dünyasını dəyişib, 57 nəfər isə xilas edilib. Bu faciədən sonra gəmilərin təhlükəsizliyi üçün Abşeronda mayakların inşasına başlayıblar. 1889-cu ildə Şüvəlanda qoyulmuş abidənin müəllifi İohan Edeldir. == Tarixi == Çar Rusiyası Azərbaycan xanlıqlarının işğalını başa çatdırdıqdan sonra 1850-ci illərin sonlarından etibarən Xəzər dənizini xüsusi Xəzər astronomik və hidroqrafik eskpedisiya tərəfindən tədqiq etməyə başlayır. Ekspedisiyanın əsas vəzifələri Xəzər dənizinin tam araşdırılması, onun dənizçilikdə istifadəsi üçün dəqiq xəritəsinin çıxarılması idi. Ekspedisiyaya mütəxəssis hidroqraf olan 2-ci dərəcəli kapitan Nikolay İvanşintsov rəhbərlik edirdi. 1856-cı ildə ekspedisiya fəaliyyətə başlayır. Lakin elə həmin ildə ekspedisiyanın astronomu vəbadan dünyasını dəyişir.1857-ci il sentyabrın 11-də Rusiya imperiyası tərəfindən təchiz edilmiş Xəzər astrohidroqrafik ekspedisiyası Xəzərin daha dəqiq xəritəsinin tərtib edilməsi üçün dəyərli məlumatlarla birgə Həştərxandan Bakıya göndərilib. Nikolay İvanşintsovun rəhbərliyi ilə toplanmış bu böyük və dəyərli məlumatları Bakıda hərbçilərlə yanaşı, yerli hökumət orqanları da səbirsizliklə gözləyirdilər.
Hərbi Dənizçilərin Həyatı (1923)
Hərbi dənizçilərin həyatı (film, 1923)
Xəzər dənizçiləri (film, 1944)
== Məzmun == Tammetrajlı sənədli filmdə müharibə dövrünün ən vacib kommunikasiyası olan Xəzər dənizinin müdafiəsində Xəzər dənizçilərinin qəhrəmanlığından, igidliyindən və qorxmazlığından bəhs olunur. Filmin əvvəlki iki hissəsində Xəzərin sahilindəki dinc həyatdan, liman şəhərləri əhalisinin əməyindən, Lənkəranın subtropik plantasiyalarından, Türkmənistan pambıqçılarından, Xəzər dənizçilərinin istirahətindən, köhnə Bakının tarixindən, onun abidələrindən, şöhrətli Xəzər donanmasından-cəsur dənizçilərdən, gəmi təmirçilərindən, "qara qızıl"dan danışılır. Hitlerin Bakını almaq planını təsvir edən xarici kinoxronika göstərilir. Sonra filmdə Qafqaz dağlarından, Xəzər dənizində dənizçilərin müdafiədə necə durmalarından, cəbhəyə yanacaq və hərbi ləvazimat göndərilməsindən, Volqada, Həştərxanda bombardman zamanı yanğınların baş verməsindən, "Ağamalı oğlu" tankerinin düşmən təyyarələri tərəfindən bombalanmasından və s.-dən söhbət açılır. Film Qafqaz uğrunda döyüşlərin başlaması ilə qurtarır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Qriqori Aleksandrov, N. Bolşakov Ssenari müəllifi: Qriqori Aleksandrov, N. Bolşakov Mətnin Müəllifi: B. Aqapov Operator: Cavanşir Məmmədov, N. Bolşakov, Q. Donets, Vladimir Yeremeyev, Seyfulla Bədəlov Bəstəkar: Qara Qarayev Səs operatoru: V. Kotov, Y. Kaşkeviç Rejissor assistenti: Niyazi Bədəlov == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.85 dəfə / 1 mln.
2003 •••••••••••• 1.97
2004 ••••••• 1.01
2005 ••••••••• 1.35
2006 •••••• 0.90
2007 ••••••••••• 1.69
2008 ••••• 0.73
2009 •••••••••••••• 2.24
2010 ••••••••• 1.45
2011 ••••••••••• 1.80
2012 •••••••••••••••• 2.58
2013 ••••••••• 1.46
2014 ••••••••••• 1.72
2015 ••••• 0.68
2016 ••••••••••• 1.74
2017 ••••••••••• 1.79
2018 •••••••••••••••••••• 3.30
2019 ••••••••••••••••• 2.64
2020 •••••••••••••• 2.25

"dənizçilər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dənizçilər nədir? #dənizçilər sözünün mənası #dənizçilər nə deməkdir? #dənizçilər sözünün izahı #dənizçilər sözünün yazılışı #dənizçilər necə yazılır? #dənizçilər sözünün düzgün yazılışı #dənizçilər leksik mənası #dənizçilər sözünün sinonimi #dənizçilər sözünün yaxın mənalı sözlər #dənizçilər sözünün əks mənası #dənizçilər sözünün etimologiyası #dənizçilər sözünün orfoqrafiyası #dənizçilər rusca #dənizçilər inglisça #dənizçilər fransızca #dənizçilər sözünün istifadəsi #sözlük