dərdli sözü azərbaycan dilində

dərdli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dərdli • 79.3860%
  • Dərdli • 17.5439%
  • DƏRDLİ • 3.0702%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2004 •••••••• 0.34
2007 •••••••••••••••••••• 0.85
2008 •••••• 0.24
2009 •••• 0.16
2010 ••••••••• 0.36
2011 ••••• 0.17
2012 ••••••••••••• 0.52
2013 ••••••••••• 0.44
2014 ••••••••••••• 0.51
2015 ••••• 0.17
2017 •••••••••••• 0.49
2019 •••• 0.14
2020 •••• 0.13

dərdli sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Dərdi, kədəri olan. Mehriban dərdli başını məzlumanə bir tərzdə qaldırıb yaşı yanaqlarına doğru axan gözləri ilə baxdıqda Səlimi gördü. S.Hüseyn. Bizim dərdli Rəna, bir də ki Əsmət; Gəldi aparmağa nakam Güləri. M.Rahim. // Hüzn gətirən; həzin, kədərli, qüssəli, ələmli, yanıqlı. Aşiqin dərdli mahnıları. – Mən bilməz idim, bəla imiş eşq; Bir dərdli macəra imiş eşq. Füzuli. Mən səni görmüşəm on beş il əzəl; Dilində bir qoşma, bir dərdli qəzəl. S.Vurğun. // İs. mənasında. Dərdli söylədiyini dəli söyləməz. (Ata. sözü). Gecə uzun, ay batmaz; Dərdlilər gecə yatmaz. (Bayatı). 2. Xəstəliyi, illəti olan; əlil, məriz.

    Azərbaycan dilinin izahlı lüğəti / dərdli

dərdli sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 kədərli — qüssəli — qəmli — yanıqlı — həzin

    Azərbaycan dilinin sinonimlər lüğəti / dərdli
  • 2 DƏRDLİ, QƏMLİ Zor-güclə bir zabil başladı pəsdən; Bu həzin, bu qəmli, bu dərdli səsdən (M.Rahim); DƏRD ƏHLİ Eşqdə bidərdlər eylər təəccüb halıma; Yoxsa bu kişvərdə bir dərd əhli yoxdur, büləcəb (S.Ə.Şirvani); DƏRDLİ-QƏMLİ [Sənəm:] Ah, yazıq arvad öldü. Müsibətli öldü. Dərdli-qəmli öldü (S.S.Axundov); DƏRDMƏND (köhn.) Görünür ki, dərdmənddi (C.Məmmədquluzadə); DƏRDNAK (köhn.) Ta vicudum eşqiniz yolunda bulmuşdur həlak; Ayağın tozundan ayrı oldu canım dərdnak (Xətayi); ƏHLİ-DƏRD Müşküldü tab türreyi-tərrar qəhrinə; Rəhm eylər əhli-dərdə genə gah-gah zülf (Q.Zakir); QƏMLİ (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / dərdli

dərdli sözünün antonimləri (əks mənalı sözlər)

dərdli sözünün rus dilinə tərcüməsi

  • 1 1. горемычный, отягощенный кручиной; 2. болезненный;

    Azərbaycanca-rusca lüğət / dərdli
  • 2 прил. 1. страдающий каким-л. недугом, болезнью 2. горестный, скорбный, печальный; dərdli görünmək казаться печальным, грустным

    Azərbaycanca-rusca lüğət / dərdli

dərdli sözünün inglis dilinə tərcüməsi

dərdli sözünün fransız dilinə tərcüməsi

dərdli sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. дертлу (1. дерт (гъам) авай; 2. сугъулвал квай, зарул (мес. мани); 3. сущ. дерт авайди, дертлуди; 4. хестевал авай; набут, шулу).

    Azərbaycanca-ləzgicə lüğəti / dərdli

"dərdli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dərdli nədir? #dərdli sözünün mənası #dərdli nə deməkdir? #dərdli sözünün izahı #dərdli sözünün yazılışı #dərdli necə yazılır? #dərdli sözünün düzgün yazılışı #dərdli leksik mənası #dərdli sözünün sinonimi #dərdli sözünün yaxın mənalı sözlər #dərdli sözünün əks mənası #dərdli sözünün etimologiyası #dərdli sözünün orfoqrafiyası #dərdli rusca #dərdli inglisça #dərdli fransızca #dərdli sözünün istifadəsi #sözlük