* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••• | 0.39 |
2005 | ••••••••• | 0.67 |
2006 | ••••••••• | 0.68 |
2007 | •••••••••••••• | 1.06 |
2009 | ••• | 0.16 |
2010 | •••••••••••••••••••• | 1.54 |
2011 | ••••••• | 0.51 |
2012 | ••• | 0.17 |
2013 | •• | 0.15 |
2015 | ••••••• | 0.51 |
2020 | •• | 0.13 |
1 is. [fars.] klas. 1. Astana, kandar, qapı önü; böyük adamların qapısı; saray, iqamətgah. [Xaqani:] Nizami! Lütf ilə soruşsan nəyəm? Sənin dərgahında aciz bəndəyəm. M.Rahim. 2. məc. din. Allahın mərhəməti, şəfqəti, köməyi, inayəti mənasında (bəzən “Allah”, “həqq” sözləri ilə). Yarəb, kərəm et ki, xarü zarəm; Dərgahə bəsi ümidvarəm. Füzuli. …Həmşəriləri təziyə məclisinə … qoymayanda … başlarını salardılar aşağa və özözlərinə deyərdilər: – Allah, şükür dərgahına! C.Məmmədquluzadə. Xəlifə onların hər birinə tək-tək cavab verib, onlar üçün Allah dərgahından səadət və dövlət rica edəcəyini və duasını onların barəsində şamil edəcəyini vədə verdi. M.S.Ordubadi. □ Əllərini Allah dərgahına qaldırmaq (qalxızmaq) – Allaha müraciətlə əllərini göyə qaldırıb ona yalvarmaq, raz-niyaz etmək. [Sona xanım:] Əziz Allah, dərgahına qalxızmışam əllərimi! Ə.Haqverdiyev. 3. məc. tənt. Ev. Peymanını pozan xəyal həmdəmim; Dərgahıma sayə salmayacaqdır. S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / dərgah1 DƏRGƏH [fars.] сущ. клас. 1. гуьрцел, рикӀинин вилик пад; чӀехи ксарин рак; сарай, дарамат; 2. пер. дин. даргагь (Аллагьдин мергьямет, куьмек манада); əllərini Allah dərgahına qaldırmaq (qalxızmaq) гъилер цавуз хкажна Аллагьдив рахун, Аллагьдиз минетун; 3. пер. кӀвал.
Azərbaycanca-ləzgicə lüğəti / dərgahDƏRGAH, DƏRGƏH f. «qapı yeri» 1) kandar, astana; 2) oturulan yer, olan yer; 3) qapı; 4) padşahın, hakimin və b. evi; saray; 5) bax təkyə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətisaray; astana, qapı önü; haqq qapısı.
Azərbaycan kişi adlarının izahlı lüğəti