dərman sözü azərbaycan dilində

dərman

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dərman • 90.7085%
  • Dərman • 9.2687%
  • DƏRMAN • 0.0228%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dərman
Dərman — insan və heyvanlarda xəstəlikləri müalicə etmək üçün istifadə edilən farmokoloji vasitə.Tibbi praktikada olduqca çox dərmanlar işlədilir. Odur ki, onlar haqqında tam təsəvvür yaratmaq üçün dərmanları oxşar xüsusiyyətlərinə görə qruplaşdırırlar. Ən geniş yayılmış təsnifat dərmanların həm farmakoloji təsir xüsusiyyətləri və həm də kimyəvi tərkibi əsas götürülən qarışıq təsnifatdır. == Ən bahalı dərmanlar == Bəzi aztapılan dərmanlarla müalicə kursunun illik xərci xəstəyə yüz minlərlə dollara başa gəlir. Forbes jurnalı dünyanın ən bahalı dərmanlarının siyahısını tərtib etmişdir. Jurnalın məlumatına görə, dünyada ən bahalı dərman Alexion Pharmaceutical şirkətinin istehsalı olan Soliris preparatıdır. Bu dərmanla illik müalicə kursu 409,5 min dollara başa gəlir. Soliris immun sisteminin unikal pozğunluğundan əziyyət çəkənlərə yardım edir. İnsan yatanda onun qanında qırmızı qan hissəcikləri (paroxysymal nocturnal hemoglobinuria) parçalanır. Dərman bazara iki il öncə daxil olub.
Dərman (Soyuqbulaq)
Dərman (fars. درمان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (11 ailə). Əhalisini kürdlər təşkil edir.
Dərman acıqıjısı
Adi acıqıjı (lat. Nasturtium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin acıqıjı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 8-60 sm olan çılpaq, çoxillikbitkidir. Gövdəsi boruvari, şırımlıdır. Enli, saplaqlı yarpaqları lələkvari parçalanmış, 3-7 cüt uzunsov yumurtavari və ya diş-dişli oval formalı hissələridən ibarətdir. Çiçəklərin ləçəkləri 4–6 mm ağdırnaqcıqlıdır, qutucuqdan 2 dəfə uzundur. Meyvə çiçək-saplaqları nazik, uzundur. Buynuzcuq meyvələrinin uzunluğu 10–20 mm, eni 2 mm azacıq köpmüş və əyilmiş silindrik formalıdır. Toxumları xırda, iki cərgədir. May-iyulda çiçəkləyir, iyul-avqustda meyvə verir.
Dərman alpiniyası
Dərman alpiniyası (lat. Alpinia officinarum) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Dərman bitkiləri
Dərman bitkiləri qədim dövrlərdən bəri kəşf edilmiş və xalq təbabətində istifadə edilmişdir. Bitkilər həşəratlara, göbələklərə, xəstəliklərə və ot yeyən məməlilərə qarşı müdafiə və qorunma da daxil olmaqla, müxtəlif funksiyalar üçün yüzlərlə kimyəvi birləşmə sintez edir. Dərman bitkiləri haqqında ən erkən tarixi qeydlərə Şumer sivilizasiyasına məxsus olan e.ə. 3000-ci ilə aid gil lövhələrdə rast gəlinir. Bu qeydlərdə tiryək də daxil olmaqla yüzlərlə dərman bitkisi yer alır. Qədim Misirə məxsus olan e.ə. təxminən 1550-ci ilə aid Ebers papirusunda isə 850-dən çox dərman bitkisi təsvir edilmişdir. Roma ordusunda işləmiş yunan həkimi Dioskorid e.ə. təxminən 60-cı ildə De materia medica adlı əsərində 600-dən çox dərman bitkisinin istifadə edildiyi 1 000-dən çox dərmanın reseptini sənədləşdirmişdir. Bu əsər təxminən 1 500 il ərzində digər farmakopeyaların əsasını təşkil etmişdir.
Dərman bulaqotu
Dərman bulaqotu (lat. Veronica officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. == Sinonimlər == Cardia officinalis (L.) Dulac Veronica officinalis var. officinalis Veronica officinalis f.
Dərman bədrənci
Melissa officinalis L. - Dərman bədrənci - Мелисса лекарственная - Medical balmBallınanə, bədrənc və ya limonotu (lat. Melissa L.) Dalmazkimilər (Lamiaceae Lindi.) fəsiləsinin Bədrənc(Melissa L.) cinsindən olan çoxillik ot bitkisidir. Gövdəsi dördkünc,budaqlı, yarpaqları ilə birlikdə yumşaq tüklüdür. Yarpaqları qarşılıqlı düzülmüş, saplaqlı, yumurtavarı formalı, kənarları mişarvarı, demək olar ki, çılpaqdır. Çiçəkləri ağ rəngdə xırda,ətirlidir. Meyvəsi dörd kiçik qozcuqdan ibarətdir. Bütövlükdə bitki limon iyinə,qurudulmuş yarpaqları isə acı ədviyyəli, bir qədər büzüşdürücü dada malikdir. İyun-iyul aylarında çiçəkləyir və iyul-sentyabr aylarında meyvə verir. == Botaniki təsviri == Hündürlüyü 30-100 sm olan çoxillik yumşaq tüklü ot bitkisidir. Gövdəsi kəsikdə dördkünc, budaqlıdır.
Dərman bəlğəmotu
Dərman bəlqəmotu (lat. Althaea officinalis) - bəlğəmotu cinsinə aid bitki növü. == Sinonim == Althaea kragujevacensis Pančić Althaea kragujevacensis Pančić ex Diklić & Stevan. Althaea micrantha Borbás Althaea multiflora Rchb. ex Regel Althaea officinalis subsp. micrantha Dostál Althaea officinalis var. pseudoarmeniaca Polg. Althaea officinalis subsp. pseudoarmeniaca (Polg.) Kárpáti ex Soó Althaea sublobata Stokes Althaea taurinensis DC. Althaea vulgaris Bubani Malva althaea E.H.L. Krause Malva maritima Salisb. Malva officinalis (L.) Schimp.
Dərman ciyərotu
Dərman cəbrayılotu
Dərman dəfnəgilənarı
Dərman fillantusu
Dərman fillantusu (lat. Phyllanthus emblica) - fillantus cinsinə aid bitki növü. == Sinonimləri == Cicca emblica Kurz Emblica officinalis Gaertn. Mirobalanus embilica Burm. Phyllanthus mairei Lév.
Dərman göyzabanı
Dərman göyzabanı (lat. Borago officinalis) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin göyzaban cinsinə aid bitki növü.
Dərman gülxətmi
Dərman bəlqəmotu (lat. Althaea officinalis) - bəlğəmotu cinsinə aid bitki növü. == Sinonim == Althaea kragujevacensis Pančić Althaea kragujevacensis Pančić ex Diklić & Stevan. Althaea micrantha Borbás Althaea multiflora Rchb. ex Regel Althaea officinalis subsp. micrantha Dostál Althaea officinalis var. pseudoarmeniaca Polg. Althaea officinalis subsp. pseudoarmeniaca (Polg.) Kárpáti ex Soó Althaea sublobata Stokes Althaea taurinensis DC. Althaea vulgaris Bubani Malva althaea E.H.L. Krause Malva maritima Salisb. Malva officinalis (L.) Schimp.
Dərman gülümbaharı
Dərman gülümbaharı (lat. Calendula officinalis) — gülümbahar cinsinə aid bitki növü.*Calendula officinalis L. — Dərman gülümbaharı == Botaniki xarakteristikası: == Mədəni şəkildə yetişdirilən birillik ot bitkisi olub, hündürlüyü 30–50 sm-dir. Əsas kökü budaqlanandır. Gövdəsi düzqalxan, çox vaxt budaqlanan, qısa tükcüklüdür. Yarpaqları növbəli, aşağı hissəsi uzunsov, tərsyumurtavari, yuxarı hissəsi uzunsov-neştərvari və oturaqdır. Səbətciyi tək, zirvəsi böyük olub, çoxçiçəklidir. Zəif iyli, sortəhər-acı dadlıdır.Gülümbaharın çiçəklərini tam çiçəkləyən zaman horizontal istiqamətdə düzülmüş dilşəkilli çiçəkləri toplanılmalıdır. Toplanılmış xammal hava dəyişilən kölgə yerlərdə və ya 450C temperaturda ventilyasiya şəraitində quruducu şkafda dərhal qurudulmalıdır. Quru hava dəyişən yerlərdə (stellayda) saxlanılalıdır. Saxlama müddəti 3 ildir.
Dərman köpəkdili
Dərman köpəkdili (lat. Cynoglossum officinale) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin köpəkdili cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 40-85 sm, gövdəsi sıx yarpaqla örtülmüş, düzduran, şırımlı, yuxarı hissədə süpürgəvari budaqlanmış, bozumtul tüklü, qara mil kökləri torpağın içərisinə vertikal yeriyən ikiillik ot bitkisidir. Yarpaqları yumşaq və basıqtükcüklüdür, uzundur, neştərə oxşar, sivri ucludur, aşağı yarpaqları saplağa daralmışdır və saplaqla birgə uzunluğu 10-21,5 sm, eni 18-30 mm-dir. Ondan sonrakı yarpaqlar oturaqdır, uzunluğu 9-19 sm və eni 12-20 mm-dir; kökətrafı yarpaqları bitki çiçək açana qədər quruyur. Çiçək qrupu süpürgəvaridir və meyvə verəndə budaqları uzanmış halda olur. Çiçək saplağı yumşaq-boz tükcüklüdür və nazikdir, kasacıqla eynidir, meyvə verən zaman 10-13 sm-ə qədər uzanır və aşağıya doğru qövsşəkilli əyilir. Tac çirkli tünd-qırmızı və ya qırmızı-göy rənglidir, qıfa oxşardır. Fındıqcalar 5-7 mm uzunluqdadır, enliyumurtavari, arxa hissədən demək olar ki, yastı, kənarları az qalxmış və qalınlaşmışdır, üzərində seyrək tikanları vardır. Fındıqcanın yan və qarın tərəfi tikanlarla sıx örtülüdür.
Dərman köpəkdiliotu
Dərman levistiki
Dərman limonotu
Dərman limonotu, bədrənc (lat. Melissa officinalis) və ya Xanım tərəsi — bədrənc cinsinə aid bitki növü. == Sinonim == Faucibarba officinalis (L.) Dulac Melissa altissima Sm. Melissa bicornis Klokov Melissa cordifolia Pers. Melissa corsica Benth. Melissa foliosa Opiz ex Rchb. Melissa graveolens Host Melissa hirsuta Hornem. Melissa occidentalis Raf. ex Benth. Melissa officinalis subsp.
Dərman mandraqorası
Dərman mandraqorası (lat. Mandragora officinalis) - mandraqora cinsinə aid bitki növü.
Dərman minaçiçəyi
Dərman minaçiçəyi (lat. Verbena officinalis) - minaçiçəyi cinsinə aid bitki növü. == Sinonim == Verbena adulterina Hausskn. Verbena domingensis Urb. Verbena domingensis var. cubensis Moldenke Verbena domingensis f. foliosa Moldenke Verbena macrostachya F.Muell. Verbena officinalis var. anatolica Kereszty Verbena officinalis f. anomala Moldenke Verbena officinalis var.
Dərman morindası
Dərman morindası (lat. Morinda officinalis) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin morinda cinsinə aid bitki növü.
Dərman mərcanotu
Dərman poruğu (lat. Stachys officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü.
Dərman məryəmnoxudu
Dərman məryəmnoxudu (lat. Teucrium marum) - məryəmnoxudu cinsinə aid bitki növü.
Dərman novruzgülü
Antiaritmik dərmanlar
Antiaritmik dərmanlar – ürək fəaliyyəti ritminin pozğunluqlarını aradan qaldırmaq və onun qarşısını almaq üçün istifadə olunan dərman preparatları. == Ümumi məlumat == Onların təsiri ürək hüceyrəsi membranının ion cərəyanı keçiriciliyinin dəyişməsinə əsaslanmışdır. Antiaritmik dərmanlar sinus-qulaqcıqda, qulaqcıq-mədəcik düyünlərində və ürəyin keçiricilik sistemində olan xüsusi hüceyrələrin fəaliyyət potensialının müxtəlif mərhələlərinə təsir göstərir. Təsir mexanizminə görə antiaritmik dərmanlar 4 sinfə bölünür: I sinif – membransabitləşdirici dərmanlar və ya natrium kanalı blokatorları; təsir xüsusiyyətinə görə: I A sinfi – xinidin, novokainamid, dizopiramid, aymalin; I B sinfi – lidokain, meksiletin, difenin; I C sinfi – propafenon, etmozin, etasizin, allapinin; II sinif – β adreno blokatorlar; III sinif – kalium kanalı repolyarizasiyasını ləngidən blokatorlar – amiodaron, sotalol; IV sinif yavaş kalsium kanalı ritmyavaşıdıcı blokatorları-verapamil, diltiazem. Göstərişlər: ürək ritminin proqnostik mənfi pozğunluqları (xroniki ürək çatışmazlığı fonunda politop mədəcik ekstrasistoliyası və ya miokard infarktının kəskin dövrü). Antiritmik dərmanlar bəzi növ ürək çatışmazlığı, qulaqcıq-mədəcik keçiriciliyinin 1-ci dərəcədən yuxarı və mədəcik daxili keçiriciliyin pozğunluqları zamanı əks-göstərişdir.
Dərman bitkilərin əlifba göstəricisi
== A ==
Dərman bitkilərinin siyahısı
== A ==

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 62.86 dəfə / 1 mln.
2002 •••••• 37.69
2003 •••• 26.77
2004 •••••• 41.10
2005 •••••••• 53.98
2006 ••••••• 42.80
2007 ••••••••••••••••• 115.44
2008 ••••• 28.99
2009 ••••••• 44.48
2010 ••••• 34.22
2011 ••••• 33.12
2012 ••••••• 42.59
2013 ••••••• 44.78
2014 ••••••••• 58.00
2015 •••••••••••••••••••• 133.54
2016 •••••••••••••••••••• 138.14
2017 •••••••••••• 82.43
2018 ••••••••••••• 88.10
2019 •••••••••• 66.48
2020 ••••••••••••• 83.68

dərman sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Həkimin resepti üzrə hazırlanan müalicə vasitəsi; dava. İçmə dərman. Sürtmə dərman. Dərman şüşəsi. – [Mirzənin] böyük oğlu, təbib bir yanında əyləşib, tez-tez atasının sinəsinə yaş məhrəba salırdı, lazım olduqca dərman içirdirdi. Ə.Haqverdiyev. 2. dan. Ümumiyyətlə, təbabətdə, zərərvericilərlə mübarizədə və s.-də işlədilən kimyəvi preparatlar. Keyləşdirici dərman. Qankəsən dərman. Boğazı yaxalamaq üçün dərman. Ağaclara dərman sürtmək. – Oğru qarğalara tüfəng atılır; Qocalmış torpağa dərman qatılır. S.Vurğun. Mənə bihuşedici dərman verdilər. M.İbrahimov. 3. məc. Əlac, çarə, tədbir. Oğlanı dərd apardı; Dərmanı qızda qaldı. (Bayatı). □ Dərman etmək (eləmək qılmaq) – əlac etmək, çarə qılmaq. Dərman elə yari-dərdməndə. Xətayi. Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib; Qılma dərman, kim həlakim zəhri-dərmanındadır. Füzuli.

    Azərbaycan dilinin izahlı lüğəti / dərman

dərman sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 1. DƏRMAN [Dəmətoğlu:] Bir dərmanla bu xəstəliyini müalicə edirsən, o birinə zərər olur (H.Abbaszadə); DAVA Tərs kimi burada Mirzə Mahmudun şagirdlərindən biri dava alırdı (Çəmənzəminli); DAVA-DƏRMAN Cavahir xanım: İndi, elə bu saat Əşrəf dava-dərman gətirəcək (N.Vəzirov); ƏCZA Mirzə əczanı alıb, bir qara xoruz da gətirib bağlamışdı və qabağına da bir qədər kişmiş qoymuşdu (Ə.Haqverdiyev); ƏLAC Firuzə xəstəni bir an gözdən qoymurdu, həkimin yazdığı əlacı vaxtlı-vaxtında içirir və üstündə gecə-gündüz yarpaq kimi titrəyirdi (A.Şaiq); HƏB Bunların da müalicəsi bir müxtəsərcə nəbzə baxandan sonra ciblərindən xəstəyə kinə, həb və işlətmə verməkdən ibarət idi (C.Məmmədquluzadə); MƏLHƏM (diriyə sürtmə dərman) O yaşatmaq məlhəminə çevrilir; Sağaldar derdi, mərəzi (M.Dilbazi). 2. dərman bax əlac 1

    Azərbaycan dilinin sinonimlər lüğəti / dərman

dərman sözünün rus dilinə tərcüməsi

  • 1 лекарство, медикамент

    Azərbaycanca-rusca lüğət / dərman
  • 2 I сущ. 1. лекарство: 1) средство, применяемое для лечения или предупреждения болезни, медикамент. Təsirli (effektli) dərman эффективное лекарство, hazır dərman готовое лекарство, toz dərman порошок, порошковое лекарство, həb dərman лекарство в таблетках (пилюлях), таблеточное лекарство, başağrısı dərmanı лекарство от (против) головной боли, öskürək dərmanı лекарство от (против) кашля, yuxu dərmanı снотворное лекарство (снотворное), ürək dərmanları сердечные лекарства, ağrıkəsən dərmanlar болеутоляющие лекарства, qızdırmasalan dərmanlar жаропонижающие лекарства; dərmanın təsiri действие лекарства, dərmanın saxlanma müddəti срок хранения лекарства, dərmanın yararlılıq müddəti срок годности лекарства, dərman hazırlamaq изготовлять лекарства, dərman sifariş etmək заказать лекарство, dərman almaq получить (купить) лекарство, dərman reseptlə (resept üzrə) buraxılır лекарство отпускается по рецепту, dərmanın buraxılması (buraxılışı) отпуск лекарства 2) перен. средство, помогающее пережить какое-л. несчастье, забыть что-л. неприятное. Ruhi düşkünlüyün ən yaxşı dərmanı əməkdir лучшее лекарство от душевной опустошённости (пустоты) – это труд 2. химические препараты, используемые для истребления вредителей, насекомых и т.п. II прил. лекарственный. Dərman maddələri лекарственные вещества, dərman bitkiləri лекарственные растения, dərman şüşələri лекарственные склянки, dərman qoxusu лекарственный запах ◊ dərman üçün də tapmazsan даже для лекарства не найдёшь (говорится о чём-л. дефицитном); dərdlərin dərmanı лекарство от всех зол, недугов

    Azərbaycanca-rusca lüğət / dərman

dərman sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. medicine; öskürək ~ı cough medicine; ~ yazamaq to prescribe a medicine; ~ qəbul etmək to take* medicine; ~ etmək to treat medically; ~ hazırlamaq to make* up a medicine; bir kəsin dərdinə ~ etmək 1) treat smb. medically; 2) məc. to help / to assist smb. to get out of a difficult position; ~ vurmaq bax dərmanlamaq f. to treat with a mordant (d.); tex. to pickle (d.), to dip (d.); (ağacı) to stain (d.), to sprinkle / to spray with disinfectant II. s. medicinal; ~ bitkiləri medicinal plants, herbs; ~ preparatları medicinal preparations

    Azərbaycanca-ingiliscə lüğət / dərman

dərman sözünün fransız dilinə tərcüməsi

dərman sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. дарман; içmə dərmanı хъвадай дарман; ağrıkəsici dərman тӀал атӀудай дарман; // дармандин (мес. шуьше); 2. пер. илаж, чара, тедбир; dərman etmək (eləmək, qılmaq) дарман авун, илаж авун, чара авун (акун).

    Azərbaycanca-ləzgicə lüğəti / dərman

dərman sözünün türk dilinə tərcüməsi

dərman sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) xəstəliyi müalicə və ya yaranı yaxşı etmək üçün tədbir; 2) m. əlac, çarə, tədbir.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

müalicə əhəmiyyətli maddə; çarə, əlac; güc-qüvvət verən.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"dərman" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dərman nədir? #dərman sözünün mənası #dərman nə deməkdir? #dərman sözünün izahı #dərman sözünün yazılışı #dərman necə yazılır? #dərman sözünün düzgün yazılışı #dərman leksik mənası #dərman sözünün sinonimi #dərman sözünün yaxın mənalı sözlər #dərman sözünün əks mənası #dərman sözünün etimologiyası #dərman sözünün orfoqrafiyası #dərman rusca #dərman inglisça #dərman fransızca #dərman sözünün istifadəsi #sözlük