Dərvişin qeydləri (film, 2013)
Dərvişin qeydləri — rejissor Eldar Quliyevin tarixi detektiv janrında çəkilmiş filmi.
== Məzmun ==
Film XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının süqutunun başa çatdığı ərəfədə baş verən hadisələrdən bəhs edir. Hadisələr Azərbaycanın ikiyə bölünməsi dövrünə təsadüf edir.
== Film haqqında ==
Filmin çəkilişləri 2012-ci ilin iyun ayında başlamışdı.
Film Cinealliance şirkətinin texniki dəstəyi ilə çəkilib.
Filmin istehsal prosesində rənglərin korreksiyası və vizual effektlərin tətbiq edilməsi Ultra Production şirkətində aparılmışdır.
Filmin musiqi yazılışı Rafiq Babayev adına səsyazma studiyasında aparılmışdır.
Azərbaycan kinosu tarixində tarixi-detektiv janrında çəkilmiş ilk filmdir.
Kiçik bir səhnəni çıxmaq şərtilə, filmdə heç bir qadın rolu yoxdur.
Filmin premyerası 2 avqust 2013-cü ildə Nizami Kino Mərkəzində keçirilən Azərbaycan Milli Kino Günündə olmuşdur.