Dərya sözü azərbaycan dilində

Dərya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Dərya • 89.0315%
  • dərya • 10.2684%
  • DƏRYA • 0.7001%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dərya
Dərya — ad. Dərya Tınkaoğlu — Türkiyəni təmsil edən həndbolçu. Dərya Alabora — Türkiyə aktrisası. Dərya Hüdayı — amerikalı-iranlı əczaçı və uşaq Yazıçıdır. Dərya Dadvar — Fransada yaşayan İranlı soprano solisti və bəstəkardır. Aşıq Dərya Məhəmməd — Azərbaycan aşıqı.TəxəllüsHüseyn Dərya — Azərbaycanlı reper və aktyor.DigərDərya-i-nur — Tehranda, İranın Mərkəzi Bankının daşlarından biridir. Kaptan-ı dərya — Osmanlı imperiyasında Donanmanın başçısına verilən hərbi statusdur.
Dərya Alabora
Dərya Alabora (türk. Derya Alabora; doğum adı Dərya Harupçu, Derya Harupçu; 19 avqust 1959, İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Dərya Alabora 19 avqust 1959-cu ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, 1982-ci ildə Memar Sinan İncəsənət Universitetinin konservatoriyasının teatr fakültəsini bitirmişdir. O, Alabora "Məsumiyyət" və "Yencək səbəti" filmlərində oynadığı rollara görə iki dəfə "Qızıl portağal" mükafatına layiq görülmüşdür.
Dərya Dadvar
Dərya Dadvar (1971, Məşhəd) — Fransada yaşayan İranlı soprano solisti və bəstəkardır. == Təhsili == Dərya əslən Rəştdən olsa da, Tehranda böyüyüb. 1992-ci ildə İranı tərk etdi və təhsillə bağlı Fransaya getdi. 1999-cu ildə vokal dərsərini bitirib "Musiqi tədqiqatları (Qızıl medal)" aldı. Bir ildən sonra Dərya Tuluzada yerləşən Milli Konservatoriyanı bitirdi. Daha sonra Tuluza təsviri incəsənət məktəbində (École des Beaux-Arts de Toulouse) magistr təhsili aldı.
Dərya Hüdayı
Dərya Hüdayı (fars. دريا هدائى‎, ing. Darya Hodaei, 21 sentyabr 1989, İran) amerikalı-iranlı əczaçı və uşaq Yazıçıdır. İran Azərbaycanının Təbriz şəhərində doğulub boya-başa çatmışdır. 9 yaşından etibarən qısa hekayələr yazmağa başlayan Dərya daha sonra Təbriz milli univeristesindən əczaçılıq üzrə elmər doktoru dərəcəsi almışdır. 26 yaşında ABŞ-yə köçmüş və əczaçılıq peşəsini inkişaf etdirməyə çalışmışdır. Eyni zamanda Dərya Hüdayı uşaq ədəbiyyatına və ana dilinə öz yaradıcılığında diqqət ayıraraq Amerikada uşaq kitabları müəllifi oldu. Kitab nəşri ilə yanaşı hazırda Florida ştatının Mayami şəhərində yaşayan Dərya Hüdayı özünün "EnglishAzerbaijani" platformasında baş direktor vəzifəsində çalışır. Dərya Hüdayı Azərbaycan türklərinin mədəni adət-ənənələri haqqında videolar və məzmunlar hazırlayır. Onun "Jirtdan’s Halloween" ("Cırtdanın Helloini") kitabı mediada geniş işıqlandırılmış və Amazon satış platformasının "ən çox satılanlar" siyahısına daxil olmuşdur.
Dərya Tınkaoğlu
Dərya Tınkaoğlu (d. 3 aprel 1988) — Türkiyəni təmsil edən həndbolçu. Dərya Tınkaoğlu, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Dərya Tınkaoğlu, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Dərya Örs
Derya Örs (d.22 aprel 1966, Konya) — Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri, Mevlana Araşdırmaları Dərnəyinin rəhbər müavini, professor, doktor, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru. == Fəaliyyəti == 1966-cı ildə Konyada anadan olmuşdur. 1999-cu ildə doktor elmi adını, 2002-ci ildə əvvəlcə köməkçi dosent, daha sonra dosent elmi vəzifəsinə yüksəlmişdir. 2010-cu ildə Ankara Universitetinin Fars dili və Ədəbiyyatı bölməsi üzrə professor elmi vəzifəsinə yiyələnmişdir. “Nüsha Şarkiyat Araştırmaları” jurnalının təssisçi və redaktorlarından biri, həmçinin də Ankarada olan Mevlana Araşdırmaları Dərnəyinin rəhbər müavinidir. Yıldırım Beyazit Universitetinin İnsan və Cəmiyyət elmləri fakültəsində baş müəllim və dekan kimi fəaliyyət göstərmişdir. 2012-ci ildən Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədridir. 2016-cı il 11 noyabr tarixində Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb.
Hüseyn Dərya
Hüseyn Dərya (tam adı: Hüseyn Cahangir oğlu Muradov; 29 iyun 1975, Bakı – 15 mart 2014, Bakı) — Azərbaycan repçisi və aktyor. Hüseyn Dərya müxtəlif dövrdə Elariz Məmmədoğlu, İlhamə Quliyeva, Vahid Qədim və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === Hüseyn Dərya 1975-ci il iyun ayının 29-də Bakının Bakıxanov qəsəbəsində anadan olmuşdur. İlk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə almışdır. Bu məktəb, onda vəznlərə maraq oyatmışdır. Daha sonra Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, Hüseyn Dərya təhsilindən imtina edərək, Qarabağ müharibəsində iştirak etmişdir. Dörd il iki ay hərbi xidmətdə olmuşdur. Hip hop karyerası 2000-ci ildən başlayıb. === Yaradıcılığı === === Ölümü === Karyerası ərzində bir neçə dəfə sui-qəsd cəhdinə məruz qalıb.2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı Opel Astra markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, lakin martın 15-də səhər saatlarında o dünyasını dəyişib.Repçi ilə vida mərasimi Yasamalda Hüseyn Dəryanın bacısının evində keçirilib.
Aşıq Dərya Məhəmməd
Aşıq Dərya Məhəmməd (1905, Qazax – 15 iyun 1984) — Azərbaycan aşıqı. == Həyatı == Məhəmməd Rəhim oğlu Qocayev 1905-ci ildə Qazax mahalının İkinci Şıxlı kəndində anadan olmuşdur. Ustadları Aşıq Canallı Məmmədin şəyirdi Aşıq Səməd (1928) və Sadıq Sultanov (1929-cu ildən) olmuşdur. On üç yaşı olarkən atası erməni quldurları tərəfindən qətlə yetirilmişdir. Kənddəki molla məktəbində ibtidai təhsil aldıqdan sonra Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir. 1928-ci ildən aşıqlıq sənətinə başlamışdır. İstedadına, coşğulu ifasına görə ustadı ona "Dərya" təxəllüsü vermişdir.Aşıq Səməd 1928-ci ildə İkinci Şıxlıdan köçdüyündən Aşıq Məhəmməd sənətini yarımçıq qoyub. 1929-cu ildən Aşıq Məhəmməd Tiflisdə məşhur aşıq Sadıq Sultanova şəyirdlik edib. 1930-cu illərin əvvəllərindən müstəqil aşıqlığa başlayıb.Aşıq Əmrah və Hüseyn Saraclı ən yaxın dostları olmuşdur.Aşıq Məhəmməd 1984-cü il iyunun 15-də vəfat etmişdir.
Dərya-i-nur
Darya-i-Nur(Farsca: دریای نور mənası "işıq dənizi") dünyanın ən böyük kəsilmiş almazlarından biridir. 182 karat (yəni 36 qram) ağırlığında. Bu almazın keyfiyyəti qüsursuzdur. Dünyadakı ən böyük çəhrayı almazdır. Almazda çox nadir olan açıq çəhrayı daşın arxa üzündə Fəth Şahın adı və 1834-cü il tarixi yazılmışdır. Darya-i-Nur Tehranda, İranın Mərkəzi Bankının daşlarından biridir. == Tarix == Əvvəlcə Nader Şah Dərya-i Nurdan bəhs edir. Nader Şah 1739-cu ildə Hindistanla döyüşərkən Muğal xəzinəsindən almazı oğurlayır. 1747-ci ildə Nader Şahın ölümündən sonra almaz komandirlərindən birinin əlinə düşdü. Bu komandir eyni zamanda Xorasanın vəziri idi.
Kaptan-ı dərya
Kaptan-ı dərya (Osmanlı türkcəsi: کاپیتان دریا, Kapitan-i Derya) — Osmanlı imperiyasında Donanmanın başçısına verilən hərbi statusdur. 16. əsrin ortalarına qədər bəylərbəyi rütbəsi, o tarixlərdən sonra vəzir kaptan-ı dəryaların (və ya Kaptanpaşa) önəmi, Osmanlı imperiyasının dənizləri aşması və Aralıq dənizi sahillərindəki fəthlər çoxaldıqca artdı. Divan-ı Hümayüna üzv olaraq qatılmalı, Osmanlı imperiyasının dəniz əyalətləri adlanan əyalətlərini (Əlcəzair, Tunis, Trablusqarb və ya Tripolitaniya, Aralıq dənizi adaları) şəxsən özü və ya təyin etdiyi dənizçi paşalar vasitəsilə idarə edirdi. Keçmişdə indiki Çanaqqala ərazisində, sonralar isə İstanbulun Kasımpaşa səmtində yaşayan və limanın təhlükəsizliyindən məsul olan Kaptan-ı dərya statusu Tənzimat dövründə ləğv olunmuşdur. İlk Osmanlı dəryabəyləri sancaqbəyliyi də edirdilər. Osmanlı dəniz qüvvələri İzmitdən Gəliboluya köçürüldükdən sonra dəryabəylərinə kaptan-ı dərya deyilməyə başlanmışdır. II. Mehmed dönəmində donanma gücləndirilərək ordu vəziyyətinə gətirilmiş, bununla da kaptan-ı dəryaların vəzifələri də artdırılmışdır. 1533-1534 tarixlərində Cəzir-i Bahr-i Səfid və Cəzair-i Qərb vilayətləri birləşdirilərək Kaptanpaşanın idarəsinə verilmişdir. Ancaq kaptan-i dəryalığın bu qədər yüksəlməsi əlbəttə ki, Barbaros Xeyrəddin Paşanın bu vəzifəyə gətirilməsi ilə bağlıdır.
Ağıl Dəryası
"Ağıl dəryası" — ANS telekanalında 11-ci sinif şagirdləri arasında keçirilən intellektual yarışma "Ağıl dəryası" hazırda altı mövsümdür ki, davam edir. Ümumilikdə isə mövsümlər tədris ilinə uyğun olaraq bu cür qeyd edilir: I Mövsüm 2009-2010 II Mövsüm 2010-2011 III Mövsüm 2011-2012 IV Mövsüm 2012-2013 V Mövsüm 2013-2014 VI Mövsüm 2014-2015 "Ağıl dəryası" verilişinin altı mövsümdür ki, layihə rəhbəri Elçin Bayramovdur. == Qaydalar == Hər oyunda 9 iştirakçı iştirak edir. Bu 9 iştirakçı arasında qalib olan iştirakçı yarımfinal mərhələsinə vəsiqə qazanır. Yarımfinalların da qalibləri finalda üz-üzə gəlirlər. Finalda qalib gələn şəxs isə xaricdə təhsil almaq hüququ əldə edir. Həmçinin bu mərhələdə (finalda) Riyaziyyat fənnindən də imtahan keçirilir və imtahan nəticələri birbaşa ümumi nəticələrə təsir göstərir. == Oyunun qaydaları == === 1-ci tur === İştirakçılara 10 sual test üsulunda verilir və bu suallara daha çox düzgün cavab verən 6 iştirakçı 2-ci tura keçir. Suallar Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya, fizika, kimya fənnləri üzrə olur. 9 və 10-cu suallar ingilis dili və milli musiqilərlə bağlı olur və bu turdan sonra ilk 6-lığa düşən oyunçular tam bəlli olmazsa, ( 2 və ya daha çox iştirakçının xalı eyni olarsa ) əlavə sual turu keçirilir və burada test üsulu ilə verilən sualı düzgün cavablandıran iştirakçı və ya iştirakçılar növbəti tura keçir.
Ağıl dəryası (veriliş, 2009)
"Ağıl dəryası" — ANS telekanalında 11-ci sinif şagirdləri arasında keçirilən intellektual yarışma "Ağıl dəryası" hazırda altı mövsümdür ki, davam edir. Ümumilikdə isə mövsümlər tədris ilinə uyğun olaraq bu cür qeyd edilir: I Mövsüm 2009-2010 II Mövsüm 2010-2011 III Mövsüm 2011-2012 IV Mövsüm 2012-2013 V Mövsüm 2013-2014 VI Mövsüm 2014-2015 "Ağıl dəryası" verilişinin altı mövsümdür ki, layihə rəhbəri Elçin Bayramovdur. == Qaydalar == Hər oyunda 9 iştirakçı iştirak edir. Bu 9 iştirakçı arasında qalib olan iştirakçı yarımfinal mərhələsinə vəsiqə qazanır. Yarımfinalların da qalibləri finalda üz-üzə gəlirlər. Finalda qalib gələn şəxs isə xaricdə təhsil almaq hüququ əldə edir. Həmçinin bu mərhələdə (finalda) Riyaziyyat fənnindən də imtahan keçirilir və imtahan nəticələri birbaşa ümumi nəticələrə təsir göstərir. == Oyunun qaydaları == === 1-ci tur === İştirakçılara 10 sual test üsulunda verilir və bu suallara daha çox düzgün cavab verən 6 iştirakçı 2-ci tura keçir. Suallar Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya, fizika, kimya fənnləri üzrə olur. 9 və 10-cu suallar ingilis dili və milli musiqilərlə bağlı olur və bu turdan sonra ilk 6-lığa düşən oyunçular tam bəlli olmazsa, ( 2 və ya daha çox iştirakçının xalı eyni olarsa ) əlavə sual turu keçirilir və burada test üsulu ilə verilən sualı düzgün cavablandıran iştirakçı və ya iştirakçılar növbəti tura keçir.
Dəryal (jurnal)
Dəryal — ədəbi jurnal 1991-ci ildən Şimali Osetiyada nəşr olunur. Rübdə bir nəşr olunur. 1996-cı ildən bəri illik buraxılış planına xüsusi bir gənclik sayı (beşinci), 2004 -cü ildən bu günə qədər ildə 6 dəfə nəşr olunmuşdur. 2019-cu ildə ayrı bir gənclik mövzusu ənənəsi yenilənir. == Tarix və çağdaş dövr == "Daryal" 1991 -ci ildə 1931-ci ilin mayından nəşr olunan "Ədəbi Osetiya" almanaxını əvəz edir. Yeni jurnal ədəbi-bədii və ictimai-siyasi bir jurnal olaraq təyin edilir. Jurnala Şimali Osetiyada tanınmış yazıçı və publisist Ruslan Totrov rəhbərlik edir. Jurnal rus dilində nəşr olunur. Burada həm orijinal əsərlər, həm də osetin dilindən və Şimali Qafqazın digər dillərindən tərcümələri nəşr olunur. Əsasən Osetiya yazıçılarına aid olan nəsr, şeir, tənqidi və publisistik məqalələrlə yanaşı, jurnal osetiyalı incəsəntlə müsahibələr və əsərlərinin reproduksiyası da daxil olmaqla təsviri sənətlə bağlı materiallar dərc edir.
Dəryal keçidi
Dəryal keçidi — Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın Yan silsiləsinin kəsişməsində Terek çayının kanyonu. Üç km məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Dəryal keçidindən hərbi-gürcü yolu keçir. Buranın qədim adları Qafqaz darvazaları və Alan qapıları idi. İkinci adı erkən orta əsrlərdə Baş Qafqaz silsiləsindən keçən bu mühüm dağ yoluna sahib olan alanların adı ilə bağlıdır.
Dəryal stansiyası
Qəbələ RLS — Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərmiş "Daryal" tipli stasionar radiolokasiya stansiyası. 1985-2012-ci illərdə cənub hava trafikini idarə edən Raketdən Müdafiə Kompleksinin bir elementi olmuşdur. Stansiya Azərbaycanın şimalında, Qəbələ şəhərindən təxminən 11 km cənub-qərbdə, ən yaxın Ləki dəmiryolu stansiyasından 50 km məsafədə yerləşir.İnşaat 1977-ci ildən bəri davam etmiş və 1985-ci ildə döyüş vəzifəsi əldə etmişdir. Texniki resurs radarların 2012-ci ilə qədər işləməsinə imkan vermiş, blok modul quruluşu sayəsində stansiyanı döyüş tapşırığı qeyri-aktiv edilmədən, bu modulları dəyişdirmək və təkmilləşdirmək mümkün olmuşdur. == Xüsusiyyətləri == RLS təxminən 1,2 km aralıda yerləşdirilmiş iki mövqe — 100x100 metr hündürlüyündə yerləşən AFAR-a malik, təxminən, 4000 xaç-formalı vibratorlu qəbul Mərkəzi və 40x40 metr hündürlüyündə yerləşən, 1260 ədəd çıxış impuls gücünə malik növbəli modullarla dolu layihələndirilmişdir. Metrlik dalğaların diapazonunda işləyərək stansiya 100-ə yaxın radar kəsiyindən 0,1 m²-a yaxın məsafədə 6000 km-ə qədər diapazonda 90 dərəcə azimuta görə müəyyənləşdirilməsini və eyni zamanda müşayiət olunmasını təmin edirdi. Bu, Hind okeanının akvatoriyasından raketlərin buraxılmasının qarşısını almaq üçün kifayət idi. Raketdən Müdafiə Kompleksinin tərkibində olan stansiya nəinki raketlərin buraxılmasının qarşısını almağa, həm də onların trayektoriyasını izləməyə imkan verirdi ki, bu da raketlərin ölkəyə daxil olmasının qarşısını alırdı. Texniki parametrləri və münasib yeri nəzərə alaraq, bu RLS-in dünyada heç bir tayı-bərabəri yox idi.Stansiya Baş Qafqaz silsiləsinin cənub hissəsində dəniz səviyyəsindən 680 m hündürlükdə 190 ha ərazini əhatə etmişdir. Aktiv rejimdə enerji istehlakı 50 MVt, döyüş rejimində — 350 MVt təşkil edirdi.
Dəryaman (Germi)
Dəryaman (fars. دريامان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 172 nəfər yaşayır (37 ailə).
Dəryan (Şəbüstər)
Dəryan (fars. داريان‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,954 nəfər yaşayır (1207 ailə).
Dəryanur xalçası
Dəryanur xalçası — Azərbaycanın bütün xalçaçılıq məntəqələrində toxunan əla növ xovlu xalça. == Ümumi məlumat == Azərbaycanın bu xalçaları “Dəryanur xalçası” adını almışdır, lakin onun adlanması Dəryavar kəndinin adi ilə bağlıdır. Bu kənd Azərbaycanın cənubunda, Yardımlı rayonunun mərkəzindən 5 km şərqdədir. Hələ qədim zamanlardan Dəryavar kəndi xalça və xalçaçılıq məmulatlarına görə çox məşhurdur. “Dəryanur” xalçalarının XIX əsrdən başlayaraq, Şuşa, Ağdam, Bərdə, Cəbrayıl və digər şəhərlərdə istehsal olunmasına baxmayaraq, onun əsas istehsal mərkəzi Dəryavar kəndi olaraq qalmaqda idi. Bu ərazidə xalçaçılığın belə inkişaf etməsi təsadüfi deyildi. Bu kənd şimalda Qarabağ və Muğan kimi, cənubda isə Təbriz kimi böyük xalçaçılıq mərkəzlərinə yaxın yerləşirdi. Bu da yerli xalçaçılara öz müsbət təsirini göstərmişdir və burada xalçaçılıq özünün yüksək səviyyəsinə çatmışdır. == Bədii analiz == “Dəryanur” xalçalarının orta sahəsinin kompozisiyasını şaquli istiqamətdə bir – birinin ardınca yerləşdirilmiş göllərdən ibarətdir. Formasına görə, bu göllər “Xanlıq xalçası” və “Açma-yumma xalçası” xalçalarının gölləri ilə oxşarlıq təşkil edir, lakin orta sahədə yerləşməsinə görə özünəməxsusuluğa malikdir.
Dəryavar
Dəryavar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəryavar Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Yerli əhali oykonimi Dərəyəvo kimi tələffüz edir, XIX əsrə aid ədəbiyyatda isə kəndin adı Dəriki formasında qeydə alınmışdır. Tədqiqatçılara görə, kəndin adı Talış zonasında Xlll əsrdən məlum olan qədim Drik mahalının adından, -yə birləşdirici hissəsindən və var (yer, məskən) sözlərindən ibarət olub, "Drik mahalından gələnlərin məskəni" mənasındadır. Kəndin ilk sakinləri də elə Drik mahalından köçüb gəlmiş ailələr olmuşlar.
Dəryaz (Soyuqbulaq)
Dəryaz (fars. درياز‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,605 nəfər yaşayır (14 ailə).
Dəryaçeyi-nəmək
Dəryaçeyi -nəmək (fars-duzlu göl), İranda duzlu göl. Təxminən Qum şəhərinin 100 km şərqində, Dəşti-Kəbir səhrasının şimal-qərb bucağında, dəniz səviyəsindən 790 m yüksəkdə yerləşir. Gölün 1800 km² hövzəsi var, lakin onun böyük hissəsi qurudur. Su ancaq 1000 km² sahədə olur. Gölün 45 sm- 1m arası dərinliyi var. Ən böyük su mənbəyi Qaraçaydır.
Elnur Dəryagir
Elnur Dəryagir (21 iyun 1985, Kirovabad) — Azərbaycan peşəkarlar kəmərinin sahibi, Avropa çepionu, iki qat dünya çempionu, Azərbaycan Respublikası "əməkdar idman ustası". == Həyatı == Elnur Qəhrəman oğlu Dəryagir 21 iyun 1985-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1991-ci ildə 37 sayli orta məktəbə başlayıb, 2001-ci ildə bitirmişdir. 2003-cü ildə hərbi xidmətə çağrılmış, 2005-ci ilin yanvarın 2-də tərxis olmuşdur. 2006-cı ildə Gəncə Dövlət Universitetinin Bədən tərbiyəsi fakültəsinə daxil olmuş, 2010-cu ildə bitirmişdir. == İdman fəaliyyəti == Peşəkar idmançı 1999-cu ildə kikboks idman növü ilə məşğul olmuşdur. Kikboks üzrə Elnur Dəryagir bir çox nailiyyətlər əldə etmişdir. 20 dekabr 2014-cü ildə Bakıda keçirilən kikboks üzrə beşinci beynəlxalq turnirin qızıl medal qalibçisi olmuşdur.2015-ci il may ayının 7-də Şərur Rayon Olimpiya İdman Kompleksində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kikboksinq üzrə "Azərbaycan kəməri" uğrunda peşəkarlar arasında ilk ölkə çempionatı keçirilir və Elnur Dəryagir kikboksinq üzrə "Azərbaycan kəmərinə" sahib olur. === Ümumi nəticələri === 5 dəfə Azərbaycan çempionu ikincisi 5 Respublika turnirinin qalibi; 3 dəfə Azərbaycan kubokunun qalibi; 7 qat Azərbaycan çempionu; 5 dəfə Beynəlxalq turnirlərin qalibi; Avropa çempionu; 2 dəfə dünya üçüncüsü; 2 dəfə dünya ikincisi; 2 qat dünya çempionu.
Əhməd xan Dəryabəyi
Əhməd xan Cəfərqulu xan oğlu Dəryabəyi (?-1923) — Qacarlar ordusunun admiralı. == Həyatı == Əhməd xan Cəfərqulu xan oğlu Fars əyalətinin Nəva nahiyəsində anadan olmuşdu. Tehran darülfünunu bitirmişdi. Türk, fars, ərəb dillərini bilirdi. Əmidülmülk ləqəbini daşıyırdı. Əhməd xan h.q. 1264-cü (1848) ildə, Nasirəddin şah hakimiyyətə gələn il Şirazda baş vermiş iğtişaşları yatırmaq üçün göndərilmişdi. Bu zaman o eşikağasıbaşının müavini idi. Orada işləri qaydaya saldıqdan sonra o, Əmir Kəbirin diqqətini cəlb elədi. Mirzə Tağı xan Əmir Kəbir onu İranın Tiflisdə baş konsulu təyin etdi.
Dəryabəyi
Admiral (ərəb. əmir əl-bəhr‎ – dəniz əmiri) — hərbi dəniz donanmasında rütbə, Azərbaycan Hərbi Dəniz Qüvvələrində ən yüksək hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-polkovnik rütbəsidir. Rusiyada admiral rütbələri XVII–XVIII əsrlərdə I Pyotr tərəfindən təsis edilmişdir. 1940-cı ildən SSRİ və Rusiyada kontr-admiral, vitse-admiral, admiral, donanma admiralı rütbələri var; 1955-ci ildən Sovet İttifaqı Donanmasının admiralı rütbəsi var idi (Sovet İttifaqı Marşalı rütbəsinə uyğundur).XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəryabəyi (دریابیی) adlandırılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.24 dəfə / 1 mln.
2002 •••• 3.43
2003 •• 1.18
2004 •• 1.35
2005 ••• 2.70
2006 •• 1.13
2007 •• 1.48
2008 0.24
2009 0.64
2010 ••• 2.63
2011 •••• 3.86
2012 ••• 3.27
2013 •••••••• 8.31
2014 •••••••••••••••••••• 22.31
2015 •• 1.36
2016 0.35
2017 0.65
2018 ••• 2.70
2019 0.28
2020 0.53

dərya sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Dəniz. Bənzərəm bir qocaman dağa ki, dəryada durar. M.Ə.Sabir. Ağır-ağır, bulud kimi fövclər; Gəlir, verir dərya kimi mövclər. A.Səhhət. 2. məc. Təşbehlərdə, müqayisələrdə: hədsizlik, son dərəcə çoxluq, bolluq, tükənməzlik, nəhayətsizlik bildirir. [Əsgər bəy:] Mən ki bilirəm, [Hacı Qara] Ağcabədidə üç aydır üç top çit, qədək satmayıbsan, dərya zərərin vardır. M.F.Axundzadə. Gözüm yaşı qəmimdən, ağlamaqdan döndü dəryayə; Məni axır həlak eylər bu çeşmixunfəşan sənsiz. S.Ə.Şirvani. Artıq onun yuxusu; Olmayacaq xələldar; Onda fırtına görmüş; Bir dərya sükutu var. R.Rza. □ Dəryalar qədər – son dərəcə çox, intəhasız dərəcədə. Elm dəryası (bəzən istehza ilə deyilir) – çox elmli, çox oxumuş, çox bilikli adam haqqında. Kişi elm dəryasıdır! – [Heydər ağa:] …Maşallah, cənab şeyx elm dəryasıdır, mən belə alim görməmişəm. C.Məmmədquluzadə. Fikir (qəm) dəryasına qərq olmaq – çox fikirli olmaq, dərin fikrə dalmaq. … Məhəmmədhəsən əmi qəm dəryasına qərq olmuşdu. C.Məmmədquluzadə. Fəxrəddin fikir dəryasına qərq olmuşdu. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / dərya

dərya sözünün sinonimləri (yaxın mənalı sözlər)

dərya sözünün rus dilinə tərcüməsi

  • 1 море, океан

    Azərbaycanca-rusca lüğət / dərya
  • 2 сущ. море: 1. разг. небольшое водное пространство. Dəryadan dərin глубже моря 2. перен. большое количество, обилие, неисчислимое множество чего-л. Qan dəryası море крови, göz yaşı dəryası море слёз 3. нечто необъятное, неизмеримое. Zülmət dəryası море тьмы (мрака), işıq (nur) dəryası море (океан) света, qəm dəryası море печали (тоски), eşq dəryası море любви; dəryatək dərin глубокий, как море ◊ dəryalar qədər sevmək безумно (безгранично, безмерно) любить; dəryatək təlatümə gəlmək как море разбушеваться; dəryada balıq kimi как рыба в воде; dəryada balıq sövdəsi eləmək делить шкуру неубитого медведя; dəryada bir damcı (damla) капля в море; ağıl (elm) dəryası ирон. бездна премудрости; ума палата

    Azərbaycanca-rusca lüğət / dərya

dərya sözünün inglis dilinə tərcüməsi

dərya sözünün fransız dilinə tərcüməsi

dərya sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. дарья, гьуьл; 2. пер. акьалтӀай гзафвал, булвал, кьадарсузвал, акьалтӀ тийирвал; и кьил, а кьил авачирвал (тешпигьра, гекъигунра); dəryalar qədər гьуьл кьван, лап гзаф, акьалтӀай дережада; elm dəryası илимдин кӀватӀ (гьуьл), гзаф чирвилер авай, гзаф кӀелай касдин гьакъинда; fikir (qəm) dəryasına qərq olmaq фикирди тухун, гзаф фикирлу хьун, дерин фикирдиз фин.

    Azərbaycanca-ləzgicə lüğəti / dərya

dərya sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) dəniz; 2) m. çox, lap çox, çoxlu miqdarda. Dəryayi-ə’zəm ən böyük dəniz; okean; dəryayi-xun qan dənizi; dəryayi-mühit okean.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Qafan) qırçınlı qadın tumanı. – Nənə, mənə də dərya tik II (Zəngilan) çəki vahidi. – Səkkiz dəryan bir dinəvişdi

Azərbaycan dilinin dialektoloji lüğəti.

Azərbaycan kişi adlarının izahlı lüğəti

dəniz; çox elmli, bilikli, oxumuş, məlumatlı.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"dərya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dərya nədir? #dərya sözünün mənası #dərya nə deməkdir? #dərya sözünün izahı #dərya sözünün yazılışı #dərya necə yazılır? #dərya sözünün düzgün yazılışı #dərya leksik mənası #dərya sözünün sinonimi #dərya sözünün yaxın mənalı sözlər #dərya sözünün əks mənası #dərya sözünün etimologiyası #dərya sözünün orfoqrafiyası #dərya rusca #dərya inglisça #dərya fransızca #dərya sözünün istifadəsi #sözlük