* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bir şeyin müqayisəli kəmiyyəti, səviyyəsi. Mədəniyyət dərəcəsi. İnkişaf dərəcəsi. Bilik dərəcəsi. Təhsil dərəcəsi. – Kənd əhalisinin savad dərəcəsini inqilabdan əvvəlki ilə müqayisə etmək çox qəribə görünür. İ.Əfəndiyev. // Bir sıra sözlərə qoşulduqda, həmin sözlə ifadə edilən şeyin həddini, qədərini, əhəmiyyətini bildirir. Son dərəcə (ifrat bildirir). Mühüm dərəcədə (çox, olduqca). Eyni dərəcədə (bərabərlik bildirir). Bir dərəcəyə qədər (qismən, bir cəhətdən). – Qətibə öz fikrində ifrat dərəcəsinə çatmışdı. M.S.Ordubadi. Günəş, hərarəti təsir etməyəcək dərəcədə üfüqə doğru enmişdi. S.Hüseyn. Dilbər anasının bu nəzərlərində onun şikayətini və bir dərəcəyə qədər yalvarışını oxuyurdu. Ə.Sadıq. // Hədd. Rüstəm kişinin amiranə səsi və dərəcəsini aşan sərbəst hərəkəti Qoşatxanın xoşuna gəlmədi. M.İbrahimov. // yerlik halında. Qədər. O dərəcədə. Bu dərəcədə isti görməmişəm. Mümkün dərəcədə. – Osmanlıda qanuni-əsasi arvadları o dərəcədə şövqə gətirib ki, dəxi gözləri naməhrəm kişiləri görmür. C.Məmmədquluzadə. …Ağa dərviş, mənim sözlərimin bu dərəcədə səni pərt edəcəyini bilsəydim, əlbəttə, onları ağzıma almazdım. A.Divanbəyoğlu. 2. Elmi ad, rütbə. Elmlər namizədi dərəcəsi. Doktorluq dərəcəsi. 3. İdmanda: qrup, kateqoriya, pillə. Şahmatda ikinci dərəcə almaq. İdmançının çəki dərəcəsi. – Boks, güləşmə, ağırlıq qaldırma kimi idman növləri sahəsində idmançılar öz çəkilərinə görə dərəcələrə ayrılırlar. Ə.Babayev. 4. riyaz. Dairənin 1/360 hissəsinə bərabər bucaq və ya qövs ölçüsü vahidi. Hər insan bir peykdi məncə; Doxsan peyk yüz səksən dərəcə; Mehvərindən dönüb getdi. M.Araz. 5. fiz. Termometr, barometr və b. ölçü cihazları üzərindəki bölgü. Temperaturun ölçü vahidi dərəcədir. İyirmi dərəcə şaxta. Otuz dərəcə isti. – Yasəmənin qızdırması getdikcə artırdı. Səhər açıldıqda hərarəti qırx dərəcəyə çatdı. S.S.Axundov. [Murad:] Vəli xəstələnib, qırx dərəcə qızdırma içində yatır… S.Rəhman. 6. Vəzifə, mövqe, rütbə, mərtəbə. Dərəcəsi yüksəlmək. – [Vəzir:] …Heç bilirsənmi ki, sənin bacını xana vermək ilə nə qədər mənim dərəcəm və sənin rütbən artıq olacaqdır? M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / dərəcə2 ə. 1) müqayisə kəmiyyəti, ölçüsü, səviyyəsi; 2) dairənin 1/360 hissəsi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dərəcə3 1) bir şeyin müqayisəli kəmiyyəti, səviyyəsi. Məsələn, inkişaf dərəcəsi, bilik dərəcəsi, təhsil dərəcəsi. Eyni zamanda, bir sıra sözlərə qoşulduqda, həmin sözlə ifadə edilən şeyin həddini, qədərini, əhəmiyyətini bildirir. Məsələn, son dərəcə (ifrat bildirir), mühüm dərəcədə (çox, olduqca); 2) elmi ad, rütbə. Məsələn, elmlər namizədi dərəcəsi, doktorluq dərəcəsi; 3) vəzifə, mövqe, rütbə, mərtəbə. Məsələn, dərəcəli elmi işçi.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / dərəcə3 1. DƏRƏCƏ, KATEQORİYA, QRUP 2. DƏRƏCƏ, QRADUS (hərarətin ölçü vahidi) 3. dərəcə bax rütbə 1; vəzifə 2
Azərbaycan dilinin sinonimlər lüğəti / dərəcə1 1. категория, разряд; 2. звание, степень, ступень, ранг, чин; 3. градус;
Azərbaycanca-rusca lüğət / dərəcə2 I сущ. 1. градус: 1) единица измерения дуг и углов, равная 1/360 окружности. Üçbucağın bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir сумма углов треугольника равна 180 градусам 2) единица измерения температуры (воздуха, воды, тела и т.п.). Otuz altı dərəcə istilik тридцать шесть градусов тепла, on dərəcə şaxta десять градусов мороза (ниже нуля) 3) единица измерения плотности, крепости, давления. Tündlüyü qırx dərəcə olan крепостью в сорок градусов 2. степень: 1) сравнительная величина, мера чего-л. Dəqiqlik dərəcəsi степень точности, inkişaf dərəcəsi степень развития, hazırlıq dərəcəsi kimin, nəyin степень готовности кого, чего, məhsuldarlıq dərəcəsi nəyin степень продуктивности чего, zədələnmə dərəcəsi nəyin степень повреждения чего, dağılma dərəcəsi nəyin степень разрушения чего, yoluxma dərəcəsi степень заражения, qohumluq dərəcəsi степень родства 2) мера проявления какого-л. качества, состояния, действия. Yüksək dərəcə высшая (высокая) степень, yüksək dərəcədə в высшей степени, xeyli dərəcədə в значительной степени, az dərəcədə в меньшей степени, artıq dərəcədə в большей степени, son dərəcə в высшей (наивысшей) степени, kifayət dərəcədə в достаточной степени, lazımi dərəcədə в нужной (необходимой) степени, müəyyən dərəcədə в определенной степени, в некоторой степени, eyni dərəcədə в одинаковой степени, əhəmiyyətsiz dərəcədə в незначительной степени, o dərəcədə в такой степени 3) ступень, подразделение в чём-л., имеющем градацию (разряд, категорию, класс, стадию и т.д. чего-л.). Birinci dərəcə первая степень, ikinci dərəcə вторая степень 4) ученое звание. Elmi dərəcə учёная степень, namizədlik dərəcəsi кандидатская степень, doktorluq dərəcəsi докторская степень, elmi dərəcə vermək присудить учёную степень, elmi dərəcə almaq получить учёную степень, elmi dərəcəsi olmaq иметь учёную степень 5) лингв. степень сравнения. Sifətin müqayisə dərəcəsi сравнительная степень прилагательного, azaltma dərəcəsi уменьшительная степень, sifətin adi dərəcəsi положительная степень прилагательного 3. мера (предел охвата какого-л. явления). Eyni dərəcədə в равной мере, az dərəcədə по меньшей мере, lazımi dərəcədə в нужной мере, dərəcəsini bilmək знать меру 4. разряд: 1) степень производственной квалификации. Dərəcə almaq üçün imtahan vermək сдать экзамен на разряд 2) ступень спортивного мастерства. İdman dərəcəsi спортивный разряд 5. категория (разряд однородных лиц, выделяемых по каким-л. признакам). Yaş dərəcəsi возрастная категория, çəki dərəcələri весовые категории 6. ранг (степень отличия в чине). Yüksək dərəcə высший ранг, diplomatik dərəcələr (rütbələr) дипломатические ранги, bir dərəcə yüksək (yuxarı) рангом выше II прил. 1. градусный. Dərəcə toru геогр. градусная сетка (сетка градусов долготы и широты для географических карт) 2. разрядный (относящийся к разряду). Dərəcə normaları разрядные нормативы (нормы); dərəcə qrupları разрядные группы; hədsiz dərəcədə бесконечно, беспредельно, безгранично
Azərbaycanca-rusca lüğət / dərəcə1 i. 1. degree, extent; lazımi ~də to the right extent / degree, son ~yə qədər / kimi to the last degree / extent; müəyyən ~yə kimi / qədər to a certain degree / extent; 2. rank, title; elmi ~ academic rank; hərbi ~ military rank; 3. qram. degree; sifətin ~ləri degrees of comparison of adjectives; 4. (elmi) degree; doktorluq ~si doctor’s degree; namizədlik ~si candidate’s degree; ~ vermək to confer a degree (on); to award / to grant a degree; 5. id. class; birinci ~ first-class
Azərbaycanca-ingiliscə lüğət / dərəcə1 is. degré m, grade m ; lazımi ~də dûment ; elmi ~ grade f universitaire
Azərbaycanca-fransızca lüğət / dərəcə1 [ər.] сущ. 1. дережа; bilik dərəcəsi чирвилерин дережа; mümkün dərəcədə мумкин кьадар; 2. тӀвар, дережа (мес. докторвилин); 3. спорт. категория, разряд, группа; 4. матем. градус, дережа (1/360 паюниз барабар); // физ. термометрдин, барометрдин шкаладал къалурнавай цӀарарин арадавай паярикай гьар сад; 5. къуллугъ, везифа, мертеба, чин; dərəcəsi yüksəlmək дережа хкаж хьун.
Azərbaycanca-ləzgicə lüğəti / dərəcə