dəstələr sözü azərbaycan dilində

dəstələr

Yazılış

  • dəstələr • 98.8083%
  • Dəstələr • 0.9930%
  • DƏSTƏLƏR • 0.1986%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xüsusi Təyinatlı Dəstələr
İkinci Dünya müharibəsindən sonra dünya dövlətləri xüsusi şəraitlərdə əməliyyatlar apara bilən, yüksək hazırlıqlı xüsusi təyinatlı qoşunların yaradılmasına böyük diqqət yetirilməyə başladılar. Müxtəlif əməliyyatlarda iştirak edərək özünü bu və ya digər formada göstərən xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə Silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır. Türkiyədə «Kommando», «Bordo bereli» «SAT-SAS», ABŞ-də «Reyncer», «Delta forçe», Rusiyada «Alfa», «Vımpel», «Delta», İsraildə «Amor», Böyük Britaniyada «Kommandos», «Skorpion», Finlandiyada «Yeger», Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group «A»), Azərbaycanda «Yarasa», «Qartal», «Şahin», «Vaşaq», «Əqrəb» və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur. Bu gün dünyada “Kommandos”, “Bordo Bereli”, “SAT/SAS”, “Reyncer”, “Delta Forçe”, “Alfa”, “Vımpel”, “Amor”, “Skorpion”, “Yeger”, “Group A”, və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur. “Hər əsgər komando ola bilməz” Təhlükəsizlik və polis qüvvələrinin analoji birliklərindən fərqli olaraq, xüsusi təyinatlılar tam fərqli situasiyalar üçün hazırlanır. Çətin şəraitlərdə, ölkə sərhədləri daxilində və kənarda hərbi əməliyyatlar apara bilir, müxtəlif döyüş tapşırıqlarını yerinə yetirirlər. Çətin şəraitlərdə əməliyyatlara hazırlanan xüsusi təyinatlıların seçimi və hazırlığı böyük vaxt və tədris tələb edir. Ordu xüsusi təyinatlıları əsasən müddətli və müqavilə əsasında hərbi xidmətə çağrılmış şəxslərdən formalaşdırılır.
Azərbaycan Xalq Cümhuriyyətinin Gömrük Xidməti Dəstələri
Azərbaycan Xalq Cümhuriyyətinin Gömrük Xidməti Dəstələri — Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini qeyri-qanuni ticarətdən və qaçaqmalçılıqdan qorumaq məqsədilə yaradılmış sərhəd mühafizə və yoxlanış qurumları. == Qanun == Azərbaycan Xalq Cümhuriyyəti gömrük sisteminin fəaliyyətə başlamasını təmin edən sənəd. 1918-ci ilin avqustun 10-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edilmişdi. Qərara əsasən, ilk vaxtlar ən çox ehtiyac duyulan yerlərdə və zəruri sayda işçilər götürülməklə, gömrükxanalar yaradılırdı. Gömrükxanalar yaradılarkən müvafiq təşkilatı strukturlar da formalaşdırılırdı. == Fəaliyyəti == Parlamentin 18 avqust tarixli qanununa əsasən, qaçaqmalçılıqla mübarizə, Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini qeyri-qanuni ticarətdən qorumaq məqsədilə Azərbaycanın sərhədlərində 99 post yaradılmışdı və bu postlarda 992 muzdlu keşikçi vardı. Zabit komanda heyəti olan postlar quberniyalar üzrə sərhəd mühafizəsi rəislərinin tabeliyində birləşirdilər. Sərhəd mühafizəsinin təşkilinə rəhbərlik etmək və onun işini gömrük idarəsi ilə uzlaşdırmaq üçün maliyyə nazirliyinin dəftərxanasında xüsusi sərhəd mühafizəsi şöbəsi yaradılmışdı. 1919-cu ilin mayında Zaqatala mahalının Qabaqçöl və Mazımçay kəndlərində, Gəncə quberniyası Qazax qəzasının Şıxlı və Salahlı kəndlərində gömrük postları var idi. 1919-cu il iyulun 10-da Azərbaycan parlamenti Ağstafa gömrükxanasından keçən nəqliyyat vasitələrini və sərnişinlərini yoxlamaq məqsədilə Qazax qəzasının Poylu dəmiryol stansiyasında və Çaxmaqlı kəndində də ön gömrük postlarının yaradılması haqqında qanunlar qəbul edildi.
Bitki dəstələrinin siyahısı
Viridiplantae yarımaləminə aid dəstələrın siyahısı. == Şöbə: Chlorophyta == Viridiplantae yarımaləminin Chlorophyta şöbəsinə aid dəstələr. == Sinif: Pedinophyceae == Viridiplantae yarımaləminin Pedinophyceae sinfinə aid dəstələr. Dəstə: Pedinomonadales Dəstə: Scourfieldiales == Sinif: Prasinophyceae == Viridiplantae yarımaləminin Prasinophyceae sinfinə aid dəstələr. Dəstə: Chlorodendrales Dəstə: Mamiellales Dəstə: Pseudoscourfieldiales Dəstə: Pyramimonadales == Sinifüstü: UTC klad == === Sinif: Chlorophyceae === Viridiplantae yarımaləminin Chlorophyceae sinfinə aid dəstələr. Dəstə: Chaetopeltidales Dəstə: Chaetophorales Dəstə: Chlamydomonadales Dəstə: Chlorococcales Dəstə: Chlorosarcinales Dəstə: Oedogoniales Dəstə: Sphaeropleales Dəstə: Tetrasporales === Sinif: Trebouxiophyceae === Viridiplantae yarımaləminin Trebouxiophyceae sinfinə aid dəstələr. Dəstə: Chlorellales Dəstə: Microthamniales Dəstə: Prasiolales === Sinif: Ulvophyceae === Viridiplantae yarımaləminin Ulvophyceae sinfinə aid dəstələr. Dəstə: Bryopsidales Dəstə: Cladophorales Dəstə: Dasycladales Dəstə: Ignatiales Dəstə: Oltmannsiellopsidales Dəstə: Trentepohliales Dəstə: Ulotrichales Dəstə: Ulvales == İnfraaləm: Streptophyta == Viridiplantae yarımaləminin Streptophyta infraaləminə aid dəstələr. === Sinif: Klebsormidiophyceae === Viridiplantae yarımaləminin Klebsormidiophyceae sinfinə aid dəstələr. Dəstə: Klebsormidiales == Phragmoplastophyta == === Sinif: Charophyceae === Viridiplantae yarımaləminin Charophyceae sinfinə aid dəstələr.
Erməni quldur dəstələri
Erməni quldur dəstələri (qərbierm. Ֆէտայի («fedayi»), şərqierm. Ֆիդայի («fidayi»)) həmçinin erməni nizamsız birləşmələri, erməni milisləri — cinayətkarlar, kürd tayfaları və həmidi süvariləri tərəfindən ermənilərin kütləvi qırğınlarına və erməni kəndlərinin talanına cavab olaraq özünümüdafiə qüvvələrinə qoşulmaq üçün könüllü olaraq ailələrini tərk etmiş erməni mülki əhalisinin təşkil etdiyi silahlı birliklər. Osmanlı imperiyasında partizan təşkilatları yaratsalar da, bu qüvvələrin əksəriyyəti erməni milli hərəkatının üzvləri kimi xidmət edirdi. Onlar II Əbdülhəmid dövründə kürd tayfa qüvvələrinə və Həmidiyyə əsgərlərinə qarşı vuruşmuşlar. Erməni quldur dəstələri erməni əhalisinin sıx yaşadığı ərazilərdə Osmanlı imperiyasının fəaliyyətinə qarşı mübarizə aparırdılar. 1 1876-1909-cu illərdə sultan II Əbdülhəmidin hakimiyyəti dövründə mübarizənin məqsədi öz ölkələrinə Armenakan partiyasının üzvlərinin müdafiə etdiyi muxtariyyət və ya ideologiya səviyyədən asılı olaraq Ermənistan İnqilabi Federasiyası və Sosial Demokrat Hunçak Partiyasının nümayəndələri tərəfindən dəstəklənən ermənilərə xaricdən edilən təzyiqlər fonunda müstəqillik əldə etmək idi. Öz aralarında razılığa gələn Erməni İnqilabi Federasiyasının rəhbərləri 1905-1911-ci illərdə Məşrutə inqilabı baş verərkən orada iştirak etmişlər. “Fədai” sözü ərəbcə "fidai" (ərəb. فدائيون, fidā'īyīn‎, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) sözündəndir.
Erməni terror dəstələri
Faşist mübarizə dəstələrinin ittifaqı
Faşist mübarizə dəstələrinin ittifaqı (İtaliya mübarizə ittifaqı) — 1919-cu ildə Mussolini tərəfindən yaradılan siyasi təşkilat. 1921-ci ildə bu təşkilat Milli Faşist Partiyasına çevrilmişdi. Təşkilatın qərargahı Milan şəhərində yerləşirdi. İtaliya Birinci dünya müharibəsindən qalib dövlətlər sırasında çıxmışdı. Lakin ölkə xeyli zəifləmişdi. Çünki müharibəyə girərkən nəzərdə tutduqlarına nail olmamışdı. Müharibə başa çatdıqdan sonra ölkədə sosial ziddiyətlər daha da kəskinləşmişdi. Hakim dairələrin müəyyən hissəsi isə narazı xalqın çıxışlarının qarşını güc yolu ilə almaq təklifini irəli sürürdü. Bu məqsədlə xüsusi dəstələr yaradıldı. Bu dəstələrdən biri 1919-cu ildə Milan şəhərində Benito Mussolini tərəfindən yaradılmış "Faşist mübarizə dəstələrinin ittifaqı" idi.
Hücum dəstələri
SA (alm. Sturmabteilung‎ — "hücum dəstələri") — nasist partiyasının ilk hərbiləşdirilmiş qruplaşması. SA 1920-1930 -cu illərdə Adolf Hitlerin hakimiyyətə gəlməsində əhəmiyyətli rol oynamışdır. Əsas məqsədləri nasistlərin mitinq və görüşlərinin qorunmasını təmin etmək idi; qarşı tərəflərin görüşlərinin pozulması; xüsusən Almaniya Kommunist Partiyası (AKP), Almaniya Sosial Demokrat Partiyasının (SPD) Reichsbanner Schwarz-Rot-Goldun paramilitarlarına qarşı mübarizə və qaraçıların, həmkarlar ittifaqının üzvlərinin, xüsusən də yəhudilərin təqib edilməsi idi.
Osmanlı Aviasiya dəstələri
Osmanlı Aviasiya bölükləri (türk. Osmanlı tayyare bölükleri) və ya Osmanlı Hava Qüvvələri — Osmanlı ordusu və Osmanlı Donanmasının hərbi aviasiya birləşmələri idi. Osmanlı hərbi aviasiya tarixi 1909-cu ilin iyununda və ya 1911-ci ilin iyulunda başlayır. Təşkilata bəzən Osmanlı Hava Qüvvələri də deyilir. Hava qüvvələrinin böyüklüyü 1916-cı ilin dekabrında, Osmanlı aviasiya bölüklərinin 90 təyyarəsi olduğu zaman zirvəsinə çatmışdır. Aviasiya dəstələri 29 iyul 1918-ci ildə Hava Qüvvələri Baş Müfəttişliyi (türk. Kuva-yı Havaiye Müfettiş-i Umumiliği ) olaraq yenidən təşkil edildi. 30 oktyabr 1918-ci ildə Mudros Barışığının imzalanması ilə Osmanlı hərbi aviasiya qüvvələri faktiki olaraq ləğv edildi. Atəşkəs dövründə Osmanlı hərbi aviasiya qüvvələri 100-ə yaxın pilota sahib idi; 17 quru təyyarə bölüyü (hər biri 4 təyyarə); və 3 dəniz təyyarəsi bölüyü (hər biri 4 təyyarə) olmaqla, cəmi 80 təyyarəyə sahib idi. == Tarixi == 2 dekabr 1909-cu ildə Lui Blerio və Belçika pilotu baron Pyer de Katers Osmanlı imperiyasında ilk təyyarə uçuşunu nümayiş etdirdilər.
Xalq Qoruma Dəstələri
Xalq Müdafiə Birlikləri və ya Xalq Qoruma Dəstələri (kürd. Yekîneyên Parastina Gel, qısaca: YPG; ərəb. وحدات حماية الشعب‎, Wihdat Himayah ash-Sha'ab) — Kürd Ali Komitəsinin rəsmi silahlı birləşməsi. Rəsmi olaraq heç bir siyasi partiyayla əlaqəsi olmasa da, de-fakto Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadıdır. == Tarixi == 2004-cü ildə Qamışlı hadisələrindən sonra PYD və "Kürd Ali Komitəsi" tərəfindən yaradılan silahlı birləşmə ilk aktiv fəaliyyətinə 2011-ci ildə Suriya vətəndaş müharibəsi zamanı başlayıb. 2012-ci ilin dekabr ayının xəbərlərinə görə YPG 8 briqada və 10 min döyüşçüdən ibarətdir. 2013-cü ilin yaz aylarının sonlarına yaxın isə bu rəqəmin 15 minə çatdığı bildirilir. YPG-də kişilərlə yanaşı qadınlar da vuruşur; 2013-cü ilin fevral ayında Əfrin şəhərində 150 nəfərdən ibarət ilk qadın batalyonu yaradılıb. == Suriya vətəndaş müharibəsindəki yeri == 2003-cü ildə kürd muxtariyyəti tələbi ilə qurulan Demokratik Birlik Partiyasının (PYD) de-fakto silahlı qanadı sayılan YPG hal-hazırda Suriyanın Hələb mühafazasının Əfrin, Kobani, Cinderis şəhərlərini, Haseke mühafazasının Amude, Derik, Efrin bölgələrini, Əl Dərbasiyə, RəsulaynAfr şəhərləri ilə Tirbesipiye qəsəbəsini öz nəzarəti altında saxlayır. 23 may 2013-cü il tarixində Demokratik Birlik Partiyasının (PYD) sədri Salih Müslim Suriya neftinin 60%-nin kürdlərin yaşadığı ərazidə yerləşdiyini və kürd nəzarətində olduğunu bildirdi.6 iyun 2013-cü il tarixində isə Demokratik Birlik Partiyası rəsmi nümayəndə heyəti və o cümlədən YPG sədri ilə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri arasında görüş baş tutdu və görüşdən sonra PYD sədri Salih Müslim görüşün uğurlu keçdiyini bildirdi.
Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri
Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi əməliyyatların keçirilməsi və təşkili üçün nəzərdə tutulmuş struktur bölmələri. == Tarixi == === İkinci Qarabağ müharibəsində === 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri digər xüsusi təyinatlılarla birlikdə Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duran ən mürəkkəb tapşırıqları yerinə yetirmişdir. Müharibənin ilk saatlarında "Pələng" və "Şahin" dəstələri Murovdağ istiqamətində, o cümlədən Murov zirvəsi istiqamətində strateji mövqelər tutmaqda fərqlənmişdilər. Murovdağ yaxınlığında gedən döyüşlərdə bu dəstələrin 7 hərbçisi şəhid olmuşdur.Müharibənin sonrakı günlərində həm Cəbrayıl, həm də Füzuli istiqamətində gedən döyüşlərdə "Bəbir", "Əqrəb" və "Kobra" xüsusi təyinatlıları dəstələri iştirak etmişdir. Həmçinin, "Gürzə" dəstəsi Füzuli, "Pələng" dəstəsi isə Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.Cəbrayıl şəhəri uğrunda gedən döyüşlərdə Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələrindən 13 hərbçi, o cümlədən "Əqrəb" xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı dəstəsinin komandiri Türkay Hüseynli şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Cəbrayıl şəhərinin nəzarətə götürülməsi əməliyyatının rəhbərlərindən biri, "Əqrəb" dəstəsinin komandiri, mayor Ələsgər Muxtarov "Qarabağ" ordeni ilə təltif edilmişdir. . Daxili Qoşunların Füzuli rayonu istiqamətində "Bəbir", "Əqrəb", "Gürzə" və "Kobra" dəstələri qarşıya qoyulan tapşırıqları tam yerinə yetirmişdilər. Döyüşlərdə 13 hərbçi, o cümlədən "Bəbir" xüsusi təyinatlı dəstəsinin komandiri, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş mayor Şixamir Qaflanov şəhid olmuşdur. Həmçininç bu ada "Şahin" və "Kobra" dəstələrinin komandirləri Zəfər Yusibov və Füzuli İmrəliyev layiq görülmüşdür. İlham Əliyevin digər sərəncamı ilə Füzuli şəhəri uğrunda gedən döyüşlərdə fərqlənmiş "Gürzə" xüsusi təyinatlı dəstəsinin komandiri Cavid Tağıyev "Qarabağ" ordeni ilə təltif edilmişdir."Yarasa" və "Vaşaq" dəstələri digər mühafizə tapşırıqlarını yerinə yetirmişdilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.55 dəfə / 1 mln.
2002 ••••••••••••••••• 10.28
2003 •••••••••••••••••••• 12.60
2004 ••••••••••••••• 9.10
2005 ••••••••• 5.40
2006 •••• 2.25
2007 ••••••• 4.02
2008 •• 0.97
2009 ••• 1.76
2010 ••••• 2.72
2011 ••••••••• 5.40
2012 •••••• 3.36
2013 •••••• 3.36
2014 •••••• 3.78
2015 ••••• 2.89
2016 ••••• 2.78
2017 ••• 1.79
2018 ••••• 2.70
2019 ••••••• 4.17
2020 •••• 2.39

"dəstələr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəstələr nədir? #dəstələr sözünün mənası #dəstələr nə deməkdir? #dəstələr sözünün izahı #dəstələr sözünün yazılışı #dəstələr necə yazılır? #dəstələr sözünün düzgün yazılışı #dəstələr leksik mənası #dəstələr sözünün sinonimi #dəstələr sözünün yaxın mənalı sözlər #dəstələr sözünün əks mənası #dəstələr sözünün etimologiyası #dəstələr sözünün orfoqrafiyası #dəstələr rusca #dəstələr inglisça #dəstələr fransızca #dəstələr sözünün istifadəsi #sözlük