Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi — Azərbaycanda fəaliyyət göstərmiş müstəqil artistlər truppası. Truppaya Üzeyir Hacıbəyli və Zülfüqar Hacıbəyov rəhbərlik ediblər.
== Yaradılması ==
1914-cü ildə "Nicat" cəmiyyəti ilə Üzeyir Hacıbəyli arasında "Leyli və Məcnun" operasına sahiblik barədə yaranmış münaqişədən sonra Hacıbəyli qardaşları müdiriyyəti yaradılıb. 1916-cı il avqustun 31-dən isə Üzeyir və Zülfüqar "Hacıbəyli qardaşlarının opera-opererta artistləri dəstəsi" təşkil edilib. Dəstəyə Üzeyir Hacıbəyli rəhbərlik edib. "Açıq söz" qəzetində bu barədə bunlar yazılıb :
== Fəaliyyəti ==
Truppa yalnız Bakıda yox, həm də Qafqaz, Volqaboyu və Orta Asiyanın bir çox şəhərlərinə qastrol səfərlərinə gedib tamaşaları səhnələşdirirdi. Truppanın repertuarında əsasən Hacıbəyli qardaşlarının opera və operettaları, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və Arvad", "Evliykən subay", "Arşın mal alan", "O olmasın, bu olsun" və digər musiqili komediyalar əsas yer tutub.
Truppa 1917-ci ilin aprelində Tiflisdə qastrolda olub. Burada "Arşın mal alan", "O olmasın, bu olsun", "Şah İsmayıl", "Aşıq Qərib" tamaşalarını səhnələşdiriblər. Göstərilən tamaşalara rejissorluğu Abbas Mirzə Şərifzadə, dirijorluğu isə Üzeyir Hacıbəyli edib.