dəyiş sözü azərbaycan dilində

dəyiş

Yazılış

  • dəyiş • 75.7962%
  • Dəyiş • 12.7389%
  • DƏYİŞ • 11.4650%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"RSFSR-in qeyri-qaratorpaq zonası simasının dəyişdirilməsinə görə" medalı
"RSFSR-in qeyri-qaratorpaq zonası simasının dəyişdirilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 30 sentyabr 1977-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum (2016)
"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum — Azərbaycan Respublikasının Konstitusiyasına 2016-cı ildə təklif edilən dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı ildə keçirilən referendum və onun nəticələri. == Tarixi == 18 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə sərəncam imzaladı. Layihəyə görə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik təklif edilirdi. Həmin tarixlə Prezident sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərildi.
Azərbaycanda iqlim dəyişmələri
Azərbaycanda iqlim dəyişmələri − Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin də əsası istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələridir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb.
Azərbaycanın adları dəyişdirilmiş şəhərlərinin siyahısı
Mardakert → Ağdərə (1991)
BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası
İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası (ing. Framework Convention on Climate Change, UN FCCC) — keçmiş SSRİ-nin bütün ölkələri və bütün sənayeləşmiş ölkələr daxil olmaqla dünyanın 180-dən çox ölkəsi tərəfindən iqlim dəyişmələri problemi ilə əlaqədar ölkələrin ümumi fəaliyyət prinsiplərinə dair bir müqavilə. Konvensiya 1992-ci ildə Rio-de-Janeyroda keçirilən Yer Sammitində təntənəli şəkildə qəbul edildi və 21 mart 1994-cü ildə qüvvəyə mindi (Rusiya 1994-cü ildə UNFCCC-ni təsdiqlədi). == Əlavə I və Əlavə II ölkələri, inkişaf etməkdə olan ölkələr == UNFCCC imzalayan ölkələr üç kateqoriyaya bölünür: Əlavə I spesifik emissiyalara nəzarət öhdəliyi götürmüş ölkələr (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvləri və keçid iqtisadiyyatı olan ölkələr, cədvələ baxın); Əlavə II inkişaf etməkdə olan ölkələrə və keçid iqtisadiyyatı olan ölkələrə yardım etmək üçün xüsusi maliyyə öhdəlikləri götürən ölkələr (müstəsna olaraq İƏİT üzvləri) (ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı və tətbiqinə kömək daxil olmaqla); İnkişaf etməkdə olan ölkələr. == Qurumlar == Tərəflərin Konfransı (Conference of the Parties, COP) — hər il konvensiyanın müddəalarının yerinə yetirilməsini nəzərdən keçirmək, konvensiya qaydalarının daha da inkişaf etdirilməsinə qərar vermək və yeni öhdəliklər barədə danışıqlar aparmaq üçün toplaşan ali orqandır. === Köməkçi orqanlar === Konvensiyanın iki köməkçi orqanı Tərəflərin Konfransına hazırlaşmaq üçün ildə ən azı iki dəfə toplanır. Elmi və Texnoloji Məsləhət üzrə Yardımçı Qurum (Subsidiary Body for Scientific and Technological Advice, SBSTA) — konfransa milli hesabat və emissiya reyestri standartlarının təkmilləşdirilməsi üçün rəhbərlik daxil olmaqla elm, texnologiya və metodologiya ilə bağlı tövsiyələr verir. Tətbiq üçün Köməkçi Qurum (Subsidiary Body for Implementation, SBI) — konvensiyanın icrasını qiymətləndirməyə və nəzərdən keçirməyə kömək edir, məsələn, konvensiya tərəfləri tərəfindən verilən milli hesabatları nəzərdən keçirərək. Həm də maliyyə və inzibati məsələlərlə məşğul olur. == Həmçinin bax == Paris sazişi (2015) == İstinadlar == == Ədəbiyyat == UNFCCC (2005) Caring for Climate: A guide to the Climate Change Convention and the Kyoto Protocol (revised 2005 edition).
Başladılmamış dəyişən
Başladılmamış dəyişən –( eng.uninitialized variable ) proqramlaşdırmada: elan olunmuş, ancaq istifadə edilənədək heç bir qiymət mənimsədilməmiş dəyişən. Doğrudur, belə dəyişən istifadə anında müəyyən qiymətə malik olacaq, ancaq həmin qiyməti öncədən bilmək olmur. Proqram təminatında xətaya səbəb olan belə hallar proqramlaşdırmada geniş yayılıb. Aşağıdakı proqram nümunəsində k dəyişəninə başlanğıc qiymət mənimsədilmədiyindən onun dövrdən sonra hansı qiyməti alacağını bilmək mümkün deyil. void count( void ) { int k, i; for(i = 0; i < 10; i++) k = k + 1; printf("%d", k); } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı
"Foreks" (tam adı: "Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı"; ing. Forex Trading, Currency Forex, Forex Exchange Market, FX) — dövlətlərarası valyuta dəyişdirmə bazarı.
Bul dəyişəni
Bul dəyişəni– kompüter proqramında: mümkün iki qiymətdən birini alan dəyişən. Kəmiyyətlərin müqayisəsinin nəticələrini hər dəfə yadda saxlamaq lazım gəldikdə Bul dəyişənləri çox faydalı olur. Bul ifadəsi– iki Bul qiymətindən (doğru – true və yalan – false) birini verən ifadə; bəzən məntiqi və ya şərti ifadə də deyilir. Belə ifadələrin tərkibinə < (kiçikdir) və > (böyükdür) kimi nisbət operatorlarının istifadə olunduğu müqayisələr və Bul ifadələrinin məntiqi kombinasiyaları daxil ola bilər. Bul məntiqi– məntiqi qiymətlərin (“doğru”, “yalan”) emalı ilə bağlı olan anlayış. Bir çox proqramlaşdırma dilləri qabaqcadan “doğru” və “yalan” qiymətlərini təyin etməklə Bul verilənlərindən istifadə edir; başqa dillərdə isə Bul qiymətləri tam ədədlər vasitəsilə təyin olunur ki, bu zaman, adətən, (həmişə yox) “0” “yalan” qiymətinə, “0 deyil” isə “doğru” qiymətinə bərabər tutulur. Bul axtarışı – verilənlər bazasında Bul operatorlarından istifadə etməklə axtarışdır. \ == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cins dəyişdirici
Cins dəyişdirici' - (ingiliscə gender changer, rusca разнополый переходник) – hər iki ucunda ya çəngəl, ya da yuva olan bağlayıcı (konnektor). O, çəngələ qoşulduqda rozet olur və tərsinə; bu qayda ilə iki çəngəli və ya iki rozeti birləşdirmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cənubi Koreyada iqlim dəyişikliyi
1960-cı illərdən 1980-ci ilə qədər sürətli şəhərsalma və sənaye inkişafından bəri Cənubi Koreyada iqlim dəyişikliyinin təsirləri sürətlənmişdir. Sənayeləşmə və əhalinin artması iqlim dəyişikliyi üçün antropogen amillər olan müxtəlif çirkləndiricilər və istixana qazları istehsal etmişdir. Cənubi Koreyada illik temperatur, yağış miqdarı və yağıntı daxil olmaqla iqlim parametrlərində dəyişikliklər yaşanır. Rekord minimum temperatur günlərinin sayı sürətlə azaldı və yay ərzində maksimum yağıntı artmağa başladı. Cənubi Koreya hökuməti 1990-cı ildən bəri hər üç ildə bir milli iqlim dəyişikliyi fəaliyyət planlarını hazırlamışdır. Bu planlara istixana qazı tullantılarının azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma və beynəlxalq əməkdaşlıq daxildir. == İqlim dəyişikliyi == === Yağış artımı === Cənubi Koreyanın paytaxtı Seulda dünyanın ən uzun davamlı instrumental yağış kolleksiyası olan ənənəvi cheugugi(Koreyanın Çoson sülaləsi tərəfindən ixtira edilən və istifadə edilən ilk tanınmış yağış göstəricisidir. Böyük Secong Krallığı dövründə icad edilmiş və hər əyalət idarəsinə tədarük edilmişdir) yağış göstəricilərindən başlayaraq 228 illik yağış qeydləri var. Gündəlik yağıntının qeydləri ekstremal hava hadisələrinin və onilliklər boyu davam edən yağış dəyişkənliyinin təkiliyinin aşkarlanması üçün yüksək dəqiqlikli bir məlumat verir. Yağışlar 1778–1907-ci illər arasında cheugugi ilə ölçülürdü və 1908-ci ildən bəri müasir müşahidə avadanlıqları hazırlanmağa başladı və istifadə edildi.
Dəyişdirici, açar
Dəyişdirilmiş karbon (teleserial, 2018)
Dəyişdirilmiş karbon (ing. Altered Carbon) – Con Lenikin prodüserliyi ilə istehsal olunmuş ABŞ elmi fantastika teleserialı. İngilis yazıçı Riçard Morqanın 2002-ci ildə yazdığı eyniadlı romana əsaslanır. Serial 2 fevral 2018-ci ildə Netflix vasitəsilə buraxılmış və 10 seriya davam etmişdir. İkinci mövsümünün yayımlanmasından sonra Netflix tərəfindən ləğv edilmişdir. Hekayə XXIV əsrdə Kaliforniyada yerləşən uydurma Bey Siti şəhərində baş verir. İnsanlar boyunlarının arxasında quraşdırılmış xüsusi cihaza şüurlarını və yaddaşlarını yükləyə bilir, bədənləri məhv olduqda başqa bədənə keçə bilirlər. Baş qəhrəman Takeşi Kovaç istəmədən də olsa, müəmmalı bir cinayət üstünü açmaqla vəzifləndirilir. Teleserialın baş rol ifaçısı Yuel Kinnamandır. Bundan əlavə, polis departamentindən Kristin Orteqanı Marta İqareda, Kovaçı vəzifləndirən milyarder Lorens Benkroftu Ceyms Pürfoy, süni intellekt Ponu Kris Konner, Kovaçın bacısı Reylin Kavaharanı Diçen Lakmen, Kovaçın köməkçisi Vernon Elliotu Ato Essando, Lorensin arvadı Miriamı Kristin Leman canlandırmışdır.
Dəyişiklik
Proses (lat. processus) — obyektin zaman çərçivəsində vəziyyətin kəmiyyət və keyfiyəət baxımından tədricən dəyişməsi; bir birinə bağlı olan hərəkətlərin cəmi, hansısa bir işin gedişi. == Fizika və riyaziyyatda == Termodinamik proses Təsadüfi proses == Geologiyada == Relyefəmələgəlmə prosesi == İnformatikada == İnformatikada proses abstrakt anlayışdır. Kliyent prosesi Server prosesi Sinxron proses Asinxron proses Фоновый процесс == Hüquqda == Məhkəmə prosesi — hüquqi termin, prosessual qanunvericiliyə uyğun olaraq məhkəmədə məhkəmə işinin baxılması.
Dəyişikliklər kitabı
Dəyişikliklər kitabı (İ Tszin) (çin.易經, sadələşdirilmiş heroqliflə 易经, pinyin: Yì Jīng), yaxud Çjou İ (周易) — e.ə. VIII-VII əsrlərə aid erkən dövr Çin fəlsəfi mətnlərindən biri. == Haqqında == İ-tszin, yaxud da «Dəyişikliklər haqqında traktat (kitab)» adlanan əsər qrafik simvollardan və onların izahından ibarətdir. Onun əsasında 8 triqram durur: Tszian (səma) çen (dağ) Li (od) Çjen (ildırım) Su-yun (külək, ağac) Duy (nohur, hovuz) Gün (torpaq) Kan (su)Bu triqramlar əslində o predmet və hadisələri ifadə edirdi ki, qədim çinlilər onlarla gündəlik praktikada rastlaşırdılar və xaosdan onları ayıra bilmək qabiliyyəti onların dünya baxışma xas idi. Nəticədə triqramın maksimum mümkün uyğunlaşdırılmış 64 heksaqram və 64 qrafik simvolu yaranmışdır. Hər bir simvol və hər bir heqsaqram müəyyən dərəcədə uzlaşdırılmış üfiqi xətlərdən fasiləsiz - yan və fasiləsiz – in-dən ibarətdir. Məsələn, birinci heqsaqram tsayan (yaradıcılıq), ikinci heqsaqram gün (ifa edilmə) müxtəlif xətlərlə ifadə olunur. Hər bir heksaqram gerçəkliyin müəyyən vəziyyətinin ifadəsi, mahiyyəti heksaqramda aşkarlanan müəyyən həyat durumunun ifadəsidir. «Dəyişikliklər kitabı»nın nəzəriyyəsinə görə, bütün dünya vəziyyətlərin növbə ilə dəyişilməsindən ibarətdir. Bu dəyişilmə isə işıq və qaranlıq qüvvələrinin qarşılıqlı təsirində meydana gəlir.
Dəyişkən kodofil
Dəyişkən kodofil (lat. Codophila varia F.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Bu növ bədəninin böyüklüyü və formasına görə adi qalxancığa çox oxşayır. Bədəninin rəngi dəyişkən olub, bozumtul, sarımtıl, tutqun qəhvəyidir. Bədənində olan nöqtələr bozumtul və ya qara rənglidir. Başı qabağa uzanmış və aşağı əyilmiş şəkildədir. Ona əsasən yem otları üzırindı təsadüf edilir. Yem otlarından yoncaya daha çox zərər verir. Azərbaycanda kütləvi çoxalma halı qeydə alınmamışdır. Bu növ yetkin mərhələdə qışlayır.
Dəyişkən palıd
Dəyişkən palıd (lat. Quercus variabilis) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Dəyişkənlik
Dəyişkənlik — irsi əlamətlərin dəyişməsi. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Dəyişkənlik (biologiya)
Dəyişkənlik- müxtəlif qohumluq dərəcələrində olan və ya fərdlər qrupunda (növ, cins, sort və s.) xassə və əlamət müxtəlifliyinin meydana çıxması. Dəyişkənliyin əsas səbəbi orqanizmin həyat şəraitində baş verən dəyişilmələrdir. Dəyişkənliyin irsi və qeyri-irsi, fərdi və kütləvi, fasiləli və ardıcıl, asılı olmayan və korrelyativ, istiqamətli və istiqamətsiz, adaptiv və qeyri-adaptiv və s. formalarına təsadüf edilir.İrsi dəyişkənlik adətən müxtəlif mutasiyaların baş verməsi və çarpazlaşması nəticəsində meydana çıxır. Qeyri-irsi dəyişkənlik dedikdə, fərdin və ya fərdlərin əlamət və xassələrində xarici mühitin təsiri ilə (qida, temperatur, işıq, rütubət və s.) baş verən dəyişikliklər nəzərdə tutulur. Modifikasiya dəyişkənliyi adlanan qeyri irsi dəyişkənlik yalnız həmin dəyişkənliyin meydana çıxmasına səbəb olan xarici mühit şəraiti mövcud olduğu halda, yeni nəsildə baş verə bilər. Məs., bir çox cücünün rəngi alçaq temperaturda tünd, yüksək temperaturda isə açıq olur. Mövsüm ilə əlaqədar olaraq mühit şəraitinin dəyişilməsi qısaömürlü orqanizmlərin müxtəlif nəsillərində dəyişkənliyin meydana çıxmasına səbəb olur. Belə dəyişkənliyə mövsümi dəyişkənlik deyilir. Bir növə aid olan orqanizmlərin müxtəlif yerlərdə (məs., bataqlıq, bozqır, səhra, meşə və s.) yaşaması onlarda ekoloji dəyişkənliyin meydana çıxması və ayrı-ayrı ekotiplərin yaranmasına səbəb olur.
Dəyişmə (şahmat)
Dəyişmə — Şahmat termini. Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir.
Dəyişmə müqaviləsi
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Dəyişməyən cərəyan
Sabit cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişməyən cərəyan. Dəyişməyən cərəyanın ilk mənbəyi kimyəvi cərəyanın mənbəyidir: qalvanik elementlər və akkumlyatorlar. Dəyişməyən cərəyandan hal-hazırda texnikanın müxtəlif sahələrində, o cümlədən, katalizator prosesində, qalvanizasiyada və bir çox sahələrdə istifadə olunur. Əgər naqilin «en» kəsiyinin sahəsindən saniyədə bir Klon elektrik yükü axırsa, naqildəki cərəyan bir Amperə bərabər olur. == Həmçinin bax == Dəyişən cərəyan == Ədəbiyyat == A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov.
Dəyişən
Dəyişən (riyaziyyat)
Dəyişən (proqramlaşdırma)
Dəyişən (variable) – proqramlaşdırmada: proqramın yerinə yetirilməsi zamanı dəyişən, müəyyən tip verilənləri özündə saxlayan adlı yaddaş sahəsi. Məsələn, “check” adlanan dəyişən 12 ədədini özündə saxlaya bilər, ancaq proqram istənilən anda həmin qiyməti dəyişə bilər. Proqramlaşdırma dillərinin əksəriyyəti dəyişən konsepsiyasını dəstəkləyir. Proqramda dəyişəndən istifadə etmək üçün onu aşkar, yaxud qeyri-aşkar elan etmək – identifikator mənimsətmək və tipini göstərmək lazımdır. Dəyişənin tipi onun hansı mümkün qiymətləri ala biləcəyini və onun üzərində hansı əməliyyaların aparıla biləcəyini müəyyən edir. Fəaliyyət sahələrinə görə dəyişənləri iki növə ayırırlar: lokal dəyişənlər və qlobal dəyişənlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dəyişən (riyaziyyat)
Dəyişən — öz qiymətini dəyişən fiziki və abstrakt sistemlərə xas olan əlamətdir. Məsələn, ağacın boyu, insanın yaşı, yerin məkanı və s. Riyaziyyatda dəyişəni adətən hərflərlə işarə edirlər. Məsələn, f ( x ) = x + 5 {\displaystyle f(x)=x+5} o deməkdir ki, f {\displaystyle f} funksiyası x {\displaystyle x} dəyişənindən asılıdır.
Dəyişən cərəyan
Dəyişən cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişən cərəyan. Praktikada daha geniş istifadə olunan dəyişən cərəyanın alınması 1831-ci ildə ingilis alimi Maykl Faradeyin kəşf etdiyi elektromaqnit induksiya qanununa əsaslanır. == Həmçinin bax == Sabit cərəyan == Ədəbiyyat == A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov. Fizika. IX sinif üçün dərslik.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.50 dəfə / 1 mln.
2004 ••••••••• 1.01
2009 •••••••• 0.96
2010 ••• 0.36
2011 0.09
2012 0.09
2013 •• 0.15
2014 •• 0.17
2015 •••••••••••••• 1.70
2016 ••• 0.35
2017 •••• 0.49
2018 •••••••• 0.90
2019 •••••••••••••••••••• 2.50

"dəyiş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəyiş nədir? #dəyiş sözünün mənası #dəyiş nə deməkdir? #dəyiş sözünün izahı #dəyiş sözünün yazılışı #dəyiş necə yazılır? #dəyiş sözünün düzgün yazılışı #dəyiş leksik mənası #dəyiş sözünün sinonimi #dəyiş sözünün yaxın mənalı sözlər #dəyiş sözünün əks mənası #dəyiş sözünün etimologiyası #dəyiş sözünün orfoqrafiyası #dəyiş rusca #dəyiş inglisça #dəyiş fransızca #dəyiş sözünün istifadəsi #sözlük