dəyişikliklər sözü azərbaycan dilində

dəyişikliklər

Yazılış

  • dəyişikliklər • 97.8945%
  • Dəyişikliklər • 2.0875%
  • DƏYİŞİKLİKLƏR • 0.0179%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəyişikliklər kitabı
Dəyişikliklər kitabı (İ Tszin) (çin.易經, sadələşdirilmiş heroqliflə 易经, pinyin: Yì Jīng), yaxud Çjou İ (周易) — e.ə. VIII-VII əsrlərə aid erkən dövr Çin fəlsəfi mətnlərindən biri. == Haqqında == İ-tszin, yaxud da «Dəyişikliklər haqqında traktat (kitab)» adlanan əsər qrafik simvollardan və onların izahından ibarətdir. Onun əsasında 8 triqram durur: Tszian (səma) çen (dağ) Li (od) Çjen (ildırım) Su-yun (külək, ağac) Duy (nohur, hovuz) Gün (torpaq) Kan (su) Bu triqramlar əslində o predmet və hadisələri ifadə edirdi ki, qədim çinlilər onlarla gündəlik praktikada rastlaşırdılar və xaosdan onları ayıra bilmək qabiliyyəti onların dünya baxışma xas idi. Nəticədə triqramın maksimum mümkün uyğunlaşdırılmış 64 heksaqram və 64 qrafik simvolu yaranmışdır. Hər bir simvol və hər bir heqsaqram müəyyən dərəcədə uzlaşdırılmış üfiqi xətlərdən fasiləsiz - yan və fasiləsiz – in-dən ibarətdir. Məsələn, birinci heqsaqram tsayan (yaradıcılıq), ikinci heqsaqram gün (ifa edilmə) müxtəlif xətlərlə ifadə olunur. Hər bir heksaqram gerçəkliyin müəyyən vəziyyətinin ifadəsi, mahiyyəti heksaqramda aşkarlanan müəyyən həyat durumunun ifadəsidir. «Dəyişikliklər kitabı»nın nəzəriyyəsinə görə, bütün dünya vəziyyətlərin növbə ilə dəyişilməsindən ibarətdir. Bu dəyişilmə isə işıq və qaranlıq qüvvələrinin qarşılıqlı təsirində meydana gəlir.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum (2016)
"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum — Azərbaycan Respublikasının Konstitusiyasına 2016-cı ildə təklif edilən dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı ildə keçirilən referendum və onun nəticələri. == Tarixi == 18 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə sərəncam imzaladı. Layihəyə görə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik təklif edilirdi. Həmin tarixlə Prezident sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərildi. == Dəyişikliklər == Ümumilikdə konstitusiyanın 29 maddəsində dəyişiklik edildi. Referendumda qəbul edilən əsas dəyişikliklər: Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması. Azərbaycan prezidenti seçilmək üçün yaş məhdudiyyətinin 35 yaşdan 18 yaşa düşürülməsi. Birinci vitse-prezident və vitse-prezident vəzifələrinin yaradılması. Prezidentin öz vəzifəsini vaxtından əvvəl tərk etməsi halında, yeni dövlət başçısı seçilənədək onun səlahiyyətlərinin birinci vitse-prezident tərəfindən icra edilməsi. Prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərini elan etmək hüququnun verilməsi.
Geosiyasi dəyişikliklərin qrafiki (2000-indiki)
Bu, 2000-ci ildən bəri dünyanın" ölkələrdə və paytaxtlarda dəyişikliklərin qrafiki " dir. Buraya müstəqillik, ölkə adının dəyişdirilməsi, paytaxt və ya adın dəyişdirilməsi və ərazinin dəyişdirilməsi ilhaq, güzəşt, güzəşt, işğal və ya ayrılma Torpaq. Müharibə nəticəsində ərazi fəthləri hərbi kampaniya başa çatdıqdan sonra zaman çizelgesine daxil edilir, lakin xüsusi döyüşlərdə və gündəlik əməliyyatlarda dəyişikliklər ümumiyyətlə daxil edilmir. Hava məkanında və dəniz ərazisində dəyişikliklər yalnız mübahisə mövzusu olduqda daxil edilir.
İqlim dəyişiklikləri
İqlim dəyişmələri — bütövlükdə Yer kürəsinin və ya onun ayrı-ayrı bölgələrinin iqlimində zamanla dəyişmələr, onilliklərdən milyonlarla ilə qədər bir müddət ərzində hava parametrlərinin uzunmüddətli dəyərlərdən statistik əhəmiyyətli sapmalarında ifadə edilir. Həm hava parametrlərinin orta dəyərindəki dəyişikliklər, həm də ekstremal hava hadisələrinin tezliyindəki dəyişikliklər nəzərə alınır. İqlim dəyişikliyinin öyrənilməsi paleoklimatologiya elmidir. İqlim dəyişikliyinin səbəbi Yerdəki dinamik proseslər, günəş radiasiyasının intensivliyinin dəyişməsi kimi xarici təsirlər və son zamanlar insan fəaliyyətidir. Mövcud iqlimin dəyişməsi (istinmə istiqamətində) qlobal istiləşmə adlanır. Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb.

"dəyişikliklər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəyişikliklər nədir? #dəyişikliklər sözünün mənası #dəyişikliklər nə deməkdir? #dəyişikliklər sözünün izahı #dəyişikliklər sözünün yazılışı #dəyişikliklər necə yazılır? #dəyişikliklər sözünün düzgün yazılışı #dəyişikliklər leksik mənası #dəyişikliklər sözünün sinonimi #dəyişikliklər sözünün yaxın mənalı sözlər #dəyişikliklər sözünün əks mənası #dəyişikliklər sözünün etimologiyası #dəyişikliklər sözünün orfoqrafiyası #dəyişikliklər rusca #dəyişikliklər inglisça #dəyişikliklər fransızca #dəyişikliklər sözünün istifadəsi #sözlük