dəyişkənliyi sözü azərbaycan dilində

dəyişkənliyi

Yazılış

  • dəyişkənliyi • 96.6667%
  • Dəyişkənliyi • 3.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Modifikasiya dəyişkənliyi
Modifikasiya dəyişkənliyi — Çarlz Darvin canlılarda çoxlu fərqli xüsusiyyətlərin olmasını müşahidə etmişdir. İstər mədəni bitki və ev heyvanlarının, istərsə də təbiətdəki vəhşi heyvan və yabanı bitki növlərinin bu qədər müxtəlif olması onu maraqlandırmışdır. O apardığı tədqiqatlar nəticəsində bu qənaətə gəlmişdir ki, canlılar, əsasən, ətraf mühitin təsiri nəticəsində dəyişir. Çarlz Darvin öz fikirlərini sübut etməyə çalışmışdır. Darvin apardığı müşahidə və araşdırmalar nəticəsində belə qənaətə gəlmişdir ki, orqanizmlər irsən malik olduqları fərdi xüsusiyyətlərlə və yaşadıqları şəraitdəki mühit amillərinin təsiri ilə əlaqədar inkişaf edir. Bu isə onlarda müxtəlif dəyişikliklərin baş verməsinə səbəb olur. Orqanizmlərin yeni əlamətlər qazanmaq kimi ümumi xassəsi və ya növ daxilindəki fərdlər arasındakı fərqlər dəyişkənlik adlanır. Darvin dəyişkənliyin səbəblərini araşdırıb formalarını da göstərmişdir. Dəyişkənlik iki cür olur: qeyri-irsi (modifikasiya) dəyişkənliyi irsi dəyişkənlik genotip dəyişmir; irsən ötürülmür; növlərin uyğunlaşmasını təmin edir; tədricən baş verir; növləri qoruyub saxlayır; qrup xarakterlidir. Növün müxtəlif şəraitdə yaşayan fərdlərində bəzi fərqli cəhətlərin meydana çıxması məlumdur.
İqlim dəyişkənliyi
İqlim dəyişmələri — bütövlükdə Yer kürəsinin və ya onun ayrı-ayrı bölgələrinin iqlimində zamanla dəyişmələr, onilliklərdən milyonlarla ilə qədər bir müddət ərzində hava parametrlərinin uzunmüddətli dəyərlərdən statistik əhəmiyyətli sapmalarında ifadə edilir. Həm hava parametrlərinin orta dəyərindəki dəyişikliklər, həm də ekstremal hava hadisələrinin tezliyindəki dəyişikliklər nəzərə alınır. İqlim dəyişikliyinin öyrənilməsi paleoklimatologiya elmidir. İqlim dəyişikliyinin səbəbi Yerdəki dinamik proseslər, günəş radiasiyasının intensivliyinin dəyişməsi kimi xarici təsirlər və son zamanlar insan fəaliyyətidir. Mövcud iqlimin dəyişməsi (istinmə istiqamətində) qlobal istiləşmə adlanır. Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb.

"dəyişkənliyi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəyişkənliyi nədir? #dəyişkənliyi sözünün mənası #dəyişkənliyi nə deməkdir? #dəyişkənliyi sözünün izahı #dəyişkənliyi sözünün yazılışı #dəyişkənliyi necə yazılır? #dəyişkənliyi sözünün düzgün yazılışı #dəyişkənliyi leksik mənası #dəyişkənliyi sözünün sinonimi #dəyişkənliyi sözünün yaxın mənalı sözlər #dəyişkənliyi sözünün əks mənası #dəyişkənliyi sözünün etimologiyası #dəyişkənliyi sözünün orfoqrafiyası #dəyişkənliyi rusca #dəyişkənliyi inglisça #dəyişkənliyi fransızca #dəyişkənliyi sözünün istifadəsi #sözlük