dəğdəğə sözü azərbaycan dilində

dəğdəğə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dəğdəğə • 91.6667%
  • Dəğdəğə • 8.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

dəğdəğə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] klas. 1. Bihudə təlaş və iztirab, qorxu, həyəcan; gurultu-patırtı. Fariq eylə məni bu dəğdəğeyi-dünyadən. S.Ə.Şirvani. 2. Dərd, başağrısı, qayğı, əndişə, fikir. Hərgah doğrusunu bilmək istəyirsən, ərz edim: – Başımın ən bala mərtəbəsində bu hində un və buğda fikridir. …Ondan da aşağıda odun və kömür dəğdəğəsidir. F.Köçərli. 3. Yoldan çıxaran, başdan çıxaran şey, azdırıcı şey. Heyfa ki, bizim bu vəsvəseyişeytan və dəğdəğeyi-insan ilə malamal olan zamanımızda belə dostların vücudu kimyaya dönübdür. F.Köçərli. □ Dəğdəğə vermək – yoldan çıxarmaq, azdırmaq, başdan çıxarmaq. Sən deyildinmi, mənə dəğdəğə verən və mənə deyən ki, apar bu kağızı, uyezd naçalniki Vinokurova ver? Ə.Haqverdiyev. [Xanpəri:] Birdən şeytan mənə dəğdəğə verir ki, dur get, o Gülşəndir, nədir, tut onun başını yol. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / dəğdəğə

dəğdəğə sözünün rus dilinə tərcüməsi

dəğdəğə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. клас. 1. нагьакьан талаш, азаб, азият, кичӀевал, къалабулух; велвела, гьарай-эвер; 2. дерт, кьилин тӀал, къайгъу, фикир; 3. кьиляй акъуддай, рекьяй акъуддай затӀ; dəğdəğə vermək рекьяй акъудун, кьиляй акъудун.

    Azərbaycanca-ləzgicə lüğəti / dəğdəğə

"dəğdəğə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəğdəğə nədir? #dəğdəğə sözünün mənası #dəğdəğə nə deməkdir? #dəğdəğə sözünün izahı #dəğdəğə sözünün yazılışı #dəğdəğə necə yazılır? #dəğdəğə sözünün düzgün yazılışı #dəğdəğə leksik mənası #dəğdəğə sözünün sinonimi #dəğdəğə sözünün yaxın mənalı sözlər #dəğdəğə sözünün əks mənası #dəğdəğə sözünün etimologiyası #dəğdəğə sözünün orfoqrafiyası #dəğdəğə rusca #dəğdəğə inglisça #dəğdəğə fransızca #dəğdəğə sözünün istifadəsi #sözlük