ede sözü azərbaycan dilində

ede

Yazılış

  • ede • 61.5385%
  • Ede • 23.0769%
  • EDE • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
EDE
EDE (Equinox Desktop Environment) – UNIX-ə bənzər əməliyyat sistemləri üçün kiçik iş masası mühiti. Yığcamlığı, sürətliliyi, asanlığı və sadəliyi ilə fərqlənir. Bu iş mühiti Microsoft Windows interfeysinin standart görünüşünü çox xatırladır.
Alp edelveysi
Alp edelveysi (lat. Leontopodium alpinum) - edelveys cinsinə aid bitki növü.
Bencamin Edelin
Bencamin Edelin (23 fevral 1993) — Fransalılı peşəkar kişi trek velosipedçisi. Bencamin Edelin Fransanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Bencamin Edelin 2016 UEC Avropa Trek Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Fransada baş tutan yarışlarda 1:01.967 saniyəlik nəticəsi ilə 6-cı yeri tutdu.
Bidens edentula
Bidens edentula (lat. Bidens edentula) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Bulbophyllum edentatum
Bulbophyllum edentatum (lat. Bulbophyllum edentatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Edelveys
Edelveys (lat. Leontopodium) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Çiçәk qrupu az-çox sıxlıqlı yumaqcıqlar, yaxud mürәkkәb yarımçәtirlәr (bәzәn tәk sәbәtciklәr) kimi topalanmış sәbәtcikdir; adәtәn, Edelveysә xas “ulduz” fiquru әmәlә gәtirәn keçә tüklü uc yarpaqları ilә әhatәlәnmiş olur. Avrasiya dağlarında (Qafqaz vә Ön Asiyadan başqa) 30-adәk növü mәlumdur. Şәrqi Sibir vә Uzaq Şәrqdә 6–8, Orta Asiyada 2, Karpat dağlarında 1 növü bitir. Başlıca olaraq dağ-çöl vә yüksәk dağlıq qurşaqlarda (5000 m-әdәk yüksәklikdә) olur. Alp Edelveysi (L.alpinum) xüsusilә çox yayılmışdır. Qeyri-adi gözәlliyinә görә çox dәrilәn Edelveysin, demәk olar ki, nәsli kәsilmişdi. “Qırmızı kitab”a daxil edilmiş vә mühafizә olunur. Dәlicincilimin bir növü hәmçinin Krım Edelveysi adlanır.
Edelveys əməliyatı
Edelvays əməliyyatı (alm. Edelweiß‎) — Üçüncü Reyxin Qafqazı zəbt etmək planı. Bu plan Avropanın ən məşhur dağ güllərinin birisi olan edelveysin şərəfinə adlandırılmışdır. Almanların planı Qafqaz və Azərbaycanın Bakıda yerləşən neft yataqları üzərində kontrol ələ keçirməkdən ibarət idi. Həmin əməliyyat iyulun 23-də 1942-ci ildə Hitler tərəfindən təsdiq olunub. Əsas hərbi qüvvələr Vilhelm List idarə etdiyi "qrup A" ordusu, 1-ci zirehli avtomobil və tank ordusu (Evald fon Kleyst), 4-cü zirehli avtomobil və tank ordusu (polkovnik-general Herman Hot), 17-ci ordu (Riçard Rof), 4-cü hava donanmasının bir hissəsi (General-feldmarşal Volfram Frayher fon Rixthofen) və Rumıniyanın 3-cü ordusu (general Petre Dumitresku) daxil edirdi. Qrup A ordusu qərbdən Fyodor fon Bokun idarə etdiyi qrup B ordusu və cəmi 1000 təyyarə olan 4-cü hava donanmasının qalan hissəsi tərəfindən təmin olunurdu. Quru qoşunların içərisində 15000 neft fəhlələri ilə yanaşı 167,000 əsgər, 4,540 pulemyot və 1,130 tank var idi. == Hazırlıqlar == Almaniyada "Qafqazda alman neft", "Ost-Öl" və "Karpaten-Öl" kimi bir neçə neft şirkətləri yaradılır. Onlar ekskluziv olaraq Qafqaz neft yataqlarını istismar etmək üçün 99 illik icarə haqqı alırlar.
Edelveys əməliyyatı
Edelvays əməliyyatı (alm. Edelweiß‎) — Üçüncü Reyxin Qafqazı zəbt etmək planı. Bu plan Avropanın ən məşhur dağ güllərinin birisi olan edelveysin şərəfinə adlandırılmışdır. Almanların planı Qafqaz və Azərbaycanın Bakıda yerləşən neft yataqları üzərində kontrol ələ keçirməkdən ibarət idi. Həmin əməliyyat iyulun 23-də 1942-ci ildə Hitler tərəfindən təsdiq olunub. Əsas hərbi qüvvələr Vilhelm List idarə etdiyi "qrup A" ordusu, 1-ci zirehli avtomobil və tank ordusu (Evald fon Kleyst), 4-cü zirehli avtomobil və tank ordusu (polkovnik-general Herman Hot), 17-ci ordu (Riçard Rof), 4-cü hava donanmasının bir hissəsi (General-feldmarşal Volfram Frayher fon Rixthofen) və Rumıniyanın 3-cü ordusu (general Petre Dumitresku) daxil edirdi. Qrup A ordusu qərbdən Fyodor fon Bokun idarə etdiyi qrup B ordusu və cəmi 1000 təyyarə olan 4-cü hava donanmasının qalan hissəsi tərəfindən təmin olunurdu. Quru qoşunların içərisində 15000 neft fəhlələri ilə yanaşı 167,000 əsgər, 4,540 pulemyot və 1,130 tank var idi. == Hazırlıqlar == Almaniyada "Qafqazda alman neft", "Ost-Öl" və "Karpaten-Öl" kimi bir neçə neft şirkətləri yaradılır. Onlar ekskluziv olaraq Qafqaz neft yataqlarını istismar etmək üçün 99 illik icarə haqqı alırlar.
Edem Nalbandov
Edem Nalbandov (krımtat. Edem Nalbandov; 25 dekabr 1926 – 22 may 1999, Simferopol) — bəstəkar, xormeyster, Ukrayna Bəstəkarlar İttifaqının üzvü (1992), SSRİ Bəstəkarlar İttifaqının üzvü (1977), Özbəkistanın əməkdar mədəniyyət işçisi, Ukraynanın əməkdar incəsənət xadimi, Krım Dövlət Mükafatı laureatı. == Həyatı == Qarasubazar musiqi məktəbində skripka sinfini bitirmişdir. Deportasiyada olduğu vaxtlarda Leninabad Musiqi Kolleci, 1962-ci ildə isə Daşkənd Konservatoriyasının dirijorluq və xor fakültəsini bitirmişdir. B. Zeidmandan kompozisiya dərsləri almışdır. 1964-cü ildə Qaytarma Krım Tatar Mahnı və Rəqs Ansamblına rəhbərlik etmişdir. 1977-ci ildə Cizzak Musiqi Kollecinin direktoru oldu. 1980-1993-cü illərdə Daşkənd Mədəniyyət İnstitutunda işləmişdir. 1986-cı ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. 1990-cı ildə Alma-Ata Konservatoriyasında namizədlik dissertasiyasını müdafiə etdi, dosent elmi adını aldı.
Edemias
Conyza (lat. Conyza) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Eden (roman)
Ədən — Polşa yazıçısı Stanislav Lem tərəfindən 1959-cu ildə yazılmış fantastik roman. Polyak dilindədir. Stanislav Lem digər romanlarında olduğu kimi texnoloji inkişaf, yenilik mövzusuna müraciət etmişdi. Amma digər romanlarından əsas fərqi siyasi baxışlara yol verilməsidir. == Hekayə == Kosmosda hərəkət edən kosmik gəminin heyəti robot mühəndislərindən, kapitandan, kimyaçıdan və fizikdən ibarətdir. Gəmiləri naməlum planetə enməyə məcbur olur və onlar planeti öyrəməyə başlayırlar. Tərk edilmiş fabrik tapırlar və planetdə mədəniyyətin olub-olmamasını müzakirə edirlər. Kosmik gəmidə qəribə canlının tapılmasından sonra bu planet haqqında daha çox şey öyrənirlər.
Eden Alene
Eden Alene (ivr. ‏עדן אלנה‏‎; 7 may 2000, Qüds, İsrail) — Efiopiya əsilli ailədə doğulan yəhudi müğənni. İsraili 2021 Avroviziya Mahnı Müsabiqəsində Set Me Free mahnısı ilə təmsil etmişdir.
Eden Arena
Eden Arena (çex. Eden Aréna) — Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən futbol stadionu. "Slaviya Praqa" futbol klubu ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 20.617 nəfərdir. Açılışı 7 may 2008-ci ildə olmuşdur. Stadionun əvvəlki adı "Sinot Tip Arena" (çex. Synot Tip Aréna) olub.Eden Arena 30 avqust 2013-cü ildə "Bayern Münhen" və "Çelsi" komandaları arasında keçirilmiş UEFA Superkuboku matçına ev sahibliyi edib. UEFA Superkuboku uğrunda görüş bu oyuna qədər ənənəvi olaraq Monakodakı II Lui stadionunda keçirilirdi.
Eden Azar
Eden Hazard (7 yanvar 1991[…]) — belçikalı futbolçu, Belçika millisinin yarımmüdafiəçisi.
Eden Hazard
Eden Hazard (7 yanvar 1991[…]) — belçikalı futbolçu, Belçika millisinin yarımmüdafiəçisi.
Eden of the East
Eden of the East (yaponca: 東のエデン, Hepbörn: Higashi no Eden) — Kenci Kamiyama tərəfindən yaradılan, Production I.G istehsalı, 2009-cu ildə çıxan anime serialı.
Edenit
Edenit — mineral, amfibol, NaCa2Mg5 [(OH,F)2½AlSi7O22], == Haqqında == Edenit — ferroedenit izomorf seriyasının son üzvü. Ferroedenitdə Mg təmamilə Fe2+- lə əvəz olunmuşdur. Bu seriyanın bütün üzvlərində komponent kimi adi hornblend iştirak edir. Edenit ideal tərkibinə yaxın amfibollar Mg-la zəngin olan dəyişilmiş püskürmə süxurlarda; dolomitlər içərisində, kontakt metasomatik dəyişilmiş əmələgəlmələrdə biotit, şpinel və qranatla birlikdə rast gəlinir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Eder Militao
Eder Qabriel Militao (18 yanvar 1998) — İspaniyanın Real Madrid klubunda və Braziliya millisində çıxış edən braziliyalı peşəkar futbolçudur. Əsasən mərkəz müdafiəçisi, sağ cinah müdafiəçisi bəzi hallarda isə müdafiəyə meyilli yarımmüdafiəçi kimi də oynaya bilir. Militao karyerasına San-Pauluda başladı, Portuya transferindən əvvəl iki il ərzində 41 matç oynadı və 4 qol vurdu. 2019-cu ildə Portuqaliyadakı uğurlu bir mövsümdən sonra 50 milyon avroluq transfer qiyməti ilə dünya nəhəngi Real Madridə transfer oldu.
Ederson
Ederson Santana de Moraes (17 avqust 1993, Osasko, San-Paulu ştatı) — braziliyalı futbolçu. İngiltərə Premyer Liqa komandalarından olan "Mançester Siti"də oynayır. O, 75,35 metr uzunluqda olan dünya rekorduna sahibdir.
Edessa döyüşü
Edessa yaxınlığında döyüş — Roma İmperiyası ilə Sasanilər arasında 260-cı ildə Edessa şəhəri yaxınlığında baş vermiş döyüş. Bu döyüşdə Romalılar demək olar ki, bütün ordunu itirdi. İmperatorValerian isə Sasanilərə əsir düşdü. == Döyüş səbəbləri == Bu dövrdə Sasani və Roma dövlətləri erməni məsələsi ilə bağlı üz-üzə gəlmişdi. Roma xüsusilə erməni ərazisinin Sasanilərin əlinə keçməsindən narahat idi. Bu vaxt, Ermənistan Çarlığı daxilində önəmli hadisə baş verdi. Erməni çarı Böyük Xosrov kimi tanınan II Tridat 252-ci ildə bir sui-qəsd nəticəsində öldürüldü. Bu hadisədən sonra, 253-cü ildə erməni krallığında böyük siyasi nüfuza sahib olan liderlər Şapurun hakimiyyəti altına girməyə razəlaşdılar, lakin Roma, öldürülən erməni çarının yerinə oğlunu mühafizə edərək ermənilərin yeni çarı elan etdi. I Şapur Romanın ona qarşı apardığı bu siyasi gedişindən çox narahat idi. Bu dövrdə, Roma İmparatoru Ərəb Filipp əvvəllər Fars dövlətinə vergi (500.000 qızıl pul) ödəyəcəyini vəd etmişdi, lakin bu vergini ödəməkdən imtina etdiyi üçün I Şapur bunu bəhanə edərək Romaya qarşı müharibə elan etdi.
Edessa qraflığı
Edessa qraflığı (lat. Comitatus Edessanus) — 1098-1144-cü illərdə mövcud olmuş feodal dövləti. Qraflığın mərkəzi indiki Şanlıurfa şəhəri olduğu üçün bir çox tarixi mənbədə Urfa qraflığı olaraq da adlandırılır. Səlibçilər tərəfindən Ön Asiyada qurulan ilk feodal dövləti idi.Bizans imperiyası dönəmində bölgə Süryani Pravoslav Kilsəsi tabeliyində öz intibah dövrünü yaşamış, həm yerli Mesopotamiya, həm də yunan mədəniyyətinin təsiri altında inkişaf etmişdir. Belə ki, Birinci Səlib yürüşü əsnasında hədəf seçilən önəmli şəhər mərkəzlərindən birinə çevrilmişdi. İlk Edessa qrafı Bulonlu Baldvin daha sonra Qüds kralı oldu və geridə qalan qraflıq onun qohumlarına miras qaldı. Digər səlib dövlətləriylə müqayisədə, Edessa qraflığı coğrafi olaraq əlverişsiz mövqedə idi. Belə ki, dənizə çıxışı yox idi və həmsərhəd olduğu dövlət və tayfalarla münasibətləri yaxşı deyildi. Qraflığın mərkəzi olan Edessa (yəni, indiki Şanlıurfa) və digər mühüm mərkəzləri səlib qüvvələrindən uzaq hesab edilən Fərat çayının şərq sahilində qalırdı. Qraflığın 1144-cü ildə zəngilər tərəfindən işğal edilməsi səlibçilərin ilk mühüm məğlubiyyəti hesab edilir.
Edessa şəlalələri
Edessa və ya Edessis şəlalələri ― Yunanistanın Edessa şəhərində yerləşir. Şəlalələr XIV əsrdə baş verən güclü zəlzələdən sonra yaranmış təbiət möcüzəsidir. O vaxtdan bəri ərazidə baş vermiş daha kiçik miqyaslı zəlzələlər səbəbiylə şəlalələrin morfologiyalarında bir çox dəyişiklik baş vermişdir. Bu şəlalələrin əsas mənbəyi Aqra-Nissiou bataqlığıdır. Şəlalələr 100 000 m²-dən böyük ərazi və qayanın üzərindəki 1,1 km uzunluğundakı cığır boyu tökülür.Şəlalələr Edessa şəhərini ziyarət edənləri əsas cəlb edən obyektdir. Bölgədə on iki şəlalə var ki, bunlardan dördü asanlıqla görünür. Şəlalələrin yerləşdiyi parka gedən yollara şəhərin düzənliyindən Qədim Edessaya qədər uzanan daş döşənmiş yol daxildir. Bu keçid 20-ci əsrin əvvəllərinə qədər Qədim Edessa, Edessa Akropolu və Selanikini birləşdirən qədim yolun bir hissəsi olmuşdur. == Tarixi == === Formalaşmaları === Edessa şəlalələri 14-cü əsrdə geoloji və ya atmosfer hadisəsindən sonra meydana gəlmişdir. Əvvəlcə suyun əsas hissəsi şəhərin qərbindəki hövzədə toplanırdı.
Karima Edebayb
Karima Edebayb (14 fevral 1985) — İngilis aktrisa və model. == Həyatı == Mərakeş, Kipr Rum və İrlandiya kökləri var. Daha əvvəl Topshop adlı butikdə vəzifə yerinə yetirən Karima, 14 Fevral 2006-cı ildə məşhur Tomb Raider (Lara Croft) adlı videooyun seriyasının yeddinci Lara Croft modeli seçildi. Onun rolu, oyunu radio və televiziyada "bir xarakter olaraq" tanıtdırmaqdan ibarətdir, buna görə Adebibe Lara Croft'ın döyüş sənətindən nitqə qədər olan qabiliyyətlərini öyrənməlidir.2004-cü ildən əvvəl "Alien vs. Yırtıcı" filmdəki bakirə qurbanı rolunu oynadı.
Keti Eder
Keti Eder — Amerikalı fəal və sosial sahibkar, 50 Miles More, Kids Tales və The Future Coalition sosial layihələrinin təsisçisi və rəhbəri, sonuncunun icraçı direktoru. 2019-cu ilin dekabr ayında Eder Forbes 30 Under 30 Hüquq və Siyasət siyahısına daxil edilir. == Bioqrafiya == Eder Viskonsin ştatının Milouki şəhərində anadan olub və böyüyüb. Keti 2018-ci ildə Şorewud Liseyini bitirib və 2020-ci ilin payızında Stenford Universitetinə daxil olub. Ailədə beş uşağın ən kiçiyidir. == Fəaliyyəti == === Uşaq nağılları === Keti 13 yaşında olanda “Kids Tales” (“Uşaq nağılları”) qeyri-kommersiya təşkilatını təsis edir. Təşkilatın məqsədi məktəbdən kənar heç vaxt yazmamış uşaqlar üçün yaradıcı yazı seminarları keçirməkdir. Kids Tales seminarı zamanı uşaqlar hekayə yazır, daha sonra antologiya kimi real kitabda nəşr olunur. Kids Tales seminarlarında doqquz ölkədən 1500 uşaq iştirak edir. Kids Tales 400-dən çox yeniyetmə müəllimi cəlb etmiş və 90 antologiya nəşr etdirmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2009 ••••••••••••••••••• 0.16
2013 •••••••••••••••••• 0.15
2014 •••••••••••••••••••• 0.17
2018 •••••••••••••••••• 0.15

"ede" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ede nədir? #ede sözünün mənası #ede nə deməkdir? #ede sözünün izahı #ede sözünün yazılışı #ede necə yazılır? #ede sözünün düzgün yazılışı #ede leksik mənası #ede sözünün sinonimi #ede sözünün yaxın mənalı sözlər #ede sözünün əks mənası #ede sözünün etimologiyası #ede sözünün orfoqrafiyası #ede rusca #ede inglisça #ede fransızca #ede sözünün istifadəsi #sözlük