Edess sözü azərbaycan dilində

Edess

Yazılış

  • Edess • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Edessa döyüşü
Edessa yaxınlığında döyüş — Roma İmperiyası ilə Sasanilər arasında 260-cı ildə Edessa şəhəri yaxınlığında baş vermiş döyüş. Bu döyüşdə Romalılar demək olar ki, bütün ordunu itirdi. İmperatorValerian isə Sasanilərə əsir düşdü. == Döyüş səbəbləri == Bu dövrdə Sasani və Roma dövlətləri erməni məsələsi ilə bağlı üz-üzə gəlmişdi. Roma xüsusilə erməni ərazisinin Sasanilərin əlinə keçməsindən narahat idi. Bu vaxt, Ermənistan Çarlığı daxilində önəmli hadisə baş verdi. Erməni çarı Böyük Xosrov kimi tanınan II Tridat 252-ci ildə bir sui-qəsd nəticəsində öldürüldü. Bu hadisədən sonra, 253-cü ildə erməni krallığında böyük siyasi nüfuza sahib olan liderlər Şapurun hakimiyyəti altına girməyə razəlaşdılar, lakin Roma, öldürülən erməni çarının yerinə oğlunu mühafizə edərək ermənilərin yeni çarı elan etdi. I Şapur Romanın ona qarşı apardığı bu siyasi gedişindən çox narahat idi. Bu dövrdə, Roma İmparatoru Ərəb Filipp əvvəllər Fars dövlətinə vergi (500.000 qızıl pul) ödəyəcəyini vəd etmişdi, lakin bu vergini ödəməkdən imtina etdiyi üçün I Şapur bunu bəhanə edərək Romaya qarşı müharibə elan etdi.
Edessa qraflığı
Edessa qraflığı (lat. Comitatus Edessanus) — 1098-1144-cü illərdə mövcud olmuş feodal dövləti. Qraflığın mərkəzi indiki Şanlıurfa şəhəri olduğu üçün bir çox tarixi mənbədə Urfa qraflığı olaraq da adlandırılır. Səlibçilər tərəfindən Ön Asiyada qurulan ilk feodal dövləti idi.Bizans imperiyası dönəmində bölgə Süryani Pravoslav Kilsəsi tabeliyində öz intibah dövrünü yaşamış, həm yerli Mesopotamiya, həm də yunan mədəniyyətinin təsiri altında inkişaf etmişdir. Belə ki, Birinci Səlib yürüşü əsnasında hədəf seçilən önəmli şəhər mərkəzlərindən birinə çevrilmişdi. İlk Edessa qrafı Bulonlu Baldvin daha sonra Qüds kralı oldu və geridə qalan qraflıq onun qohumlarına miras qaldı. Digər səlib dövlətləriylə müqayisədə, Edessa qraflığı coğrafi olaraq əlverişsiz mövqedə idi. Belə ki, dənizə çıxışı yox idi və həmsərhəd olduğu dövlət və tayfalarla münasibətləri yaxşı deyildi. Qraflığın mərkəzi olan Edessa (yəni, indiki Şanlıurfa) və digər mühüm mərkəzləri səlib qüvvələrindən uzaq hesab edilən Fərat çayının şərq sahilində qalırdı. Qraflığın 1144-cü ildə zəngilər tərəfindən işğal edilməsi səlibçilərin ilk mühüm məğlubiyyəti hesab edilir.
Edessa şəlalələri
Edessa və ya Edessis şəlalələri ― Yunanistanın Edessa şəhərində yerləşir. Şəlalələr XIV əsrdə baş verən güclü zəlzələdən sonra yaranmış təbiət möcüzəsidir. O vaxtdan bəri ərazidə baş vermiş daha kiçik miqyaslı zəlzələlər səbəbiylə şəlalələrin morfologiyalarında bir çox dəyişiklik baş vermişdir. Bu şəlalələrin əsas mənbəyi Aqra-Nissiou bataqlığıdır. Şəlalələr 100 000 m²-dən böyük ərazi və qayanın üzərindəki 1,1 km uzunluğundakı cığır boyu tökülür.Şəlalələr Edessa şəhərini ziyarət edənləri əsas cəlb edən obyektdir. Bölgədə on iki şəlalə var ki, bunlardan dördü asanlıqla görünür. Şəlalələrin yerləşdiyi parka gedən yollara şəhərin düzənliyindən Qədim Edessaya qədər uzanan daş döşənmiş yol daxildir. Bu keçid 20-ci əsrin əvvəllərinə qədər Qədim Edessa, Edessa Akropolu və Selanikini birləşdirən qədim yolun bir hissəsi olmuşdur. == Tarixi == === Formalaşmaları === Edessa şəlalələri 14-cü əsrdə geoloji və ya atmosfer hadisəsindən sonra meydana gəlmişdir. Əvvəlcə suyun əsas hissəsi şəhərin qərbindəki hövzədə toplanırdı.
Edessalı Aviv
Edessalı Aviv (təq. 307 – 322) — xristian diakon. O, Roma imperatoru Lisinin hakimiyyəti dövründə Edessada əzabkeş olmuşdur. == Həyatı == Aviv təqribən b.e. 307-ci ildə Romanın Osroena vilayətində yerləşən Edessada (indiki Şanlıurfa, Türkiyə) anadan olmuşdur. O, diakon təyin edilmiş və imperator xristianlığı canfəşanlıqla yaydığına görə Avivin həbs edilməsini əmr etmişdir. Aviv axtarış zamanı heç bir xristianın əziyyət çəkməsini istəməyərək cəlladlarının qarşısına çıxmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Holweck, F. G. A Biographical Dictionary of the Saints. St. Louis, MO: B. Herder Book Co.
II Joslen (Edessa qrafı)
II Joslen (fr. Josselin II) (təq. 1113 – təq. 1159, Hələb) — sonuncu Edessa qrafı. Atası Edessa qrafı I Joslen, anası isə Kilikiya çarı I Konstantinin qızı Beatrisa idi. Hələb yaxınlığındakı bir qala uğrunda gedən döyüşlərdə ağır yaralanan I Joslen idarəni oğlu II Joslenə təhvil verərək vəfat etdi. Bu əsnada Ön Asiyada güclənən zəngilər Hələb və Mosul torpaqlarını ələ keçirmiş, Edessa bölgəsi üçün təhlükə yaratmağa başlamışdılar. 1144-cü ildə Edessa qalasını mühasirəyə alan zəngilər 24 dekabrda qalanı ələ keçirdilər. Canını zorla xilas edən II Joslen 1146-cı ilin oktyabrında hakimiyyəti bərpa etmək üçün yenidən ayaqlansa da, cəmi 1 ay sonra yenidən məğlub edildi. 1150-cı ildə zəngilər tərəfindən əsir alındı və gözlərinə mil çəkilərək Hələbə aparıldı.
I Joslen (Edessa qrafı)
I Joslen (fr. Josselin Ier) və ya Kurtenaylı Joslen (fr. Josselin de Courtenay) (1072 – 1131 və ya 1131, Şanlıurfa) — Edessa qrafı.1101-ci ildə tərtiblənən səlib yürüşüylə Ön Asiyaya gələn Joslen, ilk öncə Edessa qrafı Burklu Baldvinin hərbi birliklərində xidmətə başladı. Səlcuqlarla mübarizədə 1104-cü ildə Antakiya knyazı I Bohemond və Edessa qrafı Burklu Baldvinlə birlikdə əsir düşdü. 1118-ci ildə I Baldvinin vəfatıyla, Burklu Baldvin Qüds kralı təyin edildi. Qraflıq isə səlcuqlulara qarşı mühüm müdafiə məntəqəsi hesab edilən Turbessel qalasının hakimi Kurtenaylı Joslenə keçdi. Ancaq səlcuqlarla olan mübarizədə məğlub olan I Joslen 1122-ci ildə yenidən əsir düşdü. Üstəlik bu dəfə, onu xilas etməyə gələn Qüds kralı II Baldvin də əsir alındı. Bir il sonra əsirlikdən qaçan I Joslen ertəsi il II Baldvinin də azadlığa buraxılmasına nail oldu. Hələb yaxınlığındakı bir qala uğrunda gedən döyüşlərdə ağır yaralanan I Joslen idarəni oğlu II Joslenə təhvil verərək vəfat etdi.

Oxşar sözlər

#edess nədir? #edess sözünün mənası #edess nə deməkdir? #edess sözünün izahı #edess sözünün yazılışı #edess necə yazılır? #edess sözünün düzgün yazılışı #edess leksik mənası #edess sözünün sinonimi #edess sözünün yaxın mənalı sözlər #edess sözünün əks mənası #edess sözünün etimologiyası #edess sözünün orfoqrafiyası #edess rusca #edess inglisça #edess fransızca #edess sözünün istifadəsi #sözlük