Edessa döyüşü
Edessa yaxınlığında döyüş — Roma İmperiyası ilə Sasanilər arasında 260-cı ildə Edessa şəhəri yaxınlığında baş vermiş döyüş. Bu döyüşdə Romalılar demək olar ki, bütün ordunu itirdi. İmperatorValerian isə Sasanilərə əsir düşdü.
== Döyüş səbəbləri ==
Bu dövrdə Sasani və Roma dövlətləri erməni məsələsi ilə bağlı üz-üzə gəlmişdi. Roma xüsusilə erməni ərazisinin Sasanilərin əlinə keçməsindən narahat idi. Bu vaxt, Ermənistan Çarlığı daxilində önəmli hadisə baş verdi. Erməni çarı Böyük Xosrov kimi tanınan II Tridat 252-ci ildə bir sui-qəsd nəticəsində öldürüldü. Bu hadisədən sonra, 253-cü ildə erməni krallığında böyük siyasi nüfuza sahib olan liderlər Şapurun hakimiyyəti altına girməyə razəlaşdılar, lakin Roma, öldürülən erməni çarının yerinə oğlunu mühafizə edərək ermənilərin yeni çarı elan etdi. I Şapur Romanın ona qarşı apardığı bu siyasi gedişindən çox narahat idi. Bu dövrdə, Roma İmparatoru Ərəb Filipp əvvəllər Fars dövlətinə vergi (500.000 qızıl pul) ödəyəcəyini vəd etmişdi, lakin bu vergini ödəməkdən imtina etdiyi üçün I Şapur bunu bəhanə edərək Romaya qarşı müharibə elan etdi.