Edik sözü azərbaycan dilində

Edik

Yazılış

  • Edik • 84.9057%
  • edik • 15.0943%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Edik Bağdasaryan
Edik Bağdasaryan (həmçinin, Baqdasaryan; erm. Էդիկ Բաղդասարյան; 7 dekabr 1962, Şuşa, DQMV) — Ermənistan araşdırmaçı jurnalisti. O, Ermənistanda hökumətin korrupsiyasını ifşa edən hekayələri ilə tanınmışdır. Bağdasaryan Ermənistan Araşdırmaçı Jurnalistlər Assosiasiyasının rəhbəri və Ermənistanın yeganə araşdırmaçı jurnalistika qəzeti olan "Hetq"in redaktorudur. O, Ermənistanın paytaxtı İrəvan şəhərində yaşayır. == Həyatı == Edik Bağdasaryan 7 dekabr 1962-ci ildə Azərbaycan SSR-də, DQMV-nin bir hissəsi olan Şuşa şəhərində anadan olmuşdur. O, İrəvan Dövlət Universitetində təhsil almış, sonradan təhsilini Moskva Dövlət Universitetində telejurnalistika ixtisası üzrə davam etdirmişdir. Bağdasaryan 2006-cı ildə Ermənistanın ən güclü biznesmeni hesab edilən Qaqik Tsarukyanı tənqid edən məqalədən sonra e-poçt vasitəsilə təhdidlər almışdır. E-poçt məktub müəllifinin "kral" adlandırdığı Tsarukyanı narahat edən hər kəsi öldürməklə hədələmişdir.Bağdasaryan 17 noyabr 2008-ci ildə zorakı hücumun hədəfinə çevrilmişdir. Onun fikrinə görə, bu, onun reportajları ilə bağlı idi.
Fontenblo edikti
Fontenblo edikti — IV Henrix tərəfindən 1598-ci ildə qəbul edilmiş və Hugenotlara din azadlığını təmin edən Nant ediktini ləğv etmək üçün XIV Lüdovikin 18 oktyabr 1685-ci il tarixli edikti. == Tarixi == Nant ediktinə könülsüz tabe olan XIV Lüdovik dövründəki katolik ruhaniləri hər vasitə ilə onu məhv etməyə və ya əhəmiyyətini iflic etməyə çalışdılar. Dini təqiblər 1661-ci ildə başladı. Nant ediktinin 9-cu maddəsində 1596 və 1597-ci illərdə ibadət edildiyi yerlərdə ibadət etməyə icazə verildi. Bu əsasda katoliklər başqa yerlərdə protestant kilsələrini dağıtmağa başladılar. 2 aprel 1666-cı ildə Lui Nant edikti ilə tanınan azadlıq prinsipinin məhv edildiyi bir bəyannamə verdi. Nəhayət, 1685-ci il oktyabrın 18-də XIV Lüdovik Fontenbloda Nant ediktini ləğv edən fərman imzaladı. Bu sənəd kansler Letelye tərəfindən tərtib edilmişdir. Kral orada deyir ki, Nant fərmanı onun əcdadı tərəfindən Huqenotların lehinə onları katolik kilsəsinin bağrına qatmaq niyyəti ilə tərtib edilib, lakin təbəələrin ən yaxşı və çoxlu hissəsi katolikliyi qəbul etdiyi üçün, Nant fərmanı artıqlaması ilə çıxır. Huqenotların son məbədlərini və onların məktəblərini dağıtmaq əmri verildi.
Maksimum qiymətlər edikti
Maksimum qiymətləri fərmanı (Latınca: Edictum (Diocletiani) De Pretiis Rerum Venalim), Diocletian tərəfindən eramızın 301-ci ilində qəbul edilmiş və bir növ qiymətlərin maksimum həddinə nəzarət etmək məqsədi daşımış qanundur. Fərman bir çox məhsul üçün maksimum qiymət təyin etmiş və bu qiymətlərdən baha qiymətə məhsul satan şəxsə ölüm cəzasına qədər sanksiyalar tətbiq edilmişdir. Fərman Üçüncü Əsr Böhranı kimi tanınan böhran zamanı yaranan inflyasiyanı dayandırmaq məqsədi daşımışdır. == Əlavə ədəbiyyat == İznik, Erkan . "İmparator Diocletianus’un “Tavan (En Yüksek) Fiyatlar Fermanı” “Edictum de pretiis Rerum Venalium”". Tarih Araştırmaları Dergisi 30 (2011 ): 97-130 Frank Frost Abbott: The Common People of Ancient Rome. Studies of Roman Life and Literarture. New York 1911, Neudruck New York 1965, S. 145 ff. Hugo Blümner: Edictum Diocletiani. In: Paulys Realencyclopädie der classischen Altertumswissenschaft (RE).
Milan edikti
Milan Tolerantlıq Fərmanı, Milan Fərmanı və ya Milan Edictum (Latınca: Edictum Mediolanense, Müasir Yunanca: Διάταγμα των Μεδιολάνων, Diatagma tōn Mediolanōn) — Roma İmperiyası daxilindəki xristianlara kömək məqsədi ilə 313-cü ilin fevralında imzalanan razılaşma. Balkanlara nəzarət edən İmperator Licinius və Qərbi Roma İmparatoru I Konstantin, Mediolanumda (indiki Milan) bir araya gələrək, digər şeylərdən başqa, xristianlara qarşı siyasətlərini dəyişdirməyə razı oldular. Bu fərman imperator Galerius tərəfindən iki il əvvəl Serdicada imzalanmış fərmanlardan sonra verilmişdir. Milan Fərmanı, xristianlara hüquqi bir status verdi, ancaq Xristianlığı Roma İmperiyasının dövlət kilsəsi etmədi; Bu, 380-ci ildə, imperator I Theodosius dövründə Saloniki Fərmanı ilə həyata keçirildi.
Serdika edikti
Serdika edikti, həmçinin Qalerinin tolerantlıq haqqında fərmanı — 311-ci ildə Serdikada (indiki Sofiya, Bolqarıstan) Roma imperatoru Qaleri tərəfindən verilmiş fərman. Roma imperiyasında xristianlığın təqibinə rəsmi ilə son qoymuşdur.Fərman dolayısı ilə xristianlığa "religio licita" statusu vermişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.41 dəfə / 1 mln.
2004 •••• 0.34
2009 ••••••• 0.64
2010 •••••••••• 0.91
2011 •• 0.17
2012 0.09
2013 •••••••••••••••••••• 1.90
2014 ••••••••••• 1.03
2015 •• 0.17
2016 •••••• 0.52
2017 •••••• 0.49
2019 ••• 0.28

"edik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#edik nədir? #edik sözünün mənası #edik nə deməkdir? #edik sözünün izahı #edik sözünün yazılışı #edik necə yazılır? #edik sözünün düzgün yazılışı #edik leksik mənası #edik sözünün sinonimi #edik sözünün yaxın mənalı sözlər #edik sözünün əks mənası #edik sözünün etimologiyası #edik sözünün orfoqrafiyası #edik rusca #edik inglisça #edik fransızca #edik sözünün istifadəsi #sözlük