Edit sözü azərbaycan dilində

Edit

Yazılış

  • Edit • 61.8497%
  • edit • 36.9942%
  • EDİT • 1.1561%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Edit Farkaş
Edit Elizabet Farkaş (tam adı: Edit Elizabet Farkaş, mac. Edith Elizabeth Farkas; 13 oktyabr 1921, Dyula[d], Bekeş medyesi – 3 fevral 1993, Vellinqton) — macar Antarktika tədqiqatçısı, Antarktikaya ayaq basmış Yeni Zelandiya Meteoroloji Xidmətinin qadın heyətinin ilk üzvü və bu uğura imza atmış ilk macar qadın. Bununla yanaşı, o, 30 ildən çox dünyanın aparıcı ozon monitorinqi tədqiqatlarına rəhbərlik edib. == Həyatı == Edit Farkaş 13 oktyabr 1921-ci ildə Macarıstanın Dyula qəsəbəsində anadan olmuşdur. İbtidai sinif və orta məktəb təhsilini Sentqothard qəsəbəsində və Dyör şəhərində almışdır. 1939-cu ildə ali məktəbə daxil olan Farkaş 1944-cü ildə Budapeştdə Peter Pazman Katolik Universitetinin riyaziyyat və fizika müəllimliyi ixtisasını bitirmişdir. Müharibədən sonra 1949-cu ildə Yeni Zelandiyaya qaçqın kimi miqrasiya etmişdir. Burada 1952-ci ildə Vellinqton Viktoriya Universitetində fizika üzrə MSc dərəcəsini başa vurmuşdur. == Fəaliyyəti == Farkaş ozon tədqiqatçısı və meteoroloq idi. O, 1951-ci ildə Yeni Zelandiya Meteoroloji Xidmətinin Tədqiqat bölməsində meteoroloq kimi işləməyə başlamış və 35 il ərzində bu fəaliyyətini davam etdirmişdir.Farkaş otuz ildən çox - 1950-ci illərdən 1986-cı ildə təqaüdə çıxanadək ozon monitorinqi sahəsində dünyanın aparıcı araşdırmalarını həyata keçirərək ozonun müşahidəsini aparmışdır.
Edit Hed
Edit Hed (ing. Edith Head; 28 oktyabr 1897, San-Bernardino[d], Kaliforniya – 24 oktyabr 1981, Los-Anceles, Kaliforniya) — XX əsrin ən məşhur kostyum-dizayneri, səkkiz dəfə Oskar mükafatı laureatı. == Həyatı == Edit Hed 28 oktyabr 1897-ci ildə Kaliforniya ştatının San-Bernardino şəhərində, yəhudi ailəsində dünyaya göz açıb. Atası Maks Pozner mühəndis idi. O, Prussiyadan Amerikaya köç edib və öz bavariyalı xanımı ilə burda ailə həyatı qurub. Editin uşaqlığı müxtəlif ştatlarda və ölkələrdə keçib – Arizona, Meksika, Nevada, Almaniya və s. Los-Ancelesdə orta təhsilini tamamlayan Edit, bakalavr təhsilini Kaliforniya Berkli Universitetində, magistr təhsilini isə Stenford Universitetində alıb. Təhsilini başa vurduqdan sonra xanım Edit qısa müddətlik də olsa, müəllimə kimi fəaliyyət göstərib. 1923-cü ildə isə Los-Ancelesdəki “Paramount Studios” şirkəti onu kostyum-dizayner olaraq işə dəvət edib. Bu vəzifə ilk dəfə olaraq bir qadına təklif edilirdi.
Edit Heerdegen
Edit Heerdegen (2 İyul 1913 – 13 İyul 1982) — Almaniyalı film aktrisası. O, 1949-cu il ilə 1982-ci il arasında 50-dən çox film və televiziya şousunda rol oynamışdır.
Edit Piaf
Edit Piaf (fr. Édith Piaf; 19 dekabr 1915[…], Paris – 10 oktyabr 1963[…], Qras, Dənizkənarı Alplar) — Dünyaca məşhur fransız müğənnisi. == Həyatı == 1915-ci ildə Paris şəhərində doğulmuşdur. Anası, Annetta Covanni Maillard, yarı italyan-yarı əfqan əsilli bir köçəri tayfadan idi. Atası, Lui Alfons Qasson isə küçələrdə oyunbazlıq edən bir kəndirbaz idi. O, küçədə tretuarda doğulub və ilk səhnəsi də küçə olub. Ata müharibəyə gedir, ana isə uşağı əyyaş nənə və babanın yanında qoyub dönüşü çətin olan yola üz qoyur. Günlərin bir günü ata müharibədən qayıdır və Editi özü ilə fahişəxanada yaşayan anasının yanına gətirir. Editin ən qayğısız uşaqlıq həyatı burada-bu iyrənc məkanda keçir. Daha sonra, atası onu özü ilə küçələrdə gəzdirib, mahnı oxutduraraq pul qazanırdı, onun küçələrdə ifa etdiyi mahnı isə, uşaq vaxtı ən yaxşı bildiyi mahnı, Fransanın milli himni olan Marselyoza idi.
Edit Ruzvelt
Edit Ruzvelt (ing. Edith Kermit Carow Roosevelt; 6 avqust 1861[…], Nyu-York, Nyu-York ştatı – 30 sentyabr 1948[…], Oyster-Bey[d]) - ABŞ Prezidenti Teodor Ruzveltin həyat yoldaşı.
Edit Uilson
Edit Bollinq Vilson (ing. Edith Wilson; 15 oktyabr 1872 – 28 dekabr 1961, Vaşinqton) — ABŞ-nin Prezidenti Vudro Vilsonun ikinci həyat yoldaşıdır. 1919-cu ildə Vudro Vilsonun insult keçirməsindən sonra faktiki olaraq ölkəni Edit Vilson idarə edirdi. Bu səbəbdən "Gizli prezident" ləqəbini daşıyırdı.
Edit Varton
Edit Varton ― 1862-1937-ci illərdə yaşamış Amerikalı yazıçı. == Həyatı == Edit Varton 1862-ci ildə Amerikada anadan olmuş qadın yazıçıdır. O, bir çox roman və hekayələr yazmışdır. Ən bilinən romanı 1920.ci ildə qələmə alınmış Məsumiyyət Çağı ( The Age Of İnnocence ) adlı romandır. Bu roman 1921.ci ildə Kolumbiya Universiteti tərəfindən Pulitser mükafatı ilə təltif olunmuşdur. O, həmçinin "Bunner Bacıları" adlı digər bir romanın da müəllifidir. 1911.ci ildən sonra həyatını daha çox Fransa da davam etdirən E. Varton 1.ci dünya müharibəsi vaxtı müxtəlif yardım fəaliyyətləri səbəbi ilə Fransa dövləti tərəfindən mükafatlandırılmışdır. Henri Ceyms, Andre Jid, Ernest Heminquey və dövrün bəzi yazıçıları ilə yaxın dostluq münasibəti qurmuş E. Varton 1937.ci il, 75 yaşında Fransada vəfat etmişdir.
Edit Vilson
Edit Bollinq Vilson (ing. Edith Wilson; 15 oktyabr 1872 – 28 dekabr 1961, Vaşinqton) — ABŞ-nin Prezidenti Vudro Vilsonun ikinci həyat yoldaşıdır. 1919-cu ildə Vudro Vilsonun insult keçirməsindən sonra faktiki olaraq ölkəni Edit Vilson idarə edirdi. Bu səbəbdən "Gizli prezident" ləqəbini daşıyırdı.
Aganosma edithae
Cryptolepis sinensis (lat. Cryptolepis sinensis) — kəndirkimilər fəsiləsinin cryptolepis cinsinə aid bitki növü. == Sinonimləri == Pergularia sinensis Lour., Fl. Cochinch. 1: 167. 1790. Emericia sinensis (Lour.) Schult., Syst. Veg., ed. 15 bis (Roemer & Schultes) 4: 402. 1819.
Cryptolepis edithae
Cryptolepis sinensis (lat. Cryptolepis sinensis) — kəndirkimilər fəsiləsinin cryptolepis cinsinə aid bitki növü. == Sinonimləri == Pergularia sinensis Lour., Fl. Cochinch. 1: 167. 1790. Emericia sinensis (Lour.) Schult., Syst. Veg., ed. 15 bis (Roemer & Schultes) 4: 402. 1819.
Edita Pyexa
Edita Pyexa (fr. Édith-Marie Pierha; rus. Пьеха, Эдита Станиславовна d.31 iyul 1937; Noyelles-sous-Lens, Fransa) — Sovet və Rus pop müğənnisi, aktrisa. SSRİ xalq artisti (1988). == Həyatı == 31 iyul 1937-ci il Fransanın şimalında yerləşən Noyelles-sous-Lansda, Parisdən 200 km məsafədə Polşa ailəsində anadan olmuşdur. 1946-cı ildə anası Felicia Korolevskaya, ögey ata mədənçi Jan Golomb (Jan Gołąb) və kiçik qardaşı 1945-ci il təvəllüdlü Jozef ilə birlikdə Polşaya getdilər, Sileziyanın Boguszov-Qorse qəsəbəsində yaşamağa başladılar. Məktəbdə təhsilini polyak dilində alırdı, Fransada yaşayarkən o dili yalnız danışıq səviyyəsində bilirdi. Eyni zamanda xorda oxuyurdu. Müəllim olmaq istəyən E. Pyexa ona görə də Valbjixdə pedaqoji litseydə oxuyub oranı fərqlənmə diplomu ilə bitirdi. O həmçinin idmanla məşğul olurdu.1955-ci ildə, Qdanskdakı bir müsabiqədən sonra SSRİdə oxumağa istiqamət aldı.
Editinq Enn Dunham
Stenli Enn Danhem (29 noyabr 1942, Viçita[d], Kanzas – 7 noyabr 1995, Honolulu) – ABŞ-nin 44-cü prezidenti Barak Obamanın anası. İqtisadi antropologiya və kənd təsərrüfatının inkişafı üzrə ixtisaslaşmışdı. Anna deyə çağrılırdı. Sonradan Doktor Stenli Enn Danhem Soetro kimi tanındı. == Həyatı == Kanzas ştatının Viçita şəhərində anadan olub. Uşaqlıq illərini Kaliforniya, Oklahoma, Texas və Kanzasda keçirib. Yeniyetməlik illərini Vaşinqtonda, dolğun illərini isə Havayda və İndoneziyada keçirib. Danhem Honoluluda, Havay Universitetində təhsil alıb və antropologiya və ya riyaziyyat üzrə bakalavr təhsili alıb. Qadınların kustar sənayesində rolunu araşdıraraq İndoneziyada, Yava adasında qadınların rolunu öyrənir. O ABŞ Beynəlxalq İnkişaf Agentliyinin məsləhətçisi kimi kənd yerlərində kasıblığın qarşısını almaq üçün mikrokredit proqramını təşkil edir.
Rosa edita
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. == Yarpaq == Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. == Çiçək == Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
The İstanbul Edition
The İstanbul Edition — İstanbulda otel "The İstanbul Edition" oteli İstanbulun Levent məhəlləsində 20 noyabr 2003-cü ildə terror hücumuna məruz qalan və Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov tərəfindən 90 milyon dollara satın alınan HSBC bankın binasının yerində yaradılıb. Otelin rəsmi açılışı 4 may 2011-ci ildə keçirilib. Qırmızı lenti Türkiyənin mədəniyyət və turizm naziri Ertuğrul Günay, İstanbul valisi Hüseyin Avni Mutlu, Mübariz Mənsimov və ortağı İsgəndər Xəlilov kəsiblər. Açılış mərasiminə Hollivud ulduzu Diane Kruge və sevgilisi Joshua Jackson, ingilis modelyeri Riçard Nicoll, o cümlədən Mübariz Mənsimovun yaxın dostları qatılıb. Qonaqlara şampana qonaq ediliblər. Səhnədə müğənni Sezən Aksu yer alıb. Qeyd edək ki, 2 il ərzində binanın 78 nömrəsi olan otelə çevrilməsi üçün 60 milyon dollar sərmayə qoyulub. Otelin bir nömrəsinin bir günlük qiyməti 400 dollardan başlayır. Oteldə kral dairəsinin 1 günlük qiyməti isə 7 min 500 dollardır. Otel "Marriott International"ın "Editon" markası altında fəaliyyət göstərəcək.
Windows 98 Second Edition
Windows 98 , Microsoft tərəfindən Windows 9x ailəsinin Microsoft Windows əməliyyat sistemlərinin bir hissəsi olaraq hazırlanmış istehlakçı yönümlü əməliyyat sistemidir . 9x xəttindəki ikinci əməliyyat sistemi, Windows 95 -in varisidir və 15 may 1998-ci ildə istehsala buraxılmışdır və ümumiyyətlə, 25 iyun 1998-ci ildə pərakəndə satışa buraxılmışdır. Sələfi kimi o, 16-bit və hibriddir. MS-DOS əsasında yükləmə mərhələsi ilə 32-bit monolit məhsuldur . Windows 98 veb-inteqrasiya edilmiş əməliyyat sistemidir və sələfi ilə çoxsaylı oxşarlıqlara malikdir. Onun təkmilləşdirmələrinin əksəriyyəti kosmetik idi və ya istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdu, lakin sistemin funksionallığını və imkanlarını artırmaq üçün təqdim edilmiş bir neçə funksiya, o cümlədən təkmilləşdirilmiş USB dəstəyi və əlçatanlıq, habelə DVD pleyerlər kimi aparat təkmilləşdirmələri üçün dəstək var. Windows 98 Windows-un Windows Sürücü Modelini qəbul edən ilk nəşri idi və Disk Təmizləmə , Windows Yeniləmə , çox monitor dəstəyi və İnternet Bağlantısı Paylaşımı kimi Windows-un gələcək nəsillərində standart olacaq funksiyaları təqdim etdi . Microsoft Windows 98-i tamamilə təkmilləşdirilmiş növbəti nəsil Windows deyil, Windows 95-ə "tənzimləmə" kimi təqdim etdi. Buraxıldıqdan sonra o, veb-inteqrasiya edilmiş interfeysi və istifadə rahatlığı, eləcə də Windows 95-də mövcud olan problemlərin həlli üçün ümumiyyətlə yaxşı qarşılandı, baxmayaraq ki, bəziləri onun sələfindən əhəmiyyətli dərəcədə daha sabit olmadığını qeyd etdi. Windows 98 təqribən 58 milyon lisenziya satdı və 5 may 1999-cu ildə buraxılan Windows 98 İkinci Nəşr (SE) kimi tanınan bir əsas yeniləmə gördü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.65 dəfə / 1 mln.
2004 ••• 0.34
2007 ••••• 0.63
2008 ••••••• 0.97
2009 •• 0.16
2010 •• 0.27
2011 •••••• 0.77
2012 •••••• 0.86
2013 •••••• 0.88
2014 ••••••••• 1.20
2015 ••• 0.34
2016 ••• 0.35
2017 •••••••••••••••••••• 2.93
2018 •••• 0.45
2019 •• 0.28
2020 ••• 0.40

Oxşar sözlər

#edit nədir? #edit sözünün mənası #edit nə deməkdir? #edit sözünün izahı #edit sözünün yazılışı #edit necə yazılır? #edit sözünün düzgün yazılışı #edit leksik mənası #edit sözünün sinonimi #edit sözünün yaxın mənalı sözlər #edit sözünün əks mənası #edit sözünün etimologiyası #edit sözünün orfoqrafiyası #edit rusca #edit inglisça #edit fransızca #edit sözünün istifadəsi #sözlük