Eduar sözü azərbaycan dilində

Eduar

Yazılış

  • Eduar • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Eduar Anri Avril
Edouard Henri Avril (fr. Édouard-Henri Avril, adətən Paul Avril imzasından istifadə etmişdir) (21 may 1849, Əlcəzair, Fransa Əlcəzairi[d] – 28 iyul 1928) — erotik ədəbiyyat illüstrasiyaları ilə tanınan fransız rəssamıdır. == Bioqrafiyası == Eduard Henri Avril 21 may 1849-cu ildə Əlcəzairdə anadan olub. Atası jandarm polkovniki idi. Gəncliyində atasının yolu ilə getmək istəmiş, 51-ci xətti piyada alayının tərkibində Fransa-Prussiya müharibəsi döyüşlərində iştirak etmiş, kiçik leytenant rütbəsinə qədər yüksəlmiş, 31 may 1871-ci ildə müharibə zamanı aldığı xəsarətlərə görə Fəxri Legion ordeni ilə təltif edilmişdir. 1872-ci il yanvarın 23-də aldığı yaraların ağırlaşmasına görə hərbi xidmətdən getməli olmuşdur. 22 yaşında təqaüdə çıxdıqdan sonra yeni bir peşə axtarışında olmuş, müxtəlif Paris seks salonlarında incəsənət sahəsini öyrənməyə başlamışdır. İşinin qeyri-etik olmasına və Paul Avril təxəllüsü ilə əsərlərini hazırladığı üçün onun tərcümeyi-halı haqqında çox az şey məlumdur. Onun Paul-Victor Avril olan təxəllüs adı həm rəssam, həm də oymaçı kimi işləyən qardaşı ilə səhv salınmamalıdır. 1874–1878-ci illərdə Parisdə Gözəl Sənətlər Məktəbində təhsil almışdır.
Eduar Druen de Lüis
Eduar Druen de Lüis (fr. Édouard Drouyn de Lhuys; 19 noyabr 1805[…], Paris – 1 mart 1881[…], Paris) — Fransa diplomatı, siyasətçi və dövlət xadimi. O, dörd dəfə (fasilələrlə) Fransanın xarici işlər naziri vəzifəsində çalışmışdır. O, İyul monarxiyası dövründə Madriddə müvəqqəti işlər vəkili, sonra Deputatlar Palatasının üzvü olmuş və burada Fransua Gizonun siyasətinə qarşı çıxmışdır. Fransada fevral inqilabından sonra əvvəlcə təsisçi, sonra qanunverici məclisin üzvü olmaqla həmişə sağdan səs vermişdir.Druen de Lüis Lui Napoleonun ilk kabinetində xarici işlər naziri olduqdan sonra prezidentin Roma Respublikasına qarşı siyasətini dəstəkləmiş, papa hakimiyyətinin bərpasının tərəfdarı olmuşdur.1849-cu ildə portfelini Aleksis de Tokvilə təhvil vermiş, Londona səfir kimi getmişdir. Buna baxmayaraq, o, tezliklə geri qayıtmış və 24 yanvar 1851-ci ildə əvvəlki vəzifəsinə qayıtmışdır. 128 iyul 1852-ci ildə Lui-Feliks-Etyen de Türqodan sonra yenidən Xarici İşlər Nazirliyinin rəhbəri olmuşdur.
Eduar Leon Skott de Martenvil
Eduar Leon Skott de Martenvil (fr. Edouard-Leon Scott de Martinville; 25 aprel 1817 - 26 aprel 1879) — fransız naşir, kitabxanaçı və kitab ticarətçisi. == Həyatı == Eduar Leon Skott de Martenvil 25 aprel 1817-ci ildə Parisdə anadan olmuşdur. == Fonoavtoqraf == Eduar Leon Skott de Martenvil 1853-cü ildə dünyada ilk səsyazma cihazı olan fonoavtoqraf qurğusunu kəşf etmişdir. == Patenti == 25 mart 1857-ci ildə Fransa hökuməti Skotta kəşf etdiyi fonoavtoqraf qurğusu üçün patent vermişdir. Məhz bu qurğunun konstruksiyası əsasında sonradan fonoqraf və qrammofon yaradılmışdır. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Adolf Eduard Qrube
Adolf Eduard Qrube (alm. Adolph Eduard Grube‎;18 may 1812, Köniqsberq – 2 iyun 1880, Vrotslav, Prussiya) — Alman anatomu və zooloqu. == Əsərləri == "Zur Anatomie und Physiologie der Kiemenwürmer" (1838); "Die Familie der Anneliden" (1851); "Untersuchungen über den Bau von Peripatus Edwardsii" (1853); "Annulata Oerstedtiana" (1856–58); "Die Insel Lussin und ihre Meeresfauna" (1864); "Annulata Semperiana" (1878). == Ədəbiyyat == M'Intosh W. C. Adolph Edouard Grube // Nature. — 1880. — Vol. 22. — P. 435–436. — doi:10.1038/022435d0. Romer F. Adolf Eduard Grube // Leopoldina.
Con Eduard Qrey
Con Eduard Qrey (ing. John Edward Gray; 12 fevral 1800, Uolsoll, Uest-Midlends[d] – 7 mart 1875, London12 fevral 1800, Uolsoll — 7 mart 1875, London) — Britaniya zooloqu. == Zoologiyaya aid əsərləri == Gray J. E. A list and description of some species of shells not taken notice of by Lamarck (continued) // Annals of Philosophy. — 1825. — Vol. 9. — No. 2. — P. 407—415. Gray J. E., Hardwicke T. Illustrations of Indian Zoology.
Corce Eduardo Rayt
Corce Eduardo Rayt (isp. Jorge Eduardo Wright; 20 aprel 1922, Buenos Ayres – 4 yanvar 2005) — Argentina mikoloqu. == Elmi fəaliyyəti == Corce Eduardo Rayt mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == E.O. Albertó., B.E. Lechner, J.E. Wright. 2004. The genus Pleurotus in Argentina. Mycologia 96 ( 4 ): 849 - 857 B.E. Lechner, J.E. Wright, E.O. Albertó. 2005. The genus Pleurotus in Argentina: mating tests. Sydowia 57 ( 2) : 233 - 245.
Cəfakeş Eduard
Eduard (ing. Eadweard, Edward the Martyr 962, Uesseks, İngiltərə - 18 mart 978) — İngiltərə kralı. Sülhsevər Edqarın birinci həyat yoldaşı Etelfledadan olan oğlu. Pravoslav, Katolik və Anqlikan kilsələrində müqəddəs kimi yad edilir. 975-ci ildə Kinqstonda kral elan edilmişdir. == Ölümü == 18 mart 978-ci ildə (və ya 979) kral Dorsetşirdə yerləşən Korf qalasına dəvət olunur. Burada onu şahzadə Etelred və anası, Sülhsevər Edqarın ikinci həyat yoldaşı Elfreda gözləyirdilər. Elfredanın qulluqçuları Eduardı dairəyə alaraq əllərini birləşdirdilər və qulluqçuların biri xəncərlə Eduardın sinəsinə zərbə endirdi. Nəticədə Eduard atdan yıxılsa da, ayağı üzəngiyə ilişir. At isə qaçaraq qaladan uzaqlaşır və meşəyə tərəf gedir.
Eduard Buxner
Eduard Buxner (20 may 1860[…], Münhen, Almaniya ittifaqı – 13 avqust 1917[…]) — alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1907). == Həyatı == Alman kimyaçısı Buxner Eduard (1860-1917), may ayının 20-də Münhendə doğulmuş, Universitet bitirmişdir. 1888-ci ildə fəlsəfə doktoru alimlik dərəcəsi adını almışdır. 1893-cü ildə Kilsk, 1896-cı ildə Tübingen Universitetlərinin, 1896-cı ildə Berlin Ali Kənd Təsərrüfatı Məktəbinin, 1909-cu ildə Breslau, 1911-ci ildə Vürsburq Universitetlərinin professoru olmuşdur. Biologiya-kimya sahəsində qiymətli tədqiqat işlərinə və toxuma xarici fermentasiyanı kəşf etdiyinə görə alim 1907-ci ildə Nobel mükafatına layiq görülmüşdür. == Elmi fəaliyyəti == Hələ universitetdə oxuyarkən Buxner spirtə qıcqırma prosesini tədqiq etməyə başlayır. O, oksigenin iştirakı ilə qıcqırma prosesini tədqiq edir. Onun apardığı tədqiqatlar göstərir ki, oksigen iştirakı ilə qıcqırma getməsini inkar edən hipotez yanlışdır. Şəxsi ianələr hesabına Buxner kiçik laboratoriya yaradır və burada qıcqırma kimyası sahəsində tədqiqatlarını davam etdirir. 1893-cü ildə o, Münxendən gedərək Kil Universitetində analitik kimya bölməsinə rəhbərlik edir, 1895-ci ildə universitetin professoru olur.
Eduard Elqar
Ser Eduard Uilyam Elqar, 1-ci Baronet (ing. Sir Edward William Elgar, 1st Baronet; 2 iyun 1857[…], Louer-Bredhit[d], Vusterşir[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 23 fevral 1934[…], Vuster[d], Vusterşir[d], Birləşmiş Krallıq) — romantik cərəyanın arıcılı olmuş, bir sıra əsərləri mütəmmadi olaraq Britaniya və Beynəlxalq klassik musiqi konsert proqramlarına daxil olan Böyük Britaniya bəstəkarı. Bəstəkarın ən məşhur əsərləri sırasına "Eniqma-variasiyalar", "Təntənəli və mərasim marşları", skripka və violonçel üçün konsertlər, həmçinin iki simfoniya daxildir.
Eduard Elyan
Eduar Vaqanoviç Elyan (20 avqust 1926-cı il, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ — 6 aprel 2009-cu il, Rostov) — Tupolev konstruktor bürosunun təyyarəçi-yoxlayıcısı. SSRİ-nin əməkdar təyyarəçi-yoxlayıcısı (1967), Sovet İttifaqı Qəhrəmanı (1971), polkovnik. == Həyatı == 1926-cı il avqustun 20-də Bakı şəhərində anadan olmuşdur. Ermənidi. 1938—1944-cü illərdə o, Moskva, Sverdlovsk və Norilskdə yaşamışdır. 1944-cü ildə Sverdlovsk Hərbi Hava Qüvvələrinin xüsusi məktəbini bitirmişdir. 1944-cü ilin iyun ayından orduya qoşulmuşdur. 1944-cü ildə Buquruslan şəhərində 9-cu hərbi aviasiya məktəbini bitirmişdir. 1948-ci ildə isə təyyarəçilərin Borisqlebsk hərbi aviasiya məktəbini. 1951-ci ilə qədər orada təyyarəçi-instruktor idi.
Eduard Fenzl
Eduard Fenzl (ing. Eduard Fenzl; 1808–1879) Avstriya botaniki.
Eduard Franklend
Eduard Franklend (ing. Edward Frankland; doğum 18 yanvar, 1825 - ölüm 9 avqust, 1899) – ingilis kimyaçısı. O, su keyfiyyəti və analizi üzrə ekspert idi. O həmçinin orqanometallik kimyanın yaradıcılarından biri idi. 1852-ci ildə birləşdirici qüvvə haqqında anlayışı elmə daxil etmişdir. Atomların bu xassələrini sonralar valentlik adlandırmışlar.
Eduard Fridrix Eversman
Eduard Fridrix Eversman (Eduard Friedrich Eversmann; 23 yanvar 1794 – 14 aprel 1860, Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) — Rusiyalı təbiətşünas, botanik, zooloq, entomoloq, lepidopteroloq, həkim, və səyyah. Milliyyətcə almandır. == Eversmanın şərəfinə adlandırılmış taksonlar == === Heyvanlar === Spermophilus undulatus Allocricetulus eversmanni (Brandt, 1859) Meriones erythrourus Mustela eversmanii Lesson, 1827 Columba eversmanni Bonaparte (1856) Crossobamon eversmanni Wiegmann (1834) Parnassius eversmanni Kirinia eversmanni (Eversmann, 1847) (= Lasiommata eversmanni; =Esperarge eversmanni). Lycaena eversmanni Lang, 1884 Eversmannia Andrena eversmanni (Radoszkowski, 1867) Aristothereva eversmanni (Zaitzev, 1971) Trox eversmanni Callisthenes eversmanni (Chaudoir, 1850) === Bitkilər === Potentilla eversmanniana Tetradiclis eversmanni Bunge, nom. inval. (= Tetradiclis tenella) == Əsərləri == 1832. Lepidopterorum species nonnullae novae Gubernium Orenburgense incolentes. Nouvelles Memoires de la Societe imperiela des Naturalistes de Moscou. 2: 347–354, 2 cpls. 1841.
Eduard Hüseynov
Eduard Hüseynov (1938-1993)—Bakı Ali Hərbi Dənizçilik Məktəbinin keçmiş rəisi, kontr-admiral. 1993-cü il aprelin 23-də baş yaşadığı binanın önündə qətlə yetirilib.
Eduard Kokoytı
Eduard Kokoytı, Kokoyev (oset. Кокойты Джабейы фырт Эдуард; 31 oktyabr 1964, Sxinval) — Cənubi Osetiya Respublikasının ikinci prezidenti. 2001-ci ildə keçirilən prezident seçkilərində birbaşa müxalifət namizədi olaraq prezident seçilir. 2006-cı ildə keçirilən prezident seçkiləri nəticəsində yenidən Cənubi Osetiya Respublikasının Prezidenti vəzifəsinə seçilmişdir. 9 dekabr 2011-ci ildə Alla Cioyevanın tərəfdarlarının mitinqlərindən sonra prezidentlikdən vaxtından əvvəl istefa vermək məcburiyyətində qalır. Eduard Kokoytı Cənubi Osetiya Respublikasının mövcud qanunvericiliyinə görə, növbəti prezidentin andiçmə mərasiminə qədər prezident vəzifəsini icra etməsi lazım olduğuna baxmayaraq, istefa verməyə razılıq verir. == Bioqrafiyası == 31 oktyabr 1964-cü ildə Tsxinvalidə anadan olmuşdur. Həmin şəhərin 5 nömrəli orta məktəbini bitirir. Poçt şöbəsində elektrikçi işləyir. 1980-ci ildə sərbəst güləş üzrə Gürcüstan SSR çempionu olur və idman ustası adına layiq göürülür.
Eduard Leon Skott de
Eduar Leon Skott de Martenvil (fr. Edouard-Leon Scott de Martinville; 25 aprel 1817 - 26 aprel 1879) — fransız naşir, kitabxanaçı və kitab ticarətçisi. == Həyatı == Eduar Leon Skott de Martenvil 25 aprel 1817-ci ildə Parisdə anadan olmuşdur. == Fonoavtoqraf == Eduar Leon Skott de Martenvil 1853-cü ildə dünyada ilk səsyazma cihazı olan fonoavtoqraf qurğusunu kəşf etmişdir. == Patenti == 25 mart 1857-ci ildə Fransa hökuməti Skotta kəşf etdiyi fonoavtoqraf qurğusu üçün patent vermişdir. Məhz bu qurğunun konstruksiyası əsasında sonradan fonoqraf və qrammofon yaradılmışdır. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Eduard Mamakayev
Eduard Arbiyeviç Mamakayev (28 aprel 1939, Qroznı) — çeçen yazıçısı, 1968-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvü, 1992-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (2007). Yazıçı Arbi Mamakayevin oğludur. == Həyatı == Eduard Mamakayev 28 aprel 1939-cu ildə Qroznıda anadan olub. Atası Arbi Mamakayev Çeçen-İnquş Radio Komitəsində diktor işləyib. 1941-ci ildə Arbi Mamakayev əksinqilabi fəaliyyətdə ittiham edilərək həbs edilir. Atasının həbsindən sonra balaca Eduard nənəsi ilə yaşamalı olur.1943-cü ilin payızında radioda Arbi Mamakayevin ölüm cəzasına məhkum edildiyi xəbəri verilir. Sonradan səhv məlumat olduğu ortaya çıxan bu xəbər nənənin ölümünə səbəb olur. Eduardı Noqay çölündə yaşayan bibisinin yanına getməli olur. Lakin alman qoşunlarının yaxınlaşması səbəbindən onlar oradan qaçmağa məcbur olurlar.Rduard deportasiya illərini Qazaxıstan SSR-in Cezkazqan vilayətinin Nurinski rayonunda keçirib. Orada da məktəbi bitirib.
Eduard Mane
Eduard Mane (fr. Édouard Manet; 23 yanvar 1832[…] – 30 aprel 1883[…], Parisin 8-ci rayonu[d] və ya Paris) — fransız impressionist rəssamı. XIX əsrdə müasir mövzulu əsərlər çəkməyə başlamış ilk rəssamlardandır. Mane realizm cərəyanından impressionizm cərəyanına keçməkdə böyük rol oynamışdır. Eduard Mane Çəmənlikdə səhər yeməyi və Olimpiya əsərləri ilə böyük uğur əldə etmişdir. Müasir dövrdə bu iki rəsm əsəri modern mədəniyyətin başlanğıcı hesab olunur. == Həyatı və fəaliyyəti == === Gənclik illəri === Eduard Mane 1832-ci ilin 23 yanvar tarixində Paris şəhərində kasıb və kibar bir ailədə anadan olmuşdur. Anası (fr. Eugénie-Desirée Fournier) İsveç kralı Tural Bernadotun nəvəsi idi. Atası Aprel Mane (fr.
Eduard Markarov
Eduard Markarov (20 iyun 1942, Bakı) - erməni əsilli Azərbaycan futbolçusu. == Həyatı == Eduard Markarov 1942-ci il iyunun 20-də Bakıda doğulub. Futbol oynamağa Azərbaycan paytaxtının "Lokomotiv" gənclər komandasında başlayıb, daha sonra Armavir (Rusiya) "Torpedo"sunda forma geyib. 1961–1970-ci illərdə Bakının Neftçi Bakı komandasının şərəfini qoruyub. 1971–1975-ci illərdə İrəvanın "Ararat" komandasında oynayıb. SSRİ yığma komandasının heyətində 3 rəsmi oyuna çıxmış E.Markarov 159 qolla Qriqori Fedotov klubunun üzvüdür. Məşhur hücumçu SSRİ birinciliyinin bürünc (1966), gümüş (1971) və qızıl (1973) medallarının sahibidir. 1973-cü ildə SSRİ Kubokunu qazanıb. SSRİ yığmasının heyətində 1966-cı il dünya çempionatında 4-cü yeri tutub. Məşqçi karyerasına İrəvanda başlayan E.Markarov bir müddət Livanda çalışıb.
Eduard Menetries
Eduard Menetries (fr. Édouard Ménétries,2 oktyabr 1802, Paris – 10 (22) aprel 1861, Sankt-Peterburq) Rusiya entomoloqu. == Menetriesin şərəfinə adlandırılmış taksonlar == Mellicta menetriesi Caradja, 1895—Mellicta Borearctia menetriesii Eversmann, 1846Carabus menetriesi Hummel, 1827 Lebia menetriesi Ballion, 1869 Phyllophaga menetriesi Blanchard, 1850—Phyllophaga Megathous menetriesi Reitter, 1890—Cebrioninae Anadastus menetriesi Motschulsky, 1860—Languriidae Aphodius menetriesi Ménétriés, 1849—Aphodiinae Microdera menetriesi Fischer-Waldheim, 1844 Blaps menetriesi Kraatz, 1881 Bembidion menetriesi Kolen, 1845 == İşlərinin siyahısı == Observations sur quelques Lépidoptères du Brésil — Mém. Soc. Natur. Mosc., 1829, V, p. 81-96. Catalogue de quelques Lépidoptères des Antilles avec la descriptions de plusieurs espèces nouvelles.- Bull. Soc. Nat.
Eduard Montut
Eduard Montut (fr: Édouard Montoute 20 dekabr 1970, Kayenna) — fransız teatr və kino aktyorudur. O, daha çox “Taksi” filmi və onun davam filmlərində oynamış olduğu Montun polis müfəttişi Alen rolu ilə tanınır.
Eduard Murzayev
Eduard Murzayev (rus. Эдуа́рд Мака́рович Мурза́ев; 19 may (1 iyun) 1908, Simferopol – 1 avqust 1998, Moskva) — Coğrafiya elmləri doktoru (1949), professor (1956), RSFSR-in əməkdar elm xadimi (1970).
Eduard Məmmədov
Eduard Tofiq oğlu Məmmədov (2 yanvar 1978, Bakı) — " Ağ Canavar " ləqəbli Azərbaycanlı peşəkar kikboksçu, 26 qat dünya çempionu, 9 qat Avropa çempionu, 9 qat dünya kubokunun sahibi, 15 qat Azərbaycan çempionu, Asiya və Avrasiya çempionu,peşəkarlar arasında dünya çempionu,peşəkarlar arasında WAKO versiya üzrə interkontinental kəmərin sahibi, peşəkarlar arasında IKBO versiya üzrə dünya kəmərinin sahibi, əməkdar idman ustası, əməkdar məşqçi, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi,Azərbaycan Kikboksinq Federasiyasının İdarə heyətinin sədr müavini, Milli komandanın baş məşqçisinin köməkçisi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı. == Həyatı və karyerası == Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildən peşəkar kikboksinq ilə məşğuldur.Ilk qələbəsini 1995-ci ildə, Azərbaycanda keçirilmiş ilk çempionatda qazanıb. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçmişdir.Eduard Məmmədov 1997-ci ildə Azərbaycan Respublikasının idman ustası , 1999-cu ildə isə beynəlxalq dərəcəli idman ustası adını almışdır.2003-cü ildə Əməkdar idman ustası fəxri adına layiq görülmüşdür.5 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının əməkdar məşqçisi adına layiq görülüb.1999-cu ildə İdman Akademiyasına daxil olub, 2004-cü ildə məzun olmuşdur. Məşqçi fəaliyyətinə 2000-ci ildə başlayan kikboksçu,məhz həmin ildə ən parlaq və yaddaqalan qələbəsinə Yunanıstanda keçirilən dünya çempionatında imza atmışdır.Beləliklə Eduard rəqibini 15 saniyəyə nokaut vəziyyətinə salaraq, növbəti dəfə dünya çempionu titulunu qazanmışdır. 2004-cü ildə Polis Akademiyasına daxil olub və 2008-ci ildə təhsilini müvəfəqiyyətlə başa vurub.2009-cu ildə Polis Akademiyasının "İdarəetmə" fakultəsində ixtisas artırma üçün daxil olmuşdur,2010-cu ildə məzun olmuşdur.Ümumilikdə 3 ali təhsili var .2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə "Vətən uğrunda" medalı ilə mükafatlandırılmışdır.2007-ci ildə WAKO-PRO Intercontinental kəməri uğrunda peşəkar döyüşdə türk kikboksçu Şakir Kaymaza qalib gələrək kəmərə sahiblik etmişdir. Kəmərin müdafiəsi üçün 2009-cu ildə ispan kikboksçu Oskar Rueda ilə qarşılaşmada təkrar qalib gəlmişdir. Qeyd edək ki, idmançı WAKO-PRO versiya üzrə ən nüfuzlu interkontinental kəmərin sahibidir. 2009-cu ilin iyununda Eduard Məmmədov İspaniyada World Profi versiyası üzrə keçirilən dünya çempionatını qazanaraq, Low Kick və K-1 bölmələrində 2 qızıl medal, oktyabrda WAKO Low Kick versiyası üzrə Avstriyada keçirilən dünya çempionatını, noyabrda isə WAKO Full Contact versiyası üzrə İtaliyada keçirilən dünya çempionatını qazanıb. Bu nəticə - bir il ərzində 3 dünya çempionatından medallar gətirmək dünya kikboksinq tarixində presedentsiz hal hesab olunur.25 dekabr 2009-cu il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qeyri-olimpiya idman növünün inkişafında xüsusi xidmətlərə görə Fəxri Fərmanla təltif edilmişdir.
Eduard Pak
Eduard Pak — Şimali Koreya əsilli özbək-qazax dram artisti və kino aktyoru. 1986-cı ildən teatrda fəaliyyət göstərir. == Həyatı == Eduard Pak 22 dekabr 1962-ci ildə Özbəkistan SSRdə, Daşkənd vilayətinin Çinaz rayonunda doğulmuşdur. Almatı dövlət teatr incəsənəti institutunu "teatr və kino aktyoru" ixtisası üzrə bitirmişdir. 1992-ci ildə Seul Dövlət Milli Teatrında təcrübə keçmişdir. 2007-ci ildə Qazaxıstan Respublikası Prezidentinin fəxri fərmanı, 2008-ci ildə isə Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin "Mədəniyyət xadimi" fəxri nişanı ilə təltif edilmişdir.
Eduard Pekarski
Eduard Karloviç Pekarski (d. 1858 – ö. 1934) – Polyak əsilli rus etnoqrafı, dilçisi, folklorşünası. == Həyatı == 1858-ci ildə anadan olmuşdur. Orta təhsilini Minsk və Çerniqov şəhərlərində almışdır. Lakin o dövrdəki siyasi maneələr ucbatından təhsilini davam etdirə bilməmişdir. 1877-ci ildə Xarkov Baytarlıq Məktəbinə daxil olsa da, 1879-cu ildə tələbə üsyanlarında iştirak etdiyi üçün beş il müddətinə Arxanqelsk vilayətinə sürgün edilmişdir. Daha sonra sürgündən qaçaraq saxta addan istifadə edib Moskvaya getsə də, tezliklə yaxalanaraq yenidən sürgün edilmişdir. Moskvadakı hərbi məhkəmədə mühakimə olunan Pekarski gizli siyasi təşkilatlara qoşulmaq və qadağa qoyulmuş çap materiallarını özündə saxlamaqla günahlandırılaraq məhkum edilmişdir. Məhkəmədə günahkar hesab olunaraq 15 il həbs cəzasına məhkum olunsa da, gəncliyi nəzərə alaraq, Sibirin Yakutsk vilayətinə sürgün edilmişdir.
Eduard Pütsep
Eduard Pütsep (est. Eduard Pütsep , 21 oktyabr 1898 – 22 avqust 1960) — Eston əsilli Yunan-Roma güləşçisi. Rusiya İmperiyasını təmsil edib. 1924-cü ildə Parisdə keçirilmiş yay Olimpiya oyunlarının çempionu olub. Dünya və Avropa çempionatlarının medalçısı olub. == Karyerası == === Güləşci kimi === Eduardın güləş karyerasına başlaması Birinci Dünya müharibəsi dövrünə təsadüf edir. Eduard Pütsep ilk uğurunu 1917-ci ilin fevralında Peterburqda keçirilən güləş və gir oynadanlar arasında 1-ci Rusiya çempionatında qazanır. Güləşçi bu turnirdə 3-cü yeri tutur.Antverpendə baş tutmuş 1920-ci ilin Yay Olimpiya Oyunlarında iştirak edən güləşçi, burada yüngul çəki dərəcəsində yarışır. Eduardın turnirdə ilk rəqibi Belçikalı Henri Dieri olur və Eduard ona qalib gəlir. Pütsepin növbəti rəqibi isə Norveçli Vilhelm Olsen olur.
Eduard Qranvil Braun
Eduard Qranvil Braun (ing. Edward Granville Browne; 7 fevral 1862 – 5 yanvar 1926, Kembric) — Böyük Britaniya şərqşünası, yazıçısı, tərcüməçisi, alimi. == Həyatı == Bəhai dinini qəbul etmişdir. Babın Bəyan kitabını ingilis dilinə tərcümə etmişdir. == Əsərləri == "İran ədəbiyyatı tarixi", 1906 == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Э. Г. Браун. Конспект Персидского Байана A YEAR AMONGST THE PERSIANS — IMPRESSIONS AS TO THE LIFE, CHARACTER, & THOUGHT OF THE PEOPLE OF PERSIA — Received during Twelve Months' Residence in that Country in the Year 1887—1888. The Persian Revolution of 1905—1909 Arxivləşdirilib 2009-01-08 at the Wayback Machine, by Edward G. Browne, with a new introduction by Abbas Amanat in the Persia Observed series by Mage Publishers (1995, 2006) E.G. Browne. Literary History of Persia. (Four volumes, 2,256 pages, and twenty-five years in the writing). 1998.
Eduard Qriqoryan
Eduard Qriqoryan (1959, Sumqayıt) — 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan 1959-cu ildə anadan olmuşdur. Eduard Robertoviç Qriqoryanın "Sumqayıt qırğınları" proqramının icraçılarından ən fəalının olması şahid ifadələri əsasında sübut olunmuşdur. Həmin hadisələr zamanı öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür. Qriqoryan Sumqayıtda doğulmuşdu, atasının ölümündən sonra onu rus anası böyütmüşdü. Üç dəfə həbsxanada yatmışdı. Qriqoryan Sumqayıt hadisələri zamanı digərlərini bu cinayəti törətməyə təhrik etmiş, başqa bir versiyaya görə 7-yə qədər ermənini özü öldürmüşdü. Zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, "Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı". Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirirdi ki, "Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü". İstintaq materiallarının başqa bir yerində göstərilir ki, "E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır". E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni qadınını zorlamışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.17 dəfə / 1 mln.
2009 ••••• 0.16
2013 •••••••••••• 0.44
2017 ••••••••••••• 0.49
2018 •••••••••••••••• 0.60
2019 ••••••• 0.28
2020 •••••••••••••••••••• 0.80

"eduar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#eduar nədir? #eduar sözünün mənası #eduar nə deməkdir? #eduar sözünün izahı #eduar sözünün yazılışı #eduar necə yazılır? #eduar sözünün düzgün yazılışı #eduar leksik mənası #eduar sözünün sinonimi #eduar sözünün yaxın mənalı sözlər #eduar sözünün əks mənası #eduar sözünün etimologiyası #eduar sözünün orfoqrafiyası #eduar rusca #eduar inglisça #eduar fransızca #eduar sözünün istifadəsi #sözlük