Edvard sözü azərbaycan dilində

Edvard

Yazılış

  • Edvard • 99.7984%
  • EDVARD • 0.1512%
  • edvard • 0.0504%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Edvard Cenner
Edward Jenner (17 may 1749 – 26 dekabr 1823) — İngilis alimi, həkim. == Fəaliyyəti == 1796-cı ildə Edvard Cenner inək çiçəyinə tutulanların qovuqcuğundan çiçək əleyhinə vaksin kimi istifadə edilməsinin effektli olması haqqında məlumat verilmişdir. İlk dəfə 1779-cu ildə Edvard Cenner çiçəklə xəstə inəyin süd vəzisinin qovuqcuğundan maye götürüb, 8 yaşlı oğlanın əlinə dəri altına yeritmişdir. Peyvənd edildikdən 7 gün sonra oğlanda qoltuq altında ağrılar, yüngül qızdırma və baş ağrısı müşahidə edilmişdi. Sonrakı gün oğlanın şikayətləri olmamışdır. İki həftədən sonra həmin uşağa təbii çiçək yarasından möhtəviyyat heç bir xəstəlik əlamətləri müşahidə edilmədi. Beləlikə, ilk dəfə Cenner tərəfindən yüksək effektə malik vaksin yaradılmışdı. Həmin ildə Londonda çiçək peyvəndi məntəqələri açıldı. Edvard Cenner Londonun fəxri vətəndaşı adı aldı. Rusiyada İmperator I Aleksandrın arvadı II Elizabet bu üsulun əhali arasında geniş tətbiq edilməsi barədə göstəriş vermişdir.
Edvard Coris
Edvard Coris (ing. Edward Joris; 1876 – 1957) — Belçikalı anarxist. Ulduz sui-qəsdi ilə tanınır. == Həyatı == 1876-cı ildə doğulan Coris, 13 yaşında məktəbi buraxdı və kargüzar kimi işlədi. Solçuluqla məşğul olan o, 1895–1898-ci illərdə Belçika Fəhlə Partiyasının yerli şöbəsinin və həmkarlar ittifaqının katibi idi. Edvard Qrin təxəllüsü ilə anarxist "Ontwaking" qəzetinə töhfə verdi.1901-ci ildə İstanbula səyahət etdi, o, burada qısa müddətliyinə fransızca və ingiliscə ticarət yazışmaları ilə məşğul oldu. Daha sonra o, "Singer sewing machine" şirkətində iş tapdı. Sevgilisi Anna Nellens İstanbula gəldi və onlar evləndilər.Coris bir dostu yoluyla Erməni İnqilabi Federasiyasına, ordan da Sultan II Əbdülhəmid üçün hazırlanan sui-qəsd planına qoşuldu. Sui-qəsdçilər müzakirə üçün bir araya gəldilər və partlayıcı maddə və odlu silahları onun evində saxladılar. Sui-qəsd 21 iyul 1905-ci ildə həyata keçirilmiş, 26 nəfər həlak olmuş, 58 nəfər yaralanmış, lakin sultanın özünə heç bir zərər dəyməmişdir.
Edvard Dayvers
Edvard Dayvers (ing. Edward Divers; 27 noyabr 1837, London – 8 aprel 1912, London) – Britaniya kimyaçısı. O, Yaponiyada qeyri-üzvi kimyanın qurucularından biri hesab olunur. == Həyatı == Edvard Dayvers 1837-ci ildə London şəhərində doğulmuşdur. O, Müqəddəs Varfolomeya xəstəxanasında təhsil almış və Kral Həkimlər Kollecinin diplomunu almışdır. 1854-cü ildə Dublin şəhərinin Kvins kollecinin köməkçi professoru olmuşdur. 1866-cı ildə İngiltərəyə qayıtmışdır. O, 1871-ci ildə H2N2O2 turşusunu kəşf etsə də, Londonun elm dünyasını təsirləndirə bilməmişdir.Dayvers 1873-cü ildə Yaponiyaya gələrək İmperiya Mühəndislik Kollecinin müəllimi olmuşdur və 1886-cı ilə qədər burada dərs demişdir. Daha sonra Elm Kollecinə transfer olmuş və Sakuray Coci, eləcə də, onun tələbələri ilə kimyəvi tədqiqatlar aparmışdır. Onun əsas tədqiqat sahəsi qeyri-üzvi kimya olmuş, xüsusilə, azot və kükürd tərkibli birləşmələrlə maraqlanmışdır.
Edvard Gibbon
Edvard Qibbon (ing. Edward Gibbon; 8 may 1737[…] – 16 yanvar 1794[…], London) — ingilis tarixçi və millət vəkili. == Həyatı == Qibbon Böyük Britaniyada fəaliyyət göstərmiş Viqlər partiyasının millət vəkili olmuşdur. Tarix sahəsində etdiyi araşdırmaları ilə məşhurdur. Əsas məşhur əsərlərindən biri olan Roma imperiyasının geriləməsi və çöküş tarixi 1776–1788-ci illərdə 6 cild formasında çap olunmuşdur. Roma tarixinin fundamental formada yanaşan kitabda təkcə tarix yox, eyni zaman dönəmin ironiyası və şüur altı vəziyyətidə peşəkar şəkildə əks olunmuşdur. Qibbon tərəfindən bilinən fikirlərdən biri də xristianlığın yüksəlik səbəblərindən bəhs edən eyni adlı kitabdır. Kitabda, tarixçi xristianlıq dinin yüksəlişini beş təməl faktorla əsaslandırır: Xristianların yəhudilərin miras aldıqları qatı və qonaqpərvərlik ənənələri. Ölümdən sonra həyatın mövcud olması ilə bağlı nəzəryələr. Kilsənin möcüzəvi güclərə sahib olması ilə bağlı miflər.
Edvard Haqverdiyan
Edvard Haqverdiyan (fars. ادوارد حق‌وردیان‎)-İran ermənilərindən olan şair, tərcüməçi, jurnalist və Ermənistan Yazıçılar Birliyinin üzvü.1970-ci ildən Ermənistanda sakindir.O, müasir fars ədəbiyyatının əsərlərinin çoxun erməni dilinə tərcümə edib. == Bioqrafiyası == Edvard Haqverdiyan, 1952-ci ildə Tehranda dünyaya gəlibdir.Ailəsinin mənşə yeri İranın Xomeyn şəhəridir.1970-ci ildə ailəsi ilə Üçkilsə şəhərinə köçübdür.O, İranın Ermənistandakı Mədəni Məsləhətçisinin sifarişi ilə ilk dəfə olaraq Quranı erməni dilinə çevirib.
Edvard Hopper
Edvard Hopper (ing. Edward Hopper, 22 iyul 1882[…] – 15 may 1967[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan realizmi üslubunda işləyən məşhur rəssam və qravür ustasıdır. Daha çox yağlı boya ilə işlənmiş rəsmləri ilə məşhur olmasına baxmayaraq Hopper həmçinin oyma sənətində gözəl qryavurçu və akvarelist idi. Onun ehtiyatla və dəqiqliklə hesablanaraq işlənmiş şəhər və kənd səhnələrində müasir amerikan həyatına rəssamın şəxsi baxışları öz əksini tapmışdır.
Edvard Kallen
Edvard Kallen - Stefani Mayerin “Alatoran romanlar seriyası”nın əsas qəhrəmanlarından biridir. O, “Alatoran”, “Yeni ay”, “Tutulma”, “Sübh” romanlarının, həmin romanlar əsasında çəkilmiş filmlərin və hələ çap olunmamış “Gecəyarısı günəşi” romanının qəhrəmanıdır. Telepatik vampir olan Edvard romanlar seriyasında yeniyetmə qız olan Bella Svona aşiq olur, onlar evlənirlər və uşaqları olur, daha sonra isə Bella da öz istəyi ilə vampirə çevrilir. Alatoran filmlər seriyasında Edvard obrazı Robert Pattinson tərəfindən canlandırılmışdır. == Yaradılması == Stefani Mayer qeyd edir ki, Edvard obrazının yaradılması layihəsi onun “adi qız” və “fantastik gözəl, cazibədar, güclü...vampir...onlar arasında ciddi əlaqələr və ağaclar arasındakı çəmənlikdə romantik səhnə” yaratmaq arzusundan meydana gəlmişdir. Bu arzunun əsasında onun “ iki insanın məhəbbətinin qarşılaşdığı çətinliklər... insana aşiq olan vampirin qana olan hərisliyinə üstün gəlmək və sevgisi üçün ölümlə mübarizə aparmaq cəhdlərini əks etdirmək” istəyi dayanırdı. Yazıçı ona görə Edvard adını seçmişdir ki, o, “bu adın romantik olmasına baxmayaraq ,az istifadə olunması”nı düşünürdü. Obrazın yaradılması zamanı yazıçı Lüsi Mod Montqomerinin “Anya və yaşıl çatılar” romanının qəhrəmanı Gilbert Bliti, Ceyn Ostinin “Eşq və Qürur” romanının qəhrəmanı Mr. Darsi və Şarlotta Brontenin “Ceyn Eyr” romanının qəhrəmanı “Edvard Roçester”dən – xüsusilə Edvardın sonuncu kimi özünü “qorxunc” hesab etməsi səhnəsində - təsirlənmişdir.
Edvard Karr
Edvard Holit Karr (28 iyun 1892, London – 3 noyabr 1982, Kembric) — Britaniya siyasət alimi, tarixçisi və jurnalisti Təhsilini Kembricdə başa vurmuş Edvard Karr 1916-cı ildə Britaniya Xarici İşlər Nazirliyinə qoşulmuş, 1919-cu ildə Paris Sülh Konfransında iştirak etmiş, daha sonra Riqada Britaniya səfirliyində işləmışdir. Riqada olarkən Karr Rusiya ilə maraqlanmağa başlamış və daha sonralar Rusiya haqqında bir çox fundamental əsərlər yazmışdır. 1936-cı ildə diplomatik xidməti tərk edən Karr Aberistvitdə Uels Universitetində Beynəlxalq siyasət üzrə Vudro Vilson professoru işləmiş, 1939-cu ildə özünün məşhur İyirmi İlin Böhranı əsərini çap etdirmişdir. 1941-1946-cı illərdə Tayms qəzetində redaktor köməkçisi işləmiş, sonra Oksfordda, daha sonra isə Kembricdə dərs demişdir. Karr İyirmi İlin Böhranı əsəri ilə beynəlxalq münasibətlər elmində siyasi realizmin əsaslarını qoyanlardan biri olmuş və bu əsərində iki dünya müharibəsi arasındakı dövr üçün hakim olan beynəlxalq münasibətlər nəzəriyyəsini ciddi tənqid etmişdir. Karrın idealistləri və idealizmi tənqidi zamanı üçün elə böyük əks-səda doğurmuşdu ki, idealistlər mənfi təəsssürat yaratmaqdan yaxa qurtarmaq üçün öz adlarını liberalizm və liberalist anlayışlarına dəyişmək qərarına gəlmişdilər Başlıca əsərləri Dostoyevski: yeni bioqrafiya (1931) Romantik sürgünlər: XIX əsr portret qalereyası (1933) Karl Marks: fanatizmin tədqiqi (1934) Mixail Bakunin (1937) İyirmi ilin böhranı, 1919-1939: beynəlxalq münasibətlərə giriş (1939) Sülhün şərtləri (1942) Millətçilik və sonrası (1945) Sovet Rusiyasının tarixi (10 cilddə:1950-1978) Yeni cəmiyyət (1951) Tarix nədir?
Edvard Kelli
Edvard Kelli (ing. Sir Edward Kelley) - ingilis okkultist və mistik.
Edvard Kennedi
Edvard Kennedi — ABŞ-nin sui-qəsd nəticəsində qətlə yetirilən 35-ci prezidenti Con Kennedinin sağ qalan iki qardaşından biri. O, səkkiz dəfə Senata seçilib və ABŞ Demokratik partiyasının ən nüfuzlu üzvlərindən biri olub. Edvard Kennedi ilk dəfə Senata 1962-ci ildə seçilib. 1962–2009-cü illərdə, fasiləsiz olaraq 47 il müddətində ABŞ-nin Massaçuses ştatının senatoru olub. O, Amerikanın və bir çox xarici ölkələrin mükafatlarına layiq görülüb. 2009-cu il avqustun 12-də isə Barak Obama Con Kennediyə ABŞ-nin ən yüksək mülki mükafatını – "Prezident azadlıq medalı"nı təqdim edib. == Vəfatı == Onun 2003-cü ildən beynindəki şişdən əziyyət çəkdiyi məlum idi. Şişin diaqnostikası və cərrahiyyə əməliyyatı ilə kəsilməsi ancaq 2008-ci ildə həyata keçirilib. Edvard Kennedi 2009-cu ilin yanvarında prezident Barak Obamanın andiçmə mərasimi zamanı huşunu itirib.2009-cu ilin avqustunda 77 yaşında vəfat edib. ABŞ senatoru Edvard Kennedi Arlinqton qəbiristanlığında dəfn edilib.
Edvard
Edvard — kişi adı. Bu adı olan tanınmış şəxslər Edvard Preskott — amerikalı iqtisadçı. Edvard Haqverdiyan — İran ermənilərindən olan şair, tərcüməçi, jurnalist Edvard Kennedi — ABŞ-nin sui-qəsd nəticəsində qətlə yetirilən 35-ci prezidenti Con Kennedinin sağ qalan iki qardaşından biri. Edvard Moss — ABŞ aktyoru. Edvard Nalbandyan — Ermənistanın xarici işlər naziri Edvard Torndayk — ABŞ psixoloqu. Edvard Smit — Titanik gəmisinin kapitanı. Edvard Li Qrin — ABŞ botaniki, sistematiki. Edvard Kallen — Stefani Meyerin “Alatoran romanlar seriyası”nın əsas qəhrəmanlarından biri Edvard Norton — Amerikalı aktyor, ssenarist, rejissör və prodüser. Edvard Cenner — İngilis alimi, həkim. Edvard Maybric — rəsmləri birləşdirmək yolu ilə hərəkəti yaradan ilk şəxs.
Edvard Maletski
Edvard Maletski (pol. Edward Małecki; bilinmir 1941 – 14 yanvar 2018, Varşava, Polşa) — Polşa siyasətçisi, ictimai xadimi, Polşa Xalq Respublikası dövründə demokratik müxalifətin fəalı. == Bioqrafiya == 1970-ci və 1980-ci illərdə Maletski Polşa Xalq Respublikasındakı müxalifətlə yaxından maraqlanırdı və bir neçə təşkilatın üzvü idi. Maletski Polşanın kommunist rejimdən demokratik-kapitalist bir cəmiyyətə keçdiyi dövrdə, 1990-cı ilin may ayındakı ilk yerli hökumət seçkilərində öz namizədliyini irəli sürmüş və Varşava şəhərinin Praqa-Poludniye dzelniçasının meri seçilmişdir. O, bu vəzifədə 1990–1992-ci illərdə çalışmışdır. O, siyasi və ictimai fəallığına görə Polşanın Dirçəlişi Ordeninə layiq görülmüşdür. Edvard Maletski 15 yanvar 2019-cu ildə vəfat etmişdir. O, Varşavadakı Brodno qəbiristanlığında dəfn edilmişdir.
Edvard Maybric
Edvard Maybric (ing. Eadweard Muybridge) - rəsmləri birləşdirmək yolu ilə hərəkəti yaradan ilk şəxs.
Edvard Morze
Edvard Silvester Morze (18 iyun 1838, Portlend[d], Men ştatı – 20 dekabr 1925) – ABŞ-lı zooloq, astronom və Yaponiya mədəniyyəti üzrə mütəxəssis. Quru ilbizlərini, molyuskları və çiyinayaqlıları tədqiq etmişdir. Yaponiya arxeologiyasının qurucusu hesab olunur. 1877–80-ci illərdə Yaponiyada olmuş, yapon dulusçuluq sənətini və yapon evlərini öyrənmişdir. Yaponiyanın "Doğan günəş" ordeni ilə mükafatlandırılan ilk amerikalıdır. Bir çox elmi cəmiyyətin, eləcə də, ABŞ Milli Elmlər Akademiyasının üzvü olmuşdur. == Həyatı == === İlk illəri === 1838-ci ildə ABŞ-nin Men ştatının Portlend şəhərində anadan olmuşdur. Conatan Morze və Ceyn Bekketin oğlu idi. Atası qunduz xəzi biznesi ilə məşğul idi, anası elmlə maraqlanan qadın idi. Uşaqlıqda Morze balıqqulağı toplamağı sevirdi və 17 yaşında Portlend Təbiət Tarixi Cəmiyyətinə qoşulmuşdu.
Edvard Moss
Edvard Moss (ing. Edward Moss; d. 11 iyul 1977, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru.
Edvard Munk
Edvard Munk (12 dekabr 1863– 23 yanvar 1944) norveçli simvolist, rəssam və ekspessionizmin görkəmli sələfi olub. Onun ən məşhur əsəri olan "Qışqırıq" şəkli Munk tərəfindən həyat, məhəbbət, qorxu, ölüm, melanxoliya və həyəcan mövzuları araşdırıldığı "Həyatın frizi" seriyasına daxildir. == Bioqrafiya == === Uşaqlıq === Edvard Munk Norveçin Löten vilayətində olan Ådalsbruk kəndində anadan olmuşdur. Atası Kristian Munk keşişin oğlu olub, özü isə həkim və tibbi xidmətçi olub. Kristian onun yaşından iki qat gənc olan Katerine Byölstad ilə 1861-ci ildə evlənilib. Edvardın böyük bacısı Yoanna Sofi (1862-ci ildə a.o.) və üç kiçik bacı-qardaş var idi: Peter Andreas (1865), Laura Katerine (1867) və İnger Mari (1868). Həm Sofidə həm də Edvarda anadan irsən alınmış incəsənət istedadı aşkar olunub. Edvard Munk rəssam Yakob Munk (1776–1839) və tarixçi Peter Andreas Munch (1810–1863) ilə əlaqədə olmuşdur. 1864-cü ildə Kristian Munk Akerhüs qalasında tibbi xidmətçi kimi təyin olunduğu zaman ailə Kristianiaya (bugünki Oslo) keçir. Edvardın anası 1868-ci, çox sevilən bacı Yoanna Sofi isə 1877-ci ildə vərəm xəstəliyindən vəfat edir..
Edvard Nalbandyan
Edvard Nalbandyan (erm. Էդվարդ Աղվանի Նալբանդյան) — Ermənistanın xarici işlər naziri (2008–2018). == Həyatı == Edvard Nalbandyan 1956-cı ildə Ermənistanda anadan olub. 1978-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu, 1988-ci ildə SSRİ Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. 1978–1983-cü illərdə SSRİ-nin Liviya səfirliyində, 1983–1986-cı illərdə SSRİ Xarici İşlər Nazirliyində çalışıb. 1986–1992-ci illərdə Misir səfirliyində (əvvəl SSRİ, sonra Rusiyanın) müşavir vəzifəsində çalışıb. 1992-ci ildən Ermənistanı Misirdə, Mərakeşdə, Omanda təmsil edib. 1999-cu ildən Fransada səfir olub. 2008–2018-ci illərdə ölkənin Xarici işlər naziri olub.
Edvard Norton
Edvard Harrison Norton (18 avqust 1969, Boston) — ABŞ aktyoru. == Həyatı == Edvard Harrisln Norton 18 avquat 1969-cu ildə ABŞ-nin Massaçusets ştatının Boston şəhərində anadan olub. O, Merilend ştatının Kolumbiya şəhərində böyüyüb. Edvard 5 yaşından teatrla maraqlanır və tezliklə Kolumbiyanın Orensteynov adlı teatr məktəbində təhsil almağa başlayır. 8 yaşında onun ilk səhnə debütü yerli bir tamaşada baş tutur. 1985-ci ildə Vayld Leyk adlı ali məktəbi bitirən Norton 1991-ci ildə Yel Kollecinin tarix fakültəsindən bakalavr dərəcəsi ilə məzun olur. O, Yeldə də həmişə olduğu kimi teatrla məşğul olur. Aktyor bir çox fakültələrə baş çəksə də, dram fakültəsi heç vaxt onun profili olmayıb. Aktyor Ron Livinqston onun qrup yoldaşı və onun kimi müstəqil aktyor olub. Edvard eyni zamanda yapon dilini öyrənir və NOVA Group adlı məşhur ingilis dili məktəbində təhsil alır.
Edvard Obeva
Edvard Obeva (d. 15 may 1962) — Uqandalı boksçu. Edvard Obeva Uqandanı 1988-ci ildə XXIV Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Edvard Obeva birinci dəfə Olimpiya Oyunlarına 1988-ci ildə qatıldı. O, Seulda baş tutan XXIV Yay Olimpiya Oyunlarında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Türkiyənin nümayəndəsi Vedat Tutuk ilə üz-üzə gəldi. Həmin görüşdə Edvard Obeva rəqibinə 2:3 hesabı ilə uduzdu.
Edvard Preskott
Edvard Preskott (ing. Edward Christian Prescott; 26 dekabr 1940[…], Qlens-Fals[d], Nyu-York ştatı – 6 noyabr 2022) — amerikalı iqtisadçı. 2004-cü idə Finn Kidland ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Edvard Preskott Nyu Yorkda anadan olmuşdur. 1962-ci ildə Svartmore Kollecinin riyaziyyat fakültəsindən məzun olmuşdur. 1963-cü ildə Qərbi Ehtiyatlar Korpusu Universitetinin magistr dərəcəsini, 1967-ci ildə isə Karnegi Mellon Universitetinin doktorluq dərəcəsini əldə etmişdir. 1966–1971-ci illərdə Pensilvaniya Universitetində müəllim olaraq çalışan Preskott, sonra Karnegi Mellona dönərək 1980-ci ilə qədər burada çalışmışdır. Daha sonra isə Minnesota Universitetinə keçib, 2003-cü ilə qədər burada fəaliyyət göstərmişdir. 2003-dən bəri Arizona Ştatı Universitetində çalışmaqdadır. == Mükafatları == 1967 — Aleksandr Henderson mükafatı, Karnegi Mellon.
Edvard Qibbon
Edvard Qibbon (ing. Edward Gibbon; 8 may 1737[…] – 16 yanvar 1794[…], London) — ingilis tarixçi və millət vəkili. == Həyatı == Qibbon Böyük Britaniyada fəaliyyət göstərmiş Viqlər partiyasının millət vəkili olmuşdur. Tarix sahəsində etdiyi araşdırmaları ilə məşhurdur. Əsas məşhur əsərlərindən biri olan Roma imperiyasının geriləməsi və çöküş tarixi 1776–1788-ci illərdə 6 cild formasında çap olunmuşdur. Roma tarixinin fundamental formada yanaşan kitabda təkcə tarix yox, eyni zaman dönəmin ironiyası və şüur altı vəziyyətidə peşəkar şəkildə əks olunmuşdur. Qibbon tərəfindən bilinən fikirlərdən biri də xristianlığın yüksəlik səbəblərindən bəhs edən eyni adlı kitabdır. Kitabda, tarixçi xristianlıq dinin yüksəlişini beş təməl faktorla əsaslandırır: Xristianların yəhudilərin miras aldıqları qatı və qonaqpərvərlik ənənələri. Ölümdən sonra həyatın mövcud olması ilə bağlı nəzəryələr. Kilsənin möcüzəvi güclərə sahib olması ilə bağlı miflər.
Edvard Qriq
Edvard Qriq (15 iyun 1843[…], Bergen – 4 sentyabr 1907[…], Bergen) — Norveç bəstəkarı, musiqi xadimi, pianoçu və dirijoru. E.Qriq romantizm üslubunda Norveç xalq yaradıcılığının təsiri altında yazıb yaratmışdır. Daha çox "Dağ kralının mağarasında" əsəri ilə dünyada tanınır. == Həyatı == Edvard Qriq Norveçin Bergen şəhərində anadan olmuşdur. O vaxtlar Bergen şəhəri, xüsusilə şəhərin teatr həyatı Avropada özünəməxsus milli yaradıcılıq ənənələri ilə seçilirdi. Belə ki, burada Henrik İbsen və Byörnstern Byörnson kimi ədiblər öz ədəbi fəaliyyətlərinə başlamışdılar.Bergende Edvardın istedadını ilk dəfə görən digər norveç bəstəkarı Ole Bull da həyatının böyük hissəsini yaşamışdır. Məhz bu bəstəkar Edvardın valideynlərinə gənc və istedadlı Edvardı Almaniyaya, Leypsiq konservatoriyasına göndərməyi məsləhət görür.1858-ci ildə Qriq Leypsiqə gedir. Edvard Qriqin yaratmış olduğu ən məşhur əsərləri Henrik İbsenin "Per Günt" dramına bəstələdiyi- "İnqridin giley-güzarları", "Ərəb rəqsi", "Per Güntün vətənə qayıdışı", "Solveyqin nəğməsi" kimi ölməz əsərləridir. "İnqridin giley-güzarları" dram pyesindən bir rəqs parçası Griqin Nina Hagerupla toy mərasimində səslənmişdir. Bu izdivacdan cütlüyün Aleksandr adlı qızları dünyaya gəlmiş, lakin körpə cəmi bir yaşında dünyasını dəyışır.
Edvard Qriqoryan
Eduard Qriqoryan (1959, Sumqayıt) — 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan 1959-cu ildə anadan olmuşdur. Eduard Robertoviç Qriqoryanın "Sumqayıt qırğınları" proqramının icraçılarından ən fəalının olması şahid ifadələri əsasında sübut olunmuşdur. Həmin hadisələr zamanı öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür. Qriqoryan Sumqayıtda doğulmuşdu, atasının ölümündən sonra onu rus anası böyütmüşdü. Üç dəfə həbsxanada yatmışdı. Qriqoryan Sumqayıt hadisələri zamanı digərlərini bu cinayəti törətməyə təhrik etmiş, başqa bir versiyaya görə 7-yə qədər ermənini özü öldürmüşdü. Zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, "Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı". Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirirdi ki, "Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü". İstintaq materiallarının başqa bir yerində göstərilir ki, "E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır". E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni qadınını zorlamışdır.
Edvard Smit
Edvard Smit (ing. Edward John Smith, 27 yanvar 1850 – 15 aprel 1912[…]) — "Titanik" gəmisinin kapitanı. == Həyatı == Edvard Smit İngiltərənin Stok-on-Trent şəhərində 1853-cü il 27 yanvar tarixində, Edvard Con Smit və Katerina Hankokun ailəsində dünyaya gəlmişdir. 13 yaşına qədər Etruria ingilis məktəbində təhsil almışdır. Daha sonra isə təhsilini Liverpul şəhərində yerləşən dənizçilik akademiyasında davam etdirmişdir. Edvard Smitin ilk gəmiçilik təcrübəsi A Qibson şirkətinə məxsus olan Senator Veberdə başlamışdır. == Karyerası == Edvard Smit 1880-cı ilin mart ayında Vayt Star Layn şirkətinin Seltik gəmisində dördüncü zabiti olaraq işə başladı. O, Avstraliya və Nyu-York arasında fəaliyyət göstərən gəmidə uzun müddət işləmişdir. 1887-ci ildə Edvard Smit Vayt Star Layn şirkətinə məxsus gəmilərin birinə ilk dəfə olaraq kapitan təyin olundu. SS Resbulika adlanan gəmidə bir müddət işləmişdir.
Edvard Snouden
Edvard Cozef Snouden (ing. Edward Joseph Snowden; 21 iyun 1983) — Amerikalı kompüter mütəxəssisi, Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin keçmiş məxfi agenti. == Həyat və fəaliyyəti == Edvard Snouden Şimali Karolina ştatında 1983-cü ilin 21 iyun tarixində dünyaya gəlib. Uşaq vaxtı Snoudenin ailəsi Milli Təhlükəsizlik Agentliyinin (NSA) əsas binasının yaxınlığına köçür. O, orta məktəbin son illərində təhsilini yarımçıq qoyur. Daha sonra kollecdə müxtəlif dərslər alsa da heç vaxt məzun ola bilmir. 2004-cü ildə Ordunun Xüsusi Təyinatlı dəstəsində xidmətə cəlb edilsə də 4 ay sonra uzaqlaşdırılır. 2005-ci ildə bir araşdırma mərkəzində mühafizəçi kimi çalışan Edvardın kompüter bilikləri işçilərin diqqətini çəkir və o, 2006-cı ildə işə götürülür. Burada bir çox gizli əməliyyatlar həyata keçirən Edvard 2009-cu ildə NSA-yə keçid edir2013-cü ildə xəstəliklə bağlı icazə alıb Honkonqa yola düşən Edvard sonrakı ayda The Guardian və The Washington Post qəzetlərinə MTA-nın məxfi məlumatlarını, o cümlədən, ABŞ xüsusi xidmət orqanları tərəfindən PRISM, X-Keyscore və Tempora informasiya və əlaqə şəbəkələri vasitəsilə bir çox dünya ölkələrinin vətəndaşlarının informasiya mübadiləsinə total nəzarət həyata keçirilməsinə dair məlumatları ötürdü. Snoudenin yaydığı məlumatlarda "Verizon" operator şirkətinin milyonlarca istifadəçilərinin zəng məlumatlarını dövlətə verməsi ilə bağlı gizli materiallar yer alırdı.
Albert Edvard Mürrey
Albert Edvard Mürrey (ing. Albert Edward Murray; 1935) — ABŞ botaniki. == Elmi fəaliyyəti == == Научная деятельность == Albert Edvard Mürrey toxumlu bitkilər üzrə ixtisaslaşıb.. == Əsərləri == Nuevas Combinaciones de Subespecies Asiáticas de Acer. «Morris Arboretum Bulletin». Murray, AE, AO Klein. Relationship between Photoconvertible & Nonphotoconvertible Protochlorophyllides. Plant Physiology 48: 383—388. 1971. == İstinadlar == == Ədəbiyyat == Prunus pojarkovii A.E.Murray in Kalmia, 1: 31 (1969).
Ceyms Edvard Smit
James Edward Smith (ing. Sir James Edward Smith; 2 dekabr 1759, Noric – 17 mart 1828, Noric) — İngilis botaniki. == İşləri == Icones pictae plantarum rariorum descriptionibus et observationibus illustratae. London, 1790-93 Linneaeus, Carl von, Disquisitio de sexu plantarum. (1786) – (English) A dissertation on the sexes of plants translated from the Latin of Linnaeus by James Edward Smith. London : Printed for the author, and sold by George Nicol ..., (book details: xv, [1], 62, [2] p. ; 22 cm. (8vo)) English Botany: Or, Coloured Figures of British Plants, with their Essential Characters, Synonyms and Places of Growth, descriptions supplied by Smith, was issued as a part work over 23 years until its completion in 1813. This work was issued in 36 volumes with 2,592 hand-colored plates of British plants. Published and illustrated by James Sowerby.
Con Edvard Hopkroft
Con Edvard Hopkroft (ing. John Edward Hopcroft; 7 oktyabr 1939, Sietl, Vaşinqton) — alim. == Həyatı == 7 oktyabr 1939-cu ildə hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış amerikalı alim anadan olmuşdur. 1986-cı ildə o, Robert Taryanla (Robert Tarjan) birgə alqoritmlərin və verilənlərin strukturunun emalı və analizi sahəsində əldə etdiyi nailiyyətlərə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Con Edvard Lennard Cons
Con Edvard Lennard Cons (d. 27 oktyabr 1894 – 11 yanvar 1954) – ingilis fiziki və nəzəri kimyaçı, kvant kimyasının əsasını qoyanlardan biri. == Həyatı == Con Edvard Cons 1894-cü il oktyabrın 27-də Lankaşir qraflığının Lea əyalətində anadan olmuşdur. Lennard-Cons soyadını 1925-ci ildə Ketlin Lennardla evləndikdən sonra qəbul etmişdi. O, 1912–1915-ci illərdə Mançester Universitetində riyaziyyat üzrə təhsil almış, sonra 1915–1919-cu illərdə Kral Hərbi-Hava Qüvvələrində xidmət etmişdir. 1919-cu ildən Mançester və Kembric Universitetlərində, 1925–1932-ci illərdə Bristol Universitetində (1927-ci ildən professor kimi) dərs demişdi. 1929-cu ildə Göttingen Universitetində kvant mexanikasını öyrənmişdi. 1932–1953-cü illərdə Kembric Universitetində, 1953-cü ildən isə Şimali Staffordşir Universitetinin Kollecində işləmişdi. == Elmi fəaliyyəti == Lennard-Consun elmi əsərləri, əsasən, kvant kimyasına aidddir. O, kvant kimyasının üsullarından biri olan molekulyar orbitallar üsulunun (1928–1932) yaradıcılarından (F. Hund və P. S. Mallikenlə birlikdə) biri olmuşdur.
Devid Edvard Hyuz
Devid Edvard Hyuz (16 may 1831, London – 22 yanvar 1900, London) — məşhur amerikalı ixtiraçı == Həyatı == Devid Edvard Hyuz 16 may 1831-ci ildə anadan olmuşdur. == Teleqraf çap qurğusu == 1853-cü ildən Hyuz teleqraf çap qurğusunun yaradılması ilə məşğul olmuşdur. Bu qurğunun təkmilləşdirilməsində ona Corc Felps (George May Phelps) kömək etmişdir. Hyuzun qurğusu 1856-cı ildə Massaçusetsdə Vorçester və Sprinqfild şəhərləri arasında əlaqə yaratmaq üçün tətbiq edilmişdir. Hyuz mikrofonun, induktiv tərəzinin və sonometrin də yaradıcısıdır. 1902-ci ildə London Kral Cəmiyyəti onun şərəfinə Hyuz medalını (The Hughes Medal) təsis etmişdir. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Din Edvards
Din Edvards (ing. Dean Edwards; 30 iyul 1970, Bronks, Nyu-York ştatı) — ABŞ aktyoru.
Edvard Barnardın ruh düşkünlüyü (kitab)
"Edvard Barnardın ruh düşkünlüyü" (ing. The Fall of Edward Barnard) — Uilyam Somerset Moemin Akif Abbasov tərəfindən ingilis dilindən tərcümə edilmiş povesti. Tərcümənin redaktoru filologiya elmləri doktoru, professor Zeydulla Ağayevdir. == Məzmun == Povestdə insanın öz qüvvəsinə inamı, var-dövlətə bir başqasının hesabına deyil, öz zəhməti ilə çatmaq arzusu, mənafe güdmədən evlənmək məramı parlaq boyalarla verilmişdir. Düşdüyü çətin vəziyyət, ağır maddi durum Edvard Barnardı sarsıtsa da, özündə qüvvə tapıb Çikaqodan Taitiyə gedir ki, işlərini yoluna qoysun. Varlı ailənin qızı İzabella ona xeyir-dua verir, yolunu səbirsizliklə gözləyir, onu sevməyə davam edir. Lakin Edvard Barnard geri qayıtmaq barədə düşünmür.
Edvard Bikkerstet (Cənubi Tokio yepiskopu)
Edvard Bikkerstet (ing. Edward Bickersteth; 27 iyun 1850, Banningem[d], Norfolk qraflığı – 5 avqust 1897, Çiseldon[d], Uiltşir[d]) – Cənubi Tokio yepiskopu olmuş missioner. == Həyatı == Edvard Bikkerstet 26 iyun 1850-ci ildə Norfolkun Banningem kəndində doğulmuşdur. Atası Edvard Henri Bikkerstet Ekseter yepiskopu olmuşdur. Anası Roza isə Samuel Biqnoldun qızı idi. Bikkerstet Haygeyt məktəbində təhsil almış, 1869-cu ildə Pembrok kollecində təhsil almaq üçün təqaüd qazanmışdır. 1873-cü ildə bakalavr, 1876-cı ildə magistr dərəcəsi ilə məzun olmuşdur. 1874-cü ildə Şolefild və Evans mükafatlarını qazanmışdır. O, London yepiskopluğundan 1873-cü ildə diakon, 1874-cü ildə isə keşiş titulu almışdır. 1873–1875-ci illərdə Hempsteddə Müqəddəs Üçlüyün kuratoru olmuşdur.
Edvard Bredford Titçener
Edvard Bredford Titçener (11 yanvar 1867[…], Çiçester[d] – 3 avqust 1927[…], İtaka[d], Nyu-York ştatı) — ingilis əsilli psixoloqdur. Psixologiyanın ABŞ-da təcrübi bir elm olaraq tanınmasında əvəzsiz töhfələri olmuşdur. 1885-ci ildə daxil olduğu Oksford Universitetində bir müddət klassik dillər və biologiya üzrə təhsil aldıqdan sonra Titçener son qərar olaraq Psixologiya sahəsini seçdi. 28 yaşında artıq psixologiya professoru olan E.B.Titçener Vilhelm Vundtun fikirlərindən təsirlənərək həmin istiqamətdə tədqiqatlara davam etdi. Bu sahədə o, daha çox daxili müşahidə metodundan istifadə etdi. E.B.Titçener bu metodun psixologiya sahəsində əhəmiyyətli bir üsul olduğunu qeyd edirdi. == Həyatı == === Təhsili === Edvard Bredford Titçener 1867-ci ildə İngiltərənin Çiçester şəhərində kasıb bir ailədə dünyaya gəlmişdir. Təhsilinə Qərbi Sussexdəki ən qədim məktəblərdən biri olan "The Prebendal School"-da başlamışdır. 1881-ci ildə, 14 yaşında olarkən Worcestershire-dəki Malvern Kollecində təhsil almağa başladı. 1885-ci ildə isə Oksford Universitetində təqaüdlə təhsilə başladı.
Edvard Ceyms Olmos
Edward James "Eddie" Olmos (24 fevral 1947[…], Los-Anceles, Kaliforniya) — Emmy mükafatını qazanan Amerikalı aktyor. Los Anceles də anadan olmuşdur. Anası Olmos Elenaor və atası Pedro Olmosun oğlu idi. Atası Pedro, qaynaqçı və meksikalı mühacir olmuşdur. Anası isə Meksika əsilli amerikan idi. Böyüdükdə peşəkar bir beysbol oyunçusu olmaq onun ən böyük arzusu idi. 1964-cü ildə Montebello Liseyini bitirib. Leytenant Martin Castillo" rolu ilə dünya cinayət dram tarixində əfsanəvi polis nəzarətçisi personajlarından birinə çevrilən Olmos, bu roluna görə Emmy mükafatını qazanmışdır. Sonralar ona təklif edilən "Star Trek: Sonrakı Nəsil" serialında oynamaqdan imtina etmişdir. 1994-2002 illərində o Lorraine Bracco ilə evli idi.
Edvard Edqar Peskott
Edvard Edqar Peskott (ing. Edward Edgar Pescott; 11 dekabr 1872, Celonq, Viktoriya – 31 iyul 1954, Viktoriya) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Edvard Edqar Peskott toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Native Flowers of Victoria. 1914. The Dahlia in Australia. 1920. Bulb Growing in Australia. 1926. Gardening in Australia.
Edvard Higgins Uayt
Edward Higgins "Ed" White II (14 noyabr 1930, San Antonio, Texas – 27 yanvar 1967, Kanaveral hərbi hava qüvvələri bazası, Florida) Amerikalı aviasiya mühəndisi, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti, test pilotu və NASA astronavtı. 1952-ci ildə West Pointi bakalavr dərəcəsi ilə bitirdikdən sonra Vayt uçuş təliminə göndərildi və Qərbi Almaniyanın Bitburg Hava Bazasındakı 22-ci Qırıcı Eskadronuna təyin edildi. Orada F-86 Sabre və F-100 Super Sabre donanmalarında uçdu. 1958-ci ildə aviasiya mühəndisliyi ixtisası üzrə Michigan Universitetinə yazıldı. White daha sonra Ohayo ştatının Wright-Patterson Hərbi Hava Qüvvələri Bazasında Aviasiya Sistemləri Bölməsində test pilotu vəzifəsinə təyin edilməzdən əvvəl Kaliforniyadakı Edwards Hərbi Hava Qüvvələri Bazasında test pilotu təhsili almışdır. White ikinci astronavt qrupundan biri olaraq seçildi. Komanda pilotu James McDivittin yanında Gemini 4 pilotu olaraq təyin edilmişdir. White 3 iyun 1965-ci ildə kosmosda gəzən ilk amerikalı oldu. Daha sonra ilk ekipajlı Apollon missiyası olan Apollon 1-in baş pilotu vəzifəsinə təyin edildi. White, 27 yanvar 1967-ci ildə Floridada Cape Canaveralda Apollon 1 üçün kosmosa uçuşdan əvvəlki test əsnasında Virgin "Gus" Grissom və Roger B. Chaffee ilə birlikdə yanğında öldü.
Edvard Higgins Vayt
Edward Higgins "Ed" White II (14 noyabr 1930, San Antonio, Texas – 27 yanvar 1967, Kanaveral hərbi hava qüvvələri bazası, Florida) Amerikalı aviasiya mühəndisi, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti, test pilotu və NASA astronavtı. 1952-ci ildə West Pointi bakalavr dərəcəsi ilə bitirdikdən sonra Vayt uçuş təliminə göndərildi və Qərbi Almaniyanın Bitburg Hava Bazasındakı 22-ci Qırıcı Eskadronuna təyin edildi. Orada F-86 Sabre və F-100 Super Sabre donanmalarında uçdu. 1958-ci ildə aviasiya mühəndisliyi ixtisası üzrə Michigan Universitetinə yazıldı. White daha sonra Ohayo ştatının Wright-Patterson Hərbi Hava Qüvvələri Bazasında Aviasiya Sistemləri Bölməsində test pilotu vəzifəsinə təyin edilməzdən əvvəl Kaliforniyadakı Edwards Hərbi Hava Qüvvələri Bazasında test pilotu təhsili almışdır. White ikinci astronavt qrupundan biri olaraq seçildi. Komanda pilotu James McDivittin yanında Gemini 4 pilotu olaraq təyin edilmişdir. White 3 iyun 1965-ci ildə kosmosda gəzən ilk amerikalı oldu. Daha sonra ilk ekipajlı Apollon missiyası olan Apollon 1-in baş pilotu vəzifəsinə təyin edildi. White, 27 yanvar 1967-ci ildə Floridada Cape Canaveralda Apollon 1 üçün kosmosa uçuşdan əvvəlki test əsnasında Virgin "Gus" Grissom və Roger B. Chaffee ilə birlikdə yanğında öldü.
Edvard Hovard Haus
Edvard Hovard Haus (ing. Edward Howard House; 5 oktyabr 1836, Boston – 18 dekabr 1901, Yotsuya[d]) – ABŞ jurnalisti. O, ABŞ mətbuatında Yaponiya və yaponlar haqqında rəyin formalaşmasında vacib rol oynamış, Yaponiyada ingilisdilli "Tokyo Times" qəzetini yaratmışdır. == Həyatı == Edvard Hovard Haus 1836-cı ildə ABŞ-nin Boston şəhərində doğulmuşdur. Haus müxtəlif peşələrlə məşğul olmuşdur: musiqiçi, teatr meneceri, ABŞ Vətəndaş müharibəsi müxbiri, musiqi və teatr tənqidçisi.Haus 1871-ci ildə Yaponiyaya gələrək Tokio Universitetinin sələflərindən olan Kaysey Qakkoda müəllim kimi işləməyə başlamışdır. Yaponiyanı dəstəkləyən baxışları səbəbilə Yaponiya hökuməti, xüsusilə də, Okuma Şiqenobu tərəfindən sevilən şəxsə çevrilmişdir. Haus 1873-cü ildə müəllim postunu tərk edərək 1874-cü ildəki Tayvan ekspedisiyasında müharibə müxbiri kimi Yaponiya ordusunu müşayiət etmişdir. 1877-ci ildə hökumətin dəstəyi ilə ingilisdilli "Tokyo Times" qəzetini yaratmış və 1880-ci ilə qədər redaktoru olmuşdur. O, bu illərdə eksterritoriallıq, müqavilələrin yenilənməsi və xarici əlaqələr kimi məsələlərdə Yaponiyanın mövqeyini dəstəkləmişdir.Haus 1880-ci ildə ABŞ-yə qayıtmış, 1881-ci ilin əvvəlində isə Londona köçmüşdür. Londonda teatr meneceri kimi işləməyə başlamışdır.
Edvard Li Qrin
Edvard Li Qrin (ing. Edward Lee Greene, 20 avqust 1843 – 10 noyabr 1915, Vaşinqton) — ABŞ botaniki, sistematiki. == İşləri == "Illustrations of West American oaks" illüstrasiyaçı А. Келлог San Francisco, 1889 "Flora Franciscana. An attempt to classify and describe the vascular plants of middle California" San Francisco, Cubery&Co., 1891 [1] "Manual of the Botany of the Region of San Francisco Bay" San Francisco, Cubery&Co., 1894 "Plantae Bakerianae", 1901 "Pittonia: a series of papers relating to botany and botanists" (5 hissədə) Berkeley, Doxey&Co. 1887–1905 v.1 (1887–1889) v.2 (1889–1892) v.3 (1896–1898) v.4 (1899–1901) [2] v.5 (1802–1905) [3] "Leaflets of botanical observation and criticism" (2 hissədə) Washington, D.C., 1903–1912 vol.1 (1903–1906) vol.2 (1910–1912) "Landmarks of botanical history: a study of certain epochs in the development of the science of botany" (в двух частях) Part I. — Prior to 1562 A. D. Washington, D.C., Smithsonian institution, 1909 [4] "Carolvs Linnaevs" Philadelphia, Christopher Sower company, 1912 == Ədəbiyyat == Willis Linn Jepson Edward Lee Greene the Individual The University of Notre Dame/American Midland Naturalist, Vol. 30, No. 1 (Jul., 1943), pp.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 14.08 dəfə / 1 mln.
2003 1.97
2004 •• 2.36
2005 2.02
2006 •• 4.05
2007 ••• 4.86
2008 ••••• 8.77
2009 ••••••••••••• 26.72
2010 •••••••••••••••• 32.32
2011 ••••••• 13.90
2012 ••••••• 12.65
2013 •••••••••••••••••••• 41.87
2014 ••••••••• 17.68
2015 •••••• 11.57
2016 •••• 8.33
2017 •••••• 11.54
2018 ••• 6.14
2019 ••• 4.45
2020 •• 2.25

Oxşar sözlər

#edvard nədir? #edvard sözünün mənası #edvard nə deməkdir? #edvard sözünün izahı #edvard sözünün yazılışı #edvard necə yazılır? #edvard sözünün düzgün yazılışı #edvard leksik mənası #edvard sözünün sinonimi #edvard sözünün yaxın mənalı sözlər #edvard sözünün əks mənası #edvard sözünün etimologiyası #edvard sözünün orfoqrafiyası #edvard rusca #edvard inglisça #edvard fransızca #edvard sözünün istifadəsi #sözlük