Edvin sözü azərbaycan dilində

Edvin

Yazılış

  • Edvin • 98.9691%
  • edvin • 1.0309%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Edvin
Edvin — ad.
Edvin Danninq
Edvin Danninq (ing. Squadron Commander Edwin Harris Dunning; 17 iyul 1892, CAR – 7 avqust 1917) — Krallıq donanmasının Hava Qüvvələrində xidmət etmiş ingilis əsilli pilot. Edvin Danninq hərəkət vəziyyətində olan gəmiyə təyyarə endirməyə çalışmış və ilk cəhdən buna nail olmuş ilk pilot kimi tarixə keçmişdir. Danninq 1917-ci ilin 2 avqust tarixində Krallıq donanmasına məxsus HMS Furious aviadaşıyıcısına idarə etdiyi Sopwith Pup tipli kiçik mühərrikli təyyarəsini uğurla endirmişdir. 5 gündən sonra, 7 avqust tarixində oxşar cəhdin təkrarlanması zamanı pilot təyyarənin idarəetməsini itirmiş və Sopwith Pup okeana düşmüşdür. Faciə nəticəsində Edvin Danninq boğularaq ölmüşdür. == Həyatı == Edvin Danninq 1892-ci ilin 17 iyul tarixində Cənubi Afrikada anadan olub.
Edvin Flek
Edvin "Teddi" Flek (d. 5 noyabr 1873, London, Böyük Britaniya — ö. 10 yanvar 1935, Bervik, Avstraliya) — Avstraliyalı yüngül atlet və tennisçi. 800 və 1500 metr məsafəyə qaçış yarışları tarixdə üzrə birinci Olimpiya çempionu olan Evdin Flek həm də tennislədə məşğul olub. 1896 Afina Olimpiadasında o, qoşa yarışlarda bürünc medal qazanıb. == Həyatı == Edvin Flek 1873-cü ilin 5 noyabr tarixində Londonun İslinqton rayonunda Yozef və Marianın ailəsində anadan olub. 5 yaşında o, ailəsi birgə Avstraliyanın Bervik şəhərinə köçdü. Edvin Flek 1892-ci ildə Melburn qrammatik məktəbini bitirdi. 1895-ci ildə Flek "Price Waterhouse" firmasında təhsilini davam etmək üçün Londona getdi. Daha sonra isə o, Afinaya I Yay Olimpiya Oyunlarına qatılmaq üçün getdi.
Edvin Habbl
Edvin Pauell Habbl (ing. Edwin Powell Hubble; 20 noyabr 1889[…], Marşfild[d], Missuri – 28 sentyabr 1953[…], San Marino[d], Kaliforniya) — amerikalı astronom. O, kainat haqqında anlayışı əsaslı şəkildə dəyişdirərək, təkcə bizim (Süd yolu) yox, digər qalaktikaların da mövcudluğunu təsdiqlədi. O, həmçinin uzaq qalaktikaların işıq spektrində müşahidə edilən Dopler effektinin (bu halda "qırmızıya sürüşmə" adlanır) miqyasının Yerdən müəyyən qalaktikaya qədər olan məsafəyə mütənasib olaraq artması fikrini də nəzərdən keçirdi. Bu mütənasib əlaqə Habbl qanunu kimi tanındı (iki il əvvəl eyni kəşfi belçikalı alim Jorj Lemetr də etmişdir). == Həyatı == Amerikan astronomu Edvin Habbl XX əsr elminin klassiklərindən sayılır. O, özündən sonra bizim üçün möhtəşəm irs qoyub gedib ki, bunu da onun adı ilə, Habbl qanunu adlandırırlar. Edvin Habbl qalaktikaların yeni təsnifatını, zaman keçdikcə onların genişləndiyini müşahidə etmişdir. Bu, böyük partlayış nəzəriyyəsinin ən böyük sübutu hesab olunur. Məşhur Habbl teleskopu alimin şərəfinə adlandırılmışdır.
Edvin Holl
Edvin Herbert Holl (ing. Edwin Herbert Hall; 7 noyabr 1855[…] – 20 noyabr 1938[…], Kembric, Massaçusets) — amerikalı fizik; 1880-ci ildə C. Hopkins Universitetini bitirmiş və 1881–1921-ci illərdə Harvard Universitetində çalışmışdir. Əsas tədqiqat mövzuları: termoelektrik, metalların elektrik və istilikkeçirməsi, dəmirdə termomaqnit və elektromaqnit effektləri. O, 1879-cu ildə qalvanomaqnit hadisələri arasında ən vacib olan — maqnit sahəsində yerləşən, cərəyan axan keçiricidə maqnit sahəsinə və cərəyana perpendikulyar istiqamətdə elektrik sahəsinin yaranmasını kəşf edib.
Edvin Çil
Edvin Çil (ing. Edwin Cheel; 14 yanvar 1872 – 19 sentyabr 1951, Sidney) — İngiltərə əsilli Avstraliya botaniki və mikoloqu. == Elmi fəaliyyəti == Edvin Çil göbələk və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Edwin Cheel. 1923. Two additional species of leptospermums. 5 pp. Edwin Cheel. 1924. Notes on boronia in the pinnatae section, with a description of a new species.
Edvin Makmillan
Edvin Mettison Makmillan (18 sentyabr 1907[…] – 7 sentyabr 1991[…]) — amerikalı fizik və kimyaçı, dövrünün tanınmış alimi, müxtəlif bilik sahələrində çalışmışdır. O, transuran elementlərinin kimyasına mühüm töhfə verib. Avtofaza prinsipini kəşf etdi. İlk elektron sinxrotronu, sinxrosiklotronu yaratdı. 1958–1973-cü illərdə Lourens adına Milli Laboratoriyaya rəhbərlik etmişdir. 1951-ci ildə kimya üzrə Nobel mükafatını Qlenn Siborq (Glenn Seaborg) ilə bölüşdü. == Bioqrafiyası == Edvin M. Makmillan 1907-ci il sentyabrın 18-də Redondo-Biçdə (Kaliforniya) şotlandiyalı Edvin H. Makmillan və Anna Mariya Mattisonun ailəsində anadan olub. 18 oktyabr 1908-ci ildə ailə Kaliforniyanın Pasadena şəhərinə köçdü. Atası fizik idi və uşaq ikən Makmillan Kaliforniya Texnologiya İnstitutunda bəzi mühazirələrdə iştirak edirdi. Məktəbi bitirdikdən sonra Makmillan oraya daxil oldu və məzun olduqdan sonra dərhal bakalavr və magistr dərəcələrinə müvəffəq oldu.
Con Edvin Ebinger
Con Edvin Ebinger (ing. John Edwin Ebinger, 1933, Sinsinnati, Ohayo) — ABŞ botaniki. == Əsərləri == John E. Ebinger, H. Clarke & D. Seigler. 1990. Acacia constricts (Fabaceae: Mimosoideae) and related species from the Southwestern U. S. and Mexico. Amer. Jour. Bot. 77:305-315 John E. Ebinger, D. Bergman. 1990.
Edvin Herbert Lend
Edvin Herbert Lənd (Edwin Herbert Land) — (7 may 1909 – 1 mart 1991) Amerikalı alim və ixtiraçı == Həyatı == Edvin Herbert Lənd 7 may 1909-cu ildə anadan olmuşdur. == Fəaliyyəti == Amerikalı alim-optik, ani fotoçəkiliş üçün istifadə olunan "Polaroid" kamerasının ixtiraçısı, Fototexnika və məişət avadanlıqlarının istehsalı ilə məşğul olan "Polaroid Corporation" amerikalı şirkətinin banisi olan Lənd 1963-cü ildə milli elmin inkişafına verdiyi töhfələrə görə ABŞ-nin Prezident Azadlıq Medalı ilə təltif edilmişdir. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Edvin Hovard Armstronq
Edvin Hovard Armstronq (18 dekabr 1890 — 1 fevral 1954) FM (tezlik modulyasiyası) radiosu və səsdən yüksək tezlikli regenerasiyalı qəbuledici sistemi inkişaf etdirən ən məşhur Amerikan elektrik mühəndisi və ixtiraçısı idi . O, 42 patent almış və Radio Mühəndisleri İnstitutunun (indi IEEE) Şərəf medalıyla, Fəxri Fransız Legionu, 1941-ci ildə Franklin Medalı və 1942-ci ildə Edison Medalı da daxil olmaqla bir çox mükafatla təltif olunmuşdur.. O, Milli İncəsənət Şöhrət Zalına daxil olmuş və Beynəlxalq Telekommunikasiya İttifaqının böyük ixtiraçıları siyahısına daxil edilmişdir. == Erkən həyatı == Armstronq, Con və Emily (Smit) Armstronqun üç uşağının ən böyüyü kimi Nyu-York şəhərinin Çelsi rayonunda dünyaya gəldi. Atası, Oxford Universiteti Mətbuatının Amerika şöbəsində erkən yaşlarından işə başlamışdır ki, bu da Müqəddəs Kitabın və klassik əsərlərin nəşr olunduğu nəşriyyatın vitse-prezidenti mövqeyinə doğru irəlilməşdir. Onun valideynləri ilk dəfə 31-ci küçədə və 9-cu prospektində yerləşən Şimali Presbiterian Kilsəsində görüşmüşdülər. Anasının ailəsi Çelsidə sıx əlaqələr qurmuş və kilsə həyatında fəal rol oynayırdı. Kilsə şimala doğru köçürülərkən Smit və Armstronqlar bu hadisəni görərək , Armstrong ailəsi, 1895-ci ildə 347 Vest 29 küçəsindəki qumsal sıradan bir evdən Yuxarı qərb sahili bölgəsinin 26 Vest 97-ci küçəsindəki oxşar evə köçdü. Bu ailə üçün rahat orta sinif bir səviyyədə idi Səkkiz yaşındakı Armstronq, Syminhamın xorunu (daha sonra St Vitus Dance), romatizmal qızdırmayla müşahidə olunan nadir, lakin ciddi nevroloji bir xəstəliklə mübarizə aparmalı oldu. Həyatının qalan hissəsi üçün Armstronq həyəcan və stress ilə ağırlaşan bir fiziki tutumlarla üzləşəcəkdi.
Edvin Pikon-Akkonq
Edvin Pikon-Akkonq (d. 4 noyabr 1940) — mavrikili keçmiş futbol hakimi. 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatında İraq-Paraqvay matçında baş hakimlik etmişdir.
Edvin van der Sar
Edvin van der Sar (d. 29 oktyabr 1970, Vorhaut, Niderland) keçmiş hollandiyalı qapıçı. Peşəkar futbol karyerası ərzində Ayaks, Yuventus, Fulhem və Mançester Yunayted klublarında çıxış etmişdir. Niderland milli komandasının heyətində ən çox oyuna çıxan ikinci futbolçudur. Hal-hazırda Ayaks klubunda baş icraçı direktor vəzifəsində çalışır.O, peşəkar karyerasına başladığı Ayaksda klubun "qızıl nəsil"ə aid olan oyunçularından biri hesab olunur. Burada 9 il çıxış etdikdən sonra İtaliyanın Yuventus klubuna, sonra isə İngiltərənin Fulhem və sonda Mançester Yunayted klubuna transfer olmuşdur. UEFA Çempionlar Liqasını iki fərqli klubla qazana bilən azsaylı futbolçulardan biridir. O, bu mükafatı 1995-ci ildə Ayaksda və 2008-ci ildə Mançester Yunaytedin heyətində qazanmışdır. Van der Sar həmçinin 1992-ci ildə Ayaksın heyətində UEFA kubokunun qalibi olmuşdur. Van der Sar bütün vaxtların ən çox titul qazanan ikinci (Vitor Baiyadan sonra) qapıçısıdır.
Edvinas Girdvainis
Edvinas Girdvainis (17 yanvar 1993, Klаypеdа) — Litvalı peşəkar futbolçudur. Hal-hazırda Polşanın Piast FK klubunda çıxış edir. == Karyerası == === Klub === 28 iyun 2016-cı ildə Girdvainis Polşanın top komandalarından biri olan Piast FK klubu ilə 3 illik müqavilə imzaladı. == Milli komanda karyerası == Edvinas Girdvainis milli komanda karyerasında debütünü 23 martda Rumıniya millisi ilə oyunda etdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.74 dəfə / 1 mln.
2003 ••••• 0.39
2006 ••• 0.23
2008 ••• 0.24
2009 •••••••••••••••• 1.44
2010 •••••••••••••• 1.27
2011 •••••••••••••••••••• 1.89
2012 •••••• 0.52
2013 •••••••••••••••• 1.46
2014 •••••••••• 0.86
2015 •••• 0.34
2016 •• 0.17
2017 ••••••••••• 0.98
2018 •••• 0.30
2019 ••••• 0.42
2020 •• 0.13

Oxşar sözlər

#edvin nədir? #edvin sözünün mənası #edvin nə deməkdir? #edvin sözünün izahı #edvin sözünün yazılışı #edvin necə yazılır? #edvin sözünün düzgün yazılışı #edvin leksik mənası #edvin sözünün sinonimi #edvin sözünün yaxın mənalı sözlər #edvin sözünün əks mənası #edvin sözünün etimologiyası #edvin sözünün orfoqrafiyası #edvin rusca #edvin inglisça #edvin fransızca #edvin sözünün istifadəsi #sözlük