ehtiyatların sözü azərbaycan dilində

ehtiyatların

Yazılış

  • ehtiyatların • 78.0186%
  • Ehtiyatların • 21.9814%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ehtiyatların dövriyyəsi nisbəti
Ehtiyatların dövriyyəsi nisbəti (ing. Inventory Turnover Ratio, IT, Turnover of a Stocks, Inventory Turnover, Inventory Utilization Ratio, inventory turns, merchandise turnover, stockturn, stock turns, turns, and stock turnover) — hesabat dövründə satılmış məhsulların maya dəyərinin bu dövrdəki ehtiyatların orta məbləğinə nisbətini xarakterizə edən maliyyə göstəricisi. Bu nisbət müəyyən bir müddət ərzində şirkətin ehtiyatlarının orta hesabla neçə dəfə satıldığını göstərir. Tipik olaraq, əmsal 1 il müddətinə hesablanır. Ehtiyatlardan istifadənin səmərəliliyi onların dövriyyəsi ilə düz mütənasibdir == Hesablama == Ehtiyatların dövriyyəsi əmsalı aktivlərin dövriyyəsi əmsallarına istinad edir və müəssisənin inventardan istifadə etdiyi intensivlik dərəcəsini xarakterizə edir. Zamanla ifadə edilir. Aşağıdakı kimi hesablanır: Ehtiyatların dövriyyə nisbəti = Xalis gəlir/Satış qiymətləri ilə orta inventar və ya Ehtiyatların dövriyyə əmsalı = Satılan malların dəyəri/Ehtiyatların orta dəyəri. Bu halda ehtiyatların orta həcmi aşağıdakı kimi hesablanır: Orta inventar = Dövrün əvvəlində inventar həcmi + Dövrün sonunda inventar həcmi/2 və ya sadəcə: Orta inventar = Son inventar. Çoxdövrlü məlumatlar, orta aylıq göstəricilər, inventar dövriyyəsi haqqında daha dəqiq təsəvvür yaradır. Orta aylıq göstəricilərin hesablanması mövsümi dəyişiklikləri də nəzərə alır: Orta inventar = Dövrün sonunda inventar həcmi + Ayın sonu1 + Ayın sonu2 + ...
Genetik Ehtiyatların İnformasiya Şəbəkəsi
Genetik Ehtiyatların İnformasiya Şəbəkəsi (ing. Germplasm Resources Information Network, qısaca GRIN) — Onlayn rejmində canlı orqanizmlər haqqında genetik və digər informasiyaları əks etdirən layihə.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (Azərbaycan)
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi — yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. == Haqqında == Agentlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentliyin fəaliyyətinin məqsədi yerin təkindən səmərəli, təhlükəsiz və aşkarlıq şəraitində istifadəni təmin etmək, mineral xammal bazasını genişləndirmək və möhkəmləndirməkdir.
Su ehtiyatlarının çirklənməsi
Azərbaycanda su ehtiyatlarının çirklənməsi
Azərbaycanın səth sularının əsasını çay suları təşkil edir. Bunun 65%-i qonşu ərazilərdən axıb gələn tranzit çayların və yalnız 35 %-i yerli çayların hesabınadır. == Çayların çirklənməsi == Respublikamızın əsas su arteriyası olan Kür çayı və onun əsas qolu Araz hələ Azərbaycan ərazisinə daxil olana qədər qonşu ölkələrdə güclü çirklənməyə məruz qalır. Bunlarla yanaşı, Son zamanlar Böyük Qafqazın Kür hövzəsinə aid olmayan və birbaşa Xəzər dənizinə tökülən şimal-şərq həssəsi çaylarının və Lənkəran regionuna daxil olan çayların çirklənməsi də müşahidə edilir. Son zamanlar Böyük Qafqazın Kür hövzəsinə aid olmayan və birbaşa Xəzər dənizinə tökülən şimal-şərq həssəsi çaylarının və Lənkəran regionuna daxil olan çayların çirklənməsi də müşahidə edilir. Antropogen amillərin təsirinin güclənməsi ilə əlaqədar olaraq Kür, Araz çayları və onların qollarının suyunun kimyəvi tərkibində böyük dəyişikliklər baş vermişdir. Son 40 il ərzində Salyan şəhəri yanında Kür çayı suyunun minerallığı 3 dəfədən çox artaraq 1020 mq/l olmuşdur. Bu dövr ərzində Araz çayının Saatlı məntəqəsində suyun minerallaşması 400 mq/l-dən 1300 mq/l-ə qədər artmışdır. Əvvəllər çayların suyu hidrokarbonat sinfinə və kalsium qrupuna mənsub olduğu halda, hazırda sulfatlı-natriumludur. Suyun kimyəvi tərkibinin və keyfiyyətinin dəyişməsinin əsas səbəbi Kür – Araz ovalığında suvarılan sahələrdən qayıdan suların və kollektor – drenaj sularının Kür çayına və onun qollarına daxil olmasıdır.

"ehtiyatların" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ehtiyatların nədir? #ehtiyatların sözünün mənası #ehtiyatların nə deməkdir? #ehtiyatların sözünün izahı #ehtiyatların sözünün yazılışı #ehtiyatların necə yazılır? #ehtiyatların sözünün düzgün yazılışı #ehtiyatların leksik mənası #ehtiyatların sözünün sinonimi #ehtiyatların sözünün yaxın mənalı sözlər #ehtiyatların sözünün əks mənası #ehtiyatların sözünün etimologiyası #ehtiyatların sözünün orfoqrafiyası #ehtiyatların rusca #ehtiyatların inglisça #ehtiyatların fransızca #ehtiyatların sözünün istifadəsi #sözlük