eksp sözü azərbaycan dilində

eksp

Yazılış

  • eksp • 66.6667%
  • Eksp • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"EKSPO-67" üçün Azərbaycan incəsənət ustalarının konserti (film, 1967)
"EKSPO-67" üçün Azərbaycan incəsənət ustalarının konserti — 1967-ci ildə Tofiq Mirzəyev tərəfindən çəkilmiş film. == Məzmun == Film-konsert Kanadada açılmış "EKSPO-67" sərgisində nümayiş etdirilmişdir.
"EKSPO-67" üçün estrada konserti (film, 1967)
114=18.51. 18.51 dəqiqəlik fəlsəfi-eksperimental ballada (film, 2010)
114=18.51. 18.51 dəqiqəlik fəlsəfi-eksperimental ballada qısametrajlı sənədli televiziya filmi müəllif İlham Tumas tərəfindən 2010-cu ildə çəkilmişdir. Film Gəncə Şəhər Psixiatriya Xəstəxanasının sakinlərinin həyat tərzi, gündəlik fəaliyyətləri haqqında bəhs edir. Film Azad Azərbaycan televiziyasında istehsal edilmişdir. == Məzmun == Film Gəncə Şəhər Psixiatriya Xəstəxanasının sakinlərinin həyat tərzi, gündəlik fəaliyyətləri haqqında bəhs edir. Burada yaşayan xəstələrin müxtəlif incəsənət sahələrinə olan maraqları işıqlandırılır. == Film haqqında == Filmdə psixoterapevt M.E.Burnonun elmi nəzəriyyəsinə aid tibbi eksperimentlərdən, artterapiya metodlarından yararlanılıb.
Abstrakt ekspressionizm
Abstrakt ekspressionizm (ing. abstract expressionism) — amerikan rəssamlığında II Dünya Müharibəsindən sonra ortaya çıxan və Nyu-Yorkda yaranan rəssamlıq hərəkatı. Abstrakt ekspressionizm termini amerikan rəssamlığına ilk dəfə 1946-cı ildə rəsm tənqidçisi Robert Kotes (1897-1973) tərəfindən aid edilmiş, lakin ilk olaraq 1919-cu ildə "Der Sturm" jurnalında alman ekspressionizmini ifadə etmək üçün işlədilmişdir. ABŞ-də bu termini ilk dəfə 1929-cu ildə Alfred Barr Vasili Kandinskinin əsərlərini təsvir etmək üçün istifadə etmişdir.Abstrakt ekspressionizm qeyri-həndəsi ştrixlər, böyük fırçalar istifadə edərək, emosiyaları tam üzə çıxarmaq üçün bəzən rəngləri kətan üzərinə damladaraq sürətlə və böyük lövhələrdə rəsm çəkən rəssamların məktəbi və ya hərəkatıdır. Bu hərəkatda ekspressiv rəngləmə metodu rəsm çəkməklə eyni mənanı daşıyır. Belə yaradıcılıq üslubunda rəssamın məqsədi öz daxili dünyasını, şüuraltını məntiqi təfəkkürlə izah edilməyən xaotik formalarda qəfil ifadə etməkdir. Bu hərəkatın ilkin fazası olan abstrakt sürrealizm (abstract surrealism) 1940-cı illərdə Andre Bretonun ideyaları əsasında yaranmışdır. Onun əsas tərəfdarları amerikan rəssamları Hans Hofman, Arşil Qorki, Adolf Qotlib və başqaları idilər. 1950-ci illərdə Cekson Pollok, Mark Rotko və Villem de Kuninqin bu hərəkatın başına keçməsilə o geniş miqyas qazandı. Minimalist rəssam Aqnes Martin də özünü abstrakt ekspressionist adlandırırdı.
Amundsenin Cənub qütbünə ekspedisiyası
Amundsenin Cənub qütbünə ekspedisiyası (ing. Amundsen's South Pole expedition) — Coğrafi Cənub qütbünü fəth edən ilk ekspedisiyaya norveçli tədqiqatçı Roald Amundsen rəhbərlik etmişdir. 14 dekabr 1911-ci ildə o və dörd nəfər Terra Nova Ekspedisiyasının bir hissəsi sayılan, Robert Falkon Skottun başçılıq etdiyi ingilis səyahət dəstəsindən beş həftə əvvəl Cənub qütbünə çatmışdı. Amundsen və komandası öz bazalarına təhlükəsiz şəkildə qayıtdılar, ancaq sonra Skott və dörd yoldaşının geri dönüş yolunda öldüyü xəbərini eşitdilər. Amundsenin ilkin planları Arktikaya və ətraflı buzlarla örtülmüş gəmisiylə Şimal qütbünün fəthinə yönəlmişdi. O, bunun üçün Frityof Nansenin Fram qütb kəşfiyyat gəmisindən istifadə etməyə qərar verdi və tədqiqatın maliyyələşdirilməsi üçün də maddi dəstək axtarmağa başladı. Ancaq 1909-cu ildə Amundsenin rəqibi olan amerikalı səyyahlar Frederik Kuk və Robert Pirinin hər biri Şimal qütbünə çatdıqlarını iddia etdikləri zaman bu ekspedisiyaya hazırlıqlar dayandırıldı. Amundsen daha sonra planını dəyişdirdi və cənubi qütbünün fəthinə hazırlaşmağa başladı; ictimaiyyətin və tərəfdarlarının ona nə dərəcədə dəstək verəcəyinə dair qeyri-müəyyənlik səbəbiylə o, yenidən planlaşdırılmış bu sirri heç kimə açmadı. O, 1910-cu ilin iyun ayında yola çıxdıqda hətta ekipajını da hədəflərinin Arktika olduğuna inandırmış, yalnız Framın son dayanacaq limanı olan Madeyranı tərk edərkən əsl istiqamətlərinin Antarktika olduğunu etiraf etmişdi. Amundsen "Framheym" adlandırdığı öz Antarktika bazasını Böyük Buz səddindəki Balina buxtasında inşa edir.
Andrenin Arktika ekspedisiyası
Andrenin Arktik şar ekspedisiyası — 1897-ci ildə ekspedisiyada iştirak edən hər üç tədqiqatçının ölümünə səbəb olan ekspedisiya, Şimal qütbünə çatmaq cəhdi. İlk isveç hava şarı idarəçisi S. A. Andre, Svalbarddan birbaşa şimal qütbünün üzərindən keçərək Rusiya və ya Kanadaya hidrogen hava şarı ilə yola çıxmağı təklif etdi. Təklif Şimal qütbü uğrunda yarışda geridə qalmış İsveç xalqı tərəfindən vətənpərvər coşğunluqla qarşılandı. Andre hava şarı ilə ekspedisiya planı ilə əlaqəli təhlükələrin bir çox erkən əlamətlərinə məhəl qoymadı. Təhlükəsiz səyahət üçün hava şarını müəyyən dərəcədə idarə edə bilmək zəruri idi. Andrenin icad etdiyi kəndir sükan texnikasının effektsiz olduğu ilə əlaqəli bir çox dəlil var idi. Ekspedisiyanın taleyi bu kəndirlərdən asılı idi. Ən pisi isə Örnen (Qartal) adlı bu qütb şarı heç sınanmadan Parisdəki istehsalçısından birbaşa Svalbarda gətirildi. Ölçmələr hava şarının gözləniləndən daha çox sızdığını göstərsə də, Andre bu həyəcanlı şərhləri görməməzlikdən gəlir. Ekspedsiyanın müasir tələbələrinin əksəriyyəti Andrenin nikbinliyini, texnologiyanın gücünə inamını və təbiət qanunlarına etinasızlıqla yanaşmasının özünün və iki yoldaşı Nils Strindberg və Knut Frenkelinin ölümünə səbəb olan əsas hadisələr kimi görürlər.1897-ci ilin iyul ayında Andre, Strindberq və Frenkelin Svalbarddan ayrıldıqdan sonra hava şarı sürətlə hidrogen itirir və 2 gün sonra dəniz buzuna dəyərək qəzaya uğrayır.
Araz (arxeoloji ekspedisiya)
“Araz” Arxeoloji – Etnoqrafik Ekspedisiyası – AMEA Tarix İnstitutunun Naxçıvan şəhəri yaxınlığında, Araz çayı üzərində SES tikintisi zamanı su altında qalacaq arxeoloji abidələri tədqiq etmək məqsədilə 1968 – ci ildə təşkil etdiyi kompleks ekspedisiya. == Fəaliyyəti == Üç dəstədən ibarət olan ekspedisiya hazırda su altında qalmış, böyük tarixi əhəmiyyəti olan Xarabaşəhər, Astabad, Bulqan, Təzəkənd, Qaraçuq, Qızılburun, Qaraxanbəyli, Böyükdüz, Şahtaxtı və digər abidələri tədqiq etmişdir. Azərbaycan mütəfəkkiri Nəiminin vətəni olan Astabad şəhərində, habelə, XIX əsrin əvvəllərində Qacarlar sülaləsindən olan Azərbaycan hakimi Abbas Mirzənin tikdirdiyi Abbasabad qalasında, Ölənşəhr və Muncuqtəpə yaşayış yerlərində qazıntılar aparılmışdır. Astabad şəhər qalıqlarında aparılmış arxeoloji tədqiqatlar nəticəsində şəhərin tarixinə dair bir sıra məsələlər aydınlaşdırılmış və onun yaşayış məskənləri, istehsal mərkəzi aşkara çıxarılmışdır. Xarabaşəhərin Naxçıvan şəhərindən səkkiz km cənubda yerləşən Qaraçuq kəndi yaxınlığındakı qalıqlarında aparılan tədqiqatlar nəticəsində yaşayış evləri, son orta əsrlərin (XIV – XVII əsrlər) təsərrüfat həyatı və mədəniyyətinə aid zəngin faktlar aşkar edilmiş, dəmirçixana, 20 kvadratmetrlik emalatxana, dəmir ərintisi nəticəsində alınmış dəmir pasası, istehsalı başa çatdırılmamış kərənti, oraq, balta, dəhrə və digər əmək alətlərinin hissələri tapılmışdır. Ekspedisiya II Kültəpə yaşayış yerində də tədqiqat işləri aparmış, e.ə. II – I minilliyin əvvəllərinə aid mədəni təbəqələrdən qala divarının bünövrəsi, tikinti qalıqları, sadə və boyalı keramika, daş və sümük alətlər aşkar olunmuşdur.
Axal-Təkə ekspedisiyası
Axal-Təkə ekspedisiyası — Çar Rusiyasının 1880-1881-ci illərdə Türkmənistanda yaşayan Təkə tayfasına qarşı keçirən cəza yürüşü. == Tarixçəsi == Göytəpə işğal edildikdən sonra sağ qalan əhali üzərinə hücum başladı. Qaladan çıxan qadınların, qocaların və uşaqların bir hissəsi səhralara üz tutmuşdu. Göytəpə işğal edildikdən sonra sağ qalan əhali üzərinə hücum başladı. Qaladan çıxan qadınların, qocaların və uşaqların bir hissəsi səhralara üz tutmuşdu. Rus əsgərləri onları təqib edərək ya güllələyir, ya da doğrayırdılar. Səhra insan cəsədi ilə dolu idi. General Skobelevin əmri ilə əsgərlər bir canlıya da rəhm etmirdilər. Beləliklə Göytəpədə 20 min nəfər türkmən rus əsgərləri tərəfindən qətlə yetirildi. Bu qətllər elə qəddarlıqla həyata keçirilmişdi ki, rus tarixçiləri uzun illər bu barədə danışmamağa çalışırdılar.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi
Məhkəmə Ekspertizası Mərkəzi — Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan baş idarə. Mərkəzin fəaliyyəti insan və vətəndaş hüquqlarınıın və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertlərin müstəqilliyi, elm və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliyi və tamlığı prinsiplərinə əsaslanır. == Fəaliyyət istiqamətləri == məhkəmə ekspertizalarının və tədqiqatların aparılması (elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə obyektiv, hərtərəfli, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması prinsipləri əsasında tədqiqatlar aparılaraq rəy və arayışların verilməsi); elmi-tədqiqat fəaliyyəti həyata keçirmək, ekspert tədqiqatının yeni metod və metodikalarını hazırlamaq və təkmilləşdirmək(aktual mövzularda elmi-tədqiqat işlərinin aparılması, ekspert praktikasının ümumiləşdirilməsi, cinayətkarlığın vəziyyəti, strukturu və dinamikasının, onun ayrı-ayrı növlərinin baş verməsinin səbəb və şəraitinin, cinayətkarın şəxsiyyətinin kompleks sistemli-struktur təhlili, cinayətkarlığın proqnozlaşdırılması ilə bağlı olan kriminoloji fəaliyyət, elm və texnikanın müasir nailiyyətlərindən istifadə etməklə ekspert tədqiqatı metodikasının təkmilləşdirilməsi); məhkəmə və hüquq mühafizə orqanlarına elmi-metodik kömək göstərmək(məhkəmə-istintaq orqanları işçiləri, ali məktəb tələbələri ilə metodik və praktik məşğələlər keçirmək); ekspert profilaktikasını həyata keçirmək(cinayətlərin baş verməsinə şərait yaradan halların aşkar olunması, onların qarşısının alınması üçün profilaktik tövsiyələrin işlənib hazırlanması); qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. == Tarixi == Məhkəmə Ekspertizası Mərkəzinin yaranma tarixi 1938-ci ilin avqust ayında Azərbaycan SSR Ədliyyə Xalq Komissarlığı nəzdində təşkil edilən Kriminalistika kabineti ilə bağlıdır. Bu kabinet azsaylı personaldan ibarət olmaqla qrafoloji ekspertizalar aparmaqla fəaliyyətə başlamışdır.Lakin 1951-ci ilin iyun ayında SSRİ Nazirlər Sovetinin sərəncamı ilə həmin kabinet ləğv edilmiş, kabinetin əmlakı və Azərbaycanın hüquq mühafizə orqanları üçün ekspertizaların aparılması vəzifəsi Gürcüstan elmi-tədqiqat kriminalistika laboratoriyasına həvalə edilmişdir. Az sonra, yəni 1956-cı ilin iyununda Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə Bakı elmi-tədqiqat kriminalistika laboratoriyası yaradılmış və bu laboratoriyada qrafoloji, ballistik, trasoloji ekspertizalar aparılmışdır. 1960-cı ilin dekabrında isə bu laboratoriyanın əsasında Azərbaycan Respublikası Nazirlər Sovetinin Hüquq Komissiyası yanında Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu yaradılmışdır. Cinayətkarlığın kompleks tədqiqini, hüquq pozuntularının qarşısının alınması üzrə elmi cəhətdən əsaslandırılmış proqnozların və konstruktiv təkliflərin işlənib hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə 1991-ci ilin iyununda institutun adında və fəaliyyətində dəyişiklik edilərək Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərmanı ilə Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu Məhkəmə Ekspertizası Mərkəzi adlandırılmış və Mərkəz baş idarə səlahiyyətli qurum kimi təsdiq edilmişdir. Hazırda Mərkəzdə 20 məhkəmə ekspertizası növü və 41 ekspert ixtisası üzrə tədqiqatlar aparılaraq rəy və arayışlar verilir.
Bakı Ekspo Mərkəzi
Bakı Ekspo Mərkəzi (ing. Baku Expo Center) — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən sərgi mərkəzi. Mərkəz Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində, Heydər Əliyev adına Beynəlxalq hava Limanının yaxınlığında yerləşir. Mərkəzdə sərgilərdən əlavə konfranslar, seminarlar, biznes və əyləncə tədbirləri də keçirilə bilər. Rəsmi açılış 2010-cu il iyunun 1-də keçirilmişdir. Xəzər regionunun neft-qaz sənayesində ən böyük hadisə Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil and Gas) sərgisində keçirilmişdir. Kompleksin ümumi sahəsi 10 hektardır və Expo Mərkəzinin binası 20000 m²-dan çox ümumi sahəsi ilə 3 hektar ərazini əhatə edir. Müxtəlif sərgilər keçirmək üçün üç pavilyon var. Mərkəzdə ayrıca konfrans zalları, biznes mərkəzi, yemək kortları da vardır. Mərkəzin salonu 4000 m²dir.
Birinci Azərbaycan Antarktida ekspedisiyası
Birinci Azərbaycan Antarktida ekspedisiyası - 24 dekabr 2008-ci il tarixində Azərbaycan Ekologiya və Təbii Ehtiyatlar Naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseynqulu Bağırovun başçılıq etdiyi ilk Azərbaycan-Antarktida ekspedisiyası Bakıdan yola düşmüşdür. Havanın əlverişsiz olmasına baxmayaraq ekspedisiya üzvləri 2009-cu ilin 26 yanvar tarixində Cənub qütbünə çatmağa müvəffəq olmuşdur. Ekspedisiya üzvlərinin verdiyi məlumata görə Azərbaycan bayrağı ilk dəfə Antarktida ərazisində 12 yanvar 2009-cu ildə Vinson dağına sancılması ilə dalğalanmışdır. Cənub qütbünə isə ayın iyirmi altısı sancılır. Ekspedisiya təkcə elmi deyil, həm də idman, siyasi və rəmzi əhəmiyyət daşımışdır. Bununla belə ekspedisiyaçılar qrupu orta temperaturu təxminən - 35-40 °C olan şəraitdə 500-dən artıq müşahidə-ölçmə işləri aparmışdır. Ekspedisiya qarşıya qoyulan hədəflərə tam çatmışdır. == Maraqlı fakt == Cənub qütbünün yaxınlığındakı Amerikanın “Amundsen-Scott” bazasına dəvət olunan ekspedisiya üzvlərinə orada məlum olub ki, Azərbaycan ekspedisiyası islam, türk və MDB ölkələrindən Cənub qütbünə piyada, xizək və buzda yerimək üçün qırmaqlı çəkmədən istifadə etməklə çatan ilk qrupdur.
Birinci Rus Antarktika ekspedisiyası
Birinci Rus Antarktika ekspedisiyası — Faddey Bellinshauzen və Mixail Lazarevin başçılığı altında Cənub okeanı sularına altıncı materikin olub-olmamasını (Antarktida) dəqiqləşdirmək məqsədi ilə edilən ekspedisiya. == Kəşfdən öncə == Ceyms Kuk özünün ikinci dövü aləm səyahəti zamanı Cənub Qütb dairəsi sularına daxil olmuş və — 71° 10' c.e. qədər üzdükdən sonra buzlar onun hərəkətinə maneə olur. Ceyms Kuk belə fikir irləli sürür ki, ya altıncı materik yoxdur ya da ora getmək mümkünsüzdür. Onun bu fərziyyəsi səyyahları altıncı materikin axtarışı fikrindən daşındırmışdır. Kük öz ekspedisiyanın nəticələri incələyərkən yazırdı: «Mən cənub yarımkürəsində yerləşən, okean sularının ucqar enliklərə qədər üzərək altıncı materikin mövcudluğunu inkar edirəm, lap belə mövcud olsa o ancaq qütb enliklərinə yaxın, gəmilərin üzə bilməcəyi yerdə yerləşə bilər.». 31 mart 1819-ci ildə İvan Fyodoroviç Kruzenştern Dəniz naziri olan İvan Traverseyə göndərdiyi məktubda qütb sularında araşdırmaların gərəkliyi barədə bildirir. Məktubda Kruzenştern Cənub və Şimal qütlərinə iki ekspedisiyanın hazırlanmasını təklif edir. Hər ekspedisiyaya iki gəminin qoşulması planlaşdırılırdı. Xüsusi ilə Cənub qütbünə təşkil olunacaq ekspedisiyaya böyük əhəmiyyət verirdi.
Britaniya Antarktika ekspedisiyası (1907-1909)
Britaniya Antarktika ekspedisiyası (1907-1909) (ing. The British Antarctic Expedition 1907–09), həmcinin «Nimrod» ekspedisiyası (ing. Nimrod Expedition) — Ernest Şelktonun təşkil etdiyi üç ekspedidiyadan birincisi. Ernest Şelktonun hədəfi cənub qütbünə çatmaq olsada düzgün olmayan taktika və məsafənin düzgün hesablanmaması səbəbindən məqsədə nail olunmamışdır. Ekspedisiya Şelktonun rəyisi olan Robert Skottun təzyiqi şəraitində həyata keçirilirdi. Ancaq məhz Robert Skott 17 yanvar 1912-ci ildə cənub qütbünə çatmışdır. Bu ekspedisiya isə Antarktida haqqında geniş məlumat verməklə kifayətlənmişdir. Ekspedisiya üzvləri ilk dəfə Transantarktik dağlarıını aşaraq Cənubqütb platosuna çatmışlar. Bununla yanaşı onlar Birdmor buzlağını kəşf etmişlər. Şimal qrupu isə ilk dəfə olaraq cənub maqnit qütbünə çatmışlar.
Britaniya Ekspedisiya Qüvvələri
Britaniya Ekspedisiya Qüvvələri (ing. British Expeditionary Force; BEF) — İkinci Dünya Müharibəsi illərində 1939–1940-cı illərdə general Lord Con Qortun komandanlığı altında Avropada fəaliyyət göstərən Britaniya Silahlı Qüvvələrinin korpusu. Müttəfiq qüvvələrlə birlikdə Fransa və Belçikada Vermaxt qüvvələrinə qarşı döyüşmüşdü. == Tarixi == Britaniya Ekspedisiya Qüvvələri 1938-ci ildə Avstriyanın ilhaqından və 1939-cu ilin martında Çexoslovakiyanın işğalından sonra nasist Almaniyasının gözlənilən müharibə təhlükəsinə cavab olaraq yaradılmışdır. Böyük Britaniya və Fransa Polşaya təhlükəsizlik zəmanəti verdi və sonuncu alman ordusunun ərazisini işğal etdikdən sonra 3 sentyabr 1939-cu ildə Almaniyaya müharibə elan etdi. BEP-lər 1939-cu ilin sentyabrında Fransaya göndərildi və "Qəribə müharibə" adlanan dövrdə Fransa-Belçika sərhədi boyunca mövqe tutdu. 1940-cı ilin may ayına qədər BES hərbi əməliyyatlar aparmadı. 10 may 1940-cı ildə tam miqyaslı alman hücumu başladı, nəticədə BEQ Fransa və Belçikanın şimal-şərq hissəsində Fransız, Belçika və digər müttəfiq qüvvələrin hissələri ilə birlikdə kəsildi və sonradan evakuasiya edildi. Britaniya adaları. Dunkerkdə mühasirəyə alınmış və əsasən evakuasiya edilmiş şimal qruplaşmasına əlavə olaraq, cənub da (51-ci Şotland dağlıq diviziyası, Saint-Valery-en-Caux-da 10 min nəfər arasında tutulmuş) var idi.
Britaniyanın Tibet ekspedisiyası
Britaniyanın Tibet ekspedisiyası — (həmçinin Britaniyanın Tibetə hücumu) - 1903-1904-cü illərdə Britaniya imperiyasının Tibetə qarşı müstəmləkə təcavüzü aktı. Böyük Oyunun son mərhələsinin ən böyük hərbi ekspedisiyası. XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Rusiya və Britaniya imperiyaları arasında gərgin müstəmləkə və siyasi rəqabətin nəticəsində baş vermiş hadisə. Müdaxilə Britaniya Hindistan Ordusunun köməyi ilə həyata keçirilib. == Tarixi == XIX əsrin birinci yarısında Himalay əyalətlərində (Nepal, Butan və Sikkim) Britaniya təsirinin güclənməsi Hindistan və Tibet arasında daha sıx münasibətlərə səbəb oldu. 1886-cı ildə Lord Defering Kolman Maklayın ticarət ekspedisiyasını Tibetə göndərdi. Lakin bu ekspedisiya Sikkimdən kənara çıxmadı və Tzin sülaləsiinın tələbi ilə Hindistana qayıtmağa məcbur oldu. Bu cür vəziyyət qoşunları ilə Sikkimi işğal edən və Britaniya ərazisinə basqınlar törədən tibetliləri həvəsləndirdi. 1888-ci ildə hərbi ekspedisiya təşkil edildi. Tibetlilər məğlub edilərək Çumbi vadisidən qovuldu.
Busan ekspresi (film, 2016)
Busan ekpresi (Hanqıl: 부산행; RR: Busanhaeng) — 2016-cı ildə istehsal olunmuş zombi kateqoriyasındakı qorxu filmi. Rejissoru Yeon Sang-ho və baş rollarda Gong Yoo, Jung Yu-mi və Ma Dong-seok iştirak etmişdir. Filmin dünya premyerası 2016 Cannes Film Festivalında Gecə Sessiyasında reallaşdırılmışdır. 7 Avqustda 10 milyon film izləyicisi ilə 2016-cı ildə efirlərə çıxarılmış və tamaşaçı rekordu qırmış ilk Koreya filmi olmuşdur Filmdən bir ay sonra Seul Station adlı cizgi filmi istehsal edilmişdir. == Süjet xətti == Dağıdıcı bir virus Cənubi Koreyanı öz təsiri altına almışdır. Bu vaxt Seuldan Busana gedən qatardakı sərnişinlər sağ qalmaq üçün mübarizə aparırlar.
Busan ekspresi 2 Yarımada (film, 2020)
== Süjet xətti == Cənubi Koreyada başlayan naməlum virus epidemiyası qısa müddətdə yüz minlərlə insanı zombiyə çevirir. Qonşu ölkələr axının qarşısını almaq üçün yarımadanı blokadaya salır, bütün su və quru sərhədlər ciddi nəzarətə götürülür. Hadisələrdən 4 il ötür. Cənubi Koreya tam olaraq ətrafdan təcrid olunub, şəhərlər və qəsəbələr viran qalıb. Sağ qalanların olub-olmaması heç kimə bəlli deyil. Vaxtında təxliyə olunan, ancaq gəmidə yaşanan fors-major nəticəsində bacısı və bacısı oğlunu itirən kapitan Çon-suk Honkonqda qaçqın statusuyla yaşayır. Bacısının əri də onunla bir düşərgədə qalsa da, ailəsini qoruya bilmədiyi üçün ona nifrət edir. Bir gün yerli mafiya bossu onların hər ikisini çağırtdıraraq, inanılmaz bir təklif edir: o, zombilərlə qaynaşan İnçhondan içi pulla dolu yük maşınını gətirənə 20 milyon dollar mükafat söz verir...
Darqo ekspedisiyası
Darqo ekspedisiyası (rus. Даргинский поход) — 1817–1964-cü illərdəki Qafqaz müharibəsi gedişində 1845-ci ildə Şeyx Şamilin iqamətgahı olan Darqo ailini tutmaq məqsədilə rus qoşunlarının 5 iyundan 20 iyuladək davam etmiş yürüşü. Yürüş rusların böyük itkiləri ilə nəticələnmişdir ki, sonda onlar geri çəkilməyə məcbur olmuşlar. Darqo ekspedisiyasının nəticəsi Şamilin bölgədəki təsirinin artmasında çox əhəmiyyətli oldu. == Xronologiyası == 1845-ci il iyun ayının 5-i və 6-nda rus qoşunlarının avanqardı komandan general-mayor D.V.Passek dağlıları Ançimeyer və Zunumeyer dağlarında məğlub etdikdən sonra rus qoşunlarının əsas qüvvələri komandan general-leytenant qraf M.S. Vorontsovun başçılığı ilə 20-dən çox piyada batalyonu, 16 kazak bölüyü, Gürcüstan milisinin süvari və piyada dəstələri, 46 topdan ibarət ordu üçün Darqoya gedən yolun üstündəki Andi kəndinə yol açıldı. İyun ayının ortalarında baş vermiş qanlı döyüşlər nəticəsində ruslar Andi və Qoqotl kəndlərini tutdular. Rusların ərzaq və sursat nəqliyyatlarına dağlıların daimi hücumları nəticəsində rus qoşunları burada iki həftə qalmalı oldular. Yalnız iyulun 6-da Vorontsov Darqoya qoşunun bir hissəsini – 10,5 piyada batalyo nu, 3 atıcılar rotası, 4 kazak bölüyü; cəmi 9,5 min nəfər və 16 top olmaqla yeridə bildi. Şeyx Şamilin əmri ilə yandırılmış Darqoya ruslar iyulun 7-də girdilər. Şeyx Şamil Darqoda rus qoşunlarını mühasirəyə alaraq faktiki öz iqamətgahını "tələ"yə çevirdi.
EKSPO-75 (film, 1975)
== Məzmun == "İnsan və dəniz" mövzusuna həsr olunmuş kinolentdə Xəzər dənizində salınmış Neft Daşlarından, burada yaşayıb işləyən Xəzər neftçilərindən, onların qəhrəmanlıqlarla dolu əməyindən, mənalı istirahətindən və qayğılarından danışılır. == Film haqqında == Film SSRİ Neft Sənayesi Nazirliyinin sifarişi ilə çəkilmişdir. Təbliğat film 1975-ci ildə Tokioda "Dəniz insana xidmət edir" devizi altında keçirilən "EKSPO-75" Ümumdünya sərgisində SSRİ pavilyonunda yapon dilində nümayiş etdirilmişdir.
Ekspansionizm
Ekspansionizm hərbi imperiya qurmaq və ya müstəmləkəçilik yolu ilə daha çox ərazi əldə edən dövlətlərə aiddir. == Nəzəriyyələr == İbn Xəldun yazırdı ki, yeni qurulan sülalələr, ictimai birliyə və ya Əsabiyyəyə sahib olduqları üçün "müəyyən həddə qədər ekspansiya" axtara bilirlər.Sovet iqtisadçısı Nikolay Kondratyev kapitalizmin texnoloji innovasiyalar hesabına 50 illik genişlənmə/durğunluq dövrlərində irəlilədiyini nəzəriyyələşdirmişdir. Böyük Britaniya, Almaniya, ABŞ, Yaponiya və indi Çin ardıcıl dalğaların ön sıralarındadır. Kreyn Brinton “İnqilabın anatomiyası” əsərində inqilabı, məsələn, Stalinist Rusiyada, ABŞ-da və Napoleon İmperiyasında ekspansionizmin sürücüsü kimi görürdü. Kristofer Buker hesab edirdi ki, xəyalpərəstlik Avropa İttifaqında olduğu kimi qısamüddətli və etibarsız olan ekspansionizmin "xəyal mərhələsini" yarada bilər. == Nümunələr == Dünyanın hər yerində ekspansionizm yaşanıb. İslamın dini imperializmi və müstəmləkəçiliyi ilk müsəlman fəthləri ilə başlamış, daha sonra dini Xilafət ekspansionizmləri ilə başlamış və Osmanlı İmperiyasının parçalanması ilə sona çatmışdır. 15-16-cı əsrlərdə Osmanlı İmperatorluğu ekspansiya dövrünə qədəm qoymuşdu. Osmanlılar 1453-cü ildə Fateh Mehmed tərəfindən Konstantinopolun fəthi ilə Şərqi Roma İmperiyasına son qoydular. Rus çarı I Nikolayın (1825-1855) militarist və millətçi hakimiyyəti İrana (1826-1828) və Türkiyəyə (1828-1829) qarşı işğalçılıq müharibələrinə səbəb oldu.
Ekspedisiya
Ekspedisiya — xüsusi olaraq elmi və ya hərbi məqsədlə təyin olunmuş səyahət. və ya idman ekspedisiyası (alpinistlərin dağ ekspedisiyası). Ekspedisiya – [lat. expeditio – qaydaya salma] 1) göndərmə, yollama; 2) poçtda: mətbuatı, məktub və teleqramları göndərən şöbə; 3) dövri mətbuatı abunəçilərə göndərən; 4) bəzi idarə və müəssisələrdə rəsmi məktubları qəbul edən və göndərən, həmçinin malları yola salan şöbə; 5) elmi-tədqiqat və başqa məqsədlərlə edilən səyahət, səfər; 6) uzaq rayonlara axtarış, kəşfiyyat, təhqiqat məqsədilə yollanan bir qrup şəxs; 7) mülki hüquqda müqavilə növü, bu müqaviləyə görə bir tərəf (ekspeditor) digər tərəfin (müştərinin) hesabına və onun adından müştəriyə məxsus olan yükləri göndərməyi, yaxud onun ünvanına daxil olmuş yükü almağı, müştəri isə bu iş üçün müəyyən haqq verməyi öhdəsinə götürür. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Eksperiment
Eksperiment — [lat. experimentum – yoxlama, sınaq, təcrübə] 1) təcrübə, sınaq, yoxlanış; 2) elmi yoxlama, elmi təcrübə; 3)cəmiyyətin ictimai iqtisadi təcrübəsi olub, dərk etmənin mənbəyi, hipotez və nəzəriyyənin həqiqilik meyarı; 4) müasir psixologiya elmində əsas tədqiqat üsullarından biri; 5) elmdə nəzəri cəhətdən dərk edilmiş vasitələrlə həyata keçirilən hissi-predmet fəaliyyəti. Eksperiment (lat. experimentum — təcrübə, sınaq) — süni yaradılan şəraitdə müəyyən hadisələrin tədqiq edilməsi, elmi metod. İnsanın daxili aləmini müxtəlif situasiya və münasibətlər üzə çıxarır. Məhz, bu halında insanın psixi tarazlıq halı pozulur və o, debilliyin, infantilliyin, dəliliyin hüdudlarında ləngərləməyə başlayır. İnsanın eksperiment vasitəsilə tədqiqi, məhz belə məqamlarda situasiyanı süni surətdə yaratmaq ("modelləşdirib"), tərəfdaşı bərkə-boşa, çək-çevirə salmaqla onun barədə hansısa nəticə çıxarmaq məsələsini əhatə edir. Eksperiment zamanı eksperimentin nəticəsinə təsir göstərə biləcək bütün digər dəyişənlər və şərtlər aradan qaldırılmalı və ya elə edilməlidir ki, onlar axıra qədər sabit səviyyədə qalsın. Ekspertiza – 1)yoxlamadan keçirmə, yoxlama prosesi; 2)düzgün bir qərara gəlmək üçün hər hansı bir məsələnin mütəxəssislər tərəfindən öyrənilməsi, yoxlanması. Məsələn, elmi ekspertiza, materialları ekspertizaya göndərmək; 3)cinayət işləri və ya mülki işlər üzrə faktiki məlumatların və halların müəyyən edilməsi məqsədilə prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada ekspertlər tərəfindən aparılan tədqiqat.
Eksperiment OK
Eksperiment OK — 1960-1970-ci illərdə fəaliyyət göstərmiş Azərbaycanın ilk peşəkar rok qrupu. == Qrupun tarixi == 1967-ci ildə Azər Kərimov, Mahmud Kərimov, Mark Vaynbrand, Harri İşxanov 20 saylı məktəbin 8-ci sinfində oxuyarkən rok qrupu yaradırlar. Özfəaliyyətlə məşğul olan qrup məşq etmək üçün təchizatı olan yer axtarır və mədəniyyət evinə gedirlər. Həmin mədəniyyət evində yeni qrup yaradan Oqtay Kazımov bu qrupu da yaratdığı qrupa qatır və beləcə, "Eksperiment OK" qrupu yaranır. Yeni yaranan qrup Mahmud Kərimov (ritm gitara), Azər Kərimov (vokal, zərb alətləri) Mark Vaynbrand (solo gitara), Harri İşxanov (bass gitara), Eldar Mansurov (orqan), Elxan Şıxəliyev (saksofon), Natiq (truba), müğənnilər Eldar Axundov və Sofiya adlı gənc qızdan ibarət olur. Qrup bu tərkiblə cəmi bir il fəaliyyət göstərir. Sonradan bəzi üzvlər qrupu tərk edir və Azər Kərimov, Mark Vaynbrand, Harri İşxanov Oqtay Kazımovun başçılığı ilə Tibb Universitetinin tərkibində fəaliyyət göstərir. Az sonra Azər Mehdiyev (orqan) də onlara qoşulur və qrup bu tərkiblə tanınıb sevilir. Qrupun vokalisti Azər Kərimovun sözlərinə görə, Oqtay Kazımov yeni bəstələdiyi mahnıları ilk dəfə bu qrupda səsləndirdiyinə görə qrupun adı da Oqtay Kazımovun eksperimenti adlanıb: "Oqtay Kazımov yeni bəstələdiyi mahnıları əvvəlcə bizim qrupda sınaqdan keçirirdi. Biz də o mahnılara əlavələr edərək daha müasir səsləndirirdik.
Eksperiment metodu
Eksperimental pedaqogika
Eksperimental pedaqogika XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Avropada və ABŞ-də yayılmış pedaqoji cərəyanlardan biri. == Haqqında == Eksperimental pedaqogika qarşısında uşağı eksperimentlər əsasında öyrənmək məqsədini qoymuşdur. Eksperimental tədqiqatlarda uşaq psixologiyasını dərindən öyrənmək və buna əsasən də riyazi dəqiqliklə onun alacağı tərbiyənin məzmununu müəyyənləşdirmək zərurəti əsaslandırılırdı. Tədqiqatçılar uşağı və onun davranışını öyrənməyə səy göstərirdilər. Eksperimental tədqiqatlarda test üsulundan da istifadə edilir: bu, sual və məsələ şəklində düzəldilmiş tapşırıqlar idi. Tədqiqat zamanı uşaq psixologiyası və fiziologiyasının, eyni zamanda sosiologiyanın elmi nailiyyətlərindən və faktlarından geniş istifadə olunurdu. Alman pedaqoqu İ.Kerçmarın “Fəlsəfi pedaqogikanın sonu” kitabında fakt kultu ön plana çəkilirdi. Fransız pedaqoqu Pol Lapi də pedaqoji tədqiqatlarda psixologiyanın nailiyyətlərindən istifadəni zəruri sayırdı. O yazırdı ki, əgər əvvəllər pedaqogika ya metafizik fərziyyələr, ya da ədəbi roman olmuşdursa, psixologiya elminin nailiyyətlərindən istifadə etməklə öz mövzusunu müəyyənləşdirdi. Psixologiya təfəkkürün və qabiliyyətin müxtəlif növlərini üzə çıxararaq şagird şəxsiyyətinin fərdi keyfiyyətlərini açıqladı ki, bu da pedaqogika elmi üçün dəyərli töhfə oldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

"eksp" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#eksp nədir? #eksp sözünün mənası #eksp nə deməkdir? #eksp sözünün izahı #eksp sözünün yazılışı #eksp necə yazılır? #eksp sözünün düzgün yazılışı #eksp leksik mənası #eksp sözünün sinonimi #eksp sözünün yaxın mənalı sözlər #eksp sözünün əks mənası #eksp sözünün etimologiyası #eksp sözünün orfoqrafiyası #eksp rusca #eksp inglisça #eksp fransızca #eksp sözünün istifadəsi #sözlük