ekspedisiyası sözü azərbaycan dilində

ekspedisiyası

Yazılış

  • ekspedisiyası • 89.0411%
  • Ekspedisiyası • 10.9589%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Darqo ekspedisiyası
Darqo ekspedisiyası (rus. Даргинский поход) — 1817–1964-cü illərdəki Qafqaz müharibəsi gedişində 1845-ci ildə Şeyx Şamilin iqamətgahı olan Darqo ailini tutmaq məqsədilə rus qoşunlarının 5 iyundan 20 iyuladək davam etmiş yürüşü. Yürüş rusların böyük itkiləri ilə nəticələnmişdir ki, sonda onlar geri çəkilməyə məcbur olmuşlar. Darqo ekspedisiyasının nəticəsi Şamilin bölgədəki təsirinin artmasında çox əhəmiyyətli oldu. == Xronologiyası == 1845-ci il iyun ayının 5-i və 6-nda rus qoşunlarının avanqardı komandan general-mayor D.V.Passek dağlıları Ançimeyer və Zunumeyer dağlarında məğlub etdikdən sonra rus qoşunlarının əsas qüvvələri komandan general-leytenant qraf M.S. Vorontsovun başçılığı ilə 20-dən çox piyada batalyonu, 16 kazak bölüyü, Gürcüstan milisinin süvari və piyada dəstələri, 46 topdan ibarət ordu üçün Darqoya gedən yolun üstündəki Andi kəndinə yol açıldı. İyun ayının ortalarında baş vermiş qanlı döyüşlər nəticəsində ruslar Andi və Qoqotl kəndlərini tutdular. Rusların ərzaq və sursat nəqliyyatlarına dağlıların daimi hücumları nəticəsində rus qoşunları burada iki həftə qalmalı oldular. Yalnız iyulun 6-da Vorontsov Darqoya qoşunun bir hissəsini – 10,5 piyada batalyo nu, 3 atıcılar rotası, 4 kazak bölüyü; cəmi 9,5 min nəfər və 16 top olmaqla yeridə bildi. Şeyx Şamilin əmri ilə yandırılmış Darqoya ruslar iyulun 7-də girdilər. Şeyx Şamil Darqoda rus qoşunlarını mühasirəyə alaraq faktiki öz iqamətgahını "tələ"yə çevirdi.
Nəqliyyat ekspedisiyası
Nəqliyyat ekspedisiyası — Hər hansı nəqliyyat növü vasitəsilə yüklərin daşınmasında yük göndərənlərə, yük alanlara və digər təşkilatlara göstərilən xidmət fəaliyyətidir.
Səbzəvar ekspedisiyası
Səbzəvar ekspedisiyası - Nadir xan Əfşarın hərbi fəaliyyəti dövründə həlledici hadisə. Bundan sonra o II Təhmasibin hərbi qüvvələrinin arxasındakı həqiqi gücə çevrilmişdir. == Konfliktin başlanğıcı == Sənqan ətrafındakı döyüşdən sonra Nadir Məşhədə qayıdıb bir müddət istirahət etdi. Həmin vaxt ərzində əsas diqqəti qoşunların toplanmasına və təminatına yönəltdi. O, yaxşı görürdü ki, əfqanlar ciddi düşməndir və onlara qalib gəlmək üçün ciddi hazırlıq görülməlidir. Sonuncu döyüş də bunu göstərirdi. Lakin Nadiri düşündürən təkcə səfər hazırlığının aparılması deyildi. O eyni zamanda ətrafındakı əyanlar tərəfindən təhrik edilən Şah Təhmasibin müqavimətini qırmalı idi. Çünki mühüm səfər ərəfəsində şahın mövqeyi tamam başqa idi. O, Herat istiqamətində deyil, İsfahan istiqamətində hərbi yürüşə başlanmasını tələb edirdi.
Zəngəzur ekspedisiyası
Zəngəzur ekspedisiyası — Azərbaycan və Ermənistanın gənc respublikaları tərəfindən mübahisə edilən və Türkiyə ilə Azərbaycan arasındakı son maneəni aradan qaldırmaq üçün, Azərbaycan müntəzəm qoşunlarının Qarabağdan Zəngəzura girişi. Naxçıvanda Türkiyədən olan iki taqımının dəstəyi ilə oxşar hərbi əməliyyat keçirilirdi. == Haqqında == 1918-ci ildə Zəngəzurda, eləcə də qarışıq erməni-azərbaycanlı əhalisi olan digər ərazilərdə millətlərarası müharibə başlamışdı. 1918-ci ildə çıxan qarşıdurmalar nəticəsində, Ermənistan hökumətindən asılı olmayan, yerli erməni rəhbərliyi (Zəngəzur Mərkəzi Milli Şurası) Zəngəzurun əksər hissəsini, azərbaycanlılar isə Gorusu Tatev monastırı ilə Qafan və Meğridən ayıran Bərgüşad silsiləsini və Gorusun şimalındaki dağları idarə edirdi. Nə Azərbaycan, nə də Ermənistan, mahalı öz nəzarəti altına götürə bilmirdi. Lakin 1919-cu ilin yanvarında Qafqazdakı Britaniya rəhbərliyi Xosrov bəy Sultanovu Azərbaycan hökumətinin Qarabağ və Zəngəzurun general-qubernatoru vəzifəsinə təyin olunduğunu təsdiqləyib, erməni tərəfinin etirazlarına səbəb oldu. Bundan sonra Azərbaycan tərəfinin reaksiyası gəldi. Britaniya komandanlığı tərəflərin Paris Sülh Konfransının qərarını gözlədiyini təkid etdi. Britaniyaların Ermənistana Şərur-Naxçıvan verməsi qərarından sonra Zəngəzurun Ermənistana verilməsi tələbləri daha da artdı. 1919-cu il martın 6-da Gorusa Ermənistan hökumətinin Zəngəzurun Ermənistana daxil olmasını təşviq etmək sifarişi ilə leytenant-polkovnik Arsen Şahmazyan gəldi.
Laplandiya ekspedisiyası
Laplandiya ekspedisiyası — 1732-ci ilin may-oktyabr aylarında İsveçin ən şimal nöqtəsi olan Laplandiyaya təşkil edilmiş ekspedisiya nəzərdə tutulur. Bu ekspedisiya Karl Linney tərəfindən təşkil edilmiş və onun elmi fəaliyyətinin əsasını təşkil etmişdir. Linney Uppsaladan ayrılmış və saat əqrəbi istiqamətində Bothniya körfəzi boyunca gedərək 6 ay boyunca Umeaodan, Luleodan və Torniodan iç qisimlərə doğru səyahətlər gerçəkləşdirdi. Bu səyahət zamanı müşahidə etdiklərini 1737-ci ildə Laplonnika florası adlı kitabında yazmışdır. Bu kitabda Linneyin nomenklatura və təsnifat haqqında fikirləri ilk dəfə praktiki şəkildə istifadə edilmişdir. Onun ölümündən sonra ekspedisiyasından bəhs edən yazdıqları ölümündən sonra - 1811-ci ildə ingilis dilinə tərcümə edilmiş və Lachesis Lapponica: A Tour in Lapland adı ilə nəşr edilmişdir. == Zəmin == 1732-ci ilin aprelində Linney İsveç Kral Elmi Cəmiyyətinin Uppsaladakı nümayəndəliyi tərəfindən qrant mükafatı aldı. Linneyin Uppsala Universitetindəki müəllimlərindən biri olan Gənc Olof Rudbek 1695-ci ildə Laplandiyaya ekspedisiya təşkil etmiş, lakin onun ekspedisiya zamanı götürdüyü qeydlər 7 il sonra çıxan yanğın zamanı itmişdi. Ekspedisiya planı hazırlanan zaman Linney yeni bitkilər, heyvanlar və çox güman ki, dəyərli minerallar tapacağına ümid edirdi. O, həmçinin Fenno-Skandinaviyanın geniş tundralarında dolaşan, marallar üzərində köçəri həyat sürən yerli Sami xalqının adət-ənənəsi barədə də yeni informasiyalar əldə edəcəyinə ümid edirdi.
Andrenin Arktika ekspedisiyası
Andrenin Arktik şar ekspedisiyası — 1897-ci ildə ekspedisiyada iştirak edən hər üç tədqiqatçının ölümünə səbəb olan ekspedisiya, Şimal qütbünə çatmaq cəhdi. İlk isveç hava şarı idarəçisi S. A. Andre, Svalbarddan birbaşa şimal qütbünün üzərindən keçərək Rusiya və ya Kanadaya hidrogen hava şarı ilə yola çıxmağı təklif etdi. Təklif Şimal qütbü uğrunda yarışda geridə qalmış İsveç xalqı tərəfindən vətənpərvər coşğunluqla qarşılandı. Andre hava şarı ilə ekspedisiya planı ilə əlaqəli təhlükələrin bir çox erkən əlamətlərinə məhəl qoymadı. Təhlükəsiz səyahət üçün hava şarını müəyyən dərəcədə idarə edə bilmək zəruri idi. Andrenin icad etdiyi kəndir sükan texnikasının effektsiz olduğu ilə əlaqəli bir çox dəlil var idi. Ekspedisiyanın taleyi bu kəndirlərdən asılı idi. Ən pisi isə Örnen (Qartal) adlı bu qütb şarı heç sınanmadan Parisdəki istehsalçısından birbaşa Svalbarda gətirildi. Ölçmələr hava şarının gözləniləndən daha çox sızdığını göstərsə də, Andre bu həyəcanlı şərhləri görməməzlikdən gəlir. Ekspedsiyanın müasir tələbələrinin əksəriyyəti Andrenin nikbinliyini, texnologiyanın gücünə inamını və təbiət qanunlarına etinasızlıqla yanaşmasının özünün və iki yoldaşı Nils Strindberg və Knut Frenkelinin ölümünə səbəb olan əsas hadisələr kimi görürlər.1897-ci ilin iyul ayında Andre, Strindberq və Frenkelin Svalbarddan ayrıldıqdan sonra hava şarı sürətlə hidrogen itirir və 2 gün sonra dəniz buzuna dəyərək qəzaya uğrayır.
Axal-Təkə ekspedisiyası
Axal-Təkə ekspedisiyası — Çar Rusiyasının 1880-1881-ci illərdə Türkmənistanda yaşayan Təkə tayfasına qarşı keçirən cəza yürüşü. == Tarixçəsi == Göytəpə işğal edildikdən sonra sağ qalan əhali üzərinə hücum başladı. Qaladan çıxan qadınların, qocaların və uşaqların bir hissəsi səhralara üz tutmuşdu. Göytəpə işğal edildikdən sonra sağ qalan əhali üzərinə hücum başladı. Qaladan çıxan qadınların, qocaların və uşaqların bir hissəsi səhralara üz tutmuşdu. Rus əsgərləri onları təqib edərək ya güllələyir, ya da doğrayırdılar. Səhra insan cəsədi ilə dolu idi. General Skobelevin əmri ilə əsgərlər bir canlıya da rəhm etmirdilər. Beləliklə Göytəpədə 20 min nəfər türkmən rus əsgərləri tərəfindən qətlə yetirildi. Bu qətllər elə qəddarlıqla həyata keçirilmişdi ki, rus tarixçiləri uzun illər bu barədə danışmamağa çalışırdılar.
Britaniyanın Tibet ekspedisiyası
Britaniyanın Tibet ekspedisiyası — (həmçinin Britaniyanın Tibetə hücumu) - 1903-1904-cü illərdə Britaniya imperiyasının Tibetə qarşı müstəmləkə təcavüzü aktı. Böyük Oyunun son mərhələsinin ən böyük hərbi ekspedisiyası. XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Rusiya və Britaniya imperiyaları arasında gərgin müstəmləkə və siyasi rəqabətin nəticəsində baş vermiş hadisə. Müdaxilə Britaniya Hindistan Ordusunun köməyi ilə həyata keçirilib. == Tarixi == XIX əsrin birinci yarısında Himalay əyalətlərində (Nepal, Butan və Sikkim) Britaniya təsirinin güclənməsi Hindistan və Tibet arasında daha sıx münasibətlərə səbəb oldu. 1886-cı ildə Lord Defering Kolman Maklayın ticarət ekspedisiyasını Tibetə göndərdi. Lakin bu ekspedisiya Sikkimdən kənara çıxmadı və Tzin sülaləsiinın tələbi ilə Hindistana qayıtmağa məcbur oldu. Bu cür vəziyyət qoşunları ilə Sikkimi işğal edən və Britaniya ərazisinə basqınlar törədən tibetliləri həvəsləndirdi. 1888-ci ildə hərbi ekspedisiya təşkil edildi. Tibetlilər məğlub edilərək Çumbi vadisidən qovuldu.
Min nəfərin ekspedisiyası
Min nəfərin ekspedisiyası (it. Spedizione dei Mille) — inqilabi general Cüzeppe Qaribaldinin 1860-1861 il kampaniyası. Min nəfərlik dəstə ilə İtaliyanın cənubuna enən Haribaldi, “Hər iki Siciliya krallığını” məğlubiyətə uğradır, nəticədə onun ərazisi Sardiniya krallığı tərəfindən zəbt olunur və birləşmiş İtaliya krallığına daxil olur. Ekspedisiya, “Sardiniya krallığının” baş naziri Kamillo Kavurun ilhamverdiyi, İtaliyanın birləşdirilməsi kampaniyasının bir hissəsi idi. 1860-cı ilin martında krallığ öz ərazisinə “Mərkəzi İtaliyanın birləşmiş vilayətlərini” birləşdirdi. Birləşmə kampaniyasının növbəti mərhələsi, Appenin yarımadasının güney hissəsini və Siciliyanı əhatə edən Hər iki Siciliya krallığının ərazisinin zəbt edilməsi idi. Ekspedisiya çox təhlükəli və riskli idi. Çünki ekspedisiya iştirakçılarını sayı cəmi min nəfər ikən qarşı tərəf olan İki Siciliya krallığı daha böyük nizami orduya və daha güclü donanmaya sahib idi. Lakin ekspedisiya uğurlu oldu və sonda keçirilən referendumla Siciliya, Cənubi İtaliya Sardiniya krallığına birləşdirildi, İtaliya krallığının yaradıldığı elan edildi. Ekspedisiya təşəbbüsü italyan millətinin "dörd qurucu ata"sı hesab edilən Haribaldi, Mazzini, II Viktor Emanuel və Kamillo Kavur tərəfindən ortaq olaraq hazırlanmışdı.
Mərkəzi Afrika ekspedisiyası
Mərkəzi Afrika ekspedisiyası — 1898-ci ildə Seneqaldan başlayan Fransa hərbi ekspedisiyası. Ekspedisiyanın məqsədi Çad gölü hövzəsini fəth etmək və Qərbi Afrikadakı bütün Fransa ərazilərini birləşdirmək idi. Eyni zamanda, Furo-Lami ekspedisiyası bu regiona şimaldan, Gentil ekspedisiyası isə cənubdan hərəkət etmişdir. == Zəmin == Ekspedisiya 1898-ci ilin noyabrında Dakardan başlamışdır. Ekspedisiyanın marşrutu Fransa Sudanından keçirdi. Ekspedisiya 50 Seneqal tiralyeri, 20 spahi, 30 tərcüməçi, həmçinin 400 köməkçi heyət və 800 yükdaşıyandan ibarət idi. Ekspedisiyaya doqquz avropalı zabit rəhbərlik edirdi. Onlar kapitan Pol Vule, onun adyutantı Jülyen Şanuen, artilleriya leytenantı Pol-Jül Joallan, leytenant Lüi Peto, dəniz piyadalarının leytenantı Mark Palye, həmçinin daha başqa tibb işçisi və üç komandir idi. Ekspedisiya tüfəng, pulemyot və artilleriya ilə yaxşı silahlanmışdı. Vule və Şanuen ekspedisiyadan iki il əvvəl Mosi krallıqlarının fəthində iştirak etmişdir və Afrikada döyüşmək təcrübəsinə sahib idilər.Ekspedisiya Pol Vulenin ideyası idi.
Terra Nova Ekspedisiyası
Terra Nova Ekpedisyası, rəsmi olaraq Britaniya Antarktika Ekspedisyası, 1910–1913 arasında baş tutan Antarktidaya bir ekspedisiya idi. Kapitan Robert Falcon Scottun rəhbərliyi altında ekspedisiya müxtəlif elmi və coğrafi hədəflərə sahib idi. Scott, 1901–1904-cü illərdə Kəşf Ekspedisiyasına rəhbərlik edərkən başladığı elmi işi davam etdirmək istədi və coğrafi Cənubi Qütbə ilk çatmaq istədi. Dörd yoldaşı ilə birlikdə 17 yanvar 1912-ci ildə Roald Amundsen başçılıq etdiyi bir Norveç komandasının otuz dörd gün əvvəl onlardan əvvəl olduğunu gördülər. Scott'un beş nəfərlik bütün partiyası dirəkdən qayıdış yolunda öldü; bəzi cəsədləri, jurnalları və fotoşəkilləri səkkiz ay sonra axtarış qrupu tərəfindən tapıldı. Təchizat gəmisinin adını daşıyan ekspedisiya, ictimai töhfələr və hökumət qrantı hesabına maliyyələşdirilən özəl bir iş idi. Təcrübəli dənizçiləri ekspedisiyaya göndərən Admiraltidən və Kral Coğrafiya Cəmiyyətindən (RGS) daha çox dəstək var idi. Ekspedisiyanın alimlər qrupu əhatəli bir elmi proqram həyata keçirdi, digər tərəflər isə Viktoriya Torpağı və Qərb Dağlarını araşdırdı. Kral VII Edvard Torpağının eniş və kəşfiyyatı uğursuz oldu. 1911-ci ilin iyun və iyul aylarında Crozier burnuna səyahət Antarktika qışının dərinliklərində ilk genişlənmiş xizək səyahətidir.
Çinin Aya ekspedisiyası
Çinin Aya ekspedisiya proqramı - Çin Milli Kosmos Administriyasının idarəçiliyində Aya edilən robotlaşdırılmış ekspedisiyalardır. Chang'e 1 gəmisinin fəaliyyəti 24 oktyabr 2007-ci ildə, Chang'e 2 gəmisinin fəaliyyəti isə 1 oktyabr 2010-cu ildə başladılıb. Chang'e 3 gəmisi 1 dekabr 2013-cü ildə fəaliyyətə başladı və 14 dekabr 2013-cü ildə Aya endi. Çinin Aya missiyalarının insanın Aya göndərilməsinə hazırlığı olaraq hesab edilir. Belə bir səyahət 2025-2030-cu illərdə baş verə bilər.
Çjen Xenin ekspedisiyası
Çjen Xenin ekspedisiyası (ənənəvi çincə 鄭 和 下 西洋, sadələşdirilmiş 郑 和 下 西洋, pinyin: Zheng He xia Shanxi, sanki: "Çjen Xe Qərb Okeanına gedir") - Min sülaləsindən olan imperatorlar Çju Di və Çju Çjantszinin dövründə böyük Çin donanmasının 1405-1433-cü illərdə Cənub-Şərqi Asiya və Hindistan okeanına yeddi səyahəti. Ekspedisiyanın rəhbərləri imperiya hərəmağaları ( "əsas səfirləri" çjenşi 正 使 rütbəsi ilə) və tək Çjen Xe və ya birlikdə Çjen Xe və Van Çzinxun idi. Donanma siya ətrafında ən mühüm ticarət yollarının izlədi, ilk üç səyahət zamanı Cənubi Hindistana, növbəti dörd səfəri zamanı isə Fars körfəzi sahilinə çatmışdı. Donanmanın ayrı ayrı eskadraları isə Ərəbistan dənizinin Ərəbistandakı və Afrika sahillərindəki bir çox limanını ziyarət etmişdi. Güman edilir ki, bu səyahət əsas məqsədi Min imperiyasının nüfuzunu artırmaq və dənizkanarı ölkələrin Çin sistemi ilə ənənəvi vassal münasibətlərinə daxil edilməsi idi. == Motivləri == XIV əsrin ilk yarısında Min İmperiyasının taxtında oturan imperatorlar Çju Di və onun nəvəsi Çju Çjanzinin dövrləri 300 il çəkən Min sülaləsi üçün son dərəcə qeyri-adi zaman kəsiyi idi. Sələfləri və xələfləri ilə müqayisədə Çju Di və Çju Çjanzinin rejimləri daha enerjili idilər, son dərəcə məsrəfli hərbi və diplomatik fəaliyyət göstərirdilər ki. bu da öz növbəsində Min dövlətinin nüfuzunun artmasına, daha da möhkəmlənməsinə öz töfhəsini verirdi. Çju Dinin iyirmi illik hakimiyyəti zamanı onun səfirləri Çinin bütün yaxın və uzaq qonşularına səfər etmiş, mümknü olarsa imperatorun hakimiyyətini tam, mümkün olmazsa isə formal olaraq qəbul edilməsinə çalışmışdılar.
Əlcəzair ekspedisiyası (1775)
Əlcəzair ekspedisiyası (1775) — iyul 1775-ci ildə keçirilən Əlcəzair Respublikasına ,bir sığınacaq, qarşı İspan Alejandro O'Reli (İrlandiya) marşalı əmrindəki İspan və Toskana qoşunlarının birgə ekspedisiyası. == Tarix == 1775-ci ildə İspan kralı Karl III pirat Əlcəzair Respublikasına qarşı çıxdı. 1 iyul eskadra Əlcəzairə yaxınlaşaraq qoşunlarını enişə hazırlamağa başladı. Amma güclü küləklər bir həftə boyunca enişi gecikdirdi. O vaxta kimi əlcəzairlər 100.000 qoşun yığmağı bacardılar. İyulun 8-də ispanlar hələ axının sol sahilinə endi. Əlcəzair tərəfə gedən yolu bağlamaq məqsdədi ilə ərəblər düşməni koldan ibarət ərazidə qarşıladılar. İspan ordusunun hücumu bir sıra qeyri-dəqiq və təcrübəsiz hücumlarda baş verib, heç bir nəticəyə gətirib çıxarmadı və İspan ordusu itkilər verdi. Qısa müddətdə böyük bir itkiyə uğradıqdan sonra, O'Relli Əlcəzairə qarşı hərəkətlərini dayandırmağa məcbur oldu və yalnız 600 nəfərin öldürüldüyü və təxminən 2 min yaralı və bütün silahları tərk edərək, gəmilərə qoşun göndərmək və Avropaya tərəfə yollanmağı bacardı. == Ədəbiyyat == “Алжирские экспедиции” , страницы 321, том 2.
Britaniyanın Həbəşistan ekspedisiyası
== Müharibəyə səbəb == XIX əsrin ikinci yarısında Efiopiya Afrikada öz müstəqilliyini qoruyan cox azsaylı dövlətlərindən biri idi. Bir necə Avropa ölkəsi onu öz koloniyası kimi görmək istəyirdi. 1860-cı illərdə Efiopiya Böyük Britaniya imperiyasının maraqina düşdü. O dövrdə Efiopiya imperator Teodros II tərəfindən idarə olunurdu. O, ölkəni gücləndirmə və birləşdirmə siyasətini həyata keçirdi. Oktyabr ayında 1862-cı ildə . Böyük Britaniya ilə müharibənin yaxınlaşdığını hiss edən Teodros II kraliça Viktoriyaya ittifaq təklifi ilə məktub göndərdi. Efiopiya imperatoru 2 il cavab gözlədi, amma cavab gəlmədi. İngiltərə hökuməti Efiopiya hökumətinə qarşı qəsdən həyasız və təxribatçı davranırdı. imperator Teodros II 1864-cü ildə kraliçadan cavab mektubu gözləmədən qəzəblə ingilislər daxil olmaqla bir neçə avropalıları həbs etdi (xüsusən missioner Henri Aaron Stern).
Amundsenin Cənub qütbünə ekspedisiyası
Amundsenin Cənub qütbünə ekspedisiyası (ing. Amundsen's South Pole expedition) — Coğrafi Cənub qütbünü fəth edən ilk ekspedisiyaya norveçli tədqiqatçı Roald Amundsen rəhbərlik etmişdir. 14 dekabr 1911-ci ildə o və dörd nəfər Terra Nova Ekspedisiyasının bir hissəsi sayılan, Robert Falkon Skottun başçılıq etdiyi ingilis səyahət dəstəsindən beş həftə əvvəl Cənub qütbünə çatmışdı. Amundsen və komandası öz bazalarına təhlükəsiz şəkildə qayıtdılar, ancaq sonra Skott və dörd yoldaşının geri dönüş yolunda öldüyü xəbərini eşitdilər. Amundsenin ilkin planları Arktikaya və ətraflı buzlarla örtülmüş gəmisiylə Şimal qütbünün fəthinə yönəlmişdi. O, bunun üçün Frityof Nansenin Fram qütb kəşfiyyat gəmisindən istifadə etməyə qərar verdi və tədqiqatın maliyyələşdirilməsi üçün də maddi dəstək axtarmağa başladı. Ancaq 1909-cu ildə Amundsenin rəqibi olan amerikalı səyyahlar Frederik Kuk və Robert Pirinin hər biri Şimal qütbünə çatdıqlarını iddia etdikləri zaman bu ekspedisiyaya hazırlıqlar dayandırıldı. Amundsen daha sonra planını dəyişdirdi və cənubi qütbünün fəthinə hazırlaşmağa başladı; ictimaiyyətin və tərəfdarlarının ona nə dərəcədə dəstək verəcəyinə dair qeyri-müəyyənlik səbəbiylə o, yenidən planlaşdırılmış bu sirri heç kimə açmadı. O, 1910-cu ilin iyun ayında yola çıxdıqda hətta ekipajını da hədəflərinin Arktika olduğuna inandırmış, yalnız Framın son dayanacaq limanı olan Madeyranı tərk edərkən əsl istiqamətlərinin Antarktika olduğunu etiraf etmişdi. Amundsen "Framheym" adlandırdığı öz Antarktika bazasını Böyük Buz səddindəki Balina buxtasında inşa edir.
Birinci Azərbaycan Antarktida ekspedisiyası
Birinci Azərbaycan Antarktida ekspedisiyası - 24 dekabr 2008-ci il tarixində Azərbaycan Ekologiya və Təbii Ehtiyatlar Naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseynqulu Bağırovun başçılıq etdiyi ilk Azərbaycan-Antarktida ekspedisiyası Bakıdan yola düşmüşdür. Havanın əlverişsiz olmasına baxmayaraq ekspedisiya üzvləri 2009-cu ilin 26 yanvar tarixində Cənub qütbünə çatmağa müvəffəq olmuşdur. Ekspedisiya üzvlərinin verdiyi məlumata görə Azərbaycan bayrağı ilk dəfə Antarktida ərazisində 12 yanvar 2009-cu ildə Vinson dağına sancılması ilə dalğalanmışdır. Cənub qütbünə isə ayın iyirmi altısı sancılır. Ekspedisiya təkcə elmi deyil, həm də idman, siyasi və rəmzi əhəmiyyət daşımışdır. Bununla belə ekspedisiyaçılar qrupu orta temperaturu təxminən - 35-40 °C olan şəraitdə 500-dən artıq müşahidə-ölçmə işləri aparmışdır. Ekspedisiya qarşıya qoyulan hədəflərə tam çatmışdır. == Maraqlı fakt == Cənub qütbünün yaxınlığındakı Amerikanın “Amundsen-Scott” bazasına dəvət olunan ekspedisiya üzvlərinə orada məlum olub ki, Azərbaycan ekspedisiyası islam, türk və MDB ölkələrindən Cənub qütbünə piyada, xizək və buzda yerimək üçün qırmaqlı çəkmədən istifadə etməklə çatan ilk qrupdur.
Birinci Rus Antarktika ekspedisiyası
Birinci Rus Antarktika ekspedisiyası — Faddey Bellinshauzen və Mixail Lazarevin başçılığı altında Cənub okeanı sularına altıncı materikin olub-olmamasını (Antarktida) dəqiqləşdirmək məqsədi ilə edilən ekspedisiya. == Kəşfdən öncə == Ceyms Kuk özünün ikinci dövü aləm səyahəti zamanı Cənub Qütb dairəsi sularına daxil olmuş və — 71° 10' c.e. qədər üzdükdən sonra buzlar onun hərəkətinə maneə olur. Ceyms Kuk belə fikir irləli sürür ki, ya altıncı materik yoxdur ya da ora getmək mümkünsüzdür. Onun bu fərziyyəsi səyyahları altıncı materikin axtarışı fikrindən daşındırmışdır. Kük öz ekspedisiyanın nəticələri incələyərkən yazırdı: «Mən cənub yarımkürəsində yerləşən, okean sularının ucqar enliklərə qədər üzərək altıncı materikin mövcudluğunu inkar edirəm, lap belə mövcud olsa o ancaq qütb enliklərinə yaxın, gəmilərin üzə bilməcəyi yerdə yerləşə bilər.». 31 mart 1819-ci ildə İvan Fyodoroviç Kruzenştern Dəniz naziri olan İvan Traverseyə göndərdiyi məktubda qütb sularında araşdırmaların gərəkliyi barədə bildirir. Məktubda Kruzenştern Cənub və Şimal qütlərinə iki ekspedisiyanın hazırlanmasını təklif edir. Hər ekspedisiyaya iki gəminin qoşulması planlaşdırılırdı. Xüsusi ilə Cənub qütbünə təşkil olunacaq ekspedisiyaya böyük əhəmiyyət verirdi.
Rusiyanın Yaponiya ekspedisiyası (1792)
Rusiyanın Yaponiyaya ilk ekspedisiyası — 1792-1793-cü illərdə leytenant Adam Laksmanın başçılıq etdiyi heyət tərəfindən həyata keçirilmiş ekspedisiya. Təbiətşünas Erik Laksman tərəfindən təşkil olunan və İmperatriça II Yekaterina tərəfindən göndərilən Yaponiya ekspedisiyasının məqsədi qəzaya uğramış yapon dənizçiləri Yaponiyaya qaytarmaq kimi göstərilmişdi. Lakin əsl məqsəd Yaponiya haqqında informasiya toplamaq və ticarət əlaqələri qurmağın mümkünlüyünü yoxlamaq idi. "Ekaterina" gəmisinin heyətindən ibarət olan ekspedisiya səyahət boyunca Nemuro, Hakodate və Matsumae şəhərlərində olmuşdur. Ekspedisiyada Laksmanla yanaşı, naviqator Vasili Lovtsov, Oxot komendantının oğlu Vasili Kox, tərçüməçi Yeqor Tuqolukov, serjant İvan Trapeznikov, tacirlər Vlas Babikov və İvan Polnomoşnyi kimi şəxslər iştirak etmişdir. Yaponiya hökuməti ruslara qarşı qonaqpərvərliklə davransa da, diplomatik əlaqələr qurmaqdan və ticarət etməkdən imtina etmişdirlər. Laksman Naqasaki limanına daxil olmaq üçün icazə sənədi alsa da, bu sənəddən istifadə etmədən Yaponiyaya qayıtmış və ekspedisiya öz məqsədinə çatmamışdır. Nikolay Rezanovun Naqasaki limanına daxil olmaq üçün cəhd göstərdiyi 1804-cü ilə qədər başqa bir rus ekspedisiyası baş tutmamışdır. == Marşrutu == === Nemuro === Həmin dövrdə Yaponiyanın izolyasiya şəraitində olmasına baxmayaraq, Adam Laksman və başçılıq etdiyi "Ekaterina" gəmisinin heyəti 9 oktyabr 1792-ci ildə Hokkaydonun Nemuro limanında qonaqpərvərliklə qarşılanmış, qışı burada keçirmişdirlər. Rusların gəlişi Nemuro, Matsumae və Edodakı rəsmilər arasında qızğın müzakirələrə səbəb olsa da, onları təəccübləndirməmişdi.
Britaniya Antarktika ekspedisiyası (1907-1909)
Britaniya Antarktika ekspedisiyası (1907-1909) (ing. The British Antarctic Expedition 1907–09), həmcinin «Nimrod» ekspedisiyası (ing. Nimrod Expedition) — Ernest Şelktonun təşkil etdiyi üç ekspedidiyadan birincisi. Ernest Şelktonun hədəfi cənub qütbünə çatmaq olsada düzgün olmayan taktika və məsafənin düzgün hesablanmaması səbəbindən məqsədə nail olunmamışdır. Ekspedisiya Şelktonun rəyisi olan Robert Skottun təzyiqi şəraitində həyata keçirilirdi. Ancaq məhz Robert Skott 17 yanvar 1912-ci ildə cənub qütbünə çatmışdır. Bu ekspedisiya isə Antarktida haqqında geniş məlumat verməklə kifayətlənmişdir. Ekspedisiya üzvləri ilk dəfə Transantarktik dağlarıını aşaraq Cənubqütb platosuna çatmışlar. Bununla yanaşı onlar Birdmor buzlağını kəşf etmişlər. Şimal qrupu isə ilk dəfə olaraq cənub maqnit qütbünə çatmışlar.
Almanların Antarktida ekspedisiyası (1938-1939)
Almanların Antarktida ekspedisiyası (1938-1939) — alman dəniz kapitanı Alfred Ritscher (1879–1963) tərəfindən rəhbərlik edilən ekspedisiya nəzərdə tutulur. Ekspedisiya alman dövləti tərəfindən təşkil edilən rəsmi üçüncü Antarktida ekspedisiyasıdır. Ekspedisiya Herman Görinqin nəzərdə tutduğu dörd illik planın bir hissəsi kimi həyata keçirilmişdir. Dövlət rəsmilərindən biri olan Helmuth Vohlthat bu planın hazırlanmasına məsul şəxs təyin edilmişdir. Ekspedisiyanın həyata keçirilməinin əsas səbəbi iqtisadi maraqlar idi. Çünki alman dövləti sənaye, yemək və pəhriz yağlarından olan xarici asılılığı ortadan qaldırmağa çalışırdı. Buna görə də, ekspedisiya qarşısına Antarktida alman balina ovlama məntəqəsinin əsaslarını qoymaq, orada balıq ovlanma potensialını araşdırmaq hədəfləri qoyulmuşdu. Hazırlıqlar ciddi məxfilik şəraitində aparılıb, çünki müəssisəyə həmçinin 20° Qərb və 20° Şərq arasında bölgədə Antarktika ərazisinin gələcək işğalı üçün texniki-iqtisadi qiymətləndirmə aparmaq tapşırılıb. == Hazırlıqlar == 1938-ci ilin iyulunda kapitan Alfred Ritscherə hazırlıqlara başlamaq icazə verildi. O, bir neçə ay ərzində ekspedisiyaya lazım olan alətlərin, logistikanın və təşkilatı məsələlərin həll edilməsi ilə məşğul oldu.
Britaniyalıların Alp dağlarına Hannibal ekspedisiyası
Britaniyalıların Alp dağlarına Hannibal ekspedisiyası — 1959-cu ildə baş vermiş eksperimental arxeologiya hadisəsi. Ekspedisiyaya rəhbərlik edən britaniyalı mühəndis Con Hoytun məqsədi İkinci Pun müharibəsi zamanı e.ə. 218-ci ildə Hannibalın əfsanəvi şəkildə Alp dağlarını keçməsini yenidən canlandırmaq olmuşdur. Ekspedisiya üzvləri Turindəki zooparkın verdiyi dişi fil olan Jumbo ilə birlikdə uğurlu bir şəkildə Fransadan Alp dağlarının Kol du Mon Cenis zirvəsi vasitəsiylə İtaliyaya daxil olmuşdurlar. == Zəmin == E.ə. 264 — e.ə. 241-ci illəri əhatə edən Birinci Pun müharibəsindən sonra Karfagen məğlub olsa da, Hamilkar Barka Karfagen üçün İberiya yarımadasında ciddi ölçüdə torpaq qoruya bildi. İkinci müharibənin başlanğıcında, yəni e.ə. 218-ci ildə Hamilkarın oğlu Hannibal çox gümanki 50 min döyüşçüdən və 37 fildən ibarət ordusunu götürərək Hispaniyadan (müasir İspaniya) İtaliyaya yürüşə başladı. Onun bu yürüşü 15 il davam edəcəkdi.
Tibetə alman ekspedisiyası (1938-1939)
Tibetə alman ekspedisiyası (1938–1939) — 1938-ci ilin aprel ayından 1939-cu ilin avqustuna qədər Tibetdə aparılmış alman ekspedisiyası nəzərdə tutulur. Ekspedisiyaya alman zooloq ve SS-in zabiti Ernst Şefer rəhbərlik etmişdir. == Ekspedisiya fikri == Nasistlərin Reichsführer-SS-i Henrix Himmler Ernst Şaferin həm alim, həm də kəşfçi kimi reputasiyasından Nasist propaqandası üçün yararlanmaq istəyirdi. Onda bu fikirlər Ernstin 1930–1931-ci illəri əhatə edən Çinə və Tibetə etdiyi ilk ekspedisiyasından sonra meydana çıxmış, 1934–1936-cı illəri əhatə edən ikinci ekspedisiyasından sonra daha da güclənmişdir. Himmler Ernstdən gələcək planları barədə soruşmuş, Ernst də Tibetə yeni ekspedisiya etmək fikrinin olduğunu, bu ekspedisiyanın isə Almaniya Xarici İşlər Nazirliyinin və ya Alman Araşdırma Fondunun mədəniyyət şöbəsinin himayəsi altında həyata keçirilməsini istədiyini bildirdi. Asiya mistikasına heyran olan Himmler SS Ahnenerbe (SS Soykök İrsi Cəmiyyəti) himayəsi altında bu ekspedisiyanın həyata keçirilməsini istəyirdi. Himmler Ernstdən Hanns Hörbigerin prevdo-elmi nəzəriyyəsi olan və SS Ahnenerbe tərəfindən təkmilləşdirilən "Glacial Cosmogony"ə əsaslanan araşdırma aparılmasını istəyirdi, lakin Ernstin elmə əsaslanan istəkləri var idi, buna görə də, bu nəzəriyyənin nümayəndəsi kimi tanınan Edmund Kissi öz komandasına qəbul edilməsini rədd edib elmi azadlığın təmin edilməsi üçün 12 şərt irəli sürdü. Ahnenerbenin təmsilçisi Volfram Sievers bundan sonra ekspedisiyanın hədəfləri barədə naraht olduğunu bildirərək onu tənqid etdi. Beləliklə, ekspedisiyanın Ahnenerbe tərəfindən təşkil edilməsi fikri ortadan qalxdı. Himmler isə ekspedisiyanın təşkil edilməsi üçün bütün üzvlərin SS-dən olması şərtini irəli sürürdü.
K2-yə Amerikan Karakorum ekspedisiyası (1938)
1938-ci il tarixli Amerikan Karakorum ekspedisiyası, daha düzgün şəkildə "Birinci Amerika Karakorum ekspedisiyası" adlandırılan qrup dünyanın ikinci ən yüksək dağı olan 8.611 m Çoqori (həmçinin K2 adlanır) zirvəsinə çatmaq üçün bir neçə marşrutu araşdırdı. Çarlie Houston kiçik və xoşbəxt bir alpinist qrupa liderlik edirdi. Abruzzi silsiləsinin ən əlverişli yol olduğuna qərar verdikdən sonra 19 iyul 1938-ci il tarixdə 7500 m məsafədə silsilənin yüksəkliyinə qədər yaxşı irəliləyiş əldə etdilər. Lakin o vaxta qədər tədarükləri azaldı, qida çatışmırdı və musson yaxınlaşırdı. Houston və Paul Petzoldt zirvəyə bacardıqları qədər yaxınlaşmaq üçün son bir təkan verməli olduqlarına və sonra qrupun qalan hissəsilə orada qovuşacaqlarına qərar verildi. 21 iyulda cütlük təxminən 7.900 m yüksəkliyə çatdı. Əlverişli hava şəraitində daha yüksək düşərgə üçün uyğun bir yer və zirvəyə gedən aydın bir yol müəyyən edə bildilər. Ekspedisiya uğurlu sayılırdı və heç kim ciddi xəsarət almamışdı. Abruzzi silsiləsinə qədər uyğun bir yol ətraflı araşdırılmış, çadırlar üçün yaxşı yerlər tapılmışdı (gələcəkdə bir çox ekspedisiyalarda istifadə ediləcək yerlər idi) və dırmanmanın texniki cəhətdən ən çətin hissəsini 6700 m məsafəni "Evin bacası" ("House's Chimney" -iki saatlıq qaya üzərinə çıxmağa rəhbərlik edən Bill Houseun adı ilə əlaqəlidir) qədər müəyyənləşdirmişdilər. Komandanın ortaq şəkildə yazdığı "Five Miles High" (Bates & Burdsall 1939) kitabı da uğurlu hesab olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.30 dəfə / 1 mln.
2003 •••••••••••••••• 4.72
2004 •••••••• 2.36
2005 •••••••••••••••••••• 6.07
2006 ••••••••••••••••• 5.18
2007 •••••••• 2.33
2008 ••••••• 1.95
2009 ••••••••••••• 3.68
2010 ••••••••• 2.63
2011 •••••••••••••• 4.03
2012 •••••••••••••••••••• 6.11
2013 ••••••• 2.04
2014 •••••• 1.54
2015 •••••••••• 2.89
2016 •••••••• 2.26
2017 ••••••••••• 3.09
2018 •••••••••••• 3.45
2019 ••••••••••• 3.34
2020 ••••••• 1.86

"ekspedisiyası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ekspedisiyası nədir? #ekspedisiyası sözünün mənası #ekspedisiyası nə deməkdir? #ekspedisiyası sözünün izahı #ekspedisiyası sözünün yazılışı #ekspedisiyası necə yazılır? #ekspedisiyası sözünün düzgün yazılışı #ekspedisiyası leksik mənası #ekspedisiyası sözünün sinonimi #ekspedisiyası sözünün yaxın mənalı sözlər #ekspedisiyası sözünün əks mənası #ekspedisiyası sözünün etimologiyası #ekspedisiyası sözünün orfoqrafiyası #ekspedisiyası rusca #ekspedisiyası inglisça #ekspedisiyası fransızca #ekspedisiyası sözünün istifadəsi #sözlük