Ekspertlər şurası
Mütəxəssislər Şurası (fars. مجلس خبرگان رهبری; Rom: Məclis-i Hubregan-i Rəhbəri) — İranın Ali Rəhbərini seçən, onun fəaliyyətinə nəzarət edən və onu vəzifəsindən azad edə bilən yeganə konstitusiya orqanı.
Mütəxəssislər Şurası səkkiz ildən bir birbaşa xalq tərəfindən seçilən səksən səkkiz ruhanidən ibarətdir. Mütəxəssislər Şurasına seçiləcək namizədlərin lazımi keyfiyyətlərə malik olub-olmaması üzvlərinin yarısının İranın Ali Rəhbəri tərəfindən təyin olunduğu Konstitusiyanın Müdafiəsi Şurası tərəfindən yoxlanılır və təsdiq edilir. Məhz buna görə də, şura bu günə qədər Ali Dini Rəhbərin fəaliyyətinə heç bir vaxt nəzarət həyata keçirməmişdir. Mütəxəssislər Şurasının hal-hazırkı sədri 21 may 2024-cü ildən Əli Müvəhhidi-Kirmanidir.