ekspressionizm sözü azərbaycan dilində

ekspressionizm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ekspressionizm • 75.6757%
  • Ekspressionizm • 24.3243%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ekspressionizm
Ekspressionizm (fr. expressionnisme – ifadə) — XX əsrin əvvəllərində Avropa ədəbiyyatı və incəsənətində ədəbi cərəyan. Xırda burjua təbəqələrinin insan həyatını və onun mənəvi aləmini eybəcərləşdirən ictimai ədalətsizliyə, müharibəyə qarşı anarxist-fərdiyyətçi etirazının ifadəsi kimi meydana gəlmiş, Birinci dünya müharibəsindən sonra Almaniya və Avstriyada xüsusilə geniş yayılmışdı. Subyektiv idealizm-ə saslanan ekspressionizm nümayəndələri sənətkarın fərdi aləminin ifadəsini obyektiv varlığın real təsvirinə qarşı qoyurdular. Bu isə xarici aləmin, obrazların təhrif olunmasına, bədii forma eybəcərliyinə gətirib çıxarırdı. Poeziyada ekspressionizm (İ. Bexer, F. Varfel) mücərrəd obrazlar, sözlərin bəzən mənaca mahiyyətini itirməsi, dilin ifadəliliyinə həddindən artıq aludəçiliklə xarakterizə olunur. Nəsrdə (məs. Frans Kafkanın roman və hekayələri) əsasən ağlasığmaz təsvirlər, məntiqi əlaqəsi olmayan, yuxunu xatırladan hadisələrin təsviri əsas yer tutur. Cərəyan məşhur dramaturqlar V. Hazenklever, G. Kayzer, K. Şternheym, E. Toller və b.-nın yaradıcılığına böyük təsir göstərmişdir. == Azərbaycanda ekspressionizm == Qobustan sal qayaları üzərində yallı tutanların ilk baxışda bəsit, sxematik görünən təsvirlərini araşdıranda məlum olur ki, sənətkar rəqqasların qol-qıçlarını hədsiz dərəcə uzatmaqla onların ildırım sürətli hərəkətini təcəssüm etməyə nail olmuşdur.
Abstrakt ekspressionizm
Abstrakt ekspressionizm (ing. abstract expressionism) — amerikan rəssamlığında II Dünya Müharibəsindən sonra ortaya çıxan və Nyu-Yorkda yaranan rəssamlıq hərəkatı. Abstrakt ekspressionizm termini amerikan rəssamlığına ilk dəfə 1946-cı ildə rəsm tənqidçisi Robert Kotes (1897-1973) tərəfindən aid edilmiş, lakin ilk olaraq 1919-cu ildə "Der Sturm" jurnalında alman ekspressionizmini ifadə etmək üçün işlədilmişdir. ABŞ-də bu termini ilk dəfə 1929-cu ildə Alfred Barr Vasili Kandinskinin əsərlərini təsvir etmək üçün istifadə etmişdir. Abstrakt ekspressionizm qeyri-həndəsi ştrixlər, böyük fırçalar istifadə edərək, emosiyaları tam üzə çıxarmaq üçün bəzən rəngləri kətan üzərinə damladaraq sürətlə və böyük lövhələrdə rəsm çəkən rəssamların məktəbi və ya hərəkatıdır. Bu hərəkatda ekspressiv rəngləmə metodu rəsm çəkməklə eyni mənanı daşıyır. Belə yaradıcılıq üslubunda rəssamın məqsədi öz daxili dünyasını, şüuraltını məntiqi təfəkkürlə izah edilməyən xaotik formalarda qəfil ifadə etməkdir. Bu hərəkatın ilkin fazası olan abstrakt sürrealizm (abstract surrealism) 1940-cı illərdə Andre Bretonun ideyaları əsasında yaranmışdır. Onun əsas tərəfdarları amerikan rəssamları Hans Hofman, Arşil Qorki, Adolf Qotlib və başqaları idilər. 1950-ci illərdə Cekson Pollok, Mark Rotko və Villem de Kuninqin bu hərəkatın başına keçməsilə o geniş miqyas qazandı.

ekspressionizm sözünün leksik mənası və izahı

  • 1 [fr.] Burjua incəsənəti və ədəbiyyatında XX əsrin birinci yarısında meydana gəlmiş cərəyan (bu cərəyan tərəfdarları, sənətkarın öz daxili aləmini, onun subyektiv yaradıcılıq təəssüratını ifadə etməyi əsas vəzifə hesab edirdilər).

    Azərbaycan dilinin izahlı lüğəti / ekspressionizm

ekspressionizm sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. экспрессионизм (направление в искусстве и литературе первой половины XX в., провозглашавшее основной задачей выражение внутреннего мира художника, субъективных переживаний) II прил. экспрессионистический, экспрессионистский. Ekspressionizm cərəyanı экспрессионистическое направление

    Azərbaycanca-rusca lüğət / ekspressionizm

Oxşar sözlər

#ekspressionizm nədir? #ekspressionizm sözünün mənası #ekspressionizm nə deməkdir? #ekspressionizm sözünün izahı #ekspressionizm sözünün yazılışı #ekspressionizm necə yazılır? #ekspressionizm sözünün düzgün yazılışı #ekspressionizm leksik mənası #ekspressionizm sözünün sinonimi #ekspressionizm sözünün yaxın mənalı sözlər #ekspressionizm sözünün əks mənası #ekspressionizm sözünün etimologiyası #ekspressionizm sözünün orfoqrafiyası #ekspressionizm rusca #ekspressionizm inglisça #ekspressionizm fransızca #ekspressionizm sözünün istifadəsi #sözlük