Ekvatorial sözü azərbaycan dilində

Ekvatorial

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Ekvatorial • 66.4207%
  • ekvatorial • 33.5793%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ekvatorial Qvineya
Ekvatorial Qvineya — Afrikada dövlət. Mərkəzi Afrikada yerləşən və Atlantik Okeanına çıxışı olan Afrikanın ən kiçik ölkələrindən biridir. Ərazisi materik hissəsindən və beş adadan ibarətdir. Ölkənin materikde yeləşən hissəsi Mbini adlandırılır və bu hissəsi ilə şimaldan Kamerun, şərqdən və cənubdan Qabon ilə həmsərhəddir və qərb sərhədlərini Atlantik Okeanının suları yuyur. Ölkənin paytaxtı Malabo adaların ən böyüyü olan Biokoda yerləşir. Adına baxmayaraq, Ekvatorial Qvineyanın heç bir hissəsi ekvator xətti ilə kəsişmir. Bununla belə, onun ikinci böyük adası olan Annobon adası ekvatordan 155 km (96 mil) cənubda, ölkənin qalan hissəsi isə şimalda yerləşir. == Coğrafiya == Afrika qitəsinin ən kiçik ölkələrindən biri olaraq ölkə 28.051 km²-lik bir sahəyə malikdir. Bu sahədən 26.000 km²-i materikdə olduğu halda, geri qalan sahəsini adaları təşkil edir. Adalar içərisində də Bioko 2017 km² ilə ən böyük adasıdır.
Ekvatorial əkscərəyanı
Ekvatorial əks cərəyanı və ya Passatlararası cərəyan — güçlü əks küləklər Şimal Passat cərəyanı ilə Cənub Passat cərəyanı arasında müşahidə edilir. Bu cərəyana dünya okeanının (Sakit okean, Atlantik okean və Hind okeanın) bütün ekvatorial qurşağında rast gəlinir. Sakit, Atlantik və Hind okeanlarında bu cərəyanın mövcudluğu hələ XIX əsrdən məlumdur. Passatlar arasında yerləşməsi ilə əlaqədar Passatlar arası adını almışdır. Sakit okeanda əks cərəyan Kromvel cərəyanı, Atlantik okeanda isə Lomonoson cərəyanıdır. Bu cərəyanlar ensiz olubşərqdən qərbə yönəlirlər. Passat küləkləri zəiflədiyi zaman cərəyan okeanın səthinə qalxır və bunu müşahidə etmək mümkündür.
Ekvatorial Qvineya Respublikası
Ekvatorial Qvineya — Afrikada dövlət. Mərkəzi Afrikada yerləşən və Atlantik Okeanına çıxışı olan Afrikanın ən kiçik ölkələrindən biridir. Ərazisi materik hissəsindən və beş adadan ibarətdir. Ölkənin materikde yeləşən hissəsi Mbini adlandırılır və bu hissəsi ilə şimaldan Kamerun, şərqdən və cənubdan Qabon ilə həmsərhəddir və qərb sərhədlərini Atlantik Okeanının suları yuyur. Ölkənin paytaxtı Malabo adaların ən böyüyü olan Biokoda yerləşir. Adına baxmayaraq, Ekvatorial Qvineyanın heç bir hissəsi ekvator xətti ilə kəsişmir. Bununla belə, onun ikinci böyük adası olan Annobon adası ekvatordan 155 km (96 mil) cənubda, ölkənin qalan hissəsi isə şimalda yerləşir. == Coğrafiya == Afrika qitəsinin ən kiçik ölkələrindən biri olaraq ölkə 28.051 km²-lik bir sahəyə malikdir. Bu sahədən 26.000 km²-i materikdə olduğu halda, geri qalan sahəsini adaları təşkil edir. Adalar içərisində də Bioko 2017 km² ilə ən böyük adasıdır.
Ekvatorial iqlim qurşağı
== Ekvatorial iqlim qurşağı == Ekvatorial iqlim qurşağı tam zolaq yaratmır. Ilboyu ekvatorial hava kütləsi hakimdir. Günəş radiasiyasının miqdarı az dəyişdiyindən fəsillər bilinmir, daima yaydır. Günəşin düşmə bucağı böyük, hava qalxan hərəkətlidir. Ilboyu temperatur +26 — +28 °C-dir. Təzyiq alçaqdır. Hər gün hava buludlu və yağıntılı olur. Sıx çay şəbəkəsi mövcuddur. Yağıntıların çox olmasının əsas səbəbi bu zonada okeanların çox geniş sahə tutmasıdır. Məlum olduğu kimi,atmosferin umumi hava dövrani bir çox səbəblərdən , xüsusi ilə suyun və qurunun qeyri-bərabər paylanması amilinin təsiri ilə pozulur.
Ekvatorial keçidi (boğaz)
Ekvatorial keçidi — Maldiv adaları arasında yerləşən Suradiv və Addu atolları arasında yerləşir. Adı ekvator xətti üzərində yerləşməsi ilə əlaqədardır. Qədim fransız xəritələrində "Courant de Addoue" adlanır. Maldiv dilində isə Addu-Kandu adlandırılır. Eni 85 km, dərinliyi 2421 m təşkil edir. Boğaz ərazisində axınlar qışda qərbə, yayda isə şərqə istiqamətlənir. Axının sürəti 2 km/s təşkil edir. == Ədəbiyyat == Divehiraajjege Jōgrafīge Vanavaru. Muhammadu Ibrahim Lutfee. G.Sōsanī.
Rütubətli ekvatorial meşələr
Ekvatorial meşələr (Cəngəlliklər) — Ekvatorial və subekvatorial qurşaqlarda yerləşən həmişəyaşıl, enliyarpaqlı meşə zonasıdır. Burada hava daim isti və yağışlıdır. Temperatur və fəsillər dəyişmədiyi üçün ağaclar yarpaqlarını tökdükcə yeniləri əmələ gəlir. Buna görə də belə meşələr həmişəyaşıldır. Ekvatorial meşələrdə ağaclar olduqca hündür, iriyarpaqlı və sıx olur. İçəri gün düşmədiyindən bura daim qaranlıq və səssizdir. Rütubətliliyin və yağıntının bolluğundan meşədə gölməçələr yaranır. Buna görə də meşə sakinləri əsasən ağacda yaşayır. Ekvatorial meşələr çox yarusludur (mərtəbəlidir). Yaruslar arası ilə lianlar sarmaşaraq "tor" əmələ gətirir və içəri günəş işığının düşməsinin qarşısını alır.
Azərbaycan–Ekvatorial Qvineya münasibətləri
Azərbaycan–Ekvatorial Qvineya münasibətləri — Azərbaycan Respublikası ilə Ekvatorial Qvineya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin noyabr ayının 11-də qurulmuşdur.

ekvatorial sözünün leksik mənası və izahı

ekvatorial sözünün rus dilinə tərcüməsi

  • 1 прил. экваториальный (находящийся на экваторе или близ экватора; тропический). Ekvatorial iqlim экваториальный климат, ekvatorial küləklər экваториальные ветры, ekvatorial ölkələr экваториальные страны

    Azərbaycanca-rusca lüğət / ekvatorial

ekvatorial sözünün inglis dilinə tərcüməsi

ekvatorial sözünün fransız dilinə tərcüməsi

ekvatorial sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat.] прил. геогр. экватордин; экватордиз талукь тир; экватордиз мукьва тир; экватордин районриз хас тир.

    Azərbaycanca-ləzgicə lüğəti / ekvatorial

Oxşar sözlər

#ekvatorial nədir? #ekvatorial sözünün mənası #ekvatorial nə deməkdir? #ekvatorial sözünün izahı #ekvatorial sözünün yazılışı #ekvatorial necə yazılır? #ekvatorial sözünün düzgün yazılışı #ekvatorial leksik mənası #ekvatorial sözünün sinonimi #ekvatorial sözünün yaxın mənalı sözlər #ekvatorial sözünün əks mənası #ekvatorial sözünün etimologiyası #ekvatorial sözünün orfoqrafiyası #ekvatorial rusca #ekvatorial inglisça #ekvatorial fransızca #ekvatorial sözünün istifadəsi #sözlük