Eldorado sözü azərbaycan dilində

Eldorado

Yazılış

  • Eldorado • 94.2308%
  • eldorado • 5.7692%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Eldorado
Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Eldorado (isp. El Dorado - qızıldan olan) — Amazon çayı hövzəsində yerləşdiyi iddia olunan əfsanəvi şəhər. Əfsanəyə görə, bu şəhərdə hər şey qızıldan hazırlanıb. El Hombre Dorado (qızıl adam), El İndio Dorado (qızıl hindu), və ya El Rey Dorado (qızıl kral), Avropalılıar tərəfindən Kolumbiyada yerli qəbilənin başçısı olan Muiskaya verilən addır. Muiska qızıla çox həris bir insan olmuş və rəvayətə görə özünü qızıl tozu ilə örtmüşdür. El Dorado bu əfsanəvi qızıl kralın imperatorluğu kimi təsvir olunaraq yer anlayışına çevrilmişdir. == Ədəbiyyatda == Eldorado ədəbiyyatda məcazi mənada insanların ömürləri boyu axtardığı bir şeyi təsvir etmək üçün işlədilir. Bu əsl sevgini, cənnəti, xoşbəxtliyi və ya uğuru təmsil edə bilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.18 dəfə / 1 mln.
2008 •••••• 0.24
2009 •••••••• 0.32
2011 •••••••••••••••••••• 0.86
2012 ••• 0.09
2015 •••• 0.17
2016 ••••• 0.17
2019 •••••••••• 0.42
2020 •••• 0.13

eldorado sözünün etimologiyası

  • 1 Hindistana getdiyini zənn edən Kolumb qərb istiqamətinə üz tutanda ilk növbədə orada var-dövlət qazanacağına ümid bəsləyirdi. Ondan sonrakı dövrlərin bir çox tədqiqatçıları da buna ümid edirdilər. Onlardan bəziləri hətta istəklərinə çatdılar. Bundan sonra avropalı səyyahlar bitməz-tükənməz sərvətlər haqda danışılan hər nağılı ciddi qəbul edirdilər; məsələn, müasir Kolumbiya ərazisində yaşayan bir hindu qəbiləsinin başçısı haqda əfsanə dildən-dilə gəzirdi. Onun bayramlarda bədəninə müxtəlif yağlar sürtdüyü, sonra vücudunu qızılla bəzədiyi deyilirdi. Bayram qurtardıqda isə gölə girərək bədənindəkiləri yuması və digər qiymətli əşyaların da həmin gölə atıldığı söylənilirdi. Bu qəbilə başçısının adı El Dorado (qızılla örtülü) imiş. Tədricən bu rəvayət şəklini dəyişdi və Eldorado (yaxud El Dorado) deyəndə artıq təkcə adam yox, həm də yer nəzərdə tutulurdu. Guya ucu-bucağı görünməyən qızıl və daş-qaşla zəngin xəyali bir ölkəni Eldorado adlandırmağa başladılar. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / eldorado

Oxşar sözlər

#eldorado nədir? #eldorado sözünün mənası #eldorado nə deməkdir? #eldorado sözünün izahı #eldorado sözünün yazılışı #eldorado necə yazılır? #eldorado sözünün düzgün yazılışı #eldorado leksik mənası #eldorado sözünün sinonimi #eldorado sözünün yaxın mənalı sözlər #eldorado sözünün əks mənası #eldorado sözünün etimologiyası #eldorado sözünün orfoqrafiyası #eldorado rusca #eldorado inglisça #eldorado fransızca #eldorado sözünün istifadəsi #sözlük