Electro sözü azərbaycan dilində

Electro

Yazılış

  • Electro • 91.4894%
  • electro • 4.2553%
  • ELECTRO • 4.2553%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Baku Electronics
Baku Electronics — Azərbaycanda elektronika, mebel, nəqliyyat satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkəsi. Baku Electronics 1994-cü ildə pərakəndə, avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərən "NAB Holding"-in bir parçası olaraq Azərbaycanda yaradılıb. Hazırda Respublika üzrə 30 mağazada 60-dan çox rəsmi distribütoru olduğu brendlərin satışını həyata keçirir."Baku Electronics" Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi kimi markaların rəsmi distribütoru, Apple brendinin isə rəsmi satış təmsilçisidir. == Tarixi == Baku Electronics şirkəti 1994-cü ildə Türkiyədə yerləşən "NAB Holdinq" tərəfindən Azərbaycanda yaradılıb. İlk mağazanın fəaliyyətə başlamasından 1 il sonra 1995-ci ildə "Samsung Electronics"-in Azərbaycanda rəsmi distribütoru oldu. 2001-ci ildən etibarən "Groupe SEB" şirkətlər qrupunun "Tefal", "Moulinex", "Rowenta", "Krups" kimi şirkətlərini rəsmi distribütoru oldu. 2007-ci ildə isə "Lagostina"-nın rəsmi distribütoru oldu. == Loqo == Loqodakı əsas rəng (qırmızı) yenilik, müasirlik, dinamika və təravət göstəricisidir. Qırmızı rəng "Baku Electronics"-in müasir reklam kampaniyalarını, dinamik şəkildə böyüyən mağazalar şəbəkəsini və daim yenilənən məhsul siyahısını təmsil edir. == Mağaza Sayı == Hazırda "Baku Electronics" mağaza şəbəkəsi Bakı və ətraf kəndlər, Xırdalan, Sumqayıt, Bərdə, Gəncə, İsmayıllı, Lənkəran, Mingəçevir, Quba, Şəki, Şəmkir, Xaçmaz bölgələrində 30-dan artıq mağazası ilə fəaliyyət göstərir.
E3 (Electronic Entertainment Expo)
Electronic Entertainment Expo (E³) (2006-2008-ci illər ərzində:E³ Media and Business Summit) — hər il keçirilən videooyun sərgilərindən biridir. Bu sərgidə videooyun hazırlayanlar hazırladıqları oyunları sərgidə nümayiş etdirirlər. Sər hər il Kaliforniyanın San-Xose şəhərində may ayında keçirilir. Sərginin sonunda heç kəsdən asılı olmayan komissiya tərəfindən "Game Critics Awards" mükafatı verilir..
Electronic Arts
Electronic Arts (EA) — oyun distribütoru, istehsalı və nəşri ilə məşğul olan ABŞ şirkəti. Şirkət 1982-ci ilin 28 may tarixində, Trip Hokins tərəfindən yaradılıb və oyun industriyasında ilk şirkətlərdən biri olub. "EA" şirkəti oyunlar üzərində işləyən insanları — dizayner və proqramçıları məşhurlaşdıraraq digərlərindən fərqlənib. Şirkətin ilk kapitalı Trip Hokins tərəfindən verilən 200 min ABŞ dolları olub. Həmin vaxtlar şirkət "Amazin' Software" adlanıb.
Electronic Arts tərəfindən alınan şirkətlərin siyahısı
Electronic Arts — kompüter oyunları hazırlayan və yayımlayan ABŞ mərkəzli şirkət. 1982-ci ildə əsası qoyulmuşdur. Məhsulları arasında EA Sports ilə birgə hazırlanan idman simulyatorları, həmçinin The Sims və digər oyunlar yer alır.Electronic Arts, intellektual mülkiyyətini genişləndirmək üçün daim yeni şirkətlər almağa çalışır. İndiyə qədər alınan şirkətlərdən ən böyüklərindən biri də JAMDAT Mobile olmuşdur. EA sədri və baş icraçı direktoru Larri Probst bu böyük alışdan sonra: "Mobil oyunlarda liderlik etməyi qərara aldıq." — deyə çıxış etmişdir. JAMDAT Mobile şirkətinin alınmasından sonra Electronic Arts-ın bir qolu olan EA Mobile yaranmış və hazırlanan məzmunlar telefon və planşet istifadəçilərinə də təqdim edilmişdir. Origin Systems şirkətinin alınmasından sonra bəzi şirkət işçiləri Electronic Arts-ın onlara daha çox imkanlar yaratdığını, lakin bir çox məsələdə onlara güvənmədiyini, səhv etdikləri təqdirdə uzun müddət təlimlərdən keçirildiklərini bildirmişdir. DICE Canada, Origin Systems, EA Chicago və Pandemic Studios da daxil olmaqla, Electronic Arts tərəfindən alınan bütün şirkətlər qısa müddət ərzində fəaliyyətini dayandırmışdır. Oyun bloqqeri Brayan Kreskent, Electronic Arts, aldığı şirkətlərin keyfiyyəti ilə maraqlanmadığını və sadəcə onlara maraqlı olan məhsulu əldə etdikdən sonra, həmin şirkətlərlə əlaqələrini tamamilə kəsdiyini bildirmişdir.2015-ci ilin fevral ayından etibarən Electronic Arts tərəfindən alınan ən böyük şirkət, 775 milyon ABŞ dolları dəyərində BioWare və Pandemic Studios videooyun istehsalçılarının keçmiş sahibi olan VG Holding olmuşdur. EA tərəfindən alınan 39 şirkətdən 20-si ABŞ-də, 5-i İngiltərədə, 6-sı Mərkəzi Avropada və 8-i isə digər ölkələrdə qurulmuşdur.
Electronic Entertainment Expo
Electronic Entertainment Expo (E³) (2006-2008-ci illər ərzində:E³ Media and Business Summit) — hər il keçirilən videooyun sərgilərindən biridir. Bu sərgidə videooyun hazırlayanlar hazırladıqları oyunları sərgidə nümayiş etdirirlər. Sər hər il Kaliforniyanın San-Xose şəhərində may ayında keçirilir. Sərginin sonunda heç kəsdən asılı olmayan komissiya tərəfindən "Game Critics Awards" mükafatı verilir..
Electronic Gaming Monthly
Electronic Gaming Monthly (qısa adı: EGM) — "Ziff Davis" müəssisəsi tərəfindən 1989-cü ildə istehsal olunmuş ABŞ jurnalı. 1994-cü ildə jurnalda resenziya ilə bərabər oyunların gizli kodları da nəşr olunmağa başlayır. Jurnal 2006-cı ildə loqotipini dəyişdirmişdir. "Ziff Davis" müəssisəsi bu jurnalı 2009-cu ilə qədər istehsal etmiş, sonradan "EGM" istehsalını dayandırılmışdır. Jurnalda video oyunlar haqqında resenziya göstərilir.
Electronic flight instrument system
EFIS (ing. Electronic flight instrument system, pilotaj cihazlarının elektron sistemi). Hava naviqasiyası məsələləri üçün təyyarənin kabinəsində stasionar şəkildə quraşdırılır. Uçuş məlumatlarına elektromexaniki nəzarət texnologiyasını əvəz edən ilk tam rəqəmsal sistemlərdən biridir. 1980-ci illərin sonlarından Boeing və Airbus təyyarələrində quraşdırılır. Ümumiyyətlə iki uçuş displeydən (PFD) və iki çoxfunksiyalı displeydən (MFD) ibarətdir. Cari onillikdə maye kristallik displeylər şüa borularını (ELT) istifadə edən uçuş cihazlarının əvvəlki nəsilini dəyişmişdir. Bu gün EFIS elektron uçuş-informasiya sistemlərinin müasir dünya nümunəsi kimi tanınır. Daxili sistem uçuş və naviqasiya məlumatlarını göstərmək üçün nəzərdə tutulmuşdur. Bu elektron-kompüter vasitəsi bir çox sensorlar sayəsində fəaliyyət göstərir.
JJ Electronic
JJ Electronic s.r.o, Slovakiyanın Kisutse regionunda olan Çadtsa'dan dünyada geri qalan elektron boru istehsalçılarından biridir. JJ Electronic'in əsas məhsulları səsli pre-gücləndirici borusu və səs gücünün gücləndiriciləri üçün borulardır. Bu elektron boruları, əsasən gitara gücləndiricisi olaraq istifadə edirlər. 2015-ci ildə şirkətin satışları 8.5 milyon avroya, xalis gəliri isə 3.8 milyon avroya çatdı. Məhsulların çoxu ABŞ-yə ixrac olunur. == Tarixi == JJ Electronic, Çexoslovak elektronik boru istehsalının keçmişi üzərində işləyir. 1989-cu ildən əvvəl TESLA adı bir şirkət, Çexoslavakiyanın əsas elektron boru istehsalçısı idi. TESLA'nın elektron boruları bütün dünyaya ixrac edilərkən və keyfiyyətləri ilə bilinərkən, şirkət 1989-ci ildən sonra iqtisadi sistemin dəyişməsindən və elektron boru bazarındakı enişdən sağ çıxa bilməmişdi. JJ Electronic, köhnə TESLA mexanizimləri, elektron boruların istehsalı üçün istifadə edərək 1993-ci ildə quruldu. Axırda, JJ Electronic, əsas olaraq üst səviyyə səs cihazları maraqlısı tətbiqlərini hədəf alan öz elektron borularını və elektrolitik kondensatorlar xəttini çıxarmağa başladı.
LG Electronics
LG Electronics Ins. — Cənubi Koreyaya məxsus elektronika şirkəti. Dünyada 100-dən çox yerdə var olan, 82.000 işçisi olan şirkət, LG Qrupunun bir parçasıdır. LG Electronics beş ayrı bölmədə elektronika istehsal edir: Mobil Əlaqə, Ev Əyləncə, Ev Alətləri, Kondisioner və Enerji Həllləri, Maşın Hissələri. 2013-cü ildə qlobal satışlarında şirkət 53.10 milyard ABŞ dolları gəlir əldə etmişdir.
Samsung Electronics
"Samsung Electronics" Co., Ltd. (Hanqıl: 삼성전자; Hanca: 三星電子 (Tərcüməsi «üç ulduz elektroniks»)) — Cənubi Koreyanın elektronika istehsalçı şirkətidir. Baş ofisi Suvon şəhərində yerləşir. Samsung şirkətlər qrupunun əsas rol oynayan şirkətidir. Gəlir həcminə görə dünyanın ən iri informasiya texnologiyaları şirkətidir. Samsung Electronics Apple, Sony, HTC, Nokia və s. kimi şirkətlərə müxtəlif elektronika hissələri - LCD displeylər, lithium-ion batareyaları, yarımkeçiricilər, çiplər, fləş yaddaş çipləri, sərt disk qurğuları və s. istehsal edir. 2019-cu ilə olan məlumata görə, Samsung Electronics gəlirlərinə görə dünyanın ikinci ən böyük texnologiya şirkətidir və onun bazar dəyəri 520,65 milyard ABŞ dolları təşkil edərək dünyada 12-ci ən böyük şirkətdir. Dünyanın ən iri smartfon istehsalçısıdır.
İrşad Electronics
İrşad — Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkəsi. Şirkət 2000-ci ildə "I&R Telecom" adı altında Rəşad Qəribov tərəfindən yaradılıb. 2022-ci ildə Bakı, Sumqayıt daxil olmaqla 19 şəhər və rayonda mağazalar şəbəkəsi, ölkə üzrə 700-dən çox dileri mövcuddur. == Tarix == "İrşad" 2000-ci ildə "I&R Telecom" adı altında Bakı şəhərində fəaliyyətə başlayıb. 2003-cü ildən etibarən paytaxtda və regionlarda mağazalarının sayını artıraraq şəbəkəni genişləndirib. 2007-ci ilin sonunda "I&R Telecom" rebrendinq etdi və şirkətin adını dəyişərək "İrşad Telecom" adı altında fəaliyyətini davam etdirməyə başladı. 2018-ci ildən şirkət "İrşad Electronics" adı ilə fəaliyyətini davam etdirir və elektron məhsulların satışına başlayır. 2021-ci il mart ayının birindən etibarən isə "İrşad" adı ilə fəaliyyətini davam etdirir. == Mağaza Sayı == Hazırda "İrşad" şəbəkəsi Bakı və ətraf kəndlər, Xırdalan, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Göyçay, Lənkəran, İmişli, Quba, Qəbələ, Masallı, Şəmkir, Xaçmaz, Tovuz, Sabirabad, Ağcabədi, Cəlilabad, Yevlax bölgələrində 42-dən artıq mağazası ilə fəaliyyət göstərir.
China Electronics Corporation
Çin Elektrik Korporasiyası və ya China Electronics Corporation (CEC) — Çin Xalq Respublikasının dövlət şirkətidir və Çində həm mülki, həm də hərbi məqsədlər üçün məhsul istehsal edən ən böyük telekomunikasiya istehsalçılarından biridir. Korporasiyanın fəaliyyəti bir neçə sahəyə bölunub. Bunlar: kompüter proqramı ilə kompüter avadanlıqlarının istehsalı və sistem inteqrasiyası, telekomunikasiya şəbəkəsi və terminallarının hazırlanması və müxtəlif rəqəmsal məişət texnikasının istehsalı sahələridir. == Tarixi == Şirkət 1989-cu ildə, Çin Xalq Respublikasının Elektron Sənayesi Nazirliyinin tərkibində qurulur. Çin Elektrik Korporasiyası 2007-ci ildə Niderlandın Philipsin mobil telefon şöbəsindən, "Philips" ticarət nişanı ilə mobil telefon satma hüququnu alır. O zaman "Philips"in şöbəsinin illik gəliri 400 milyon avro, işçi sayı isə 240 nəfər idi. 2020-ci ilin avqust ayında ABŞ Müdafiə Nazirliyi, ABŞ-də birbaşa və ya dolayısı ilə fəaliyyət göstərən Çin Xalq Azadlıq Ordusu ilə əlaqəli şirkətlərin adlarını açıqlayır. "Çin Elektrik Korporasiyası"da bu siyahıya daxil edilir. 2020-ci ilin noyabrında Donald Trump, hər hansı bir Amerika şirkəti və ya vətəndaşının, ABŞ Müdafiə Nazirliyinin siyahıya aldığı şirkətlərin səhmlərinə sahib olmasını qadağan edən bir sərəncam imzalayır və bu şirkətlərin siyahısında "Çin Elektrik Korporasiyası"nın adıda keçir.
Electronic Text Corpus of Sumerian Literature
Electronic Text Corpus of Sumerian Literature (ETCSL; azərb. Şumer ədəbiyyatının elektron mətn korpusu‎) — Şumer ədəbiyyatının mətnləri və tərcümələrinin onlayn rəqəmsal kitabxanasını təmin edən layihə.Layihə 1997-ci ildə Ceremi Blek tərəfindən təsis edilmiş və əsası Birləşmiş Krallığın Oksford Universitetinin Şərq İnstitutundadır. O, "Leverhulme Trust" və "İncəsənət və Humanitar Elmlər Araşdırma Şurası" ilə birlikdə universitet tərəfindən maliyyələşdirilmişdir. Layihədə Bütün rollar kolleci, Oksford, Britaniya Akademiyası, Macarıstan Elmi Tədqiqat Fondu (OTKA) və Macarıstan Elmlər Akademiyası da daxil olmaqla müxtəlif digər qurumlar iştirak etmişdir. Çikaqo Universiteti və Pensilvaniya Universitetindən olan digər kitabxanalar adətən qısaldılmış sözlərlə bağlı ETCSL standartlarına əməl edirlər. == Nəşrlər == J.A. Black, et al., The Literature of Ancient Sumer, Oxford University Press, 2004. ISBN 978-0-19-926311-0. J. Ebeling and G. Cunningham (eds.), Analysing Literary Sumerian: Corpus-Based Approaches, London: Equinox, 2007. ISBN 978-18-4553229-1ISBN 978-18-4553229-1.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.17 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 1.18
2011 •• 0.09
2013 ••• 0.15
2014 ••• 0.17
2016 ••• 0.17
2017 •••••• 0.33

Oxşar sözlər

#electro nədir? #electro sözünün mənası #electro nə deməkdir? #electro sözünün izahı #electro sözünün yazılışı #electro necə yazılır? #electro sözünün düzgün yazılışı #electro leksik mənası #electro sözünün sinonimi #electro sözünün yaxın mənalı sözlər #electro sözünün əks mənası #electro sözünün etimologiyası #electro sözünün orfoqrafiyası #electro rusca #electro inglisça #electro fransızca #electro sözünün istifadəsi #sözlük