Elegiya sözü azərbaycan dilində

Elegiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Elegiya • 73.8854%
  • elegiya • 24.8408%
  • ELEGİYA • 1.2739%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elegiya
Elegiya (şeir növü) — Elegiya (şeir) — Elegiya (film, 2001) — Elegiya (film, 1997) — Elegiya — akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş film.
Elegiya (1997)
== Məzmun == Film Zərifə Əliyeva haqqında elegiyadır.
Elegiya (şeir)
"Elegiya" — Leyla Əliyevanın babası Heydər Əliyevə ithaf etdiyi şeir İlk dəfə bu şeir 2008-ci il dekabrın 12-də - Heydər Əliyevin vəfatının 5-ci ildönümündə "Azərbaycan" qəzetində dərc olunmuşdur. Bir qədər sonra isə bu şeirə Kəmaləddin Heydərov mahnı bəstələmiş, Ağadadaş Ağayevin ifasında Fuad Əlişovun rejissorluğu ilə klip çəkilmişdir. 2012-ci ildə Azərbaycan məktəblərində tədris olunan 5-ci sinif şagirdləri üçün "Ədəbiyyat" dərsliyinə salınmışdır Şeir sinifdənxaric oxu üçün nəzərdə tutulub. == İstinadlar == == Xarici keçidlər == Şahnaz Bəylərqızı. Prezidentin qızının şeiri dərsliklərə necə düşüb?
Elegiya (film, 1997)
== Məzmun == Film Zərifə Əliyeva haqqında elegiyadır.
Elegiya (şeir növü)
Elegiya (yun. έλεγος – şikayәt) — әdәbi-musiqi janrı. Ә d ә b i y y a t d a – meditativ vә emosional mәzmunlu (adәtәn, kәdәrli) orta uzunluqlu şeir. Çox vaxt birinci şәxsin dilindәn deyilir vә qarışıq kompozisiyalı olur. Antik yunan ədəbiyyatında lirik şeir növü. Adətən, şadlıq və kədər hisslərinin üzvi surətdə birləşdiyi elegiyalar olduğu kimi, şairin yalnız qəmli düşüncələrini ifadə edən elegiyalar da vardır. Qədim Yunanıstanda bu şeirin ən təsirli nümunələrini Arxilox və Kallimax yaratmışlar. Latın şairlərindən Ovidi və Katull, rus şairlərindən V.Trednakovski, K.Batyuşkin, V.Jukovski, A.Puşkin, M.Lermontov, N.Nekrasov, A.Blok və başqaları da elegiya yaratmışlar. Formasında, həcmində və qafiyə quruluşunda möhkəm və aydın bir mürəkkəblik olmasa da, antik poeziyada elegiya iki beytdən, sonrakı dövrlərdə isə çox vaxt 8-20 misradan (iki beş bənddən) ibarət olmuşdur.Musiqidә kәdәrli, seyrçi, ovqat yaradan әsәr (mәs., Borodinin “Uzaq vәtәnin sahillәri üçün” romansı, Massnenin fp. vә violonçelin müşayiәti ilә sәs üçün “Elegiya”sı).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.47 dəfə / 1 mln.
2003 •••••••• 0.39
2004 ••••••••••••• 0.67
2005 ••••••••••••• 0.67
2006 ••••• 0.23
2007 •••• 0.21
2008 ••••••••• 0.49
2009 ••• 0.16
2010 •••• 0.18
2011 ••••••••••• 0.60
2012 •••••••••••••••••••• 1.12
2013 ••• 0.15
2014 ••••••••••••••••••• 1.03
2016 ••••••••••••• 0.69
2017 •••••• 0.33
2018 ••••••••• 0.45
2019 •••••••••• 0.56
2020 ••••• 0.27

elegiya sözünün leksik mənası və izahı

  • 1 [yun.] ədəb. 1. Mərsiyə tərzində yazılmış şeir. Elegiya qəmli, kədərli, hüznlü lirik şeir deməkdir. Ölənlərin xatirəsinə yazılmış bu şeirlərdə, bizim mərsiyələrdə olduğu kimi, ağı ünsürləri əsas yer tuturdu. Ə.Sultanlı. // Antik poeziyada: məsnəvi şəklində yazılmış şeir. 2. Həzin musiqi əsəri.

    Azərbaycan dilinin izahlı lüğəti / elegiya

elegiya sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. элегия: 1. лирическое стихотворение, проникнутое грустью, печалью 2. вокальное или инструментальное музыкальное произведение грустного, печального характера

    Azərbaycanca-rusca lüğət / elegiya

elegiya sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun.] лит. элегия (1. мерсия жуьреда кхьенвай, гъамлувал, перишанвал квай лирикадин шиир; 2. гъамлувал, перишанвал квай музыкадин эсер).

    Azərbaycanca-ləzgicə lüğəti / elegiya

elegiya sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan qadın adlarının izahlı lüğəti.

qəmli, kədərli, hüzünlü lirik şeir. (Oğlan həsrətində olan valideynlər qız olanda bu addan istifadə edirlər).

Azərbaycan qadın adlarının izahlı lüğəti.

Oxşar sözlər

#elegiya nədir? #elegiya sözünün mənası #elegiya nə deməkdir? #elegiya sözünün izahı #elegiya sözünün yazılışı #elegiya necə yazılır? #elegiya sözünün düzgün yazılışı #elegiya leksik mənası #elegiya sözünün sinonimi #elegiya sözünün yaxın mənalı sözlər #elegiya sözünün əks mənası #elegiya sözünün etimologiyası #elegiya sözünün orfoqrafiyası #elegiya rusca #elegiya inglisça #elegiya fransızca #elegiya sözünün istifadəsi #sözlük