elektroenergetika sözü azərbaycan dilində

elektroenergetika

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • elektroenergetika • 69.0577%
  • Elektroenergetika • 30.9423%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elektroenergetika
Elektroenergetika — "Elektroenergetika haqqında" Qanuna əsasən "1.1.10. elektroenergetika – elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatını özündə ehtiva edən energetika sahəsinin sektoru"dur. Burada "təchizat" dedikdə "elektrik enerjisinin istehlakçılara elektrik enerjisinin təchizatı müqavilələri əsasında satışı" başa düşülür (maddə 1.1.33). 1998-ci il yanaşmasında elektroenergetika sektoru istilik energetikasını əhatə edirdisə də, 2023-cü il qanunvericliyi ilə artıq əhatə etmir. Belə ki, texnoloji olaraq SSRİ dönəmində istilik enerjisi istilik elektrik stansiyalarının məhsulu kimi başa düşülürdüsə, müstəqillik dövründə Azərbaycan Respublikasında istilik və isti su təchizatında əsas mənbə kimi, qaz yanacağı ilə işləyən qazanxanalar çıxış edirdi. Qeyd olunan texnoloji dəyişiklik Avropa İttifaqının Dördüncü Energetika Paketi adlanan sənədlər toplusunda qeyd edilmiş yaşıl enerji keçidində də özünü göstərir. Belə ki, mərkəzləşmiş istilik energetikası sistemlərində də eyni yanaşma tətbiq olunub. Elektrik enerjisinin digər enerji resursları ilə müqayisədə üstünlüyü uzun məsafələrə ötürülmənin nisbətən asanlığıdır. İstilik istisna olmaqla, digər enerji resurslarından fərqli olaraq, elektrik enerjisinə münasibətdə "nəql" deyil, "ötürmə" terminindən istifadə edilməsinin səbəbi elektrik enerjisinin təbiətidir. Belə ki, elektronlar naqillər vasitəsilə bir birlərinə toxunaraq, dalğavari şəkildə enerjini naqilin bir ucundan digərinə ötürürlər.
Elektroenergetika sistemi
Elektroenergetika sistemi (EES) — mənbələrin, ötürücü və paylayıcı sistemlərin və elektrik enerjisi işlədicilərinin cəmidir. Elektrik şəbəkəsi — birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğuları. Elektroenergetika sistemi (elektrik sistemi) — elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakının ümumi bir prosesi ilə əlaqələndirilmiş energetika sisteminin elektrik hissəsidir. Energetika sistemi — bir-biri ilə birləşdirilmiş və ümumi bir rejimlə əlaqələndirilmiş elektrik stansiyaları, elektrik enerjisi işlədiciləri və elektrik şəbəkələrindən ibarət texniki obyektdir. = Elektroenergetikanın inkişafının birinci mərhələsi [1] = Azərbaycanda elektroenergetikanın inkişafı tarixi XIX əsrdən təşəkkül tapıb. İlk dəfə olaraq 1897-ci ildə Bakının neft rayonunda Nobel qardaşları tərəfindən qoyuluş gücü 550 kVt olan elektrik stansiyası inşa edilib. 1901-ci ildə gücü 2000 at.q.-də olan Bibiheybət elektrik stansiyası, 1902-ci ildə isə Qara şəhərdə (indiki Ağ Şəhər), gücü 2000 at.q. olan elektrik stansiyası istismara verilib. 1913-cü ildə Bakı rayonunda 109,8 min kVt·st elektrik enerjisi istehsal edilib ki, onun da 95%-i neft sənayesinə, yalnız 5%-i ölkənin işıqla təminatına yönəldilib. Birinci dünya müharibəsi ərəfəsində fəaliyyət göstərən “Elektrik gücü” Səhmdar Cəmiyyətinin iki böyük elektrik stansiyasının ümumi gücü - 45,7 MVt təşkil edib.
Elektroenergetika sistemlərındə zədələnmələr və qeyri-normal rejimlər
Elektroenergetika sistemlərində müxtəlif zədələnmələrin və qeyri-normal rejimlərinin əmələ gəlməsi baş verə bilər. Zədələnmələrinin əsas növlərindən biri qısa qapanmalar sayılır. Qısaqapanma dedikdə normal iş rejiminin pozulması ilə nəticələnən üçfazalı elektrik qurğularında fazalar arası qapanma, neytralı bilavasitə və effektiv torpaqlanmış şəbəkələrdə fazanın yerlə qapanması və elektrik maşınlarında sarğılararası qapanma nəzərdə tutulur. Qısaqapanma elektrik dövrələrində fazalar arası və yaxud da faza ilə yer arasında izolyasiyanın pozulması zamanı yaranır. İzolyasiyanın pozulması bir neçə səbəbdən ola birlər. Məsələn, izolyasiyanın köhnəlməsindən, elektrik veriliş xətlərində (EVX) fazaların kənardan tullanmış əşyalar vasitəsilə qapanması, xəttin qırılıb yerə düşməsi, yer qazan zaman kabel xətlərinin mexaniki zədələnməsi, elektrik veriliş xətlərinə ildırımın düşməsi və s. Qısa qapanmalar cərəyanın kəskin artması, eyni zamanda gərginliyin azalması ilə müşayiət olunur. Cərəyanın artması elektrik avadanlıqlarının yolverilməz qızmasına və dinamiki zədələnmələrinə səbəb olur, bu da elektroenergetika sisteminin normal iş rejiminin pozulmasına gətirib çıxarır. Qısa qapanma zamanı cərəyanın artması şəbəkəyə daxil olan bütün elementlərin də gərginlik düşgülərinin artmasına gətirib çıxarır. Bunun nəticəsində şəbəkənin müxtəlif nöqtələrində gərginlik kəskin şəkildə aşağı düşür, qısa qapanma nöqtəsində isə hətta sıfır qiymətinə kimi azalır.

elektroenergetika sözünün leksik mənası və izahı

elektroenergetika sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. электроэнергетика II прил. электроэнергетический. Elektroenergetika təsərrüfatı электроэнергетическое хозяйство, elektroenergetika sistemi электроэнергетическая система, elektroenergetika sənayesi электроэнергетическая промышленность

    Azərbaycanca-rusca lüğət / elektroenergetika

Oxşar sözlər

#elektroenergetika nədir? #elektroenergetika sözünün mənası #elektroenergetika nə deməkdir? #elektroenergetika sözünün izahı #elektroenergetika sözünün yazılışı #elektroenergetika necə yazılır? #elektroenergetika sözünün düzgün yazılışı #elektroenergetika leksik mənası #elektroenergetika sözünün sinonimi #elektroenergetika sözünün yaxın mənalı sözlər #elektroenergetika sözünün əks mənası #elektroenergetika sözünün etimologiyası #elektroenergetika sözünün orfoqrafiyası #elektroenergetika rusca #elektroenergetika inglisça #elektroenergetika fransızca #elektroenergetika sözünün istifadəsi #sözlük