elektron-hesablayıcı sözü azərbaycan dilində

elektron-hesablayıcı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • elektron-hesablayıcı • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elektron Hesablayıcı Maşınlar zavodu
Elektron Hesablayıcı Maşınlar zavodu — Müdafiə Sənayesi Nazirliyinin tabeliyində müəsisə. == Tarixi == Elektron Hesablayıcı Maşınlar zavodu SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli, 944 nömrəli qərarı ilə yaradılmış, tikintisi 1972-1986-cı illərdə aparılmışdır. 1993–2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir. 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyindədir. == Fəaliyət sahələri == Elektron Hesablayıcı Maşınlar zavodu yaradıldığı zaman vahid seriyalı (EC-1010-1061) elektron-rəqəm hesablama maşınlarının tərkibinə daxil olan elektron və elektromexaniki qurğuların hazırlanması üzrə ixtisaslaşmışdı. Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyət istiqamətləri aşağıdakılardır: Elektron aparatların və qurğuların istehsalı Elektromexaniki və mexaniki qurğuların istehsalı Elektrik avadanlıqlarının istehsalı Elektrotexniki qurğuların və su təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı Lokomotivlərin avtomatik bloklarının istehsalı Sənaye və məişət cihazlarının istehsalı Ağac emalı Texnoloji tərtibatların və alətlərin hazırlanması == Texnoloji imkanları == Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyəti aşağıdakı istehsal sahələrindən ibarətdir: Mexaniki yığma sahəsi:müxtəlif materiallardan olan detalların mexaniki emalı dairəvi şlifləmə qaz mühitində yarımavtomat qaynaqlamaKarkas ştamplama və qaynaqlama:pressləmə soyuq ştamplama arqon-qövs qaynağı qövs qaynağı qaz qaynağıMetalların, alətlərin və tərtibatların termiki emalı Əlvan metalların, rezin və plastik kütlələrin tökülməsi və emalı Ağac emalı Qalvanik emal:misləmə kimyəvi oksidləmə sinkləmə xromlama anodlama passivləşdirməLak-boya ilə örtükləmə. Alət istehsalı:ştampların və pres qəliblərinin istehsalı alət və tərtibatların hazırlanmasıQeyri-standart avadanlıqların hazırlanması Metroloji nəzarət:zərbə və rəqsi sınaq parametrlərinin təyin edilməsi elektrik və radioelektrik ölçmələri kütlə, qüvvə və təzyiq ölçmələri sürət, təcil və zaman ölçmələri iqlim və metroloji sınaqlar.
Elektron
Elektron (q.yun ἤλεκτρον «kəhrəba») — fizikada kәşf edilәn ilk elementar zәrrәcik; tәbiәtdә әn kiçik kütlәyә vә әn kiçik elektrik yükünә malik maddi daşıyıcı olan elektron atomların tәrkib hissәsidir; neytral atomda onların sayı atom nömrәsinә, yәni nüvәdәki protonların sayına bәrabәrdir. Elektronun yükü (e) vә kütlәsi (me): e= – 4,803·10–10 SQSE vahidi ≈ – 1,6·10–19 Kl, me ≈ 0,91·10–27 q ≈ 0,511 MeV. Elektronun spini 1/2-ә bәrabәrdir (ħ vahidlәrindә) vә demәli, elektron Fermi–Dirak statistikasına tabedir. elektronun maqnit momenti μe ≈ 1,00116 μ0-dır, burada μ0 – Bor maqnetonudur. Elektron stabil zәrrәcikdir vә leptonlar sinfinә aiddir. Elektron ingilis fiziki C.C. Tomson tәrәfindәn 1897-ci ildә kәşf edilmişdir vә onun yükü mәnfi qәbul olunmuşdur. elektronun antizәrrәciyi – pozitron 1932-ci ildә kәşf edilib. Elektron elektromaqnit, zәif vә qravitasiya qarşılıqlı tәsirlәrindә iştirak edir. Klassik elektrodinamikada elektron özünü hәrәkәti Lorens–Maksvell tәnliklәrinә tabe olan zәrrәcik kimi aparır. r0 =e2/me c2 ~ 10–11 sm kәmiyyәtinin elektronun klassik radiusu kimi qәbul edilmәsinә baxmayaraq, “elektron ölçüsünü” ziddiyyәtsiz formalaşdırmaq olmur. Bu çәtinliyin sәbәbi kvant mexanikası çәrçivәsindә başa düşülür.
Elektron Hesablayıcı Maşınları İstehsalatı İdarə edir (1982)
Elektron hesablayıcı maşınları istehsalatı idarə edir (film, 1982)
Elektron aviabilet
Elektron aviabilet — İnternetdən axtarış edilib alınan aviabiletlər elektron aviabilet və ya digər adı ilə e-ticket adlanır. Elektron aviabilet, hava nəqliyyatında sərnişin və ya yük daşınması üçün bağlanmış müqavilənin elektron sənədidir. Bu elektron qəbz, özündə marşrut haqqında dolğun informasiyanı – biletin qiyməti, uçuş tarixi və saatı, səyahəti təşkil edəcək aviaşirkət, yük daşıma şərtləri və s. məlumatları tam ehtiva edir. Bundan başqa bir çox mobil telefonlar, elektron aviabiletləri başa düşərək avtomatik təqvimə əlavə edir və uçuşa bir neçə müddət qalmış alıcını xəbərdar edir. Məhz bu kimi üstünlükləri ilə, elektron aviabiletlərin, kağız aviabiletlərə nəzərən itməsi imkansızdır.
Elektron biznes
Elektron biznes və ya e-biznes (en. Electronic business, ru. e-бизнес) — elektron ticarətlə müqayisədə daha geniş anlayış olub, İnternetdə öz veb-saytına, virtual mağazaya, təşkilatın idarıetmə sisteminə, elektron reklamdan istifadəyə, marketinqə, "biznes-biznes" (B2B) və "biznes-istehlakçı" (B2C) modellərinə malikdir. Elektron-biznes mal və xidmətlərin elektron ticarətini özündə birləşdirir. Elektron biznes mal və xidmətlərin reklamını və hərəkətini, məhsulun bazardakı rəqabətədavamlılığının öyrənilməsini, sifarişin qəbulunu, malın daşınması və çatdırılmasını, istehsalçı və istehlakçı arasında hesablaşmaların həyata keçirilməsini yerləşmə məkanından asılı olmayaraq İnternet şəbəkəsi vasitəsilə həyata keçirir. == Yaranma səbəbi və xüsusiyyətləri == İnformasiya texnologiyaları və sistemlərinin sürətlə inkişafı, şəbəkə texnologiyalarının geniş tətbiqi yeni sahə olan elektron-biznes sahəsinin yaranmasına səbə olmuşdur. Elektron-biznes sahəsi özlüyündə adi biznes sahəsinə aid olan bütün sahələri demək olar ki, əhatə edir. Bu baxımdan artıq fiziki və informasiya məhsullarının satışının, bank, maliyyə, kredit əməliyyatlarının geniş spektrdə elektronlaşdırılması həyata keçirilir. Beləliklə, elektron-biznes əslində ənənəvi biznes proseslərin yeni informasiya texnologiyaları və sistemlərinin, şəbəkə texnologiyalarının. Onların vasitə və imkanlarının aparılması ilə həyata keçirilən prosesdir.
Elektron bələdiyyə
Elektron cüzdan
Elektron cüzdan – elektron pulları özündə saxlamağa və elektron ödənişləri yerinə yetirməyə imkan verən ödəniş çipi (CHIP) olan smart-kart, yaxud başqa elektron daşıyıcı. "Elektron cüzdan" termini elektron pulların toplanması, saxlanması və köçürülməsi əməliyyatlarını yerinə yetirməyə imkan verən qurğulara və proqram təminatına da aid ola bilər.
Elektron cədvəl
Elektron cədvəl — cədvəlin emalı üçün təyin olunan tətbiqi proqramlardır. Cədvəldə verilənlər sətir və sütunun kəsişməsindəki xanalarda saxlanılır. Xanalarda ədəd, simvol verilənləri və düsturlar saxlanıla bilər. Düsturlar digər xanaların məzmunundan asılı qiymətlərlə bir xanada verilir. Xanaların məzmununun dəyişməsi ilə ,bundan asılı olan xanadakı qiymət dəyişir.Geniş istifadə olunan elektron cədvəllər: Microsoft Excel, Lotusl -2 -3, Quattro və s. proqramlardır. Bu proqramların bəzi başlıca özəllikləri bunlardır: 1. Verilənlər (ədədlərlə nişanlanmış) sətirlər və (hərflərlə nişanlanmış) sütunlar boyunca düzülür. Verilənlərin daxil edildiyi hər bir yer (sətir və sütünün kəsişməsi) xana (CELL) adlanır. Siz ədədləri və ya hərfləri aşağıdakı misalda (kiçik mağazada müxtəli malların satış cədvəli) göstərildiyi kimi xanalara daxil edə bilərsiniz: 2. Əgər siz düstur daxil etmisinizsə, kompüter onu avtomatik hesablamalıdır. Məsələn, yulaf satışından gəliri hesablamaq üçün D2 xanasına +B2*C2 düsturunu daxil edin.
Elektron demokratiya
Elektron demokratiya (e-demokratiya) — demokratik institutların inkişafı və möhkəmlənməsi üçün İKT-ni tətbiq etməklə, vətəndaşların, cəmiyyətin və dövlətin siyasi fəaliyyətində fəal iştirakını təmin etməyə yönəldilib. "Elektron demokratiya" elə demokratik siyasi sistemdir ki, burada dövlət demokratik proseslərin – informasiyanın və kommunikasiyanın yayılması, qərarların qəbulunda məsləhətləşmə və səsvermə yolu ilə vətəndaş maraqlarının nəzərə alınması kimi vacib funksiyalarını həyata keçirərkən kompüter və kompüter şəbəkələrindən istifadə edir. E-demokratiya (elektronik və demokratiya sözlərinin birləşməsindən əmələ gəlib) siyasi və idarəetmə işlərində informasiya və kommunikasiya texnologiyalarından istifadəni nəzərdə tutur. Buraya hökumət, seçilmiş rəsmilər, media, siyasi təşkilatlar, vətəndaşlar/seçicilərin iştirakı daxildir. E-demokratiyanın məqsədi internet, mobil telefon və kompüter texnologiyası vasitəsilə hazırkı nümayəndəli demokratiyada vətəndaşların daha çox iştirakını təmin etməkdir.
Elektron dövlət
Elektron dövlət və ya e-dövlət — İKT-dən istifadə etməklə dövlət fəaliyyətinin informasiya aspektlərini həyata keçirmək üçün nəzərdə tutulmuş üsuldur. Elektron dövlətin fəaliyyətini İKT-nin köməyi ilə icraçı hakimiyyət (elektron hökumət), parlament (elektron parlament) və məhkəmə orqanları (elektron ədalət məhkəməsi) dəstəkləyir. Azərbaycanda Elektron dövlətin yaradılması "Elektron Azərbaycan" proqramı daxilində həyata keçməli və dövlət idarəçiliyinin keyfiyyətinin artırılmasına yönəldilməlidir. E-dövlətə hazırlıq indeksinə görə, Azərbaycan lider ölkələr siyahısında olmasa da, bu istiqamətdə müəyyən işlər görülməkdədir . Dövlət orqanlarının hər biri yuxarıdan aşağıya, öz səlahiyyətləri çərçivəsində öz funksiyalarını həyata keçirirlər. İnternet şəbəkəsinin imkanlarından istifadə etməklə dövlət qurumlarının saytlarının yaradılması, orada bu təşkilatlar, onların strukturları haqqında məlumatın və lazımi sənədlərin yerləşdirilməsi, vakant iş yerlərinə müsabiqələrin elan edilməsi, bəzi kommunal borcların on-layn rejimdə ödənilməsi, abituriyentlərin qəbul imtahanları üçün sənədlərin verilməsi, elektron kitabxanaların yaradılması və s. kimi işlər reallaşdırılmışdır. Proqramda bir çox məsələlərlə yanaşı, dövlət orqanlarında elektron sənəd mübadiləsinin təşkili nəzərdə tutulur. Elektron sənəd dövriyyəsinin tətbiqi sənədlərin hazırlanması və emalına sərf olunan əməyin və vaxtın azalmasını, idarəçilikdə qərarların qəbul edilməsini, icra intizamının yüksəldilməsini və nəzarət mexanizminin sadələşməsini, əhaliyə xidmətin operativliyini, dövlət və özünüidarəetmə orqanlarının fəaliyyəti haqqındakı informasiya və xidmətlərə əlyetərliliyi, tabeçiliyində olan və digər təşkilatlarla əlaqələrin sürətləndirilməsini təmin etməyə imkan verir. Elektron dövlət (ing.
Elektron elm
Elektron elm - elmi məsələlərin həlli ilə məşğul olan və lazımi informasiya kommunikasiya infrastrukturuna malik, yüksək sürətli İnternet şəbəkəsi ilə elmi-texniki informasiya və hesablama resurslarına çıxışı olan elmi müəssisə və təşkilatların birgə fəaliyyətini nəzərdə tutan konsepsiyadır. Elmi fəaliyyət zamanı şəbəkə vasitəsilə çoxlu sayda məlumatları əldə etmək, yadda saxlamaq, emal etmək (yəni hesablamaq, məntiqi nəticə çıxarmaq, mülahizə irəli sürmək, analiz və sintez etmək, dinamikasını tədqiq etmək və s.), daha sonra isə onu lazımi formada təqdim etmək, başqa sözlə, çap etmək, vizuallaşdırmaq, ötürmək və s. tələb olunur. Bütün bunları yerinə yetirmək üçün İnternet əvvəllər mövcud olmayan unikal imkanlar yaradır. E-elmin əsasını telekommunikasiya, informasiya və hesablama resursları kimi üç əsas komponent təşkil edir. Əlaqələndirilmiş və tənzimlənən bu komponentlər birlikdə elə bir elektron infrastruktur formalaşdırır ki, nəticədə tədqiqat işinin xarakteri tamam dəyişir. Həmin infrastruktur, alimlərə onlayn rejimdə texniki resurslardan birlikdə və əlaqəli şəkildə istifadə etmək imkanı verir, hesablama resursları və verilənlər arxivi kimi əsas tədqiqat alətlərindən istifadəsini sadələşdirir . == Elektron elmin xüsusiyyətləri == elmi fəaliyyət qloballaşır, əldə olunmuş məlumatlar bölüşdürülür; ənənəvi elmi nəşrlərin yerini e-nəşrlər, veb-saytlar tutmağa başlayır; elektron elmi kitabxanalar şəbəkəsi yaradılır; müxtəlif bilik sahələri üzrə xüsusi onlayn mühitlər formalaşır.
Elektron formulu
Atomlarda energetik səviyyələr və yarımsəviyyələrin elektronlarla dolma ardıcılığı kimidir: ...5s 4d 5p 6s 5d... Yuxarıdakı formullarda rəqəmlərlə energetik səviyyələrin nömrəsi, hərflərlə yarımsəviyyələrin növü göstərilmişdir.
Elektron gücləndirici
Elektron gücləndirici siqnalın gücünü artıran elektron qurğudur. Gücləndirici qida mənbəyinin enerjisini sərf etməklə, girişdə olan az güclü siqnalı çıxışda tələb olunan gücə malik siqnala çevirir. İstənilən gücləndirici çıxış siqnalını gücə görə gücləndirir. Belə ki, gücləndirici elektrik qidalandırma blokunun çıxışını modullaşdırır. Elektron gücləndiricinin 4 əsas tipi var: Gərginlik gücləndiricisi Cərəyan gücləndiricisi Transkonduktans gücləndirici Transresistans gücləndiriciGücləndiricilər siqnal zəncirində fiziki yerləşməsinə görə də kateqoriyalara bölünə bilər.
Elektron hökumət
Elektron dövlət və ya e-dövlət — İKT-dən istifadə etməklə dövlət fəaliyyətinin informasiya aspektlərini həyata keçirmək üçün nəzərdə tutulmuş üsuldur. Elektron dövlətin fəaliyyətini İKT-nin köməyi ilə icraçı hakimiyyət (elektron hökumət), parlament (elektron parlament) və məhkəmə orqanları (elektron ədalət məhkəməsi) dəstəkləyir. Azərbaycanda Elektron dövlətin yaradılması "Elektron Azərbaycan" proqramı daxilində həyata keçməli və dövlət idarəçiliyinin keyfiyyətinin artırılmasına yönəldilməlidir. E-dövlətə hazırlıq indeksinə görə, Azərbaycan lider ölkələr siyahısında olmasa da, bu istiqamətdə müəyyən işlər görülməkdədir . Dövlət orqanlarının hər biri yuxarıdan aşağıya, öz səlahiyyətləri çərçivəsində öz funksiyalarını həyata keçirirlər. İnternet şəbəkəsinin imkanlarından istifadə etməklə dövlət qurumlarının saytlarının yaradılması, orada bu təşkilatlar, onların strukturları haqqında məlumatın və lazımi sənədlərin yerləşdirilməsi, vakant iş yerlərinə müsabiqələrin elan edilməsi, bəzi kommunal borcların on-layn rejimdə ödənilməsi, abituriyentlərin qəbul imtahanları üçün sənədlərin verilməsi, elektron kitabxanaların yaradılması və s. kimi işlər reallaşdırılmışdır. Proqramda bir çox məsələlərlə yanaşı, dövlət orqanlarında elektron sənəd mübadiləsinin təşkili nəzərdə tutulur. Elektron sənəd dövriyyəsinin tətbiqi sənədlərin hazırlanması və emalına sərf olunan əməyin və vaxtın azalmasını, idarəçilikdə qərarların qəbul edilməsini, icra intizamının yüksəldilməsini və nəzarət mexanizminin sadələşməsini, əhaliyə xidmətin operativliyini, dövlət və özünüidarəetmə orqanlarının fəaliyyəti haqqındakı informasiya və xidmətlərə əlyetərliliyi, tabeçiliyində olan və digər təşkilatlarla əlaqələrin sürətləndirilməsini təmin etməyə imkan verir. Elektron dövlət (ing.
Elektron imza
Elektron imza və ya e-imza məntiqi olaraq digər məlumatlarla əlaqəli olan və imza sahibi tərəfindən əlaqəli məlumatları imzalamaq üçün istifadə edilən məlumatdır. Bu imza, yaradıldığı xüsusi reqlamentin tələblərinə (məsələn, Avropa Birliyində eIDAS, ABŞ-də NIST-DSS və ya İsveçrədə ZertES) riayət etdiyi müddətcə əlyazma imza ilə eyni hüquqi statusa malikdir. Elektron imzalar rəqəmsal imzalardan fərqli hüquqi anlayışdır, elektron imzaları həyata keçirmək üçün tez-tez kriptoqrafik mexanizm istifadə olunur. Elektron imza elektron sənədə əlavə olunmuş ad qədər sadə ola bilsə də, rəqəmsal imzalar elektron ticarətdə və elektron imzaları kriptoqrafik cəhətdən qorunan şəkildə həyata keçirmək üçün tənzimləyici sənədlərdə getdikcə daha çox istifadə olunur. NIST və ya ETSI kimi standartlaşdırma agentlikləri onların həyata keçirilməsi üçün standartlar təmin edir (məsələn, NIST-DSS, XAdES və ya PAdES). Konsepsiyanın özü yeni deyil, ümumi hüquq yurisdiksiyaları teleqraf imzalarını hələ XIX əsrin ortalarına kimi tanımış və 1980-ci illərdən bəri faksla göndərilmiş imzaları qəbul etmişlər. == İcmal == Elektron imza əməliyyat zamanı imza sahibi üçün etibarlı və dəqiq eyniləşdirmə metodunu təmin etmək üçün nəzərdə tutulub. Elektron imzanın izahı müvafiq yurisdiksiyadan asılı olaraq dəyişir. Əksər ölkələrdə ümumi məxrəc aşağıdakıları tələb edən qabaqcıl elektron imza səviyyəsidir: İmza sahibi unikal şəkildə müəyyən edilə və imza ilə əlaqələndirilə bilər İmza sahibi elektron imzanı yaratmaq üçün istifadə edilmiş şəxsi açara tək nəzarət etməlidir İmza, mesaj imzalandıqdan sonra onu müşayiət edən məlumatların dəyişdirildiyini müəyyən edə bilməlidir. Müşayiət olunan məlumatlar dəyişdirildikdə, imza etibarsız hesab edilməlidirElektron imzalar yüksək təhlükəsizlik səviyyələri ilə yaradıla bilər, hər birinin öz tələbləri və imzanın etibarlılığını sübut edən müxtəlif səviyyələrdə yaratma vasitələri vardır.
Elektron indikator
Elektron indikator — siqnalları əyani əks etdirən cihaz. Daxil olan siqnalın mövcudluğu və/və ya xəta qeyd etmədən onun həcmini göstərə bilir. Məlumatların indikator tərəfindən əks edilməsi uzunmüddətli fiksasiya olmadan həyata keçirilir. İndikatorun siqnalı proses və obyektin vəziyyətini təsvir edir.Elektron indikatorlar insanlara gərginlik, cərəyan, istilik, batareya doldurma və s. kimi müxtəlif parametrlərin səviyyəsi və ya mənası barədə məlumat vermək üçün müxtəlif ev və sənaye avadanlıqlarında quraşdırılır. == Təyinatı == Elektron indikator insana lazımi parametrləri, xüsusən də bir insanın hisslərinin köməyi ilə birbaşa təyin edə bilmədiyi parametrləri tez və aydın qiymətləndirməyə kömək edir. Bu cür qiymətləndirmənin yüksək dəqiqliyi tələb olunursa, çoxrəqəmli rəqəmsal indikatorlar quraşdırılır; dəqiqliyin tələb olunmadığı və yalnız bir siqnalın olub-olmadığını görmək zəruriyyətində tək-tək indikatorlar istifadə olunur. Hər-hansısa cihazın indikatorlara aid edilməsi onların tətbiqi ilə müəyyən edilir. Belə ki, məsələn işıqlandırma üçün istehsal edilmiş adi közərmə lampası xəbərdarlıq sistemləri və ya idarəetmə və nəzarət pultlarında istifadə edildikdə elektron indikator hesab edilə bilər. Eyni zamanda, matrisa işıqdiodlu indikatorlardan hazırlanan və reklam məqsədi ilə istifadə olunan elektron tablo artıq indikator hesab edilmir.
Elektron iqtisadiyyat
Elektron iqtisadiyyat – verilənlərin telekommunikasiya şəbəkələri vasitəsilə əmtəə istehsalının bütün həlqələrini, maddi və qeyri-maddi sərvətlərin bölgüsü, irəlilədilməsi və reallaşdırılmasını əhatə edən iqtisadi münasibətlərin məcmusunu özündə əks etdirir. Elektron iqtisadiyyatının əsasını informasiya texnologiyaları – sistemotexnikanın, informasiya nəzriyyəsinin, kibernetikanın, riyaziyyatın, habelə hüququn və iqtisadiyyatın tədqiqat obyekti təşkil edir. Elektron iqtisadiyyatın formalarından biri kimi – ilk elektron kommersiya sistemləri ötən əsrin 70-ci illərində meydana gəldi və biletlərin bronlanması üçün nəqliyyat şirkətlərində, həmçinin reyslərin hazırlanması zamanı müxtəlif xidmətlər arasında informasiya mübadiləsi üçün tətbiq edilməyə başladı. E-biznesin ilk formalarının əsas çatışmazlığı ümumi əlyetərliliyin olmaması idi. İnternetin meydana gəlməsi e-biznesin yeni formalarının yaranmasına səbəb oldu. Elektron iqtisadiyyatın inkişafının nəticəsi olaraq İnternet iqtisadiyyat formalaşmışdır.
Elektron kağız
Elektron kağız (e-kağız) – adi kağızda çapı imitasiya etmək üçün işlənib hazırlanmış və elektroforez hadisəsinə əsaslanan informasiyanın əksolunması texnologiyası. Görüntünü formalaşdırmaq üçün matrisin işıqlandırılmasına əsaslanan ənənəvi yastı maye-kristal displeylərdən fərqli olaraq, elektron kağız, adi kağız kimi, görüntünü qaytarılmış işıqda formalaşdırır. O, elektrik enerjisi sərf etmədən mətn və qrafik görüntünü yetərincə uzun müddətə saxlaya bilir, enerjidən yalnız görüntünün dəyişməsi zamanı istifadə olunur. Elektron kağızı rəqəmsal kağızdan (DIGITAL PAPER) fərqləndirmək lazımdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 257 s.
Elektron kitab
Elektron kitab — hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. == Elektron kitab == Elektron kitab sözü bir çox mənada istifadə olunur. Elektron kitab (sənəd), elektron kitab (qurğu). Elektron formasında yazılmış kitaba elektron kitab deyilir. Elektron kitab hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda, məs: Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, hipermətn dili (HTML – Hiper Text Markup Language, hipermətnə nişan qoyma dili) – vasitəsi ilə yaradılan mətn formatında və ya (ZIP, RAR, ARY) – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarətdir. Həmin mətnlər HTML dilinin vasitəsi ilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formatlaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Bir neçə il əvvəl mətn blokunun formatları olan hipermətn HTML və ya PDF (Portable Document Format, sənədlərin keçirilə bilən formatı) formatları elektron nəşrlərə multimedia komponentlərinin daxil edilməsi imkanına malik olan yeganə formatlar idi.
Elektron kitabxana
Elektron kitabxana, həmçinin onlayn kitabxana və ya rəqəmsal kitabxana — özündə mətn, hərəkətsiz şəkillər, audio, video, elektron sənədlər və ya digər rəqəmsal media formatlarını ehtiva edən rəqəmsal obyektlərin onlayn verilənlər bazası və ya internet vasitəsilə əldə edilə bilən kitabxana. Obyektlər çap və ya fotoşəkillər kimi rəqəmsal məzmundan, eləcə də mətn prosessoru faylları və ya sosial media yazıları kimi ilkin istehsal edilmiş rəqəmsal məzmundan ibarət ola bilər. Elektron kitabxanalar məzmunun saxlanması ilə yanaşı, kolleksiyada olan məzmunun təşkili, axtarışı və əldə edilməsi üçün vasitələr təqdim edir. Elektron kitabxanalar ölçü və əhatə dairəsinə görə çox fərqli ola bilər, həmçinin fərdlər və ya təşkilatlar tərəfindən saxlanıla bilər. Elektron məzmun lokal formada yerləşdirilə və ya kompüter şəbəkələri vasitəsilə uzaqdan əldə edilə bilər. Bu informasiya axtarış sistemləri qarşılıqlı fəaliyyət və davamlılıq vasitəsilə bir-biri ilə məlumat mübadiləsi aparmaq qabiliyyətinə malikdirlər. == Tarixi == Elektron kitabxanaların erkən tarixi yaxşı sənədləşdirilməmişdir, lakin konsepsiyanın yaranması bir neçə əsas mütəfəkkir ilə bağlıdır. Bu anlayışın əvvəlki versiyaları arasında Pol Otle və Henri La Fontenin 1895-ci ildə dünyada sülhü təmin etmək ümidi ilə ümumbəşəri bilikləri toplamaq və sistematik şəkildə kataloqlaşdırmaq cəhdi olan "Mundaneum" qurumu daxildir. Elektron kitabxana anlayışı haqqında təsəvvürlər bir əsr sonra – internetin böyük genişlənməsi zamanı həyata keçirilmişdir.Vannevar Buş və Cozef Karl Robnett Liklayder bu ideyanı o vaxtkı texnologiyaya təkmilləşdirən iki iştirakçıdır. Buş Hiroşimaya atılan bombaya səbəb olan tədqiqatları dəstəkləmişdi.
Elektron kəşfiyyat
Elektron kəşfiyyat və ya ELINT/SIGINT (ing: electronic intelligence və signals intelligence. Az: Elektron kəşfiyyat və Siqnal kəşfiyyatı) müasir və yüksək texnologiyaların effektiv istifadəsinə əsaslanan bir kəşfiyyat törəməsidir. Elektron kəşfiyyat rabitə cihazları və ya düşmən və ya potensial təhdid elementləri tərəfindən istifadə olunan kommunikasiya vasitələri və digər elektron cihazların yaydığı radio dalğaları ilə və ya kabeldə daşınan digər rəqəmsal və analoq məlumatların müxtəlif vasitələrlə ələ keçirilib analiz edilməsi nəticəsində gizli məlumatların ələ keçirilməsi texnikasını ifadə edən anlayışdır. Türkiyədə Milli Kəşfiyyat Təşkilatı, Türkiyə Silahlı Qüvvələri və Türkiyə Polisi Kəşfiyyat Dairə İdarəsi tərəfindən həyata keçirilir.
Elektron mikroskop
Elektron mikroskop — Elektronların şüaları kiçik olduğundan daha kiçik ölçülü hissəcikləri təsvir etmək mümkün olur. Həmçinin elektron təsviri görünən təsvirə çevirmək olur.
Elektron mikroskopiya
Elektron mikroskopiya — Yüksək dərəcəli böyüdücü mikroskoplar nanotexnologiyada geniş istifadə olunurlar. Burada bir qayda olaraq elektron mikroskopiyasından istifadə olunur ki, bu da sürətləndirilmiş elektron dəstəsinin tətbiqinə əsaslanır. Bu məqsədlər üçün zond mikroskoplarının müxtəlif variantları yaradılmışdır. Öz növbəsində elektron mikroskopiyasında iki əsas istiqamət vardır: İşıqlandırıcı elektron mikroskopiyası (İEM). Burada yüksək ayırdetmə qabiliyyəti olan elektron mikroskopiyası ayrıca bölmə kimi götürülür; Skanirə edən elektron mikroskopiyası (SEM). == İşıqlandırıcı elektron mikroskopiyası == Nazik plyonkadan ibarət obyekt vakuumda (10−6 mm c.süt.) enerjisi 50–200 keV (kiloelektrovolt) olan sürətləndirilmiş elektron dəstəsilə işıqlandırılır. Plyonkadan (obyektdən) keçən və onun atomları tərəfindən müəyyən bucaq altında kənara çıxarılan elektron dəstəsi (elektron şüası) maqnit linzalarının üzərinə düşür və fotoplyonka üzərində daxili quruluşun tam işıqlı təsviri formalaşır. Bu da imkan verir ki, tədqiq olunan obyektin kristallik quruluşa malik olub olmaması haqqında dəqiq nəticə çıxardaq. == Skanirə edən elektron mikroskopiyası == Bu üsul əsasən səthdə yerləşmiş nanohissəcikləri tədqiq etmək üçündür. Burada elektron şüaları maqnit linzaları ilə ölçüsü 1–10 nm olan nazik zonda sıxılıb keçirilir ki, oda ardıcıl nöqtədən nöqtəyə obyekt üzrə yerini dəyişir, yəni onu skanirə edir.
Elektron məktub
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.

elektron-hesablayıcı sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#elektron-hesablayıcı nədir? #elektron-hesablayıcı sözünün mənası #elektron-hesablayıcı nə deməkdir? #elektron-hesablayıcı sözünün izahı #elektron-hesablayıcı sözünün yazılışı #elektron-hesablayıcı necə yazılır? #elektron-hesablayıcı sözünün düzgün yazılışı #elektron-hesablayıcı leksik mənası #elektron-hesablayıcı sözünün sinonimi #elektron-hesablayıcı sözünün yaxın mənalı sözlər #elektron-hesablayıcı sözünün əks mənası #elektron-hesablayıcı sözünün etimologiyası #elektron-hesablayıcı sözünün orfoqrafiyası #elektron-hesablayıcı rusca #elektron-hesablayıcı inglisça #elektron-hesablayıcı fransızca #elektron-hesablayıcı sözünün istifadəsi #sözlük