elektrostatika sözü azərbaycan dilində

elektrostatika

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • elektrostatika • 81.8182%
  • Elektrostatika • 18.1818%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elektrostatika
Elektrostatika — elektrodinamika bölməsi; sükunətdə olan elektrik yüklərinin qarşılıqlı təsirini (elektrostatik qarşılıqlı təsir) öyrənir. Belə qarşılıqlı təsir elektrostatik sahə vasitəsilə həyata keçirilir. Elektrostatikanın əsas qanunu Kulon qanunudur. Elektrostatik sahənin mənbəyi elektrik yükləridir. Bu fakt Qauss teoremində ifadə edilir. Elektrostatik sahə potensialdır, yəni elektrostatik sahə tərəfindən yükə təsir edən qüvvələrin işi yolun formasından asılı deyil. Elektrostatik sahə aşağıdakı tənlikləri ödəyir: d i v D → = 4 π ρ , {\displaystyle div{\vec {D}}=4\pi \rho ,} r o t E → = 0 {\displaystyle rot{\vec {E}}=0} burada D – elektrik induksiya vektoru, E – elektrik sahəsinin intensivliyi, ρ – sәrbәst elektrik yüklәrinin sıxlığıdır. Birinci tənlik Qauss teoreminin diferensial formasını, ikinci isə elektrostatik sahə qüvvələrinin potensial xarakterini göstərir. Bu tənliklərə Maksvell tənliklərinin xüsusi halı kimi baxmaq olar. Naqillərdəki məlum yüklərə və ya onlardan hər birinin elektrostatik potensialına əsasən bu naqillərin səthlərində yüklərin paylanmasının tapılması və həmçinin naqillərin yüklərinə və potensiallarına əsasən onların enerji sisteminin hesablanması elektrostatikanın səciyyəvi məsələləridir.

elektrostatika sözünün leksik mənası və izahı

  • 1 [bax elektro və statika] Fizikanın elektrikin, elektrikləşmiş cisimlərin nisbətən hərəkətsiz halda xassələrini öyrənən şöbəsi. Hərəkət etməyən elektrik yüklərinin qarşılıqlı elektrik təsirini və onların tarazlıq şərtlərini öyrənən elmə (bəhsə) elektrostatika deyilir. “Fizika”.

    Azərbaycan dilinin izahlı lüğəti / elektrostatika

elektrostatika sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. тех. электростатика (раздел физики, изучающий свойства электричества, наэлектризованных тел в относительно спокойном состоянии)

    Azərbaycanca-rusca lüğət / elektrostatika

Oxşar sözlər

#elektrostatika nədir? #elektrostatika sözünün mənası #elektrostatika nə deməkdir? #elektrostatika sözünün izahı #elektrostatika sözünün yazılışı #elektrostatika necə yazılır? #elektrostatika sözünün düzgün yazılışı #elektrostatika leksik mənası #elektrostatika sözünün sinonimi #elektrostatika sözünün yaxın mənalı sözlər #elektrostatika sözünün əks mənası #elektrostatika sözünün etimologiyası #elektrostatika sözünün orfoqrafiyası #elektrostatika rusca #elektrostatika inglisça #elektrostatika fransızca #elektrostatika sözünün istifadəsi #sözlük