ellinizm sözü azərbaycan dilində

ellinizm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ellinizm • 60.0000%
  • Ellinizm • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ellinizm
Ellinizm, Hellinizm (yun. Ἑλληνισμός; lat. Hellēnismós) Aralıq dənizinin şərq sahili ölkələri tarixində mərhələ; Makedoniyalı İsgəndərin e.ə. 334-323 cü illərdə hərbi səfərlərindən tutmuş, həmin ölkələrin Roma imperiyası tərəfindən işğalına qədər olan dövrü əhatə edir. Bu zaman aralığında yunan və İran, yunan və Misir, yunan və hind mədəniyyətlərinin sintezi baş vermişdir. Ellinizm ifadəsi tarixşünaslığa alman tarixçisi İohan Qustav Droyzen tərəfindən gətirilmişdir. Tarixçilər ellinizm terminini müxtəlif şəkildə şərh edirlər; bir çoxları yunan və yerli xüsusən də şərq mədəniyyətlərinin qarşılıqlı təsirini ön plana çəkir, bəzən ellinizm anlayışının xronoloji sərhədlərinin orta əsrin başlanğıcına qədər gətirib çıxardırlar. Digərləri isə başlıca diqqəti sosial-siyasi strukturların qarşılıqlı təsiri məsələsinə yönəldir, yunan-makedoniyalıların aparıcı rolunu qeyd edirlər. Ellinizmin tarixini bir qayda olaraq ellinist dövlətlərin yaranması, İsgəndərin sərkərdələri diadoxların mübarizəsi, ellinizmin çiçəklənməsi, ellinist dövlətlərin tənəzzülü və Roma tabeliyinə keçməsi dövrlərinə bölürlər. == Ellinlər == Ellinlər (yun.
Ellinizm fəlsəfəsi
Ellinizm fəlsəfəsi (IV - I yüzilliklər) — Aristoteldən sonra qədim yunan fəlsəfəsinin növbəti inkişaf mərhələsi. Ellinizm dövrü m. ö. 338 ildə Makedoniyanın Yunanıstan üzərində qələbə əldə etdiyindən sonra başlamışdır. Bu qələbədən sonra Makedoniyalı İskəndər Əhəmənilər dövlətini darmadağın edərək bütün Yaxın Şərq, Misir və Orta Asiyanın bir hissəsinin hökmdarı olmuşdur. Ancaq, İskəndərin ölümündən sonra onun yaratdığı imperiya dağılmış və onun ərazisində bir neçə dövlət yaranmışdır. Bu dövlətlərin ən böyükləri və nüfuzluları Selevkoslar (Orta və Yaxın Şərqdə) və Ptolemeuslar (Misirdə) olmuşdur. Ellinizm dövrü özünə məxsus mədəniyyəti ilə seçilmişdir. Bu mədəniyyət yunan dünyagörüşü, fəlsəfəsi və elminin Yaxın və Orta Şərq mədəniyyətləri ilə qarışması nəticəsində yaranmışdır. Makedoniyalıların böyük ərazilər və xalqları istila etməsindən sonra həmçinin, müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqələri güclənmişdir.
Ellinizm ədəbiyyatı
Ellinizm ədəbiyyatı qədim yunan ədəbiyyatının əsas mərhələlərindən biridir. Bu dövr ədəbiyyatının görkəmli nümayəndələri Kallimax, Feokrit, Rodoslu Apolloni, Menandr olmuşdur. == Kallimax == Ellinizm ədəbiyyatının ən görkəmli şairidir. Dastanın dövrünün keçdiyini və kiçik şeirlər yazmaq lazım olduğunu söyləmişdir. Epiqramlar və satirik şeirlər yazmışdır. Dörd hisədən ibarət “Səbəblər” kitabı kiçik mənzum hekayələrdən ibarətdir. == Rodoslu Apolloni == Kallimaxın tələbəsi olmuş və onun fikirləri əleyhinə çıxmışdır. “Arqonavtiklər” dastanını yazmışdır. == Feokrit == Feokrit ellinizm dövründə yaranan kiçik şeirlər yazmaq ənənəsinin davamçısı olmuş İskəndəriyyə şairlərindən biridir. Qədim yunan ədəbiyyatında kiçik şeirləri xüsusən bukolikaları ilə tanınır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 1.68
2006 ••• 0.23
2007 ••• 0.21
2011 ••• 0.17
2012 •••• 0.26
2018 •• 0.15

ellinizm sözünün leksik mənası və izahı

  • 1 [yun.] 1. Makedoniyalı İskəndərin Şərqi istilasından sonra başlanan qarışıq yunan-Şərq mədəniyyətinin çiçəklənməsi dövrü. Tarixçilər Makedoniyalı İskəndərin hakimiyyət illərindən başlayaraq imperatorluğun xərabələri üzərində qurulmuş dövlətlərin Roma idarəsi altına keçməsinə qədər olan dövrü şərti olaraq ellinizm dövrü adlandırırlar. Ə.Sultanlı. 2. Qədim yunan dilindən başqa dillərə keçmiş söz və ya ifadə.

    Azərbaycan dilinin izahlı lüğəti / ellinizm

ellinizm sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. эллинизм: 1. эпоха расцвета греко-восточной культуры. Ellinizm dövru эпоха эллинизма 2. слово или оборот речи, заимствованные из греческого языка II прил. эллинистический. Ellinizm incəsənəti эллинистическое искусство

    Azərbaycanca-rusca lüğət / ellinizm

ellinizm sözünün inglis dilinə tərcüməsi

ellinizm sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#ellinizm nədir? #ellinizm sözünün mənası #ellinizm nə deməkdir? #ellinizm sözünün izahı #ellinizm sözünün yazılışı #ellinizm necə yazılır? #ellinizm sözünün düzgün yazılışı #ellinizm leksik mənası #ellinizm sözünün sinonimi #ellinizm sözünün yaxın mənalı sözlər #ellinizm sözünün əks mənası #ellinizm sözünün etimologiyası #ellinizm sözünün orfoqrafiyası #ellinizm rusca #ellinizm inglisça #ellinizm fransızca #ellinizm sözünün istifadəsi #sözlük