elmdə sözü azərbaycan dilində

elmdə

Yazılış

  • elmdə • 83.9578%
  • Elmdə • 16.0422%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elmdə qadınlar
Elmdə qadınların mövcudluğu elm tarixinin ən erkən dövrlərini əhatə edir, burada onlar mühüm töhfələr vermişlər. Gender və elmə maraq göstərən tarixçilər qadınların elmi səylərini və nailiyyətlərini, üzləşdikləri maneələri və işlərinin əsas elmi jurnallarda və digər nəşrlərdə nəzərdən keçirilməsi və qəbul edilməsi üçün həyata keçirilən strategiyaları araşdırmışlar. Bu məsələlərin tarixi, tənqidi və sosioloji tədqiqi özlüyündə akademik bir fənnə çevrilmişdir. Qadınların tibbə cəlb edilməsi bir neçə erkən qərb sivilizasiyasında baş verdi və qədim Yunanıstanda təbiət fəlsəfəsinin öyrənilməsi qadınlar üçün açıq idi. Eramızın birinci və ya ikinci əsrlərində qadınlar kimyagərlik elminə töhfə vermişdilər. Orta əsrlərdə dini monastırlar qadınlar üçün mühüm təhsil yeri idi və bu icmaların bəziləri qadınların elmi tədqiqatlara töhfə verməsi üçün imkanlar yaradırdı. XI əsrdə ilk universitetlərin meydana çıxmağa başladı və qadınlar əksər hallarda universitet təhsilindən kənarda qaldılar. Akademiyadan kənarda botanika erkən müasir dövrlərdə qadınların töhfələrindən ən çox faydalanan elm idi. İtaliyada qadınların tibb sahəsində təhsil almasına münasibət digər yerlərə nisbətən daha liberal görünürdü. Elmi tədqiqatlar sahəsində universitetdə vəzifə tutmuş ilk qadın XVIII əsr italyan alimi Laura Bassi idi.
Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü
Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü qadınların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində tam və bərabər çıxışını və iştirakını təşviq etmək üçün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 22 dekabr 2015-ci ildə 70/212 saylı qətnamə qəbul edərək, fevralın 11-ni hər il qeyd olunan xüsusi gün kimi elan etdi. Elmdə gender bərabərliyi üçün fokus nöqtəsi ətrafında xüsusi diqqət və müzakirə sahəsini vurğulamaq üçün hər il mövzu seçilir. Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü hər il UNESCO tərəfindən BMT-nin Qadınlar Təşkilatı ilə birgə təşkil olunur. Hər iki təşkilat elmi sahələrdə qadınların və qızların rolunu təşviq etmək və bu sahədə artıq uğur qazananları qeyd etmək kimi ortaq məqsədə nail olmaq üçün milli hökumətlər, hökumətlərarası təşkilatlar, vətəndaş cəmiyyəti tərəfdaşları, universitetlər və şirkətlərlə işləyir.

"elmdə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#elmdə nədir? #elmdə sözünün mənası #elmdə nə deməkdir? #elmdə sözünün izahı #elmdə sözünün yazılışı #elmdə necə yazılır? #elmdə sözünün düzgün yazılışı #elmdə leksik mənası #elmdə sözünün sinonimi #elmdə sözünün yaxın mənalı sözlər #elmdə sözünün əks mənası #elmdə sözünün etimologiyası #elmdə sözünün orfoqrafiyası #elmdə rusca #elmdə inglisça #elmdə fransızca #elmdə sözünün istifadəsi #sözlük