Eman sözü azərbaycan dilində

Eman

Yazılış

  • Eman • 93.3333%
  • eman • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cevriss Emane
Cevriss Emane (fr. Gévrise Émane 27 iyul 1982, Yaunde, Kamerun) — Kamerun əsilli Fransalı cüdoçu. 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, üçqat dünya, beşqat Avropa çempionu. Karyerası ərzində 63 və 70 kiloqramadək çəki dərəcələrində çıxış edib. 2013-cü ildə Fransa dövləti tərəfindən "Xidmətlərə görə" ordeni ilə təltif olunub. == Cüdo karyerası == Emane 2005-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş dünya çempionatında (70 kq-a qədər çəki dərəcəsində) gümüş medal qazanıb, bu medal idmançının peşəkar səviyyədə qazandığı ilk uğur sayılır. 2006-cı ildə Finlandiyanın Tampere şəhərində təşkil olunmuş Avropa çempionatının finalında Almaniya cüdoçusu Hayde Vollert üzərində təmiz qələbə (ippon) qazanaraq ilk dəfə Avropa çempionu titulunu qazanıb.Emane dünya çempionu titulunu ilk dəfə 2007-ci ildə Rio-de-Janeyroda keçirilmiş cüdo üzrə dünya çempionatında qazanıb. O, həlledici görüşdə amerikalı Ronda Rauzini xal hesabı ilə məğlub edib.2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında ölkəsini 70 kq-a qədər çəki dərəcəsində təmsil edib. İlk görüşündəcə ispaniyalı Leye İqlesiasa məğlub olaraq mübarizəni dayandırıb. 2011-ci ildə Fransanın paytaxtı Paris şəhərində keçirilmiş dünya çempionatında ikinci dəfə dünya çempionu adını qazanıb.
Emansipasiya
Emansipasiya (lat. emancipatio - asılılıqdan azad olunma) — asılılıqdan azadlıq, məhdudiyyət olmaması, hüquqlarda bərabərləşdirilmə. Yəni 16 yaşlı həddi-buluğa çatmayan şəxsin mülki fəaliyyət qabiliyyətli şəxs elan edilməsi. 16 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya qəyyumun razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır.
Emanuel Filibert (Savoyya hersoqu)
Emanuel Filibert (it. Emanuele Filiberto di Savoia) və ya Dəmirbaş (it. Testa di ferro) (8 iyul 1528, Şamberi, Savoy hersoqluğu – 30 avqust 1580, Turin, Savoy hersoqluğu) — Savoyya hersoqu. Atası Savoyya hersoqu III Çarlz, anası isə Portuqaliya kralı I Manuelin qızı Portuqaliyalı Beatrisdir. Anası Müqəddəs Roma imperatoru V Karlın həm baldızı, həm də xalası qızı idi. Bu səbəblə gənc yaşlarından etibarən V Karlın ordusunda Fransaya qarşı müharibədə xidmət etməyə başlamışdı. 1553-cü ildə atasının vəfatıyla Savoyya hersoqluğuna yüksəlsə də, bütün mülkləri fransızlar tərəfindən işğal edilmişdi və 1536-cı ildən bəri bütün ailəsi sürgündə yaşamaqda idi. Bu səbəblə torpaqlarını geri almaq ümidiylə Habsburqlara xidmət etməyə davam etdi. Üstəlik, 1555-1559-cu illərdə Habsburqların Hollandiyadakı hakimi olaraq fəaliyyət göstərmişdir. Bu vəzifədə ikən ispanların şimali Fransaya etdiyi hücumlara şəxsən rəhbərlik etdi.
Emanuel Lasker
Emanuil Lasker— Alman şahmatçısı, riyaziyyatçısı və filosofu. O, şahmat üzrə ikinci dünya çempionu olmuş və bu adı 27 il ərzində özündə saxlamışdır (1894-dən 1921-ci ilə kimi). == Həyatı == Emanuil Lasker 1869-ci il dekabrın 24-də anadan olmuşdur. Uşaqlıqdan riyaziyyata həvəs göstərirdi. Ona görə də valideynləri onu Berlinə oxumağa göndərirlər. Laskerin şahmata maraq göstərməsinin iki səbəbi olmuşdur. Birincisi, yanında yaşadığı böyük qardaşı yaxşı şahmat oynayırdı.Bir dəfə Lasker xəstə olarkən qardaşı ona şahmat oynamağı öyrətmiş və şahmat dərsliyi hədiyyə vermişdir. İkinci səbəb isə, onun oxuduğu məktəbin direktorunun yerli şahmat klubunun çempionu və prezidenti olması idi. Direktor gələcək çempionun şahmat qüvvəsinin inkişafına böyük kömək etmişdir. == Şahmat Karyerası == Məktəbi qurtardıqdan sonra Lasker Berlin universitetinin riyaziyyat fakültəsinə daxil olur.
Emanuela Zançi
Emanuela Zançi (17 oktyabr 1977, Milan) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Emanuela Zançi İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Emanuela Zançi, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. İdman xidmətlərinə görə mühüm mükafatlara layiq görülüb.
Emanuelle Lima
Emanuelle Lima (d. 3 may 1996) — Braziliyanı təmsil edən bədii gimnast. Emanuelle Lima 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Lima həmdə 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb. == Karyerası == Emanuelle Lima 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Cessika Mayer, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Emanuil Lasker
Emanuil Lasker— Alman şahmatçısı, riyaziyyatçısı və filosofu. O, şahmat üzrə ikinci dünya çempionu olmuş və bu adı 27 il ərzində özündə saxlamışdır (1894-dən 1921-ci ilə kimi). == Həyatı == Emanuil Lasker 1869-ci il dekabrın 24-də anadan olmuşdur. Uşaqlıqdan riyaziyyata həvəs göstərirdi. Ona görə də valideynləri onu Berlinə oxumağa göndərirlər. Laskerin şahmata maraq göstərməsinin iki səbəbi olmuşdur. Birincisi, yanında yaşadığı böyük qardaşı yaxşı şahmat oynayırdı.Bir dəfə Lasker xəstə olarkən qardaşı ona şahmat oynamağı öyrətmiş və şahmat dərsliyi hədiyyə vermişdir. İkinci səbəb isə, onun oxuduğu məktəbin direktorunun yerli şahmat klubunun çempionu və prezidenti olması idi. Direktor gələcək çempionun şahmat qüvvəsinin inkişafına böyük kömək etmişdir. == Şahmat Karyerası == Məktəbi qurtardıqdan sonra Lasker Berlin universitetinin riyaziyyat fakültəsinə daxil olur.
Euseius emanus
Euseius emanus (lat. Euseius emanus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Flavio Emanuel Lopez
Flavio Emanuel Lopez Paixão (19 sentyabr 1984) — Portuqaliya futbolçusu, hücumçu-yarımmüdafiəçi. Lopez 2011-ci ilin avqust ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Tirəxtura gələndən öncə Şotlandiyanın Həmilton Akademikal futbol klubunda oynamışdır. Flavio Lopez Traktor Sazi klubunda uçun oynadığı birinci rəsmi oyunda klubun tarixində ən önəmli qolu vurmuşdur. 9 sentyabr 2011-ci ildə Flavionun qolu ilə Traktor Sazi Tehranda İstiqlal klubunu 2-3 hesabı ilə məğlub edib və ilk dövrədə birinci sıraya yüksəldi.
III Viktor Emanuel
III Viktor Emanuel (it. Vittorio Emanuele III; 11 noyabr 1869[…], Neapol – 28 dekabr 1947[…], İsgəndəriyyə) — İtaliyanın üçüncü kralı, bundan başqa, Efiopiyanın imperatoru (1936-1941), Albaniyanın (1939-1943) kralı olmuşdur. Lakin bu ünvanlar bir çox iri dövlətlər tərəfindən tanınmırdı. Onun hakimiyyəti, atası I Umbertonun qətlindən sonra başladı. III Viktor Emanuelin hakimiyyəti, İtalyan faşizminin yaranması, inkişaf etməsi və tənəzzül etməsi dövrünü əhatə edir. II Dünya Müharibəsində İtaliyanın məğlub olmasından sonra, monarxiya ağır böhran keçirməyə başladı. Dövlətdə monarxiyanın saxlanıb-saxlanmaması referendumda həll olunmalı idi. Referendumda monarxiya tərəfdarlarının təzyiqləri ilə (müharibədə məğlub olmasından sonra italyanlar ona nifrət edirdilər) III Viktor Emanuel öz oğlu II Umbertonun xeyrinə hakimiyyətdən əl çəkdi. Beləliklə, onun oğlu II Umberto adı ilə İtaliyanın dördüncü kralı oldu. III Viktor isə İsgəndəriyyəyə sürgün edildi, bir il sonra isə vəfat etdi və elə orada da dəfn edildi.
III Çarlz Emanuel (Savoyya hersoqu)
III Çarlz Emanuel (it. Carlo Emanuele III di Savoia) (27 aprel 1701[…], Turin – 20 fevral 1773[…], Turin, Sardiniya krallığı) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Fransa kralı XIII Lüdovikin nəvəsi Orleanlı Anna Mariyadır. Saray ənənələrinə uyğun olmayan evliliyi səbəbilə skandala səbəb olan atasının taxtdan çəkilməsiylə, gözlənilmədən Savoyya hersoqu və Sardiniya kralı oldu. Ancaq Şamberidəki qəsrində iqamət etməyə başlayan atası çox keçmədən dövlət işlərinə müdaxilə etməyə başladı və oğlunu bacarıqsızlıqla ittiham etdi. Ətrafına topladığı dəstəkçiləriylə yenidən taxtı ələ keçirmək cəhdinin ardından, atasını Rivoli qalasına həbs etdirdi. Çox keçmədən atası burada vəfat etdi. == Mənbə == Huberty, Michel; Giraud, Alain; Magdelaine, F. and B. (1985). L'Allemagne Dynastique, Tome IV – Wittelsbach. France: Laballery.
II Maksimilyan Emanuel (Bavariya kürfürstü)
II Maksimilyan Emanuel (alm. Maximilian II. Emanuel von Bayern‎) (11 iyul 1662[…], Münhen, Bavariya kürfürstlüyü – 26 fevral 1726[…], Münhen, Bavariya kürfürstlüyü) — Bavariya kürfürstü. Atası Bavariya kürfürstü Ferdinand Mariya, anası isə Savoyyalı Henretta Adelayddır. == Mənbə == Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690-1720. Cambridge University Press. ISBN 0521551463 Spencer, Charles (2005). Blenheim: Battle for Europe. Phoenix. ISBN 0-304-36704-4 Ludwig Hüttl: Max Emanuel.
II Viktor Emanuel
II Viktor Emanuel (it. Vittorio Emanuele Mariya Alberto Eugenio Ferdinando Tommaso; 14 mart 1820[…], Turin, Turin əyaləti[d] – 9 yanvar 1878[…], Roma) — 1849–1861 illərdə Sardiniya krallığının kralı, 1861-ci ildən birləşmiş İtaliya Krallığının ilk kralı, "Padre della Patria" (Ata Vətənin atası) olaraq tanınır. == Həyatı == 1820-ci ilin 14 martında anadan olmuşdur. 1878-ci ilin 9 yanvarında isə vəfat etmişdir.1849-cu ilın 23 martından 1861-ci ilə qədər Sardinyanın kralı (Piemont-Sardiniya), 1861-ci ildən 1878-ci ilə qədər isə vahid İtaliya krallığının kralı olmuşdur. O, 6-cı əsrdən bəri vahid olmayan İtaliyanın ilk kralı olmuşdur, buna görə də İtalyanlar ona "Della Patria" ləqəbini vermişlər. Bu sözün Azərbaycan dilinə tərcüməsi "Ata" mənasını verir. == Bioqrafiyası == Emanuel Karl Albertin ən böyük oğlu idi. Atası I Karl Alberti Sardiniya kralı, anası isə Avstriya Habsburqlarından olan Mariya Tereza idi. Onun gəncliyi Florensiya şəhərində keşmişdir. Burada çox erkən vaxtlardan siyasətlə, idmanla və hərb elmi ilə maraqlanmağa başladı.
II Çarlz Emanuel (Savoyya hersoqu)
II Çarlz Emanuel (it. Carlo Emanuele II di Savoia) (20 iyun 1634[…], Turin – 12 iyun 1675[…], Turin) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Fransa kralı IV Henrinin qızı Kristinadır. Atasının ani vəfatı və azyaşlı qardaşı Fransiskin cəmi 1 illik qısa səltənətinin ardından, hələ 4 yaşında ikən Savoyya hersoqu oldu. Eynilə qardaşı kimi, azyaşlı olması səbəbilə 1648-ci ilədək səltənət anası Kristina tərəfindən idarə edildi. Hətta bu tarixdən sonra da anası 1663-cü ildəki ölümünədək səltənətdə söz sahibi olmuş, Çarlz Emanuel eyş-işrət dolu həyat yaşamışdır. == Mənbə == Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690–1720. Cambridge University Press. ISBN 0521551463 Oresko, Robert (2004).
IV Çarlz Emanuel (Savoyya hersoqu)
IV Çarlz Emanuel (it. Carlo Emanuele IV di Savoia) (24 may 1751[…], Turin, Sardiniya krallığı – 6 oktyabr 1819[…], Roma) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə İspaniya kralı V Filippin qızı Mariya Antuanetta Ferdinandadır. Çox sevdiyi xanımının vəfatının ardından dövlət işlərindən uzaqlaşdı və taxtı qardaşı Viktor Emanuelə buraxaraq Romada dindar həyat tərzi yaşamağa başladı. == Mənbə == Bertolotti. Davide:Istoria della R. Casa di Savoia, Antonio Fontana, 1830, p 289 Morselli.
I Viktor Emanuel (Savoyya hersoqu)
I Viktor Emanuel (it. Vittorio Emanuele I di Savoia) (24 iyul 1759[…], Turin, Sardiniya krallığı – 10 yanvar 1824, Monkalyeri, Pyemont) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə İspaniya kralı V Filippin qızı Mariya Antuanetta Ferdinandadır. == Mənbə == Bertolotti. Davide:Istoria della R. Casa di Savoia, Antonio Fontana, 1830, p 289 Morselli.
I Çarlz Emanuel (Savoyya hersoqu)
I Çarlz Emanuel (it. Carlo Emanuele I di Savoia) və ya Böyük (it. il Grande) (12 yanvar 1562 – 26 iyul 1630[…]) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Emanuel Filibert, anası isə Fransa kralı I Fransiskin qızı Marqaritadır. == Mənbə == Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690–1720. Cambridge University Press. ISBN 0521551463 Vester, Matthew, ed. (2013). Sabaudian Studies: Political Culture, Dynasty, & Territory, 1400–1700.
Karl Filip Emanuil Bax
Karl Filip Emanuil Bax (8 mart 1714[…], Veymar – 14 dekabr 1788[…], Hamburq) — alman bəstəkarı və musiqiçisi. İohan Sebastyan Baxın beş oğlundan ikincisi. Klassik musiqi üslubunun banilərindən biri.
Rudolf Yulius Emanuel Klauzius
Rudolf Yulius Emanuel Klauzius (alm. Rudolf Julius Emanuel Clausius‎, doğum zamanı: Rudolf Qottlib, alm. Rudolf Gottlieb‎; 2 yanvar 1822 – 24 avqust 1888) – alman fiziki və riyaziyyatçısı, termodinamikanın yaradıcılarından biri. 1865-ci ildə Kainatın istilik ölümü hipotezini irəli sürmüşdür. Klauzius həmçinin entropiya anlayışını elmə daxil etmişdir. == Həyatı == Emanuel Klauzius 1822-ci ildə Almaniyanın Köslin şəhərində anadan olmuşdur. Klauzius ilk təhsilini atasının məktəbində almışdır. Məktəbi bitirdikdən sonra Klauzius gimnaziyada təhsil alır. Gimnaziyanı bitirdikdən sonra Ali Təhsilini Berlin Universitetində alır. Klauzius ilk dəfə olaraq Termodinamikanın ikinci qanununu kəşf etmiş və bunu 1854-cü ildə qəzetlərin birində nəşr etdirmişdir.
Vittorio Emanuele Orlando
Vittorio Emanuele Orlando (19 may 1860[…], Palermo, İki Siciliya krallığı[d] – 1 dekabr 1952[…], Roma, İtaliya) — İtaliyalı hüquqşünas, akademik, diplomat, dövlət xadimi və 23 oktyabr 1917-ci ildən 23 iyun 1919-cu ilədək İtaliyanın Baş naziri. Birinci Dünya Müharibəsinin sonunda Versal sülh müqaviləsinin iclaslarında iştirak etdi. Tez-tez "Qələbənin Baş naziri" olaraq xatırlanır. == Həyatı == Vittorio Emanuele Orlando Siciliyanın Palermo bölgəsində anadan olub. Atası torpaq sahibi bir zadəgan idi, oğlunun anadan olmasının qeydiyyatını təxirə saldı çünki Cüzeppe Qaribaldinin 1000 vətənpərvər vətəndaşı İtaliya dövləti yaratmaq yolunun ilk addımında Siciliyaya hücum etmişdilər.Məzun olduğu Palermo Universitetinin Hüquq Fakultəsində elmi fəaliyyətə başlamışdı.1897-ci ildə Partiniko bölgəsindən İtaliya Deputatlar Palatasına (it. Camera dei Deputati) seçildi və 1925-ci ilə qədər yenidən eyni bölgədən seçildi. 1892-1921 arasında 5 dəfə İtaliyanın Baş naziri vəzifəsini icra edən Covanni Colittiyi dəstəklədi.1919-cu ildə İtaliyanın baş naziri olaraq Paris Sülh Konfransında iştirak etmişdi. Dalmatiyanın İtaliyaya Birinci Dünya Müharibəsində iştirakına kompensasiya olaraq vəd edildiyi 1915-ci il London gizli paktının yerinə yetirilməsini tələb etdi. Lakin Vudro Vilson Orlandonun tələblərinə ciddi müqavimət göstərdi. Bu səbəbdən Orlando müqavilənin yerinə yetirilməsi üçün Fransa və İngilis dəstəyini ala bilmədi.
Emanat
Emanat — Azərbaycanda fəaliyyət göstərən ən iri ödəniş sistemlərindən biridir. == Tarixi == Emanat 2012-ci il sentyabr ayında fəaliyyətə başlamış və 2013-cü il mart ayında Emanat brendi ilə Azərbaycan ödəniş bazarına daxil olmuşdur. Emanat şirkəti hazırda özünəxidmət nağd ödəniş terminalları şəbəkəsini elektron idarə edir. Hazırda Azərbaycanda 3000-dən artıq Emanat ödəniş terminalına rast gəlmək olar. Ödəniş terminallarında hazırda 1000-dən çox xidmət mövcuddur. 2012-ci il sentyabr — Fəaliyyətə başlamışdır 2013-cü il mart — Ölkə bazarına daxil olmuşdur == Xidmətlər == Kommunal ödənişlər Mobil ödənişlər Bank xidmətləri Dövlət ödənişləri TV ödənişləri İnternet provayderləri Telefon ödənişləri Mağazalar şəbəkəsi E-pulqabı ödənişləri Təhsil xidmətləri Əyləncə və oyunlar Xeyriyyə və yardım Ödəmə kartları Sığorta və səhiyyə Hüquq xidmətləri Turizm və səyahət Karqo və nəqliyyatDigərləri == Missiyası və Dəyərləri == Şirkətin özünəməxsus aşağıdakı missiyaları və dəyərləri mövcuddur.
II Maksimillian Emanuel (Bavariya kürfürstü)
II Maksimilyan Emanuel (alm. Maximilian II. Emanuel von Bayern‎) (11 iyul 1662[…], Münhen, Bavariya kürfürstlüyü – 26 fevral 1726[…], Münhen, Bavariya kürfürstlüyü) — Bavariya kürfürstü. Atası Bavariya kürfürstü Ferdinand Mariya, anası isə Savoyyalı Henretta Adelayddır. == Mənbə == Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690-1720. Cambridge University Press. ISBN 0521551463 Spencer, Charles (2005). Blenheim: Battle for Europe. Phoenix. ISBN 0-304-36704-4 Ludwig Hüttl: Max Emanuel.
Emanasiya (fəlsəfə)
Emanasiya (lat. emanatio - axın, paylanma) — qədim fəlsəfə anlayışı, [semantik və aksioloji cəhətdən] Kainatın ən yüksək sferasından aşağı, daha az mükəmməl sferalara keçid vektoru: mütləq Varlığın həddindən artıq dolğunluğunun [öz varlığının hüdudlarından kənara] yayılması.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2009 •••••••••••••• 0.32
2010 •••• 0.09
2011 •••• 0.09
2012 ••••••••••• 0.26
2017 •••••••••••••••••••• 0.49

"eman" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#eman nədir? #eman sözünün mənası #eman nə deməkdir? #eman sözünün izahı #eman sözünün yazılışı #eman necə yazılır? #eman sözünün düzgün yazılışı #eman leksik mənası #eman sözünün sinonimi #eman sözünün yaxın mənalı sözlər #eman sözünün əks mənası #eman sözünün etimologiyası #eman sözünün orfoqrafiyası #eman rusca #eman inglisça #eman fransızca #eman sözünün istifadəsi #sözlük