emulsiya sözü azərbaycan dilində

emulsiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • emulsiya • 85.7143%
  • Emulsiya • 10.7143%
  • EMULSİYA • 3.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Emulsiya
Emulsiya — qaba dispers sistemlərdə həm dispers mühiti və həm də dispers fazanı bir-birində həll olmayan mayelər təşkil edir. Emulsiyanın tipik misalı süd ola bilər. Süddə kiçik yağ hissəcikləri maye mühitdə asılı vəziyyətdə olur.. == Davamlılığı == Emulsiyanın davamlılığı nisbətən az olur. Belə sistemdə kiçik damcılar tədricən bir-biri ilə qarışaraq iriləşir və emulsiyada təbəqələşmə gedir. Məsələn, süd bir müddət qaldıqda yağ hissəcikləri ayrılaraq onun üzərində qaymaq təbəqəsi əmələ gətirir. Emulsiyanın dağılması müəyyən vasitələrlə sürətləndirilə bilər. Məsələn, sentrifuqalama, elektrik sahəsinin təsiri, müəyyən elektrolit və qeyri-elektrolitlərin daxil edilməsi emulsiyanın dağılmasını sürətləndirir. Kifayət dərəcədə davamlı emulsiya yalnız stablizator adlanan müəyyən maddələrin iştirakı ilə alınır. Belə maddələr (onlara emulqatorlar da deyilir) hissəciklərin səthində adsorbsiya olunaraq, emulsiya aqreqativ davamlılıq aşılayır.

emulsiya sözünün leksik mənası və izahı

  • 1 [fr. əsli lat.] xüs. 1. Bir mayenin başqa maye içərisində əriməyib qalan mikroskopik zərrələri. 2. Foto kağızı, ya lövhəcikləri üzərinə çəkilən fotokimyəvi şüalara həssas jelatin məhlulu. Emulsiya təbəqəsi.

    Azərbaycan dilinin izahlı lüğəti / emulsiya

emulsiya sözünün rus dilinə tərcüməsi

  • 1 эмульсия (смесь различных жидкостей)

    Azərbaycanca-rusca lüğət / emulsiya
  • 2 I сущ. эмульсия: 1. жидкость, насыщенная нерастворимыми капельками какой-л. другой жидкости 2. светочувствительный слой на фотопластинке, фотобумаге II прил. эмульсионный. Emulsiya təbəqəsi эмульсионный слой

    Azərbaycanca-rusca lüğət / emulsiya

emulsiya sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fr. əsli lat.] хуьс. эмульсия (1. са жими затӀунин маса жими затӀунин къене акахь тавуна амукьай микроскопик зерреяр; 2. фотографиядин кагъаздин ва я пластинкадин винел чӀугвадай экуьни фад эсер ийидай желатиндин къат).

    Azərbaycanca-ləzgicə lüğəti / emulsiya

"emulsiya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#emulsiya nədir? #emulsiya sözünün mənası #emulsiya nə deməkdir? #emulsiya sözünün izahı #emulsiya sözünün yazılışı #emulsiya necə yazılır? #emulsiya sözünün düzgün yazılışı #emulsiya leksik mənası #emulsiya sözünün sinonimi #emulsiya sözünün yaxın mənalı sözlər #emulsiya sözünün əks mənası #emulsiya sözünün etimologiyası #emulsiya sözünün orfoqrafiyası #emulsiya rusca #emulsiya inglisça #emulsiya fransızca #emulsiya sözünün istifadəsi #sözlük