Endo sözü azərbaycan dilində

Endo

Yazılış

  • Endo • 78.4314%
  • endo • 21.5686%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Endo Kinsuke
Endo Kinsuke (遠藤 謹助, Kinsuke Endo, 31 mart 1836, Çoşu hanı[d] – 13 sentyabr 1893) – Yaponiya bürokratı, Çoşu beşliyinin üzvü. O, "müasir Yaponiya sikkəçiliyinin atası" hesab olunur. == Həyatı == Endo Kinsuke 1836-cı ildə Çoşu hanında doğulmuşdur. 1863-cü ildə təhsil almaq məqsədilə İngiltərəyə göndərilmiş Çoşu beşliyinin tələbəsi olmuşdur. O, London Universitet Kollecində kimya, geologiya, mineralogiya təhsili almışdır. 1866-cı ildə Yaponiyaya qayıtmışdır. Meyci islahatından sonra 1870–1893-cü illərdə Yaponiya Sikkəçilik Bürosunda işləmişdir. 1874-cü ildə Sikkəçilik Bürosu yeni texnikalardan istifadə etmək üçün əcnəbilərlə razılaşanda Endo bürodan ayrılmışdır. Lakin büro 1875-ci ilin yanvarında doqquz əcnəbini işdən çıxardıqdan sonra qayıtmışdır. 1881-ci ildə Osaka Sikkəçilik Bürosunun direktoru olmuş, əcnəbi mütəxəssislərin köməyi olmadan Qərb üslubunda olan yapon sikkələrinin kəsilməsinə nail olmuşdur.1883-cü ildə Osaka Sikkəçilik Bürosunun ərazisindəki sakura ağaclarının ictimaiyyət üçün əlçatan olmasını təklif etmişdir.
Masahiro Endo
Masahiro Endo (d. 15 avqust 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Vataru Endo
Vataru Endo (d. 9 fevral 1993) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Yasuhito Endo
Yasuhito Endo (d. 28 yanvar 1980) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 152 oyun keçirib, 15 qol vurub.
Yukio Endo
Yukio Endo(遠藤 幸雄-Endō Yukio; 18 yanvar 1937, Akita – 25 mart 2009, Tokio[d]) — olimpiya və dünya çempionu olmuş yapon bədii gimnastı. O, 1960-cı il yay olimpiya oyunlarında və 1962-ci ildə Dünya çempionatında qızıl medal qazanan ilk yapon komandasının tərkibində çıxış etmişdir. 1968-ci il yay olimpiya oyunlarında o, ölkəsinin bayraqdarı olmuşdur. == Olimpiadalarda == Yukio Endo Yaponiya komandası tərkibində 3 dəfə (1960, 1964, 1968) olimpiya çempionu olmuşdur. 1964-cü il Yay olimpiya oyunlarında isə fərdi olaraq 2 qızıl medal (paralel qollar və çoxnövçülük) qazanmışdır. == Dünya çempionatı == Yukio 1962 idman gimnastikası üzrə dünya çempionatında 6 qızıl medal (yer hərəkətləri də daxildir) qazanmışdır və Yaponiya komandası çempionatın birincisi olmuşdur. 1966 dünya çempionatında isə Yukio 2 gümüş medal qazanmış, Yaponiya isə komanda yarışlarında birincilik qazanmışdır. == Yerli çempionatlar == Yukio Yaponiya çempionatlarında 4 dəfə çoxnövçülükdə qalib gəlmişdir.
Bitkilərin böyümə və inkişafına endogen amillərin təsiri
Bitki morfologiyası (morfe yunanca forma, loqos elm deməkdir) — geniş mənada bitki orqanizmlərinin daxili və xarici formaları, quruluşları və fərdi inkişaflarının tarixi haqqında, məhdud mənada isə bitkilərin həm mikroskopik, həm də makroskopik quruluşları haqqında məlumat verir. Bitki morfologiyası bitkilərin xarici əlamətlərini təsvir etmək zərurətindən meydana çıxmış və nəticədə morfologiyaya aid islahatların yaranmasına səbəb olmuşdur. Lakin, bitkilərin daxili mikroskopik quruluşundan botanikanın xüsusi sahəsi olan bitki anatomiyası daha ətraflı bəhs edir. Daxili morfologiya (anatomiya) ilə xarici morfologiya arasında kəskin sərhəd yoxdur. Bunları bir-birindən fərqləndirən mikroskopik və makroskopik tədqiqat metodlarıdır. == Əsas vəzifələri == Bitki morfologiyasının əsas vəzifələri — bitki orqanlarının, məsələn, yarpaqların, budaqların, çiçək hissələrinin düzülüşlərindəki qanunauyğunluqları aydınlaşdırmaq, habelə onların bu və ya başqa hissələrinin mənşəyini təmin etməkdir. Bitki morfologiyası bitkilərin hər hansı hissələrinin həqiqi təbiətini, mənşəyini öyrəndikdə makroskopik metodla birlikdə ayrı-ayrı hallarda fizioloji və biokimyəvi üsullardan da istifadə edir. Çoxalma orqanlarının istər makroskopik, istərsə mikroskopik öyrənilməsi morfologiya elminə aiddir. Mikroskopik tədqiqatda məqsəd həmin orqanların inkişafını öyrənməkdir ki, bununla müxtəlif bitkiləri müqaisə edərək, onların mənşəyini, təbiətini və təkamülündəki dəyişiklikləri aydınlaşdırmaq mümkün olur. Vegetativ orqanların daxili mikroskopik quruluşlarını öyrənməkdə məqsəd bitkinin həyatını anlamaq, onların fizioloji vəzifələrini izah etməkdir ki, bu da anatomiyaya aiddir.
Bulbophyllum endotrachys
Bulbophyllum endotrachys (lat. Bulbophyllum endotrachys) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Endocellion
Endocellion (lat. Endocellion) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Endocellion glaciale (Ledeb.) Toman === Sinonim === Petasites sect. Endocellion (Turcz. ex Herder) Barkalov Nardosmia glacialis Ledeb.
Endocellion glaciale
Endocellion (lat. Endocellion) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Endocellion glaciale (Ledeb.) Toman === Sinonim === Petasites sect. Endocellion (Turcz. ex Herder) Barkalov Nardosmia glacialis Ledeb.
Endoderma
Endoderma — Endoderma çox erkən rüşeymin üç əsas cücərmə qatının içərisidir. Digər iki təbəqə ektoderma (xarici təbəqə) və mezodermadir (orta təbəqə), endoderm ən daxili təbəqədir. Arxenteron boyunca içəriyə köçən hüceyrələr endodermaya çevrilən qastrulanın daxili təbəqəsini təşkil edir. Endoderma əvvəlcə sütunlu olan yastı hüceyrələrdən ibarətdir. Bir çox sistemin epiteli qatını təşkil edir. Bitki biologiyasında endoderma, tez-tez bir hüceyrə qatından ibarət olan gənc tumurcuqların və gənc köklərin qabığının daxili hissəsinə uyğundur. Bitki böyüdükcə daha çox endoderma toplanır. == İstehsal == Aşağıdakı diaqram endodermanın yaratdığı toxumaları göstərir. Embrionik endoderma bədəndəki iki borunun, həzm və tənəffüs borusunun daxili qatına çevrilir. Qaraciyər və pankreas hüceyrələrinin ümumi bir əvvəlcədən qaynaqlandığına inanılır.
Endodontiya
Endodontiya - diş əti müalicəsi və öyrənilməsi ilə maraqlanan stomatologiya sahəsi.
Endofit
Endofit — orqanizmin daxili mühitində yaşayan bitkilər. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Endofitlər
Endofit — orqanizmin daxili mühitində yaşayan bitkilər. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Endoflora
Endoflora — daxili mühitdə yaşayan bitki taksonlarının cəmi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Endogen proseslər
Endogen proseslər "Hipogen" proseslər olaraq da bilinən, daxili mənşəli proseslərdir. Başqa sözlə, bunlar yer qabığından əmələ gələn və buna görə də endogen adlandırılan proseslərdir. Bu proseslər planet daxilində baş verir və Yerə xas olan və xarici təsirlərdən az təsirlənən qüvvələr tərəfindən idarə olunur. Bu proseslər zəlzələ, qitələrin, okean vadilərinin və dağ zirvələrinin yüksəlməsi və inkişafı, vulkanik aktivliyin yaranması, əvvəlcədən mövcud olan süxurların metamorfizmi, yer qabığının deformasiyası və yer dəyişdirməsi kimi hadisələrə və daha çoxuna səbəb olur. Bu proseslərin yaratdığı geomorfik xüsusiyyətlər ekzogen proseslərin işləmə mərhələsini təmin edir. Mənşəyini endogen bir prosesə borclu olan bütün xüsusiyyətlər ekzogen proseslər tərəfindən daim dəyişdirilir. Endogen proseslərə əsasən qabığın istilik enerjisi səbəb olur. Bu istilik enerjisi radioaktiv elementlərin çürüməsindən və cazibə fərqliliyindən qaynaqlanır. Ən vacib endogen proseslərdən bəziləri bunlardır: === Zəlzələlər === Dalğaların hərəkətindən qaynaqlanan və yerin səth təbəqələrindən ötürülən, zəif bir titrəmədən binaları silkələməyə və yerdəki çatlar yaratmağa qadir olan vəhşi bir hərəkətə qədər ötürülən bir enerji növüdür. === Tektonik hərəkətlər === Yer qabığının tektonik hərəkəti müxtəlif formalara malikdir və böyük mürəkkəbliyi ilə xarakterizə olunur.
Endoisila myrsinites
Euphorbia myrsinites (lat. Euphorbia myrsinites) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Endoisila myrsinites (L.) Raf. Euphorbia curtifolia Chaub. Euphorbia myrsinites subsp. myrsinites Euphorbia myrsinites subsp. pontica (Prokh.) R.Turner Euphorbia pectinata Albov Euphorbia pontica Prokh. Euphorbia rigida Loisel. Euphorbion myrsinitum (L.) St.-Lag. Galarhoeus myrsinites (L.) Haw.
Endokard
Endokard (lat. endocardium — daxili qişa) — ürək divarının daxili təbəqəsi.
Endokrin sistemi
Endokrin sistemi və ya humoral sistem (lat. humor – maye) — bədənin müxtəlif hissələrində müxtəlif hormonlar ifraz edən və xüsusi maddələr yaradan vəzilərin yaratdığı bioloji orqanlar sistemi. == Haqqında == Neyroendokrin (endokrin) sistemi bədənin demək olar ki, bütün orqan və sistemlərinin fəaliyyətini əlaqələndirir və tənzimləyir. Fərdin normal işləməsini təmin etmək üçün lazım olan daxili mühitin sabitliyini qoruyur, həmçinin xarici və daxili mühitin daim dəyişən şərtlərinə uyğunlaşmasını təmin edir. Endokrin sistemini endokrinolgiya elmi öyrənir. Bu elmlə məşğul olan şəxs isə endokrinoloq adlanır. == Hormonlar == Sekresiya vəzilərinin buraxdığı bioloji fəal maddələrə hormonlar (lat. hormao – oyadıram) deyilir. Hormonlar qanla orqanizmin hər yerinə aparılaraq bir çox orqanlar sisteminin funksiyalarına və bütün orqanizmin həyat fəaliyyətinə təsir edir. Hormonlar maddələr mübadiləsi, böyümə və inkişaf proseslərini tənzimləyir.
Endopterygota
Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota və ya lat. Holometabola) — yeniqanadlılar (lat. Neoptera) infrasinfinə aid heyvan dəstəüstü.
Endoqamiya
Endoqamiya (yunanca endoi-daxili, qamos-nikah) hərfi mənada daxili nikah deməkdir. Endoqamiya, bir etnik birlik kimi qəbilənin çox mühüm əlaməti olmuşdur.
Endor (Ulduz müharibələri)
Endor — "Ulduz müharibələri" kainatında uydurma peyk. Endor sıx meşələr, yüksək dağlar və savannalarla örtülüdür. Peykdə evoklar, duloklar və yuzzumlar kimi sayıqlı, eləcə də qoraks kimi yarı-sayıqlı növlər də yaşayır. Endordakı ağacların bəzilərinin hündürlüyü min metrdən çoxdur. Tərkibində insanların nəfəs ala biləcəyi atmosfer və 8% səth suyu var. Onun da iki ulduzu mövcuddur: Endor I və Endor II. == İstinadlar == == Xarici keçidlər == Endor — Vukipediya saytında.
Endorfin
Endorfin - insanın bədənində ağrının azalması üçün beyin neyronları tərəfindən çıxarılan maddədir. Endorfin hipofiz vəzisindən sintez edilən beta-lipotrofin maddəsinin sayəsində yaranır. Ağrını azaltmaq üçün sinirləri keyidir. Endorfinin digər adı "Sevinc hormonu" və ya "Həzz hormonu" kimi səslənir. Həyəcan, ağrı, məşq, ədviyyatlı yemək istehlakı, seks və orqazm kimi vəziyyətlərdə azad artım göstərir Onlar idmanla məşğul olan zaman böyrəküstü vəzilərində adrenalinin ayrılma prosesi baş verir. Bu zaman əzələlərdə ağrılar hiss olunmağa başlayır. Bu ağrını çox hiss etməmək üçün endorfin hormonu beyin toxumaları tərəfindən sintez olunmağa başlayır..
Endoseratoidealar
Endoseratoidealar (Endoceratoidea) — bu yarımsinifə bəzən uzunluğu 3 m çatan qırılmış ordovik başıayaqlıları aid edilir. Qabıq düz və ya bükük, adətən kürək-qarın istiqamətində sıxılmışdır. Arakəsmələr içəri əyilmiş, arakəsmə xətti düz, sifon çox genişdir (qabığın eninin 1/3 hissəsi), yan tərəfə yaxın yerləşir. Çox uzun olan septal borular növbəti arakəsmələrə çatır və hətta özündən əvvəlki septal borulara daxil olur. Mərkəzdə, arakəsmələri birbaşa kəsib keçən dar kanal (endosifon) vardır. Yalnız ordovik çöküntülərində tapılır. == Həmçinin bax == Başıayaqlılar Ordovik dövrü Çöküntülər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Endosimbiyoz qaydası
'Endosimbiyoz qaydası' , eukariot hüceyrə orqanoid lərindən mitoxondri və plastit lərin mənşəyi ilə məşğul olur. Qayda söz mövzusu orqanoidlərin eukariot hüceyrələrlə birlikdə yaşamağa başlayan nüvəsinə canlı lardan mənşə aldığını irəli sürər. Mitoxondri, proteobakterilerden, kloroplast lar isə siyanobakteri lərdən inkişaf etmişdir. == Keçmiş == 1883-ci ildə Alman botanik Andreas Schimper işlərində yaşıl bitki lərdəki kloroplastların siyanobakterilerle bənzərliklər göstərdiyini müşahidə və yaşıl bitkilərin iki orqanizmin simbiyoz həyatından ortaya çıxdığını düşünmüşdü. Rus botanik Konstantin Mereschkowski bu işlərdən xəbərdar və 1905-ci ildə ilk dəfə endosimbiyoz nəzəriyyədən açıqca bəhs etmişdir. 1920-ci illərdə mitoxondrilərin endosimbiyotik keçmişi haqqındakı düşüncüler Ivan Wallin tərəfindən geliştirlmeye davam etdi. Başlanğıcda bu fərziyyələr nəzərə alınmadı.1960'larda elektron mikroskoplarıyla edilən koloroplastların və siyanobkaterilerin daha ətraflı müqayisələri və plastitlerin və mitoxondrilərin öz DNT 'larının olduğu kəşfi köhnə fikirlərin yenidən doğuşuna səbəb oldu. Endosimbiyoz fərziyyəsi Lynn Margulis tərəfindən yaradılmış və ondan sonra məşhurluq qazanmışdır. 1981-ci il tarixli Hüceyrə təkamülündə Ortaq Həyat (Symbiosis in Cell Evolution) adlı işində eukariot hüceyrələr mənşəyinin birlikdə yaşayan primitiv prokrayot canlı birliklərinə dayandığını müdafiə etmişdir. Lynn Margulis və Dorion Sagan'a görə "həyat dünyanı döyüşlə deyil dayanışmayla fəth etmişdir və Darvin 'in təbii seçilim e söykənən təkamül tezisi əskikdir".
Endosiphon
Ruelliya (lat. Ruellia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinə aid bitki cinsi.
Endoskopiya
Endoskopiya — Tərkibində bədənin içərisinə baxmaq üçün istifadə olunan tibbi üsul. Endoskopiya prosedurunda bədənin boşluğunun və ya boşluğunun iç hissəsini yoxlamaq üçün endoskopdan istifadə olunur. Digər tibbi görüntüləmə üsullarından fərqli olaraq endoskoplar orqana birbaşa daxil edilir. Endoskopların bir çox növü vardır. Bədənin və əməliyyatın növündən asılı olaraq, endoskopiya bir həkim və ya cərrah tərəfindən həyata keçirilə bilər. Prosedur zamanı xəstə tam şüurlu və ya estetik ola bilər. Tez-tez endoskopiya müalicəsi, esofaqastroduodenoskopiya kimi tanınan, mədə-bağırsaq traktının yuxarı hissəsini yoxlamaq üçün istifadə edilir. Qeyri-tibbi istifadə üçün bənzər vasitələr boreskoplar adlanır. Özünü işıqlandırılmış endoskop 1894-cü illərdə Şotlandiya ştatının Qlazqo Royal İnfirariyasında (elektrik enerjisinə malik olan ilk xəstəxanalardan biri) həkim John Macintyre tərəfindən qırmızı qanaxma istintaqında onun ixtisasının bir hissəsi kimi hazırlanmışdır. Bir sağlamlıq xidməti göstərən şəxs aşağıdakılardan hər hansı birinin endoskopiyasından istifadə edə bilər: 1.ürəkbulanma, qusma, qarın ağrısı, udma çətinlikləri və mədə-bağırsaq qanaxmaları daxil olmaqla həzm sistemindəki simptomlar kimi simptomların araşdırılması; 2.anemiya, qanaxma, iltihab və həzm sisteminin xərçəngi kimi şərtləri yoxlamaq üçün biopsiya aparmaqla ən çox yayılmış diaqnozun təsdiqlənməsi; 3.bir qanaxma qabının cauterization, dar esofaqus genişləndirilməsi, bir polip off kəsmə və ya bir xarici obyekt aradan qaldırılması kimi müalicə verilməsi; Sindirim problemləri ilə məşğul olan ixtisaslaşmış peşə təşkilatları Barrett özofagusu olan bir çox xəstənin endoskopiya qəbul etdiyini məsləhət görür.
Endosperm
Endosperm — mayalanma zamanı ətrafında ən çiçəkli bitkilər toxum daxilində istehsal olunan toxuma.
Endotel
Endotel — qan və limfa damarlarının, ürək boşluqlarının daxili səthini örtən mezenximal mənşəli yastı hüceyrələrin bir qatlı təbəqəsi. == Əsas məlumatlar == Müasir anlayışlara görə, endotel sadəcə bir maneə və ya filtr deyil. Endotel bədənin ən böyük və aktiv endokrin orqanıdır, bütün toxumalara diffuz şəkildə səpələnib. Endotel qanın laxtalanmasına nəzarət, tonus və qan təzyiqinin tənzimlənməsi, böyrəklərin filtrasiya funksiyası, ürəyin kontraktil fəaliyyəti və beynin metabolik təchizatı üçün vacib olan maddələri sintez edir. Suyun, ionların, metabolik məhsulların yayılmasına nəzarət edir. Axan mayenin mexaniki təsirinə, qan təzyiqinə və damarın əzələ qatının yaratdığı reaksiya gərginliyinə reaksiya verir. Kimyəvi və anatomik zədələrə həssasdır, bu da dövran edən hüceyrələrin yığılması və yapışmasının artmasına, trombozun inkişafına və lipid konqlomeratlarının çökməsinə səbəb ola bilər. == Strukturu == Endotelin hüceyrələri güclü sıx birləşmələrlə bağlandıqdan sonra onların əmələ gəlməsi astrositlərlə təmas nəticəsində yaranır. Endotelin qan axını damar divarının daha dərin təbəqələrindən ayıran qan damarlarının daxili astarıdır. Endotel insan bədəninin bütün sahəsinə yayılmış nəhəng bir parakrin orqandır, çünki davamlı olaraq çoxlu miqdarda ən vacib bioloji aktiv maddələr istehsal edir.
Endotoksin
Endotoksin - Çoxalma və parçalanma zamanı mikroorqanizmlər bir sıra məhsullar əmələ gətirirlər ki, bunlara mikrob ifrazatı deyilir. Bu ifrazatlar zəhərli və zəhərsiz olmaqla iki yerə bölünür. Zəhərli ifrazat toksin adlanır. Toksinlər suda əriyir, buna görə də olduqları mühitdə sürətlə yayıla bilirlər. Olduqca qüvvətli zəhərdirlər. Maye halda qismən aktivliklərini itirirlər. Toksinlər də öz növbəsində iki qrupa bölünürlər: Ekzotoksin və endotoksinlər. Ekzotoksinlər mikroorqanizmlər tərəfindən xaricə ifraz olunur və əsasən qram-müsbət bakteriyalar tərəfindən yaradılır. İki növü var: toksoforlar-toksin təbiətli, haptoforlar-antigen təbiətli. Bu iki qrupdan biri məhv edildikdə digəri fəaliyyət qazanır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.16 dəfə / 1 mln.
2006 •••••• 0.23
2007 •••••••••••••••••••• 0.85
2009 •••••••• 0.32
2010 ••••• 0.18
2011 ••• 0.09
2013 ••••••• 0.29
2016 ••••••••• 0.35
2019 •••••••••• 0.42
2020 •••• 0.13

"endo" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#endo nədir? #endo sözünün mənası #endo nə deməkdir? #endo sözünün izahı #endo sözünün yazılışı #endo necə yazılır? #endo sözünün düzgün yazılışı #endo leksik mənası #endo sözünün sinonimi #endo sözünün yaxın mənalı sözlər #endo sözünün əks mənası #endo sözünün etimologiyası #endo sözünün orfoqrafiyası #endo rusca #endo inglisça #endo fransızca #endo sözünün istifadəsi #sözlük