eng sözü azərbaycan dilində

eng

Yazılış

  • eng • 52.6316%
  • ENG • 21.0526%
  • Eng • 21.0526%
  • ENg • 2.6316%
  • EnG • 2.6316%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Al Jazeera English
Əl-Cəzair (ərəb. الجزيرة‎ — «ada») — Doha, London, Kuala Lumpur və Vaşinqtonda qərargahı olan beynəlxalq tv şirkəti. O cümlədən İnternetdə ingilis dilində 24 saat fəaliyyət göstərir. YouTube-da, öz videolarını yerləşdirdiyi şəxsi portalı mövcuddur. Kanalda xəbərlər (idman xəbərlərindən siyasətlə əlaqəli) və sənədli filmlər yayımlanır. Əsas qərargahı Yaxın Şərqdə olan ilk İngilis dili xəbər kanalıdır. Kanalın məqsədi — « heç kimə deyilməyənləri danışmaq, şərqlə qərbin arasında sülh müzakirəsinə köməklik etməkdir. .
Bank of England
İngiltərə Bankı (İngiliscə: Bank of England) — Britaniya Krallığının Mərkəzi bankı. Mərkəzi aparatı London şəhərində yerləşir. Britaniya Krallığının Mərkəzi Bankı olan İngiltərə Bankı dünyada ən qədim mərkəzi bank hesab edilir. Dövlət tərəfindən özəlləşdirilən İngiltərə Bankı ən müasir və iri mərkəzi bankların əsaslandığı modeldir. == Tarixi == İngiltərə Bankı 1694-cü ildə şotlandiyalı bankir Uilyam Paterson tərəfindən yaradılmışdır. 1781-ci ildə Bank haqqında Qanuna düzəlişlər olundu və İngiltərə Bankı bankların bankı kimi fəaliyyət göstərirdi. İngiltərə Bankı 1920-ci ildən kommersiya fəaliyyətini azaltmağa başladı və 1944-cü ildə artıq yalnız mərkəzi bank funksiyalarını yetirməyə başladı. 1946-cı ildə bank dövlət tərəfindən milliləşdirildi. 1997-ci ildə banka monetar siyasətdə tam müstəqillik verildi. İngiltərə Bankı mərkəzi bankın bütün funksiyalarını icra edir.
Bidens engleri
Bidens engleri (lat. Bidens engleri) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Casearia engleri
Casearia engleri (lat. Casearia engleri) — söyüdkimilər fəsiləsinin kaseariya cinsinə aid bitki növü.
Caspian Engineering Solutions
Caspian Engineering Solutions (CES) — MMC Azərbaycanın aparıcı yoxlama, sınaq və laboratoriya xidmətləri göstərən şirkət. == Haqqında == Şirkət 500-dən çox fərqli sınaqlar həyata keçirdiyi sənaye obyektlərinin, neft və qaz emalı zavodlarının, platformaların və terminallarının yenidən qurulması və tikintisi layihələrində uzunmüddətli təcrübəyə malikdir. Eyni zamanda CES-in labaratoriyalarında bütün növ geologiya, beton, qrunt, metal konstruksiya, o cümlədən qeyri-dağıdıcı üsul ilə testlər, defektoskopiya, radioqrafiya, ultrasəs, termiki emal və s. sınaqları həyata keçirilir. Hal-hazırda müvafiq sınaqları “Cənub Qafqaz Boru Kəməri layihəsi”ndə Saipem S.A şirkəti, “Şahdəniz 2 layihəsi”ndə Azfen B.M və BP şirkətləri üçün, SOCAR-ın bir neçə neft və qaz emalı zavodlarında, Gübrə istehsalı (Karbomid) zavodunun tikintisində Samsung Engineering şirkəti üçün, Azərkimya İ.B-də “Ep-300 qurğusunun tikintisi layihəsi”ndə Ustay və Technip şirkətləri üçün aparılır. 15 ildən artıq qaynaq, metallurgiya ve inşaat mühəndislərindən ibarət komandası olan Caspian Engineering Solutions şirkəti rəqabətqabiliyyətli xidmətlər təklif etməkdədir. CES şirkətinin Avropa və ABŞ şirkətlərində təcrübə qazanmış işçi heyətinin peşəkarlığı regionun tikinti və mühəndislik bazarında göstərdiyi keyfiyyətli xidmətin göstəricisidir. Yuxarıda qeyd olunan xidmətlər ən müasir standardlara cavab verir və yerli bazar qiymətlərinə uyğundur. CES-in məqsədi keyfiyyətinə zəmanət verdiyi xidmətləri daha da genişləndirərək irimiqyaslı layihələrdə digər şirkət və qurumları ilə əməkdaşlıq etməkdir.Şirkətin yuxarıda qeyd olunan xidmətlər üçün test prosedurları, akkreditasiya sənədləri, avadanlıq siyahısı və kalibrasiya sertifikatları və cümlədən ISO 9001, ISO 18001 və ISO 14001 sertifikatları vardır.
Clupeonella engrauliformis
Ançousabənzər kilkə (lat. Clupeonella engrauliformis) — kilkələr cinsinin nümayəndəsidir. == Yayılması == Bu kilkə Cənubi və Orta Xəzərin sahildən aralı, dərinliyi 20 m-dən çox olan hissələrində, əsasən isə dairəvi axın zonasında, 50–200 m dərinliklərdə yayılmışdır. Dənizin 200 m-dən dərin hissələrində də ançousabənzər kilkəyə təsadüf edilir. == Morfoloji əlamətləri == Bədəni oxlovşəkilli, alçaq, qarıncığı dəyirmiləşmişdir, kili güclə seçilir. Qalınlaşmış beli tünd göy rəngdədir. Ağzı kiçikdir. Gözləri xırdadır, anal üzgəcin iki son şüası uzanmışdır. Bel üzgəcində 12-14,anal üzgəcində 16-18 şüa olur.Uzunluğu 14,5-15,5 sm-ə, kütləsi 20 q-a qədər çatan bu kilkə 7 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Dəniz balığıdır, şirin suya getmir.
Commonwealth of England
Commonwealth of England (Azərbaycan dilində: İngiltərə cəmiyyəti və ya İngiltərə birliyi) 1649-cu ildə İngiltərədə başlayan və sonra İrlandiya və Şotlandiyada davam edən, ikinci İngilis Vətəndaş Müharibəsi və I Çarlzın edamından sonra başlayan respublika tipli idarəetmə dövrü. 19 may 1649-cu ildə Respublika, Rump Parlamenti tərəfindən hazırlanan İngiltərənin cəmiyyət olduğunu elan edən bir bəyannamə ilə (ingilis dilində: “An Act declaring England to be a Commonwealth”, yəni “İngiltərənin cəmiyyət (birlik) olduğunu elan edən akt”) başlamışdır. Dövrün əvvəlində hakimiyyət əsasən Parlamentdə və Dövlət şurasında idi. Bu dövrdə Parlament qüvvələri ilə ona qarşı çıxanlar arasında müharibələr davam etdi, xüsusən də İrlandiya və Şotlandiyada, indi həmin dövrü Üçüncü Britaniya Vətəndaş Müharibəsi adlandırırlar. 1653-cü ildə, Rump Parlamenti məcburi şəkildə dağıldıqdan sonra, Oliver Cromwell, Hökumət səlahiyyətlərini özündə birləşdirərək İngiltərə, İrlandiya və Şotlandiya İttifaqının Dövlət Protektoru Lordu (İngiliscə: Lord Protector) elan edildi, bu dövr Protektora dövrü olaraq tanınır. Kromvelin ölümündən sonra oğlu Richard Cromwellin qısa müddətli hakimiyyətindən sonra 1659-cu ildə üçüncü Protektora Parlamenti dağıldı və Rump Parlament yenidən çağrıldı və 1660-cı ildə monarxiyaya qayıtma prosesi başladı. İcma termini bəzən bütün 1649-1660-cı illər üçün istifadə olunsa da, monarxistlər bu dövrü hökmdarsızlıq dövrü ilə eyniləşdirirlər. Bəzi digər tarixçilər bu müddəti Cromwellin 1653-cü ildə hakimiyyətə gəlişinə qədər olan müddətlə məhdudlaşdırırlar.
Creation Engine
Creation Engine (azərb. "Yaradılma" mühərrik‎) — "Bethesda Game Studios" tərəfindən hazırlanan oyun mühərriki. "Creation Engine" "The Elder Scrolls V: Skyrim" və "Fallout 4" kimi rol videooyunlarında istifadə edilmişdir. == İstehsal == "Creation Engine" "Bethesda Game Studios" tərəfindən hazırlanan təşkilatdaxili oyun mühərrikdir ("XnGine" "Bethesda"nın keçmiş təşkilatdaxili mühərrikidir). "The Elder Scrolls III: Morrowind", "The Elder Scrolls IV: Oblivion" və "Fallout 3" oyunlarını "Gamebryo" mühərriki ilə yaratdıqdan sonra, "Bethesda" "Gamebryo" qrafikalarının köhnəlmiş olduğuna və gələcək oyunları olan "The Elder Scrolls V: Skyrim" üçün yeni bir mühərrik üzərində işləməyə qərar vermişdir. Başqa bir şirkət tərəfindən ("Obsidian Entertainment") yaradıldığına görə, "Fallout: New Vegas" mühərrikindəki yeniləmələrin heç biri "Creation Engine"ə köçürülməmişdir. "Skyrim" yaradıldıqdan sonra, "Bethesda" mühərrikin qrafik mərkəzini inkişaf etməyə başladı. Yenilənmiş versiya "Fallout 4"-ü yaratmaqda istifadə edilmişdir. == İstifadə edən oyunlar == The Elder Scrolls V: Skyrim (2011) Fallout 4 (2015) == İstinadlar == == Xarici keçidlər == Robert Purçis. "TESV: Skyrim powered by Creation Engine" (ingilis).
Cynometra engleri
Cynometra engleri (lat. Cynometra engleri) — paxlakimilər fəsiləsinin cynometra cinsinə aid bitki növü.
Derrik Engebretson
Derrik Ceyms Engebretson (5 iyul 1990 – itkin düşüb 5 dekabr 1998) – Oreqon ştatının Rokki Point yaxınlığındakı Vinema Milli Meşəsində müəmmalı şəkildə itkin düşən amerikalı uşaq. 5 dekabr 1998-ci ildə axşam saatlarında Engebretson ata və babası ilə birlikdə şam ağacı axtararkən itdi və onlar günortadan sonra onu görmürlər. Yolun yaxınlığında ayaq izləri və qar mələyi tapıldı, lakin həmin axşam hüquq mühafizə orqanları gəldiyində çovğun dərhal axtarışa mane oldu. Sonrakı həftələrdə hüquq mühafizə orqanları və könüllü axtarış aparanlar ərazini keçməyə davam etdilər, lakin Engebretson tapılmadı. 2008-ci ildə məhkum edilmiş uşaq təcavüzkarı Frenk Ceyms Milliqanın Engebretsonun yoxa çıxmasında şübhəli sayıldığı ortaya çıxdı. 2019-cu ilə kimi onun harada olduğu bilinmir. === İtkin düşməsi === 5 dekabr 1998-ci ildə səkkiz yaşlı Derrik Engebretson atası və babası ilə Oreqon ştatının Roki-Point yaxınlığındakı Klamat-Folsdan təxminən 30 mil məsafədə və Krater Gölü Milli Parkından dərhal cənubda yerləşən Pelikan Byutta getdi. Üçü də Milad ağacı axtarmağı planlaşdırmışdı. Ekskursiya vaxtı bir yerdə Engebretson ata və babasından uzaqlaşdı. Engebretsonun o axşam təxminən 4:13 radələrində yoldan ötüb-keçən bir avtomobil sürücüsünə xəbər verən atası və babası tərəfindən itkin düşdüyü bildirildi.
ENGINET
Enginet — Azərbaycanda FTTH texnologiyası əsasında telekommunikasiya həlləri və sistem inteqrasiyasının təminatçısıdır. == Tarix == Telekommunikasiya xidmətlərinin təminatçısı ENGİNET, fəaliyyətə 2009-cu ildə özəl sektor üçün ADSL2 + texnologiyasına əsaslanan İnternet xidmətləri təqdim etməklə başlamışdır. 2013-cü ilin dekabr ayında FTTH texnologiyası tətbiq etməklə optik xətti birbaşa evədək çəkməklə fəaliyyətə davam etdi. 2016-ci ildə şirkət “BİRLink” telekommunikasiya brendini yaratdı. Brend yerli bazarda eyni optik lifli kanal üzərindən filtrasiya edilmiş internet xidməti, İP telefoniya, İP televiziya, statik İP və bulud əsaslı videomüşahidə xidmətləri təqdim etdi. Hazırda Bakıdan başqa, BİRLink Xırdalan, Sumqayıt, Şamaxı, Şirvan, Sabirabad, Gəncə, Şəmkir və Mingəçevir şəhərlərində GPON (Gigabit Passive Optical Network) texnologiyası ilə fəaliyyət göstərir. == Xidmətlər == İnternet; Rəqəmsal televiziya (IPTV); Rəqəmsal telefoniya (SIP); Bulud əsaslı videomüşahidə; Filtrasiyalı internet; Statik İP ünvan; Sistem inteqrasiyası; == Texnologiya == 2013-cü abunəçinin mənzilinə (fərdi ev) bir fiber optik kabel çəkilir. Bu gün FTTH genişzolaqlı məlumat ötürmə şəbəkələri yaratmaq üçün istifadə olunan ən inkişaf etmiş texnologiyadır. Bu texnologiyadan istifadə edərək, bir mənzilə və ya ofisə fiber optik əlaqə, 1 GB / saniyəyə qədər sürətdə İnternet bağlantısı ildə şirkət ölkədə ilk dəfə olaraq yeni FTTH (evədək optika) istiqaməti üzrə xidmətlər təqdim etdi. Rabitə kanallarının FTTH üsulu ilə təşkili, xidmət təminatçının avadanlıqlarından birbaşa təmin edir.
Engadget
"Engadget" — çoxdilli ABŞ texnologiya bloqu. Bloqda qadcetlər və istehlak elektronikası haqqında xəbərlər dərc edilir. "Engadget"in hazırda müstəqil redaksiya qrupları ilə ingilis dilində 4 və digər dillərdə 6 bloqu var. "Engadget" bloqu "Technorati top 100"də ilk beş saytdan biri idi və "TIME" tərəfindən 2010-cu ilin ən yaxşı bloqlarından biri kimi qeyd edilmişdir. == Tarixi == "Engadget" bloqu "Gizmodo" texnologiya bloqunun keçmiş redaktoru və həmtəsisçisi Piter Roxas tərəfindən təsis edilmişdir. O, hər gün istehlakçı elektronikası ilə bağlı bir neçə məqalə, texnologiya dünyası haqqında şayiələr və şəxsi fikirlər dərc edirdi. 2004-cü ilin oktyabr ayından etibarən həftəlik texnologiya yeniliklərini əhatə edən"Engadget Podcast" yayımlanır. == Mükafatlar == "The Engadget Show" 2011-ci ildə iki "Vebbi" mükafatına layiq görülmüşdür.
Engeco
Şimpanze (lat. Pan) — Primatlar dəstəsinin Hominidlər fəsiləsinə aid insanabənzər meymun cinsi. Bu cinsin iki növü yaşayır, adi şimpanze (Pan troglodytes) və cırtdan şimpanze, bonobo (Pan paniscus).
Engelbert Hamperdink
Engelbert Hamperdink (ing. Engelbert Humperdinck, ilk adı Arnold Corc Dorsi, ing. Arnold George Dorsey; 2 may 1936, Çennai, Britaniya Hindistanı) — britaniyalı estrada müğənnisi. 1960-cı illərin ikinci yarısında və 1970-ci illərdə "Release Me (And Let Me Love Again)", "After the Lovin'" və "The Last Waltz" ("The Last Waltz with You") hitləri ilə məşhurluq qazanmışdır. 2012-ci ildə 57-ci Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmişdir. == Həyat və yaradıcılığı == Hindistanın Mədrəs şəhərində Britaniya ordusunun zabiti Mervin Dorsi və onun həyat yoldaşı Oliviyanın ailəsində dünyaya gəlmişdir. Ailədə on uşaqdan biri olmuşdur. 10 yaşında ikən ailəsi İngiltərənin Lester şəhərinə köçür və qısa müddət sonra o musiqiyə maraq göstərərək saksofonda ifa etməyi öyrənir. 1950-ci illərin əvvəllərində gecə klublarında bu musiqi alətində ifa edir, lakin 17 yaşınadək, dostlarının onu oxumağa məcbur etməsinədək oxumağa cəhd etmir. Onun komik aktyor Cerri Lüisə olan sevgisi dostlarının onu Cerri Dorsi adlandırmasına səbəb olur.
Engelbert Kempfer
Engelbert Kempfer (alm. Engelbert Kaempfer‎; 16 sentyabr 1651[…] – 2 noyabr 1716[…]) — Səyyah. Kempfer səfərləri əsnasında Azərbaycana gəlmiş və bir müddət burada qalmışdır. Kempfer Bakı, Şamaxı, Şəki və Gəncənin XVII əsr gündəlik həyatı haqqında müxtəlif məlumatlar vermişdir.
Engelman küknarı
Engelman küknarı — hündürlüyü 30–50 m-ə qədər, gövdəsinin diametri 90 sm olan ağac. Vətəni Şimali Amerikadır. Engelman küknarının çətiri möhkəm, piramida formalı, budaqları bir az sallaqdır. Uzunömürlüdür, 300-400 il yaşayır. İynəyarpaqları göyümtül, ucu biz, yumşaq, zoğlarda 10-15 il, mədəni şəraitdə 7-8 il qalır. Qabığı cavan yaşda qırmızı-qonur, sonradan açıq-qonur rəngdə olur. Dekorativ cəhətdən iynəli küknardan bir az aşağıdır. Qışa davamlıdır. Mədəni şəraitdə 1862-ci ildən becərilir. Xiyabanlarda, şəhərin küçələrində və meydanlarında, xiyaban əkinlərində tək və ya kiçik qruplarla əkilməsi məsləhətdir.
Engelmannia
Engelmannia (lat. Engelmannia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Engelmannia pinnatifida A.Gray ex Nutt.
Engels
Engels — Rusiya Federasiyasında yerləşən şəhər Saratov vilayətinə daxildir == Tarixi == Əlbəttə abad şəhərlər yollar ayrıcında, çaylar üzərində salınmışdır, deyənlər yanılmırlar. Kiçicik Bakır kəndi də Volqa çayı ilə Elton gölü arasındakı Böyük yolda, Saratov şəhərindən azca aralı yerləşirdi. Vaxtilə qədim Saratov Volqanın bu üzündə Bakırdan bir kilometr yarım məsafədə yerləşirdi. Yanğından sonra onu Volqanın o biri üzünə köçürdülər. Bu yola "Elton traktı" deyirdilər. 1747-ci ilin yayında senat podpolkovnik Çemadurovun rəhbərliyi altında Elton gölünü tədqiq etməkdən ötrü elmi ekspedisiyaya göndərmişlər. Rusların tələffüzündə Elton kimi səslənən bu ad indi elə bu şəkildə də rəsmiləşdirilib. 1. Əsl adı çox güman ki, Altun olan bu göl (Sahil yamacları və dibi qırmızı torpaqdan olan bu göl həqiqətən qızıl kimi parlayır ) yerli tatar və kalmıkların tələffüzündə Altun~Alton olan bu ad rusca Elton şəklinə düşmüşdür. Çemadurov Senata Elton gölünün tədqiq edildiyini və buradakı duzun hasil edilməsinin məqsədəuyğun olduğunu xəbər verir.
Engelsberq dəmir zavodu
Engelsberq dəmir zavodu (isv. Engelsbergs bruk) İsveçin Vestmanland əyalətindəki Faqersta bələdiyyəsindəki bir kənddir. 1681-ci ildə Per Larsson Qullenhuk (1645-1706) tərəfindən inşa edilmiş və 1700-1800-cü illərdə dünyanın ən müasir dəmirqayırma fabriklərindən birinə çevrilmişdir. 1993-cü ildən bəri YUNESKO-nun dünya irsi mirası olaraq siyahıya alınmışdır. == Adı == Engelsberq dəmir zavodu əvvəllər Englika adlanırdı. Englika Almaniyada anadan olmuşdur, 14-cü əsrdə Engelsberqdə dəmir istehsalına başladı. == Tarixi == Bölgədə dəmir istehsalının tarixi ən az 13-cü əsrə aiddir. Yerli kəndlilər həm filizi qazır, həm də primitiv sobalardan istifadə edərək dəmir istehsal edirdilər. 16-cı əsrin sonlarında Engelsberqdə daha müasir istehsal üsulları tətbiq olundu və sonrakı onilliklərdə istehsal həcmi əhəmiyyətli dərəcədə artdı. == Təsviri == Mühafizə olunan binalara malikanə ev, müfəttişin evi, partlayıcı soba ilə əritmə evi daxildir.
Engelsbukta
Engelsbukta (norv. Engelskbukta) — Forlandsundet boğazının şimal-şərqində yerləşir. Körfəz 1.5 km enə malikdir. Körfəz öz adını XVII əsrin əvvəllərində ingilis balina ovçularının tez-tez ziyarət etməsindən almışdır. == Mənbə == Conway, W. M. 1906. No Man’s Land: A History of Spitsbergen from Its Discovery in 1596 to the Beginning of the Scientific Exploration of the Country. Cambridge: At the University Press.
Engelskənd
İrmaşlı (əvvəlki adları: Ayxenfeld; Engelskənd (?-29 dekabr 1992)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Engelskənd kəndi İrmaşlı kəndi adlandırılmışdır. == Tarixi == Kəndin ərazisi irmaşlı tayfası'na mənsub olduğundan həmin tayfanın adını daşıyırdı. XIX əsrdə burada rus çar hökuməti tərəfindən yerləşdirilən alman ailələri onu Ayxenfeld (almanca Eichenfeld - "palıd dərəsi") adlandırmışdılar. Sovet dövründə, 1930-cu illərdə isə kəndin adı alman filosof və marksizmin yaradıcılarından biri olan Fridrix Engelsin şərəfinə Engelskənd olaraq dəyişdirilmişdi. 1992-ci ildən kəndin əvvəlki adı bərpa olunmuşdur. == Əhalisi == Kənd əhalisi 5300 nəfərdir ki, onunda 2750 nəfəri kişi, 2550 nəfəri isə qadınlar təşkil edir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. Əhali əsasən Rusiyada bizneslə işləyənlərdən ibarətdir.
Engie
GDF Suez — böyük fransız energetika və qaz şirkəti. Şirkətin qərargahı Parisdə yerləşir. 22 iyul 2008-ci il Gaz de France və Suez şirkətlərinin birləşməsi yolu ilə yaradılmışdır. Əsas şirkət sahibi — Fransanın hökumətidir (35,7 %), aksiyaların 57 % azad müraciətdədir. Direktorlar şurasının sədri və şirkətin baş müdiri - Gérard Mestrallet. Şirkət generasiya, ötürülmə və elektrik enerjisinin, çıxartmanın, nəql etmənin və təbii qazın çatdırılmasının çatdırılması sahəsində, həmçinin alternativ enerji mənbələri sahəsində fəaliyyəti həyata keçirir. Şirkətin personalının sayı — 234,7 min insan (2008-ci il). 2008-ci il ərzində şirkətin gəliri 83,1 milyard avro təşkil etdi, təmiz gəlir — 6,5 milyard avro. Həmçinin GDF Suez Parisdə hər il keçirilən Open GDF Suez nüfuzlu qadın tennis yarışının sponsorudur.
Engin Akyürek
Engin Akyürek (12 oktyabr 1981, Ankara) — məşhur Türk film və televiziya aktyoru. == Həyatı və Karyerası == Engin Akyürek 12 oktyabr 1981-ci ildə Ankarada doğulub. Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsi tarix bölümünün məzunu olan Engin, "Türkiye'nin Yıldızları" adlı yarışma proqramında birinci olaraq aktyorluğa başladı. Yarışma bitəndən sonra "Yabancı Damat" serialına dəvət aldı. Sonrakı illər Türkiyənin ən məşhur "Karayılan", "Bir Bulut Olsam", "Fatmagül'ün Suçu Ne?", "Kara Para Aşk", "Ölene Kadar", "Sefirin Kızı" seriallarında uğurla baş rolları ifa etdi. Bununla bərabər "Kader", "Bi Küçük Eylül Meselesi", "Çocuklar Sana Emanet", "Bir Aşk İki Hayat" bədii filmlərdə də baş rollara çəkildi. == Filmoqrafiya == === Film === 2006: Kader 2014: Bi Küçük Eylül Meselesi 2018: Çocuklar Sana Emanet 2019: Bir Aşk İki Hayat === Serial === 2004–2007: Yabancı Damat 2007–2008: Karayılan 2009: Bir Bulut Olsam 2010–2012: Fatmagül'ün Suçu Ne?
Engin Alan
Engin Alan (3 mart 1945, Üsküdar, İstanbul ili) – türkiyəli hərbçi, təqaüddə olan general-leytenant. Keçmişdə Xüsusi Təyinatlı Qüvvələrin komandanı olmuş və 24. çağırış TBMM-də MHP İstanbul millət vəkili olmuşdur. == Həyatı == Engin Alan 31 mart 1945-ci ildə Türkiyənin paytaxtı İstanbul şəhərinin Üsküdar bölgəsində anadan olmuşdur. Türk millətçisi olması və Abdullah Öcalanın həbs edilməsi ilə nəticlənən əməliyayta rəhbərlik etməsi ilə məşhurdur. Ailəlidir və 2 uşaq atasıdır. Yüksək səviyyədə rusca və ingiliscə bilir. == Hərbi karyerası == 1965-ci ildə Quru Hərb Məktəbini bitirmişdir. Müxtəlif bölmələrdə xidmət etmişdir. Daha sonra Qara Hərb Akademiyasını bitirərək qərərgah zabiti oldu.
Engin Altan Düzyatan
Engin Altan Düzyatan (26 iyul 1979, İzmir, Türkiyə) — Türk aktyor və aparıcı. == Həyatı == Engin Altan Düzyatan, 1979-cu il 26 iyul tarixində Türkiyə Cümhuriyyətinin İzmir ilinin Qarşıyaxa ilçəsində anadan olmuşdur. 1996-cı ildə "9 sentyabr" Universitetinin Teatr fakültəsinə daxil olmuşdur. 2001-ci ildə bu universitetdən məzun olaraq İstanbula gəlmiş və DOT Teatrı və Kenter Teatrında çalışmış, bundan başqa Diyarbəkr Dövlət Teatrında işləmişdir. Engin Altan Düzyatan, Yeditəpə İstanbul, Koçum Mənim, Bir bulud olsam, Qapalıçarşı, Son, Yol Ayrımı və Cinayət kimi televiziya seriallarında və Romantik Komedi 1, Romantik Komedi 2, Bir ovuc dəniz, Nyu-Yorkda 5 minarə, Anadolu Qartalları, Bu işdə bir yalnızlıq var kimi layihələrdə iştirak etdi. Eyni zamanda "Bir Milyon Canlı Para" müsabiqəsinin aparıcısı oldu. Hal-hazırda TRT 1-də yayımlanan Diriliş Ərtoğrul teleserialında Ərtoğrul Qazi rolunu canlandırır. 2014-cü ildə Nəslişah Alkoçlar ilə evləndi və bu evlilikdən Əmir Aras adlı bir uşağı dünyaya gəldi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.22 dəfə / 1 mln.
2008 ••••••••• 0.24
2010 ••••••••••••••••••• 0.54
2011 •••••• 0.17
2012 •••••••••••••••••••• 0.60
2013 ••••• 0.15
2014 •••••••••••• 0.34
2015 •••••• 0.17
2017 •••••• 0.16
2018 ••••• 0.15
2019 •••••••••• 0.28
2020 ••••• 0.13

"eng" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#eng nədir? #eng sözünün mənası #eng nə deməkdir? #eng sözünün izahı #eng sözünün yazılışı #eng necə yazılır? #eng sözünün düzgün yazılışı #eng leksik mənası #eng sözünün sinonimi #eng sözünün yaxın mənalı sözlər #eng sözünün əks mənası #eng sözünün etimologiyası #eng sözünün orfoqrafiyası #eng rusca #eng inglisça #eng fransızca #eng sözünün istifadəsi #sözlük