Enozis sözü azərbaycan dilində

Enozis

Yazılış

  • Enozis • 50.0000%
  • enozis • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Enozis
Enozis (yun. Ένωσις — azərb. birlәşmә, birlik, ittifaq‎) — Yunanların yaşadıqları ərazilərin Yunanıstanla birləşdirilməsi uğrunda millətçi hərəkatı. Enozis termini ilk dəfə 1830 ildə, müstəqil yunan dövləti yaradıldıqdan sonra meydana gəlmişdi. Hərəkata pravoslav kilsəsi başçılıq edirdi. Kiprin Türkiyə və İngiltərəyə tabe olduğu dövrlərdə Kiprdə də yayılmışdı. 1960 ildə Kipr respublika elan olunduqdan sonra enozis şüarı Yunanıstanın və Kiprin mürtəce qüvvələri tərəfindən adanın dövlət müstəqilliyinin ləğv olunması məqsədilə istifadə edilmişdir. 1974 ildə Yunanıstan xuntasının və Kiprin yunan icmasının enozisi hərbi yolla həyata keçirməyi nəzərdə tutan uğursuz cəhdi Türkiyənin məhdud qüvvələrinin adanın şimalına çıxarılması və türk icması tərəfindən Şimali Kipr Türk Respublikasının yaradılması ilə nəticələnmişdir. Türkiyə ilə müharibə təhlükəsi Yunanıstanda xalqı ayağa qaldırmış və hakimiyyətdə olan "qara polkovniklər"in hərbi-faşist diktaturası süquta uğramışdır.

Oxşar sözlər

#enozis nədir? #enozis sözünün mənası #enozis nə deməkdir? #enozis sözünün izahı #enozis sözünün yazılışı #enozis necə yazılır? #enozis sözünün düzgün yazılışı #enozis leksik mənası #enozis sözünün sinonimi #enozis sözünün yaxın mənalı sözlər #enozis sözünün əks mənası #enozis sözünün etimologiyası #enozis sözünün orfoqrafiyası #enozis rusca #enozis inglisça #enozis fransızca #enozis sözünün istifadəsi #sözlük